M-61 I e. d prof., Zahid Fərrux Məmməd



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə37/98
tarix31.08.2018
ölçüsü2,11 Mb.
#65798
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   98

 
120 
Bankların  etibarlı  fəaliyyətinə  dair  tələblər  “Banklar 
haqqında  Azərbaycan  Respublikasının  qanunu”nun  Maddə  31.  
təsbit edilmişdir:  “... Banklar məcmu kapitalını və likvid ehti-
yatlarını daimi olaraq müəyyən olunmuş səviyyədə saxlamalı, 
öz  öhdəliklərini  yerinə  yetirmək  və  zərərə  yol  verməmək  üçün 
aktivlərin qiymətdən düşməsinə qarşı zəruri tədbirlər görməli, 
mühasibat sənədlərini və digər zəruri sənədləri qanunvericiliklə 
müəyyən edilmiş qaydada tərtib etməli, bankın fəaliyyətinə nə-
zarət mexanizmlərini formalaşdırmalı və tətbiq etməli, zərərin 
əmələ  gəlməsi  riskini  maksimal  şəkildə  azaltmaq  məqsədi 
iləaktivlərin diversifikasiyasını bölüşdürülməsini) təmin etməli-
dirlər. 
Bank  olmayan  kredit  təşkilatları.    Bank  olmayan  kredit 
təşkilatları  haqqında  Azərbaycan  Respublikasının  Qanunu(25 
dekabr  2009-cu  il    Azərbaycan  Respublikasında  hüquqi  və  fiziki 
şə
xslərin  maliyyə  resurslarına  olan  ehtiyaclarının  daha  dolğun 
ödənilməsi,  maliyyə  xidmətlərindən  istifadəsi  üçün  əlverişli 
şə
raitin yaradılması məqsədilə bank olmayan kredit təşkilatlarının 
təsis edilməsi, idarə olunması və fəaliyyətinin tənzimlənməsi qay-
dalarını  müəyyən  edir. BOKT-lər  Azərbaycan  Respublikasının 
Mülki Məcəlləsində hüquqi şəxslər üçün nəzərdə tutulmuş təşkila-
ti-hüquqi formada, Azərbaycan Respublikasının  və (və  ya) xarici 
dövlətlərin fiziki və hüquqi şəxsləri, habelə beynəlxalq təşkilatlar 
tərəfindən təsis edilə bilərlər. Qeyri-kommersiya BOKT-ləri yalnız 
fond  formasında,  Azərbaycan  Respublikasının  bağladığı  müqa-
vilələrə uyğun olaraq beynəlxalq təşkilatlar, habelə xarici ölkələrin 
dövlət  büdcəsindən  maliyyələşdirilən  qeyri-hökumət  təşkilatları 
tərəfindən  təsis  edilə  bilərlər.  Qeyri-kommersiya  BOKT-ləri  kom-
mersiya təşkilatları yarada və ya onlarda iştirak edə bilməzlər.  
 BOKT-lər  iki  növə  -  girov  əmanəti  qəbul  etmək  hüququ 
olan və belə hüququ olmayan kredit təşkilatlarına bölünürlər.  
Xarici  ölkələrin  ərazisində  fəaliyyət  göstərən  BOKT  Azər-
baycan Respublikasında yalnız girov əmanəti qəbul etmək hüququ 
olmayan filiallar təsis edə bilər. Belə filiallara lisenziyaların veril-
məsi, onların fəaliyyətinin tənzimlənməsi və fəaliyyətləri üzərində 


 
121
nəzarət  bu  Qanunla  girov  əmanəti  qəbul  etmək  hüququ  olmayan 
BOKT-lər üçün müəyyən edilmiş qaydada həyata keçirilir.  
BOKT Mərkəzi Bankdan aldığı lisenziya əsasında təminatlı 
və təminatsız kreditlər verə bilər. BOKT tərəfindən verilən kredit-
lər daşınan və daşınmaz əmlakın girovu, girov əmanəti, qarantiya, 
zaminlik  və  qanunvericiliklə  nəzərdə  tutulmuş  digər  üsullarla  tə-
min oluna bilər. Girov əmanəti yalnız Mərkəzi Bankın BOKT-yə 
verdiyi  lisenziyada  bu  barədə  xüsusi  icazə  olduqda  qəbul edilə 
bilər.  
Kreditlərin verilməsi üçün lisenziya almış BOKT aşağıdakı 
fəaliyyət növlərini də həyata keçirə bilər:  
1. borc öhdəliklərinin alqı-satqısı (faktorinq, forfeytinq);  
2. lizinq;  
3. veksellərin uçotu;  
4. qarantiyanın verilməsi;  
5. sığorta agenti xidmətinin göstərilməsi;  
6.  borc  alanlara,  o  cümlədən  birgə  borcalan  qruplarına 
maliyyə, texniki və idarəetmə məsələləri üzrə məsləhət xidmətinin 
göstərilməsi.  
BOKT-nin hüquqi və fiziki şəxslərdən əmanət (depozit) cəlb 
etməsi qadağandır.  
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
122 
FƏS L 25.  AZƏRBAYCANDA  BANK  
S STEM N N VƏZ YYƏT




 
 
Qlobal  iqtisadi  böhranın  kəskinləşdiyi  2008-ci  il 
Azərbaycan  üçün  iqtisadiyyatında  makroiqtisadi  və  maliyyə 
sabitliyinin  qorunub  saxlanması,  iqtisadi  artımm  davam 
etməsi kimi səciyyələnir.  
2008-  ci  ilin    yekunları  göstərdi  ki,  ölkə  qlobal  maliyyə-
iqtisadi böhranını kifayət qədər hazırlıqlı qarşılamışdır.  
2008-ci  ilin  yanvar-sentyabr  aylarınıəhatə  edən  dövrdə 
Mərkəzi  Bank  antiinfyasiya  siyasətinə  fəal  dəstək  vermiş  və 
bank  sisteminin  ehtiyatlanma  səviyyəsini  yüksəltmək  üçün 
kompleks  prudensial  tədbirlər  görmüşdür.  Pul  siyasətnin 
dezinflyasiya  potensialını  artırmaq  məqsədiləötən  ilin  mart 
ayından etibarən məzənnə siyasətinin ABŞ dolları və Avrodan 
ibarət  ikivalyutalı  səbət  vasitəsilə  həyata  keçirilməsinə 
başlanmış,  pul  siyasətinin  alətləri  sərləşdirilmiş,  kapitalın 
hərəkəti rejimi tam liberallaşdırılmışdır. 
Eyni zamanda Mərkəzi Bank prudensial tənzimləmə yolu 
ilə  banklarda  maliyyə  ehtiyatlanması  səviyyəsini  təmin  etmiş, 
onların  xarici  borclanmasını  nəzarətə  götürmüşdür.  Banklar 
təmkinli bazar davranışına dəvət olunmuş, onların aktivlərinin 
keyfiyyətinə  və  təminatlılığına  tələblər  artırılmış,  idarəetmə 
potensialları yüksəldilmişdir. 
2008- ci il ilin oktyabr ayından etibarən isə Mərkəzi Bank 
özünün preventiv pul siyasəti və prudensial tədbirləri ilə qlobal 
böhranın 
bank 
sisteminə 
təsirini 
minimuma 
endirməyəçalışmışdır.  nflyasiyanın  stabilləşməsini  və  xarici 
likvidlik mənbələrinin azalmasını nəzərə alaraq, Mərkəzi Bank 
maliyyə  sabitliyini  qorumaq  üçün  pul  siyasəti  alətlərini 
yumşaltmışdır. 
Uçot  dərəcəsi  və  daxili  öhdəliklər  üzrə  məcburi  ehtiyat 
normaları  aşağı  salınmış,  bankların  xarici  həmçinin  məcburi 
                                                           

Mərkəzi Bankııın illik hesabatı - 2008. Bakı,2009. 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə