M-12. Охu dərslərində lüğət üzrə işin təşkili metodikası Plan Oxu dərslərində lüğət üzrə işin təşkili



Yüklə 32,24 Kb.
səhifə2/4
tarix29.04.2023
ölçüsü32,24 Kb.
#107714
növüDərs
1   2   3   4
M 12 Охu dərslərində lüğət üzrə işin təşkili metodikası

Tədqiqat sualı: Əksmənalı sözlər (antonimlər) haqqında nə öyrənməliyik?
Tədqiqatın aparılması: Qruplara bölgü aparılır. Hər bir qrupa iş vərəqi təqdim edilir.
İş vərəqi 1
1.Verilmiş sözlərin antonimlərini müəyyənləşdirin:
gülmək, alçaq, söndü, yaxşı, ağlaya-ağlaya, ağ, acı, arıq, boş.
2.Atalar sözlərində verilmiş antonimləri müəyyənləşdirin.
Toxun acdan xəbəri olmaz.
Qurunun oduna yaş da yanar.
Yol böyüyündür, su kiçiyin.
Qələm əyri yonulsa da, düz yazar.
İş vərəq 2
1. Aşağıda verilmiş sözləri sinonim və ya antonim olduğunu müəyyənləşdirin.
danışmaq-susmaq qaçmaq-yüyürmək ürək-qəlb
gülmək-ağlamaq sevinc-kədər ucuz-baha
qarşı-ön irəli-geri təzə-yeni gözlük-eynək
2.Atalar sözlərində nöqtələrin yerin uyğun gələn əksmənalı (antonim)
sözləri yazın:
Yaman gündə düşmən gələr .... olar.
.... demək, cavandan əmək.
Qorxaq gündə yüz yol ölər, ... ömründə bir yol.
Qara da özünü ... sayan zaman
Vicdan ləkələnir, inam ağlayır.
İş vərəqi 3
1.Verilmiş antonimləri qarşı-qarşıya yazın.
böyük, iri, şirin, buraxmaq, zəif, açmaq, acı, kiçik,
yanmaq, xırda, tutmaq, bağlamaq, güclü, sönmək
2.Aşağıdakı atalar sözləri və zərb-məsəllərində buraxılmış
antonim sözləri tapın.
1.Dost ... baxar, düşmən ayağa.
2. ... yerin buğdasından yaxın yerin arpası yaxşıdır.
3. Vaxt atlı, biz ... .
4.Qocanın biliyi, ... biləyi.
5. ... artar, haram batar.
İş vərəqi 4
1.Mətndəki antonimləri tapın.
Külək təbiətdə kiçik yox, böyük işlər görür. Bu işlər dağıdıcı və yaradıcı ola bilər. Əgər külək əsməsəydi, hava hərəkətsiz olardı. Onda isti ölkələrin havası daha isti, soyuq ölkələrinki isə daha soyuq olardı.
2.Özündə əksmənalı sözləri (antonimləri) əks etdirən iki şəkil çəkin.
İş vərəqi 5
1.Verilmiş sözləri müqayisə edərək antonim cütlükləri müəyyən edin.
Sülh, isti, düz, yumşaq, dost, durmaq, müharibə, düşmən, əyri, oturmaq, soyuq, bərk
2.Aşağıdakı zərb-məsəllərdəki əksmənalı sözləri (antonimləri) müəyyənləşdirin.
Ağzı var, dili yox.
Cahil ilə bal yemə, alim ilə daş daşı.
Yaman günə səbr edən yaxşı günə tez çatar.
Acı yesən də, şirin danış.
Yüz eşitməkdənsə, bir görmək.

Yüklə 32,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə