M-12. Охu dərslərində lüğət üzrə işin təşkili metodikası Plan Oxu dərslərində lüğət üzrə işin təşkili



Yüklə 32,24 Kb.
səhifə3/4
tarix29.04.2023
ölçüsü32,24 Kb.
#107714
növüDərs
1   2   3   4
M 12 Охu dərslərində lüğət üzrə işin təşkili metodikası

Məlumat mübadiləsi və müzakirəsi. Hər qrup öz işini təqdim edir. Digər qruplar isə təqdim olunan işlərin müzakirəsində iştirak edirlər. Fikirlər dinlənilir. Səhvlər islah olunur.
Nəticələrin çıxarılması. Müzakirədən sonra ümumi nəticəyə gəlinir. Əksmənalı sözlərin elmi adı açıqlanır və bu sözlərin xüsusiyyətləri bir daha izah edilir.
Əksmənalı sözlərin nitqimizin zənginləşməsində, fikrimizin daha aydın və anlaşıqlı verilməsində, bədii yaradıcılıqda böyük əhəmiyyət kəsb etdiyi şagirdlərin diqqətinə çatdırılır.
Yaradıcı tətbiqetmə.Əksmənalı sözlərdən istiadə etməklə mətn qurun.
Qiymətləndirmə. Qiymətləndirmə testlər vasitəsi ilə aparılır:
1.Aşağıdakı bəndlərin birində antonimlər yoxdur?
a) ağ-qara b) dərin-dayaz c) asan-çətin
d)xəstə-sağlam e) dadlı-şirin
3.Verilənlərdən biri antonim deyil?
a) cavan-qoca b) iri-xırda c) gözəl-çirkin
d) dinmək-danışmaq e) eniş-yoxuş
4.Hansı sözlər antonimdir?
a)mələk-qızıl b) döndün-söndün c)mələk-iblis
d) qaraldın-döndün e) günəş-mələk və s.
Əsərin oxusu zamanı qrup işinin təşkili faydalıdır. Qrup daxilində iş zamanı şagirdlər biri digərinin biliklərindən bəhrələnir. Şagirdlər nə öyrənmiş olduqlarını xatırlayır, onları tematik qaydada möhkəmləndirirlər. Yeni öyrəndikləri sözləri təkrarlamaqla fəal lüğətə daxil etmək imkanı qazanırlar. Fəal təlim üsulları ilə keçirilən dərs nümunəsinə nəzər salaq:
Standart:
2.1.3. Sözlərin həqiqi və məcazi mənasını fərqləndirir.
2.1.2.Mətndəki çoxmənalı sözləri fərqləndirir.
2.2.4. Mətndəki əsas fikrə münasibətini bildirir.
Mövzu: Sinonimlər (Yaxınmənalı sözlər. III sinif).
Məqsəd: a) Mətndə sözlərin həqiqi və məcazi mənasını fərqləndirir.
b) “Kəndimiz” şeirində yaxınmənalı, çoxmənalı sözləri fərqləndirir.
c) Verilmiş mətndəki əsas fikrə münasibətini bildirir.
İş üsulu: əqli hücum, söz assosiasiyası, diskussiya
İş forması: qruplarla iş
Resurslar: əyani vəsait, sxemlər, noutbuk, proyektor, iş vərəqləri və s.
Dərsin gedişi
Motivasiya, problemin qoyuluşu. Elektron lövhədə “Ögey ana” filmindən fraqmentlər göstərilir. Balaca İsmayılın böyük məhəbbətlə oxuduğu “Kəndimiz” mahnısı (musiqisi Tofiq Quliyevin, sözləri Zeynal Cabbarzadənindir) dinlənilir:
Yurdum, yuvam, ey əziz kəndimiz,
Azad, abad a gözəl kəndimiz.
Gözəl olur səndə yay, qış, bahar...
Bununla da mövzunun sorğusuna təbii zəmin yaranır. Qruplar təqdim olunur: beş nəfərdən ibarət “Yurd”, “Yuva”, “Məskən”, “Vətən” qrupları yaradılır. Hər qrup öz liderlərini müəyyənləşdirir. Hər bir qrupda yaxşı və zəif oxuyan şagirdlərin olmasına diqqət yetirilir. Qruplara iş vərəqləri paylanır.
“Yurd” qrupu

  1. Sözün leksik mənası nəyə deyilir?

  2. Yaxınmənalı sözlərə nə deyilir? (sinonimlər)

  3. Yaxınmənalı sözlərin çoxmənalı sözlərdən fərqi nədir?

  4. Üz, bel, göz, baş, dil, qol, ağız sözlərindən hansılar həm çoxmənalı, həm də omonim kimi işlənə bilir?

“Yuva” qrupu
1.Dilimizdəki bütün sözlərin leksik mənası varmı?
2. Çoxmənalı sözlər nəyə deyilir?
3. Ecazkar, bəşər, qartal sözlərinin leksik mənasını izah edin.
“Məskən” qrupu
1. Çoxmənalı sözlər (sinonimlər) hansı nitq hissələrinə aiddir?
2. Həqiqi və məcazi mənada işlənən sözlərə nümunələr yazın.
3. Buruq, ləpə, sol, inci, dolu sözlərini cümlələrdə işlədin.
“Vətən” qrupu
1. Təkmənalı və çoxmənalı sözlərin fərqi nədir?
2. Sözün leksik və qrammatik mənaları dedikdə nəyi başa düşürsünüz?
3. Dərin, dəmir, ağır, şirin, iti - sözlərini cümlədə məcazi mənalarda işlədin.
İş vərəqləri paylandıqdan sonra sinifdə işgüzar səs-küy yaranır. Bir neçə dəqiqədən sonra qrupların cavabları dinlənir. Bu zaman daha cəld cavab verən qruplara üstünlük verilir. Zəif şagirdlərin iştirakına şərait yaradılır. Bundan sonra qrupların cavabları qiymətləndirmə meyarları ilə qeyd edilir.
Beləliklə, dərsin I mərhələsi başa çatır. Sonra dərsin II mərhələsi başlanır. Bu zaman suallardan istifadə edilir. Elektron lövhədə aşağıdakı cümlələr görüntülənir:

