M-61 I e. d prof., Zahid Fərrux Məmməd



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə38/98
tarix31.08.2018
ölçüsü2,11 Mb.
#65798
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   98

 
123
ehtiyat  normalarının  ortalamamüddəti  uzadılmışdır.  Eyni 
zamanda bank sistemində maliyyə risklərini çevik idarə etmək 
üçün Mərkəzi Bank sektorun daha dayanıqlı və sabit mənbələr 
hesabına inkişafını təmin edən tədbirlər görmüşdür. Nəticədə, 
iri  məbləğdə  xarici  öhdəliklərini  icra  etməsinə  baxmayaraq, 
banklar kreditləşməni davam etdirmişdir. 
2008-ci ildəölkədə bank infrastrukturunun təkmişllədiril-
məsi istiqamətində də intensiv işlər davam etdirilmişdir. Bank 
qanunvericiliyi  daha  da  təkmilləşdirilmiş,  ödəniş  sistemləri 
daha  da  müasirləşdirilmiş,  əmanıtlərin  sığortalanması  siste-
minin əhatə dairəsi genişlənmişdir. 
Beləliklə,  2008-ci  ildə  dünya  iqtisadiyyatında  yaşanan 
dərin  maliyyə  böhranı  və  iqtisadi  tənəzzülə  baxmayaraq, 
Azərbaycan  iqtisadiyyatı  qlobal  böhrana  yüksək  davamlılıq 
nümayiş  etdirmiş,  bank  sistemində  sabitlik  və  artım  dinami-
kası qorunmuşdur. 
Əlverişsiz  xarici  m
ühitə  baxmayaraq  Azərbaycan  bank 
sistemi reallaşan risklərə davamlılıq nümayiş etmişdir. 

ərzində 
bank 
sektorunun 
aktivləri 
52,7% 
(müqayisəüçün  2007-ci  ildə  -78%),  kapital  47,8%  (93%), 
iqtisadiyyata  kreditlər  isə  53,5%  (98%)  artmışdır.  Bank 
aktivlərinin  ÜDM-ə  nisbəti  ilin  əvvəlindəki  25,1%-dən  27%-ə 
(qeyri-neft  ÜDM-ə  müvafiq  olaraq  70,5%-dən  69,6%-ə), 
kapitalın  ÜDM  nisbəti  3,8%-dən  3,9%-ə  (qeyri-neft  ÜDM-ə 
nisbətən 10,6%-dən 10,1%-ə), iqtisadiyyata kreditlərin (ÜDM-
ə nisbəti 17%-dən 18,4%-ə (qeyri-neft 
ÜDM-ə nisbətən 47,8%-
dən 47,4%-ə) yüksəlmişdir. 
Dünya  maliyyə  böhranının  təsirlərinə  baxmayaq  Azər-
baycanın  bank  sistemində  mülkiyyətçi  və  yeni  investorların 
əlavə  vəsaitləri  hesab
ına  il  ərzində  xarici  sərmayələrin 
həcmində  57%  artım  olmuş  və  01.01.2009-cu  il  tarixinə  159 
mln.manat  (bu  da  bank  sisteminin  məcmu  nizamnamə 
kapitalının  16%-i)  təşkil  etmişdir.  Mülkiyyətçilərin  sayının 
dəyişməsi  nəticəsində  xarici  kapitallı  bankların  sırasına  daha 
üç  bank  daxil  olmuşdur.  Yeni  səhmdarlar  Cənubi  Kipr,  RF, 


