Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
57
Şə
kil 4.3. Ərazinin mövcud istifadəsi.
Meşə əraziləri: qanunla xüsusi mühafizə olunanlar: 1 – Baykalətrafı dövlət milli parkı; 2 – Vilayət əhəmiyyətli
Koçerqat samur dövlət yasaqlığı; 3 – qozsənayesi zonası; 4 – Qoloustan çayının sahili boyunca kürütökmə və
sumühafizəsi zonası; digərləri, Đ kateqoriyaya daxil olanlar (Baykal sumühafizəsi zonası): 5 - əlavə meşədən istifadə; 6
– maral təsərrüfatı. Kəndtəsərrüfatı əraziləri: 7 – meşətəsərrüfatının köməkçi təsərrüfatı; ictimai otlaq-bişənək yerləri:
8 – otlaqlar; 9 – biçənəklər. Yollar: ĐV kateqoriyalı yerli əhəmiyyətli dövlət yolları; 11 – maqistrallar. Təbiət və
mədəniyyətə aid xüsusi obyektlər: 12 – təbiət abidələri və maraqlı yerlər; 13 – tarix və mədəniyyət abidləri. Yaşayış
məntəqələri və əhalinin müvəqqəti gəldiyi yerlər: 14 – şəhər və kənd tipli qəsəbələr; 15 – Đrkutsk dövlət kəndtəsərrüfatı
akademiyasının tədris ovçuluq təsərrüfatının bazası; mövsüm xarakterli turist bazaları və sığıncaqlar: 16 – fəaliyyətdə
olanlar; 17 – layihələşdirilənlər; nəzarət olunmayan kempinq meydançaları.
Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
58
Şə
kil 4.4. Ərazinin antropogen pozulması
1 – müxtəlif vaxtlarda kəsilmiş ağac zolaqları; 2 – qarilər; 3 – hədsiz otarma nəticəsində torpağın və bitgi örtüyünün
deqradasiyası; 4 – nizamlanmayan rekreasiya nəticəsində torpağın və bitgi örtüyünün deqradasiyası; 5 – köhnə və yeni
ağac emalı sənayesi yerləri; 6 – məişət tullantıları zibilliyi; 7 - turist düşərgələri yerlərində əsaslı surətdə zədələnmiş
torpaqlar; 8 – karyerlər.
4.3.2. Qiymətləndirmə mərhələsi
Qiymətləndirmə nərhələsi planlaşdırma ərazisnin mövcud təbii şəraitini qiymətləndirmək
məqsədi ilə aparılır. Bu qiymətləndirmə üçün qoyulan kriteriyalar aşağıdakı tələblərə cavab
verməlidir:
Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
59
- ekoloji tarazlığın və davamlı sosial-iqtisadi inkişafın bərabər prioritetləri şərtində ərazinin
istifadəsinin əsas məqsədlərinə yönəlməlidir;
- həm təbii, və həm də, təsərrüfat fəaliyyətindən dəyişmiş ekosistemlərdə təbii mühitin müasir
vəziyyətini tam şəkildə əks etdirməlidir;
- ərazidən istifadənin əsas istiqamətlərini reallaşdırdıqda təbiətin ayrı-ayrı komponentlərində
baş verə biləcək dəyişmələr haqqında təsəvvür verməlidir.
Bu tələblər özlərini ətraf mühitin ayrı-ayrı təbii komponentlərinin “əhəmiyyətlilik” və
“həssaliq” kateqoriyalarında göstərirlər və 4.5 şəkilində təqdim olunmuşdur.
Şə
kil 4.5. Ayrı-ayrı təbii komponentlərin əhəmiyyətini (həssaslığını) qiymətləndirmək sxemi.
“Əhəmiyyətlilik” kateqoriyası altında ətraf mühitin baxılan komponentinin zəruri vəziyyəti
haqqında təsəvvürlərin etalona uyğun gəlmə dərəcəsi nəzərdə tutulur və ekspert tərəfindən
qiymətləndirilir. Bu uyğunluq ancaq prioritet məqsədli istifadə funksiyası müvəffəqiyətlə və yaxud
optimal reallaşdıqda baxılır və hər təbii komponent üçün fərdidir. Uyğunluq dərəcəsi
qiymətləndirmə obyektinin xüsusiyyətlərini və istifadənin məqsədli funksiyasını nəzərə alan
kriteriyalar məfhumu əsasında müəyyənləşdirilir.
Hər bir təbii komponent üçün kriteriyalar məfhumunun və onların “əhəmiyyətlilik” və
“həssaliq” kateqoriyalarına inteqrasiyasının öz xüsusiyyətləri var.
Növ və bitiopları “əhəmiyyətlilik” kateqoriyasında qiymətləndirən zaman aşağıdakılara
ayrıca baxmaq məsləhətdir:
- nadir fauna və floranın ən çox toplandığı yerlərə;
Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
60
- nadir fauna və floranın yayıldığı zonadan kənardakı biotoplara;
- ətraf fauna üçün asan əldə olunan kənd təsərrüfatına və məskunlaşma yerlərinə,
yaylaqlara və suvermə mənbələrinə.
Məskunlaşma yerinə görə bitopların əhəmiyyətliliyinin qiymətləndirilməsini nadir, relikt
endemik növ bitgilərin və heyvanların yerlərinin analizi əsasında aparmaq məsləhət görülür. Bu
zaman planlaşdırma ərazisində bitgi örtüyünün tərkibi, rast gəlinməsi və yayılması, və həmdə,
məskunlaşmış heyvanların tərkibinin xüsusiyyətləri və dinamikası nəzərə alınmalıdır.
Biotoplar əhəmiyyətliliyinə görə üç qrupa bölünə bilər:
- yüksək əhəmiyyətlilər, bura o bitoplar daxildir ki, onların ilkin (potensial) və mövcud
mühitinin şəraiti, demək olar ki, eynidir (bu nadir, endemik, relikt flora və floranın;
nadir bitopların; müəyyən şəraitdə nisbətən geniş yayılmış biotopların mövcud olduğu
yerlərdir);
- ortaəhəmiyyətlilər, onlara təbii mühitinin mövcud şəraiti (və yaxud bərpa oluna bilən)
ilkin vəziyyətə yaxın olanlar daxildir;
- azəhəmiyyətlilər, burada mühitin müasir vəziyyəti ilkin vəziyyətə uyğun gəlmir.
4.6 şəkilində Baykal gölü hövzəsinin Qoloustan çayı üçün biotopların əhəmiyyətliliyini
təyin etmək alqoritmi, 4.7 şəkilində isə təsvir edilmiş metodikaya görə tərtib olunmuş xəritədən
fraqment verilmişdir.
Şə
kil 4.6. Bitopların əhəmiyyətini qiymətləndirmə ardıcıllığı
Dostları ilə paylaş: |