Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
66
- il ərzində nisbi rütubəti 80%-dən və çox olan günlərin sayı;
- atmosferin yerə yaxın qatında temperatur inversiyasının yaranma şəraitinin kəmiyyət
xarakteristikası.
Potensialın kəmiyyətinin bal ilə qiymətləndirilməsini planlaşdırma ərazisinin atmosfer
dövranının konkret xüsusuyyətlərindən asılı olaraq hər kriteriya üçün işlənmiş qiymətləndirmə şkalası
ə
sasında aparmaq olar.
Atmosferin ziyanverən aşqarlarla çirklənməyə həssalığı özünütəmizləmə potensialı ilə tərs
mütənasibdir: potensial nə qədər böyük olsa atmosfer havasının həssaslığı o qədər azdır, və əksinə.
Mühəndis və rekreasiya istifadələrində landşaftların həssalığını antropogen fəaliyyət
nəticəsində ekzogen relyefəmələgətirici proseslərin potensial yaranma imkanlarına görə
qiymətləndirmək məsləhət görülür.
Landşaftların həssaslığını qiymətləndirən zaman onların morfolitogen əsaslarının
(dəyişmələrin intensivliyi və prosesin qayıtması) antropogen təsirə reaksiyası nəzərə alınır. Buna
uyğun olaraq landşaftların davamlılığının aşağıdakı qradasiyalarını ayırmaq olar:
• davamlı-təhlükəsiz və yaxud ekzogen proseslərin əhəmiyyəli olmadığı, intensiv
istifadəyə yararlı səthlər;
• nisbətən davamlı – potensial olaraq təhlükəli səthlər, ekstensiv istifadə mümkündür,
amma, ekzogen proseslərin təsirindən mühafizəyə ahtiyacı var;
• davamsız – təhlükəli səthlər, onların istifadəsi landşaftın deqradasiyasına və bərpa
olunmayan proseslərə gətirib çıxara bilər;
• son dərəcədə davamsız – çox təhlükəli səthlər, onların istifadəsi məqsədəuyğun deyildir;
burada ekzogen relyefəmələgətirici ptoseslərin yaranmasının təbii-dağıdıcı xarakteri
təsərrüfat fəaliyyətini, və o cümlədən insanların həyatını, təhlükə altına qoyur.
4.4. cədvəlində landşaftların antropogen təsirə qarşı həssalığının təsnifatı verilmişdir.
Cədvəl 4.4. Landşaftların antropogen təsirə həssaslığı
Həssalıq
dərəcəsi
Davamlılıq Landşaftın morfolitogen əsasının antropogen təsirə reaksiyasının
xüsusiyyətləri
Yüksək
Davamsız
və hədsiz
davamsız
Yaranma və aktivləşmə
- uçqunlar, sürüşmələr və yuyulan çox dik yamacların, tektonik
kontaktların qayalı yamaclarının aşınması;
- vadilərin dik yamaclarında eroziya və sürüşmələr.
Orta
Nisbətən
davamlı və
nisbətən
davamsız
Yaranma və aktivləşmə
- eroziya yuyulması və vadilərin yamaclarında kütləvi
sürüşmələr;
-deltalarda, çay konuslarında əkin yerlərində deflyasiya.
Aşağı
Davamlı
Aktivlik yoxdur və yaxud azdır (hamar səthlər, azmeylli
yamaclar və terraslar)
Bir çox hallarda, təsir növü kifayət qədər yaxşı məlum olanda (məsələn, ancaq rekreasiya
yükləri), landşaftların həssaslığını aydınlaşdırmaq üçün onun dinamiki izahından istifadə edirlər.
Yəni, landşaftın funksional strükturunun modifikasiyasını nəzərə almaqla onun mümkün dəyişmələri
müəyyənləşdirilir.
4.4. Ərazinin istifadə olunmasının sahə məqsədləri
Bu mərhələnin son nəticəsi sahə xəritələri komplektidir, hansılardakı istifadə məqsədləri
növlərinə uyğun zonalaşdırma aparılmışdır.
Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
67
Cəmi üç əsas məqsəd növü ayırmaq olar:
- mühafizə,
- inkişafetdirmə
- yaxşılaşdırma.
Məqsədin birinci növü – mühafizə - ətraf mühitin mövcud vəziyyətini saxlamağa
yönəlmişdir. Bu ancaq ərazi istifadə olunmayanda və yaxud ekstensiv istifadə zamanı mümkündür.
Məqsədin bu növünə aşağıdakı fəaliyyət və tədbirlər uyğun gəlir:
- mühafizə (istifadə etməmək);
- ekstensiv istifadənin saxlanması;
- intensiv istifadədən imtina və onun ekstensiv formaya keçirilməi;
- istənilən mövcud və gələcəkdə mümükün istifadə cəhdlərindən imtina.
Məqsədin ikinci növü – inkişaf - ərazinin inkişafına yönəlmişdir. Bu zaman, fəaliyyətdə
olan qanuna əsasən, həm ekstensiv, və həm də, intensiv inkişafa yol verilir. Ərazinin “inkişaf” növü
məqsədinə görə istifadəsini reallaşdıranda onun mühafizəsi kateqoriyası (təbiəti mühafizə statusu),
ya əvvəlki kimi qalır, yaxud, bir dərəcə aşağı salınır. Belə məqsəd növü üçün aşağıdakı şəkildə
tədbirlər mümkündür:
- mövcud ekstensiv istifadənin saxlanması;
- qiymətləndirmə və nizamlama şərti ilə mövcud intensiv istifadəni saxlamaq;
- istifadə olunmayan ərazini ekstensiv istifadə kateqoriyasına keçirmək;
- istifadə olunmayan və yaxud az istifadə olunan ərazini intensiv istifadə kateqoriyasına
keçirmək (inkişafın nizamlanmış intensifikasiyası).
Məqsədin üçüncü növü – yaxşılaşdırma – ancaq ərazinin yaxşılaşdırmaq üçün kompleks
tədbirləri nəzərdə tutur. Bu keçmişdə və hazırda intensiv istifadəyə məruz qalmış ərazilərə aiddir.
Qeyd etmək lazımdır ki, böyük ərazilərin 1: 200 000 miqyaslı landşaft planında istənilən
məqsəd növünə nisbətən önəmlisi kimi baxmaq lazımdır, yəni bu məqsəd növü lokal sahələrdə
başqa istifadə növünü inkar etmir. Məqsəd növlərinin və tədbirlərin xülasəsi və nisbəti şəkil 4.8
verilmişdir.
Sahə məqsədlərinin növlərinin müəyyənləşdirilməsi əhəmiyyətlilik və həssaslıq xəritələri
ə
sasında aparılır. Araşdırma zamanı adətən hər iki göstərici nəzərə alınır. Məqsəd növlərinə görə
ə
razinin zonalaşdırılması aşağıdakı prinsiplərə riayət etməklə aparılır (şəkil 4.9):
- “Mühafizə” məqsədi ərazi ən yüksək qiymətə və daha böyük həssaslığa malik olanda
qəbul olunur.
- “Yaxşılaşdırma” məqsədi aşağı əhəmiyyətli ərazilər üçün qəbul olunur. Əlavə olaraq
ə
razinin pozulması və real istifadə xəritələri cəlb olunur, və əgər, ərazinin pozulması onun
ə
həmiyyətinin azalması ilə əlaqədar olsa, onda ərazi “yaxşılaşdırma” zonasına daxil edilir.
- “Đnkişaf “ məqsədi qalan ərazilərdə qəbul olunur, bununla yanaşı həssaslığın əsas
kriteriyası kimi davamlılığın qiymətləndirilməsinə xüsusi diqqət ayrılır. Yüksək davamlılıq
olmadıqda ərazi bu zonaya daxil edilmir.
Dostları ilə paylaş: |