LüĞƏTDƏ gedəN İXTİsarlar


 ƏKSİNƏ Bu barədə [Zeynal] açıq da­ nışmaq istəməsə də, iradəsinin əksinə



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə56/216
tarix21.10.2017
ölçüsü6,16 Mb.
#6308
1   ...   52   53   54   55   56   57   58   59   ...   216

1. ƏKSİNƏ Bu barədə [Zeynal] açıq da­

nışmaq istəməsə də, iradəsinin əksinə gedir, 

bir-bir açıb deyirdi (B.Bayramov); BƏRƏKS 

Dünya dağılsa da, pozub əlimlə; Şüurum ya­

zana bərəks getmərəm (M.Rahim); QARŞI 

[Surxay] öz dostuna qarşı ittihamkar müha­

kimələr  yürüdürdü  (İ.Əfəndiyev);  TƏR­

SİNƏ Bu çərxi-fələk tərsinə dövran edir indi 

(M.Ə.Sabir).



2. ƏKSİNƏ {deyilənin və ya nəzərdə tutu­

lanın  tam  tərsinə)  [Nizami:] Əksinə, dünya 

çox  eniş-yoxuşludur  (M.S.Ordubadi);  Bİ- 



LƏKS  [Mələk:]  Lakin  sizi  ayırmaq  deyil, 

biləks,  əbədi  bir  eşqlə,  sönməz  bir  məhəb­

bətlə  qovuşdurmaq  istərdim  (H.Cavid); 



TƏRSİNƏ  [Babakişi:]  Tərsinə,  bizdən  çox 

Nikolayın  yıxılmağına  ..  camaatı  sevinir 

(S.Rəhimov); ZİDDİNƏ {bax).

1.  ƏQİDƏ  {insanın  mühit,  həyat,  varlıq 

haqqında  düşüncə  və  inamı);  ETİQAD  Bu 

etiqada baxmayaraq Pəri xalanın piyalə kimi 

açılmış  kədərli  qara  gözlərinin  dərinlərində 

bir  intizarın  qığılcımları  yanırdı  (M.İbra- 

himov); MƏSLƏK Bəzən əqidə de, məslək 

de,  din  də;  Senin  atəşinə  yanıb  kül  olur 

(B.Vahabzadə);  MƏZHƏB  {köhn.)  [Molla 

Sadıq:] Camaat, hamınız sünnüsünüz, məz­

həbinizdən dönməyin, şəkk eləməyin, sonra 

axiret  dünyasında  cəhənnəm  oduna  yanar­

sınız (İ.Şıxlı).

2. əqidə bax fikir I; rəy 1

ƏQİDƏLİ, ETİQADLI, MƏSLƏKLİ

ƏQİDƏSİZ {əqidəsi, məsləki olmayan)

[Kürd Əhməd] ..bir addım əvəzinə beş addım 

geri çəkilən əqidəsiz, etiqadsız adamlardan- 

dır  (M.İbrahimov);  MƏSLƏKSİZ  Silək 



məsləksizləri;  ölkənin  ayağından  (X.Rza); 

ETİQADSIZ.

ƏQİQ {qiymətli daş) ...Hamısının barma­

ğında qırmızı əqiq üzük parlayırdı (M.S.Or­

dubadi);  ŞƏVƏ  O  gah  fil  sümüyü,  gah  da 

şəvədən;  Möhrəlor  götürüb  qoyur  deyəsən 

(Şəhriyar).



əql bax ağıl

ƏQLİ, ZEHNİ, FİKRİ, MƏNƏVİ {ağla 

məxsus olan, ağla əsaslanan)

Əksinə

120


I ƏQRƏB {saatda) Divardakı saatın əq­

rəbləri isə tənbəl-tənbəl tərpənir, xarab ol­

muş  kimi  güclə  hərlənirdi  (Ə.Qasımov); 



ŞÜMARƏ  {köhn.)  Saatı  çıxardım  qoyum 

stolun  üstünə  ki,  görüm,  saatın  şümarələri 

nə  vaxt  gəlib  3-ün  üstündə  duracaqdır... 

(C .Məmmədquluzadə).



II ƏQRƏB {zool.) {zəhərli həşərat) Bircə 

saat gec gələndə bu gənc həkim otağa; San­

mışam  ki,  yerimişdir  ilan,  əqrəb  yatağa 

(M.Rahim); ÇƏNBƏRQUYRUQ.



1. ƏL  {qolun  biləkdən  dırnaqlara  qədər 

olan  hissəsi)  Əlində  körpəni  oynadır  qarı; 

Göstərir  uzanan  dilsiz  yolları  (S.Vurğun); 



DƏST {arx.) Mənim sınıq könlüm ona indi­

lər; Saqinin dəstindən bir cam al, istər (Aşıq 

Abdulla); CƏNG {kl.əd.) Kəndlilər bu xeyir 

işi  alqışlayaraq  anladılar  ki,  Hümmətəlinin 



cəngindən qurtarmaq zamanı hələ gəlməmiş 

(S.S.Axundov);  PƏNCƏ  Keçdi  pəncəmizə 

gözəl  Qarabağ;  Öpsün  qılıncımı  hor  qaya, 

hər dağ (S.Vurğun).



2. ƏL {nərddə, qumarda və s. oyunlarda) 

[Nebi Cebiye:] Sən lap qart qumarbaz imiş­

sən. Onda mənlə bir əl qonçuna oynamaqda 

necəsən?  (S.S.Axundov);  PARTİYA  [Co- 

vanni:] Sən apardın, Cavanşiro. Bir partiya 

da oynayaq? (H.Abbaszadə).

3. əl bax dəfə

1.  ƏLA  [Şeyx  Hadi:]  Sizin  imanınızdan 

övladır;  Haqq  bilir,  həm  də  min  qat  əladır 

(H.Cavid); ÇOX GÖZƏL [Fəxrəddin bəy:] 

Çox  gözəl  gecə  keçib,  get  rahat  ol  (N.Ve- 

zirov);  ÇOX  YAXŞI  [Məstoli  şah:]  Çox 



yaxşı, indi mən bu saatda, xanım, sizin gö­

zünüzün  qabağında  Parisin  heykəlin  bərpa 

edib,  burada  onu  pozacağam  (M.F.Axund- 

zadə); YAĞ KİMİ (məc. dan.) [Sədr:] Sizin 

sağlığınıza, yoldaş Qaradağlı, işlər yağ kimi 

gedir (B.Bayramov).



2. əla bax beş

1.  ƏLAC  {ağlabatan  tədbir)  [Salamov:] 

Danışma,  özünü  ver  dağ  yoluna,  ayrı  əlac 

yoxdur  (S.Rəhman);  ÇARƏ  Ağıllı  adamlar 

seçib onun hüzuruna göndərək və dərdimizə 



çarə istəyək (S.S.Axundov); DƏRMAN

Əlac


Əlac

(məc.)  Oğlanı  dərd  apardı;  Dərmanı  qızda 

qaldı (Bayatı); TƏDBİR, VASİTƏ.



2. əlac bax dərman 1; müalicə

3. əlac bax tədbir



ƏLACLI (əlacı, dərmanı olan)', ƏLAC- 

PƏZİR  (köhn.)  [Mirzə  Mahmud:]  Azarım 

əlacpəzir  deyil  (Çəmənzəminli);  MÜALİ- 

CƏPƏZİR  ...Bunun  da  dərdi  müalicəpəzir 

olan  surətdə,  o  da  öz  məsləhətinizdir 

(C.Məmmedquluzadə); MÜALİCƏ OLU­

NAN.

əlacpəzir bax əlaclı

1. ƏLACSIZ (əlacı olmayan) Heç yerdə 

ədalət burdakı qədər gücsüz, əlacsız olma­

mışdı  (Mir  Cəlal);  LAƏLAC  Axırı  laəlac 

qalıb,  özündən,  özgədən  on-on  beş  manat 

tədarük  edib,  Məmmədhəsen  əmi  bir  ulağ 

aldı (C.Məmmədquluzadə); BİƏLAC [Ca­

hangir  bəy:]  ...indi  o  ümidlərim  də  kəsilib, 

qalmışam naçar, biəlac... (N.Vəzirov); ÇA­



RƏSİZ Men susur, çarəsiz qalıb darıxa-da­

rıxa  Davuda  qulaq  asır,  arabir  də  təəssüflə 

başımı  tərpədirdim  (H.Abbaszade);  ÇAR- 

NAÇAR [Pərviz:] Biz çar-naçar gedib yat­

dıq (M.İbrahimov); LABÜD Axırı labüd qa­

lıb dedim: - Canım, sabahadək gözlə, tele­

qram  vurum,  pul  gəlsin  (Ə.Haqverdiyev); 



NAÇAR Görürsən ki, bu günün naçarı neçə 

gündən  sonra  qeyri  bir  derdə  mübtəlanın 

qolundan tutub, əncam üçün bu yerlərə səfa 

tapmağa gətiribdir (B.Bayramov); NAƏLAC 

[Kerbəlayı  Məhəmmədvəli:]  Çünki  yolda 

sovqatımı  əngələ  saldılar,  naəlac  qalıb  bu 

qəndi aldım ki, ağa özünə mürəbbə bişirtsin 

(N.Vəzirov).

2. əlacsız bax sağalmaz

1.  ƏLAQƏ  (bir-biri  ilə  bağlılıq  olma, 

münasibəti  yaxınlıq)  [İlyas:]  Rica  edirəm, 

mənə olan əlaqəniz dostluq əlaqəsi çərçivə­

sindən  kənara  çıxmasın  (M.S.Ordubadi); 

İRTİBAT Meruf bir zat Azerbaycana gəldi, 

qeyri-rəsmi  bir  irtibat  yaratdı  (M.İbrahi- 

mov); MÜNASİBƏT (məc.) Ancaq onların 

arasındakı münasibət salamlaşmaqdan uzağa , 

getmədi (H.Abbaszadə); RABİTƏ O, Cənubi

Əlbir

Azərbaycanda səfərbərlik etdi, çünki Şima­

lın Cənubla olan qardaşlıq rabitələri möh­

kəm  deyildi  (M.S.Ordubadi);  ÜNSİYYƏT 

Nə bais oldu ki, tez kəsdi məndən ünsiyyət; 

Qərarü  səbrü  təvan  etdi  Natəvan  tərkin 

(Natəvan).

2. ƏLAQƏ, CİNSİ YAXINLIQ

3. əlaqə bax rabitə 1

4. əlaqə bax aidiyyət 

ƏLAQƏDAR İşin mahiyyəti isə rusların

Terek  çayma  körpü  salıb,  dağlardan  yollar 

açıb,  Tiflisə  gəlməsi  ile  əlaqədar  idi  (Çə­

mənzəminli);  VABƏSTƏ  Bu  iş  vabəstədir 

həp  ittihadə;  Deyil  vabəstə  əğrazü  inade 

(M.Hadi);  BAĞLI  [Səfərəli:]  Ağa,  xörək­

lərin  yaxşı  olmağı  bağlıdır  xərcə,  xərc  də 

bağlıdır nəqd pula (N.Vəzirov).

1.  ƏLALTI  (əl  altında  işləyən,  köməkçi 

işləri görən) [Nərgiz:] Sənin əlaltın öz işini 

yaxşı bilir (M.İbrahimov); QUYRUQ (məc.) 

[Zalxa:]  Sən  Salmanov  da  onunla  əlbirsən, 

sən Kərəmov da onlann quyruğusan (S.Rəh- 

man).

2. əlaltı bax xəlvətcə



1. ƏLAMƏT, ƏSƏR, İZ, QALIQ

2. əlamət bax nişanə 

əlan bax indi(cə) 

əlbəəl bax dərhal 

əlbəsə bax paltar

əlbət bax əlbəttə 1; yəqin

1.  ƏLBƏTTƏ  [Müsyö  Jordan:]  Əlbəttə 

sehrdir, mat qalmalı işdir... (M.F.Axundzadə); 



ƏLBƏT Demək olmaz dirilər tək yatıb, əlbət 

duracaq (M.Ə.Sabir); HƏR HALDA.



2.  əlbəttə bax şübhəsiz 2 

ƏLBƏYAXA [Döyüşçülərdən biri:] Bu­

dur, bax, kəndə girən yolda əlbəyaxa döyüş 

başlandı...  (M.Hüseyn);  DÖŞ-DÖŞƏ  [Mir- 

hadı:]  On  səkkiz  yaşında  oğlan  əjdahalarla 



döş-döşə gələn böyük pəhləvanın qabağında 

necə  dursun?  (H.Abbaszadə);  PƏNCƏ- 



PƏNCƏYƏ  Burda  qədim  babalar  ayılarla, 

fillərlə;  gəlmiş  pəncə-pəncəyə  (M.Rzaqulu- 

zadə).

əlbir bax birlikdə

121



Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə