144
sərrüfatı sektoruna daha çox qaynaq transfer edən banklarda
Mərkəzi bank tərəfindən reeskont kvotaları yüksək tutulur.
1.4. Disponibilitə tətbiqi. Mərkəzi Bank, kommersiya bankla-
рın aktivlərindəki mənbələrin müəyyən bir nisbətini dövlət istiqraz
kağızlarını satın almağa və ya bankların активляринин müəyyən
faizini kassalarında nağd olaraq tutmağa məcbur edə bilər.
1.5. Portfeldə finans aktivlərinin yenidən nizamlanması.
Mərkəzi Bank, kommersiya banklarının portfellərində tutacaq-
ları maliyyə aktivlərinin nisbətini təsbit edə bilər. Məsələn, satın
alınan səhm və iqtiqrazların hansı fəaliyyət sahəsinə aid olmasını,
bunların nisbətinin vəyamiqdarının nə qədər olacağını müəyyən-
ləşdirə bilir. Beləliklə, finans qurumlarının əllərində olan fond-
ların iqtisadi sektorlara transfer edilməsini təmin etmək müm-
kündür.
1.6. Reklam və ya rəsmi olmayan göstərişlər. Mərkəzi Ban-
kın ölkədə həyata keçiriləcək pul siyasətinin məqsədləri haqqında
media qurumları vasitəsilə ictimaiyyətə açıqlamaları və ya
iqtisadi islahatlar haqqında tövsiyə və təklifləri, şirkət vəşəxslərin
gələcək investisiya qərarlarında dəyişikliyə təsir edə bilər.
2. DOLAYI PUL S YASƏT . Dolayı pul siyasətinin həya-
ta keçirilməsi istiqamətində Mərkəzi Bank pul bazarında bütün
iştirakçılar kimi eyni statusda iştirak edir və bazarda gedən dəyi-
şikliklərin təşəbb
üskarı birbaşa Mərkəzi Bank deyil, bazardır.
Pul siyasətinin dolayı alətlərinin üç növü mövcuddur: Rees-
kont siyasəti; Məcburi ehtiyat normaları; açıq базар ямялиййаты.
2.1. Reeskont siyasəti. Mərkəzi Bank reeskont əməliyyatla-
rını aparmaqla, likvid keyfiyyəti yüksək olan finans varlıqlarının
diskont edilməsi formasında həyata keçirir. Bu yolla Mərkəzi
Bank bankların kredit həcmlərinə təsir edə bilər. Reeskont
krediti likvidə ehtiyacı olan bankların ən son likvid mənbəyi olan
MB bu açığın bağlana bilməsi məqsədi ilə kredit təmin edilməsini
qoruyan bir pul-kredit siyasəti alətidir.
2.2. Məcburi ehtiyat normaları. Mərkəzi Bank bu siyasəti
həyata keçirməklə, kommersiya banklarına portfellərinin müəyyən
bir hissəsini rezerv pul olaraq saxlamaqla (nağd və ya MB-da
145
əmanət formas
ında) qarşılarına öhdəçilik qoymaqdadır. Başqa
sözlə, məcburi ehtiyat normaları bankların passivlərində yer alan
bəzi öhdəliklərinin müəyyən bir hissəsinin nağd və faizsiz olaraq
MB tərəfindən bron edilməsidir. MEN tətbiqi, bankların
əmanətlərinə ani və vaxtaş
ırıçəkilişlərə qarşı bir yandan əmanət
sahiblərinin sistemə olan inamını artırmaqla bərabər, digər
tərəfdən pul miqdarına nəzarətdəönəmli bir alət olmuşdur. (Gizli
vergi
təsiri
uyьulamaya
görə
faiz
ödəmələrindən
topladıqlarıəmanətin bir hissəsini faizsiz olaraq MB depo
etdiyindən, banklar bu hissədən əldə edəcəyi gəlirdən məhrum
olur).
2.3. Açıq bazar əməliyyatı (ABƏ). Açıq bazar əməliyyatı,
finans aktivlərinin MB tərəfindən birinci və ikinci bazarda
birbaşa və ya tərs depo əməliyyatlarında istifadə edilən maliyyə
aktivləri içərisində başlıca yeri cari xəzinə borcları və dövlət
istiqraz sənədləri tutur. Açıq bazar əməliyyatı MB-nin tədavüldə-
ki pul kütləsini azaltmaq və ya çoxaltmaq üçün xəzinə bono
vəистигразлар, özəl sektora aid bəzi истиграз və sənədləri ilə konkret
və ya keçici bir müddət üçün alqı-satqıəməliyyatıdır.
Açıq bazar əməliyyatları, bankların likvidlərindəki və
bazardakı pul miqdarında dəyişikliyə yol açır. Bankların
likvidində meydana gələn dəyişmələr kredit aça bilir və fond
həcminə və kredit siyasətinə təsir edə bilir. Bundan başqa, açıq
bazar əməliyyatları bazardakı faiz dərəcəsinə təsir edir. MB
qiymətli kağızları satın alarkən bazara likvid çıxdığından faiz
dərəcələri aşağı düşəcək, qiymətli kağızın qiyməti artacaqdır.
Digər tərəfdən MB bazara qiymətli kağız satarkən, bazardakı
likvid azalacaq, faiz dərəcələri yüksələcək, qiymətli kağızların
qiyməti aşağı düşəcəkdir.
Pul siyasətinin həyata keçirilməsi məqsədi ilə buraxılan
Mərkəzi Bankın borc qiymətli kağızlarının buraxılışı və döv-
riyyəsi qaydaları qanunvericiliklə müəyyən edilir.
Mərkəzi Bankı uçot dərəcəsini vəöz əməliyyatlarıüzrə
faiz dərəcələrini müəyyənləşdirir. Mərkəzi Bankı uçot dərəcəsi-
ni müəyyənləşdirərkən ölkədəki mövcud makroiqtisadi duru-
146
mu və maliyyə bazarının vəziyyətini nəzərə alır. Mərkəzi
Bankıöz əməliyyatlarıüzrə faiz dərəcələrini pul bazarının
likvidlik vəziyyətini nəzərə alaraq özünün açıq bazar, yenidən-
maliyyələşdirilmə və depozit əməliyyatlarıüzrə faiz dərəcələrini
təsbit etməklə və ya hərraclarda tələb və təklif əsasında müəy-
yənləşdirir. Mərkəzi Bank müəyyən etdiyi uçot dərəcəsini vəöz
əməliyyatlar
ıüzrə faiz dərəcələrini dərc etdirir. Mərkəzi Bank
kredit təşkilatlarına məcburi ehtiyatlar saxlamaq barədə
göstəriş verə bilər. Ehtiyatlar depozitlərin faizi nisbətində
müəyyən edilir və Mərkəzi Bankda saxlanılır. Tələb olunan eh-
tiyatların norması, hesablanması və saxlanması qaydası Mər-
kəzi Bankın darə Heyəti tərəfindən müəyyən edilir. Məcburi
ehtiyatlar təmin edilmədikdə Mərkəzi Bank ehtiyatı təmin
etməyən kredit təşkilatına və onun inzibatçılarına qarşı Azər-
baycan Respublikasının nzibati Xətalar Məcəlləsində nəzərdə
tutulmuş inzibati tənbeh tədbirlərini tətbiq edə bilər.
Pul siyasətinin həyata keçirilməsi məqsədilə Mərkəzi
Bank tərəfindən kredit təşkilatlarının yenidən maliyyələşdiril-
məsi həyata keçirilir. Bu zaman verilən kreditlər dövlət
qiymətli kağızları, dövlətin və digər etibarlı emitentlərin qaran-
tiyaları və zaminliyi, xarici valyuta, qızıl, müxtəlif formada
qiymətli metallar və digər aktivlərlə təmin olunmalıdır. Belə
kreditlər 6 aydan çox olmayan müddətə verilir və həmin müd-
dətə uzadıla bilər. Yenidən maliyyələşdirilmənin forma, qayda
vəşərtlərini Mərkəzi Bankın darə Heyəti müəyyən edir. Kre-
ditlər yalnız milli valyutada (manatla) kredit təşkilatlarının baş
idarələrinə verilir.
Mərkəzi Banközünün müəyyən etdiyi şərtlərlə və qarşılıq-
lı razılaşma əsasında kredit təşkilatlarından depozitlər cəlb edə
bilər. Pul siyasətinin həyata keçirilməsi məqsədilə istisna hal-
larda qanunvericiliyə müvafiq olaraq Mərkəzi Bankı kredit
təşkilatları tərəfindən aparılan ayrı-ayrıəməliyyatları müvəq-
qəti məhdudlaşdıra, o cümlədən onların əməliyyatlarıüzrə faiz
dərəcələrinin aşağı və yuxarı hədlərini müəyyənləşdirə bilər.
Dostları ilə paylaş: |