  1. Qəşəng, gözəl bir qız mənə salam verdi.

  2. Mən cavan və gözəl qızı görən kimi tanıdım.

  3. Cümlələr müqayisə edilir, müzakirə aparılır:

Müəllim: Bu cümlələrdə hansı sözlər təkrar edilir?
Şagird: Bu cümlələrdə qəşəng, gözəl sözləri təkrar edilir.
Müəllim: Düzdür, bu sözlər necə sözlərdir?
Şagird: Bu sözlər mənaca bir-birinə yaxın olsalar da, formaları müxtəlifdir.
Müəllim: -Bu sözlər sinonim sözlər hesab edilir. Deyilənlərə əsasən, sinonimlərə necə tərif vermək olar?
Şagird: Yazılışı və deyilişi fərqli, mənası isə eyni və ya yaxın olan sözlərə sinonimlər deyilir.
Müəllim: Doğrudur. Sinonimlər eyni mənanı bildirsə də, onların işlənməsində incə fərqlər var. Məsələn: qat, lay, təbəqə
Diskussiya aparılır: -Sinonimlərin dildə rolu nədən ibarətdir?
Sinonimlər fikri daha dəqiq ifadə etməkdə böyük rol oynayır. Sinonimlərdən, əsasən, bədii üslubda istifadə olunur. Sinonimlik özünü daha çox isim və feillərdə göstərir.
Sonra şagirdlər sinonimləri lövhədə qeyd edirlər:
Yurdum, yuvam, məskənimsən.
Elim, günüm, obam sənsən. (S.Vurğun)
Sinonimlər lövhədə yazılır: göy - səma; təzə - yeni.
Göy və təzə sözlərinin yerinə onların sinonimlərini işlətməyin mümkün olub-olmadığına fikir verilir. Qruplar yəqin edirlər ki, göy sözünü səma sözü ilə əvəzləmək olar, lakin təzə sözünü yeni sözü ilə əvəz etmək mümkün deyil. Yəni göy və səma sözləri eyni mənalı, təzə və yeni sözləri isə yaxınmənalı sinonimlərdir.
Bundan sonra qruplara yeni iş vərəqləri paylanır və öyrəndikləri biliklər möhkəmləndirilir.
“Yurd” qrupu
Uyğun gələn sinonimləri yerinə yazın:

  1. Maşın saat doqquzda... (getdi - yola düşdü)

  2. Qarşımızda ... (gözəl - göyçək) mənzərə canlandı.

3. O, .... (təzə - yeni) kostyumunu geyinmişdi.
“Yuva” qrupu
Uyğun gələn sinonimləri yerinə yazın.

  1. ... (böyük - iri) qardaşım hərbi hissədə qulluq edir.

  2. Belə ... (hündür - yüksək) vəzifə hər adama nəsib olmur.

  3. Onlar ... (qabaq - əvvəl) cərgədə əyləşmişdilər.

“Məskən” qrupu
Uyğun gələn sinonimləri yerinə yazın.

  1. Ağacın başında bir quş ... (yuva - oba) salıb.

  2. ... (ürək - könül) yanmasa, gözdən yaş çıxmaz.

  3. ... (xoşbəxt-bəxtəvər) uşaqlar şən mahnılar oxuyurlar.

“Vətən” qrupu
Uyğun gələn sinonimləri yerinə yazın.

  1. ... (dəli - axmaq) könül, gəl əylənmə qürbətdə.

  2. Maşın yolda... (xeyli - çoxlu) dayandı.

  3. ... (yaş - sulu) dəsmalla üzünü sildi.

Cavablar dinlənilir və fikirlər ümumiləşdirilir.
Evə tapşırıq verilir.
Qiymətləndirmə meyarlarla cədvəldə yekunlaşdırılır.
Oxu dərslərində antonimlər üzərində iş aparmaq da çox faydalıdır. Şagirdlərin bir-birinə zidd olan sözləri tapmaları, məna ziddiyətini öyrənmələri, onların lüğət ehtiyatını zənginləşdirir. Məsələn, şagirdlərin diqqəti aşağıdakı mətnlərə cəlb olunur:
“- Kim yatmış, kim oyaq?
-Hamı yatmış, Cırtdan oyaq
Yaxud:
“-Çox çalışıb, görünür,
Məşq edib axşam-səhər.
Yoxsa, qaça bilərmi
Yorulmadan bu qədər?”
Yaxud:
Mən anayam, bu səsimdə,
Yerin, göyün dərdi var.
Sülhə gəlin ey insanlar,
Yoxsa, dünya məhv olar!
Bu parçalarda yatmış-oyaq, axşam-səhər, yer-göy və s. əks mənalı sözlər-antonimlərdir. Müəllim antonimlərdən məlumat verməklə bərabər, onların bədii əhəmiyyətini də şagirdlərə başa salmalıdır.
Lüğət ehtiyatını zənginləşdirilməsi ümumpedaqoji problemdir. Lüğət işi oxu dərslərində, həmçinin digər dərslərdə də diqqət mərkəzində durmalıdır. Şagirdlərin lüğət ehtiyatının zənginləşdirilməsi işi vahid sistem üzrə, planlı və ardıcıl şəkildə həyata keçirilməlidir.

Yüklə 32,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə