Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
68
Şə
kil 4.8. Məqsəd və tədbir növlərinin sxematik nisbətləri
Şə
kil 4.9. Qiymət kateqoriyasının (həssalıq və əhəmiyyət xəritəsi) sahə məqsədlərinə inteqrasiyası
4.5. Ərazinin istufadə olunmasının inteqrasiya olunmuş məqsədləri
Ə
razinin itifadəsinin inteqrasiya olunmuş konsepsiyasını sosial-iqtisadi problemlərin analizi
(o cümlədən real istifadə və antropogen təzyiq xəritələri), ərazi resurslarının qiymətləndirilməsi və
ayrı-ayrı təbii komponentlərin istifadəsinin formalaşmış məqsədləri əsasında işləmək məsləhətdir.
Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
69
Şə
kil 4.10. Növ və biotoplar üçün ərazi inkişafının məqsədləri
1 - istifadədən imtina; 2 – mövcud ekstensiv istifadəni saxlamaq və ya bu kateqoriyaya keçmək; 3 – ektensiv
inkişaf; 4 – intetniv inkişaf (nizamlama ilə istifadəni intetnsifikasiya etməyə icazə verilir); 5 – yaxşılaşdırmaq,
sonradan ekstensiv istifadəni saxlamaq kateqoriasına keçmək; 6 – yaxşılaşdırma, sonradan eksteniv istifadə
kateqoriyasına keçmək.
Bu xəritə-konsepsiya aşağıdakı səbəblərdən hazırlanır:
- ətraf mühitin mühafizəsi və sosial-iqtisadi inkişaf üçün məsləhət görülən əraziləri ayırmaq
mümkün olsun;
Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
70
- ən kəskin ekoloji problemlərin yerlərini müəyyənləşdirmək, harada lazımdırsa bərpa üçün
xüsusi tədbirlər görmək, və belə tədbirləri nəzərə almağa imkan yaratmaq;
- ərazinin
inkişaf istiqamətini dəqiqləşdirmək, bu inkişafın baza strükturunu
konkretləşdirmək mümkün olsun.
Xəritə-konsepsiya məzmunun sadalanan üç komponenti inteqrasiya olunduqda ekoloji və
sosial-iqtisadi problemləri əraizi səviyyəsində ayırmağa, onların hər birini öz ərazilərində həll
etməyə, və daha sonradan bu zonaların daxilində fəaliyyəti optimallaşdırmaq üçün fəaliyyət
istiqaməti işləmək üçün imkanlar yaranır.
Belə ayırma ayrı-ayrı təbii komponentlərin – biotoplar, torpaq, səth və yeraltı sular,
landşaftlar, iqlim və s., istifadə məqsədlərinin müqayisəsi əsasında aparılır. Bu komponentləri birgə
götürdükdə onlar ərazinin təbii kompleksinin funksional əhəmiyyəti haqqında təsəvvür yaradır.
Ə
razinin formalaşdırma karkası, və yaxud, onun unikal və xüsusi estetik dəyərinin daşıyıcısı
olan təbii kompleksləri istifadədən çıxartmaq və, əsasən, mhafizə məqsədi ilə bir zonada
birləşdirmək lazımdır. Bu zonanın mövcudluğu, bütövlükdə, landşaftın təbii mühityaratma
funksiyasını saxlamağa, təbii resursların bərpasına, və son nəticədə landşaftların mühafizəsinə və
təbii müxtəlifliyin mövcudluğuna təminat verir. Xüsusi qiymətli landşaftları istifadə etməkdən
imtina və qoruq rejiminə yaxın (xüsusi mühafizə olunan ərazilər) bir rejimə uyğunlaşdırmaq da
burada nəzərdə tutulur.
Yüksək mühitmühafizə potensialına malik təbii komplekslər, mövcud və planlaşdırılan
istifadənin inkişafı gedən ərazilərini formalaşdırır. Bu ərazilərdə təbiətdən istifadə fəaliyyətdə olan
qanunçuluğa uyğun olmalıdır.
Təbii komplekslərin istifadəsi prosesi zamanı yaranmış bütün pozuntuları, onları
yaxşılaşdırmaq və bərpa etmək üçün, bir zonaya toplamaq məsləhət görülür. Bərpanın davamı və
texnologiyası pozulma dərəcəsi və səciyyəsindən asılı olaraq müxtəlif ola bilər. Həm də, antropogen
yük götürüldükdən sonra, pozulmuş landşaftların özünübərpa qabiliyyətini qiymətləndirmək
məsləhət görülür. Belə qabiliyyət olduqda bir müddət onun istifadəsindən imtina kifayətdir.
Dəyişmələrin bərpası mümkün olmayan ərazilər və yaxud aşağı qabiliyyətli özünübərpa imkanları
olan landşatlar üçün əlavə xüsusi tədbirlərin tətbiqi məsləhətdir. Bu zonaların təbii komplekslərini
bərpa etdikdən sonra onları inkişaf, və yaxud, mühafizə olunan zonaya daxil etmək olar,
bununlada ərazinin inkişaf imkanları artar.
Məqsədlərin inteqrasiya olunmuş konsepsiyasını sahə məqsədləri xəritləri əsasında işləmək
məqsədəuyğundur. Bir xəritələri birləşdirən zaman sahə məqsədlərinin arealları üst-üstə
düşmədikdə, inteqrasiya etmək pioritet prinsipində aparılır.
Đ
nteqrasiya olunmuş məqsədlərin xəritələrinin hazırlanma texnologiyası 4.11 şəkilində
verilir.
Đ
inteqrasiya olunmuş məqsədlər xəritəsinə (şəkil 4.12) ərazinin gələcək inkişafının ümumi
təsvirini əks etdirən mətn əlavə olunur. Belə mətnə aşağıdakılar daxil ola bilər:
- təbiəti mühafizə siyasətinin əsas cizgiləri;
- planlaşdırılan fəaliyyətin əsas növləri;
- təbiəti mühafizə və təsərrüfat fəaliyyətinin uyğunlaşdırılması yolları;
- seçilmiş inkişaf istiqamətinin reallaşdırılmasına təminat verən əsas strükturların sadalanması.
Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
71
Şə
kil 4.11. Đnteqrasiya olunmuş məqsədlər xəritəsinin tərtib texnologiyası
Şə
kil 4.12. Ərazi inkişafının inteqrasiya olunmuş məqsədləri (xəritənin legendasına Antipov və b.,
2005-də baxmaq olar).
Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
72
4.6. Fəaliyyət və tədbirlərin əsas istiqamətləri
Fəaliyyət və tədbirlərin əsas növləri konkret ərazinin istifadə və inkişaf məqsədlərindən, məqsəd
və tədbirlərin növlərinin məsləhət bilinən nisbətlərindən irəli gəlir. Ərazinin fəaliyyət və tədbirlər
növünə görə zonalaşdırılması məqsədlərin inteqrasiya olunmuş xəritəsi əsasında icra olunur.
Planlaşdırma ərazisi üçün aşağıdakı fəaliyyət və tədbirlər növü nəzərdə tutula bilər:
- bütün ərazi üçün ümumi tədbirlər, hansılar ki, ərazinin inkişaf konsepsiyasına yönəlmişdir;
bura həm ümumi xarakterli və həm landşaft planının reallaşdırılmasına yönəlmiş yeni hüquqi
normalar, ərazinin idarəsinin funksional strükturu üzrə təkliflər, bütün əraziyə aidiyyəti olan
müxtəlif fəaliyyət növləri daxil ola bilər;
- mövcud vəziyyəti saxlamaq, və yaxud, ətazinin ayrı-ayrı sahələrini istifadə üçün tədbirlər;
- mövcud, və yaxud, təklif olunan istifadəni yaxşılaşdırmaq üçün tədbirlər;
- mühafizə məqsədi fəaliyyətini yaxşılaşdırmaq üçün tədbirlər;
- inkişafetdirmə məqsədi fəaliyyətini yaxşılaşdırmaq üçün tədbirlər;
- sosial mühiti yaxşılaşdırmaq üçün əsas fəaliyyətlər.
Konkret tədbirin təsviri ümumi ərazi üçün fəaliyyət istiqamətlərinin xarakteri ilə əlaqələndirilr,
bu istiqamətlər baxılan ərazinin inkişaf konsepsiyasına uyğun olmalıdır (qanunvericilik təşəbbüsləri,
ə
razinin idarə olunmasının əsas məqamları, nəzərdə tutulmuş tədbirlərin effektivliyinə nəzarət və s.).
Hər fəaliyyət növünü təsərrüfat strükturu və torpaqdan istifadəyə uyğun icra etmək
məqsədəuyğundur (məsələn, kənd təsərrüfatı, meşə təsərrüfatı, turizm, sosial mühit və i.a.).
4.7. Növbəti planlaşdırma üçün istinadlar və çərçivə şərtləri
Növbəti landşaft planalaşdırmasın nəticələrinin obyektiv və effektivliyini təmin edən əsas
şə
rt planlaşdırma texnologiyasında (metodikasında) ardıcıllığın (varisliyin) olmasıdır. Ona görə də
landşaft planının tamamlama mərhələsində, və yaxud, planlaşdırma tamamlandıqdan bir qədər
sonra, landşaft planını həmin miqyasda təkrar aparmaq, və yaxud daha iri miqyasda yeni
planlaşdırmanı tərtib etmək üçün, çərçivə şərtlərini müəyyənləşdirmək məsləhət görülür. Növbəti
planlaşdırmanın çərçivə şərtlərinə onun əsas istinadları, aktuallığı (zəruriliyi) və əsas məqsədləri
daxildir.
Tam, və yaxud, hissə şəkilində landşaft planlaşdırılmasının yenidən aparılması zəruriyyəti
aşağıdakı hallarda meydana çıxa bilər.
1. Ərazi inkişafının ümumi konsepsiyasının dəqiqləşdirilməsi, nə vaxt ki,
- yeni qanuni və normativ sənədlər ərazinin inkişaf konsepsiyası üçün əvvəlcə işlənmiş
landşaft planında istifadə olunmuşlarla ziddiyət təşkil edir;
- ərazinin inkişaf konsepsiyası real dəyişmələrlə uyğunlaşmır, hər şeydən əvvəl sosial-
iqtisadi sferada, və yaxud, əsas məqsədlərə nail olunmuşdur.
2. Yeni prioritet komponentlərin müəyyənləşdirilməsi, hansların ki, mühafizəsi ərazinin əsas
inkişaf məqsədi ola bilər.
3. Məqsəd zonalarının sərhədlərinə yenidən baxış, məsələn, o zaman ki,
- ayrı-ayrı təbii komponentlərin vəziyyətində müsbət dəyişmələr baş vermişdir və
yaxşılaşdırma zonasını azaltmaq olar;
- heyvandarlığın yem bazası tükənmişdir və onun sonrakı ekstensiv inkişafı rentabelli deyil;
Dostları ilə paylaş: |