 
124 
Bəhreyn  kimi  ölkələri  təmsil  edir  və  onlardan  3-nün  iri 
səhmdar  olmağını  nəzərə  alaraq,  investorların  uzunmüddətli 
planlarının  olması  barədə  fikir  söyləmək  olar.  Bunun 
nəticəsində  xarici  kapitallı  bankların  sayı  artaraq  23-
ə
çatmışdır (ilin əvvəlinə 21 bank). 01.01.2009-cu il tarixə bank 
sisteminin aktivlərində xarici kapitalın iştirak payı 29,9% (ilin 
əvvəlində  28,5%),  depozitlərdə  isə  26,6%-ə  (ilin  əvvəlində 
24,1%) çatmışdır. 
2008-ci ilin sonuna Azərbaycanda xarici bankların 4 nü-
mayəndiliyi  (Latviya,  Fransa,  Almaniya  və  Türkiyə)  fəaliyyət 
göstərir. Onlardan biri fəaliyyətə 2008-ci ildə başlamışdır. 
l  ərzində  bank  fəaliyyətini  həyata  keçirmək  üçün  2  yeni 
bank lisenziya əldə etmiş (yeni açılmış bankların biri regionda 
fəaliyyət göstərir) və beləliklə fəaliyyət göstərən bankların sayı 
46-ya çatmışdır. 
Hesabat  dövrüərzində  bank  sektorunun  aktivləri  3547,9 
mln. manat və ya 52,78% artaraq 1 yanvar 2009-cu il tarixinə 
10273,6 mln. manat səviyyəsinəçatmışdır. 
Əvvəlki  illərdə  olduğu  kimi,  hesabat  d
övrüərzində  də 
bankların  kredit  əməliyyatlarının  miqyasının  genişlənməsi 
bank aktivlərinin artmasının əsas faktoru olmuşdur. Bununla 
belə  dünya  bazarlarında  olan  ümumi  vəziyyət  ölkədə  kredit 
aktivliyinə müəyyən təsir göstərmişdir. 
2008-ci  ildə  qeyri-maliyyə  sektoruna  verilmiş  kreditlərin 
həcmi  ötən  illə  müqayisədə  2434,7  mln.  manat  və  ya  53,5% 
artaraq 6988,4 mln. manat səviyyəsinədək çatmışdır. 
Müştərilərə  verilən  qısamüddətli  kreditlər  39,2%  artdığı 
halda,  uzunmüddətli  kreditlər  60,8%  artmışdır.  Nəticədə, 
uzunmüddətli  kreditlərin  ümumi  kredit  portfelində  xüsusi 
çəkisi  ilin  əvvəlinə  nisbətən  65,6%-dən  68,7%-ə  yüksəlmişdir 
ki,  bu  da  bankların  daha  çox  investisiya  xarakterli  layihələri 
maliyyələşdirməsi 
tendensiyasının 
davam 
etməsi 
iləəlaqədardır.  l ərzində kreditlərin 51%-i manatla verilmişdir 

^


 
125
2008-ci  ildəümumi  kredit  artımın  ¾  hissəsi  hüquqi 
şəxslərin  kreditlərinin  pay
ına  düşür.  Hüquqi  şəxslərə  verilmiş 
kreditlərin  həcmi  60%  artaraq  01.01.2009-cu  il  tarixə  4812,6 
mln. manat (ümumi kreditlərin 68,9%-i) təşkil etmişdir. 
l ərzində kreditlər kənd təsərrüfatına və emal sektoruna 
33,6%, sənaye və istehsala 38,8%, ticarət və xidmət sektoruna 
60,1%  artmışdır.  Ticarət  və  xidmət  sektoruna  kreditlər  1 
yanvar 2009-cu il tarixinə 1910,4 mln. manat təşkil etmişdir ki, 
bu da cəmi kredit qoyuluşlarının 27,3%-ni təşkil edir. 
Fiziki  şəxslərə  verilmiş  kreditlər  40,8%  artaraq  cəmi 
kredit qoyuluşlarının 31%-nəçatmışdır.  
2008-ci ildə ipoteka kreditləri üzrə artım tempi təxminən 
2007-ci ildəki artım tempi ilə eyni səviyyədə  olmuşdur. Bütün 
növ  borcalanlar  üzrə  ipoteka  kreditləşməsi  2,7  dəfədən  çox 
artmışdır və 1 yanvar 2009-cu il tarixində 707,8 mln. manat və 
ya cəmi kreditlərin 10%-ni təşkil etmişdir (2008-ci ilin əvvəlinə 
bu kreditlərin payı təxminən 6% təşkil edirdi). 
1  yanvar  2009-cu  il  tarixinə  banklar  tərəfindən  əldə 
olunmuş  qiymətli  kağızların  cəmi  məbləği  1.8  dəfə  artaraq 
747,6  mln.  manat  təşkil  etmişdir.  Qiymətli  kağızların  ümumi 
həcmində  dövlət  qiymətli  kağızlarının  xüsusi  çəkisi  1  yanvar 
2009-cu il tarixinə 39,2%-ə qədər azalmışdır (1 yanvar 2008-ci 
il  tarixinə  70,2%).  Bankların  korporativ  qiymətli  kağızlara 
vəsait qoyuluşları 3,6 dəfə artmış və 2008-ci ilin sonuna 453,6 
mln.  manat,  o  cümlədən  xarici  şirkətlərin  borc  öhdəlikləri 
434,1 mln. manat təşkil etmişdir. 
Aktivlərin  digər  maddələrinə  gəldikdə  gəlir  gətirməyən 
nağd  və  müxbir  hesablardakı  vəsaitlərin  aktivlərdəki  payı 
demək olar ki, dəyişməmiş və ilin sonuna 14% təşkil etmişdir. 
Banklararası  tələblərin  həcmi  (kreditlər  və  depozitlər) 
2008-ci  il  ərzində  44,3%  artmış  və  2008-ci  ilin  sonuna  414,8 
mln.  Manat  təşkil  etmişdir.  Banklararası  tələblərin  artımı 
daxili  banklararası  bazarda  yerləşdirilmiş  kreditlərin  artımı, 
habelə  qeyri-rezident  banklarda  depozitlərin  yerləşdirilməsi 
iləəlaqədardır. 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə