150
azaldılması və AMB tərəfindən bankların daha çox yenidən
maliyyələşdirilməsiləəlaqədardır.
Maddə 30. Açıq bazarda əməliyyatlar
30.1. Mərkəzi Bank açıq bazarda aşağıdakıəməliyyatları apara bilər:
30.1.1. bu Qanunun 16-cı maddəsinin tələblərini nəzərə almaqla,
dövlətin buraxdığı qiymətli kağızlarla alqı-satqı və digər əməliyyatlar;
30.1.2. özünün buraxdığı qiymətli kağızlarla alqı-satqı və digər
əməliyyatlar;
30.1.3. xarici valyuta ilə alqı-satqı və digər əməliyyatlar.
30.2. Pul siyasətinin həyata keçirilməsi məqsədi ilə buraxılan Mərkəzi
Bankın borc qiymətli kağızlarının buraxılışı və dövriyyəsi qaydaları
qanunvericiliklə müəyyən edilir.
Maddə 31. Faiz dərəcələrinin müəyyənləşdirilməsi
31.1. Mərkəzi Bank uçot dərəcəsini vəöz əməliyyatlarıüzrə faiz
dərəcələrini müəyyənləşdirir.
31.2. Mərkəzi Bank uçot dərəcəsini müəyyənləşdirərkən, ölkədəki möv-
cud makroiqtisadi durumu və maliyyə bazarının vəziyyətini nəzərə alır.
31.3. Mərkəzi Bank öz əməliyyatlarıüzrə faiz dərəcələrini pul bazarının
likvidlik vəziyyətini nəzərə alaraq özünün açıq bazar, yenidənmaliyyələşdirilmə
və depozit əməliyyatlarıüzrə faiz dərəcələrini təsbit etməklə və ya hərraclarda
tələb və təklif əsasında müəyyənləşdirir.
31.4. Mərkəzi Bank müəyyən etdiyi uçot dərəcəsini vəöz əməliyyatla-
rıüzrə faiz dərəcələrini dərc etdirir.
Maddə 32. Məcburi ehtiyatların müəyyənləşdirilməsi
32.1. Mərkəzi Bank kredit təşkilatlarına məcburi ehtiyatlar saxlamaq
barədə göstəriş verə bilər. Ehtiyatlar depozitlərin faizi nisbətində müəyyən edi-
lir və Mərkəzi Bankda saxlanılır. Tələb olunan ehtiyatların norması, hesab-
lanması və saxlanması qaydası Mərkəzi Bankın darə Heyəti tərəfindən
müəyyən edilir.
32.2. Məcburi ehtiyatlar təmin edilmədikdə, Mərkəzi Bank ehtiyatı
təmin etməyən kredit təşkilatına və onun inzibatçılarına qarşı Azərbaycan
Respublikasının nzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati tənbeh
tədbirlərini tətbiq edə bilər.
Maddə 33. Kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi
33.1. Pul siyasətinin həyata keçirilməsi məqsədilə Mərkəzi Bank
tərəfindən kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi həyata keçirilir. Bu
zaman verilən kreditlər dövlət qiymətli kağızları, dövlətin və digər etibarlı
emitentlərin qarantiyaları və zaminliyi, xarici valyuta, qızıl, müxtəlif formada
qiymətli metallar və digər aktivlərlə təmin olunmalıdır.
151
33.2. Yenidən maliyyələşdirilmənin forma, qayda vəşərtlərini Mərkəzi
Bankın darə Heyəti müəyyən edir.
33.3. Kreditlər kredit təşkilatlarının baş idarələrinə verilir.
Maddə 34. Depozit əməliyyatlarıMərkəzi Bank özünün müəyyən etdiyi
şərtlərlə və qarş
ılıqlı razılaşma əsasında kredit təşkilatlarından depozitlər cəlb
edəvə onlarda depozitlər yerləşdirəbilər.
Maddə 35. Bank əməliyyatlarının məhdudlaşdırılmasıPul siyasətinin
həyata keçirilməsi məqsədilə istisna hallarda, qanunvericiliyə müvafiq olaraq,
Mərkəzi Bank kredit təşkilatları tərəfindən aparılan ayrı-ayrıəməliyyatları
müvəqqəti məhdudlaşdıra, o cümlədən onların əməliyyatlarıüzrə faiz
dərəcələrinin aşağı və yuxarı hədlərini müəyyənləşdirə bilər.
Maddə 54. Mərkəzi Bankın əqdləri vəəməliyyatları
54.1. Mərkəzi Bank öz məqsədlərinə nail olmaq üçün yerli və xarici
kredit təşkilatları ilə aşağıdakıəməliyyatları aparmaq hüququna malikdir:
54.1.1.1. çekləri, vekselləri, qiymətli metalları vəqiymətli daşları, habelə
bunlardan hazırlanmış məmulatı almaq, satmaq və saxlamaq;
54.1.2. xarici valyutanı, habelə xarici valyutada təqdim etdikləri ödəniş
sənədlərini vəöhdəliklərini almaq və satmaq;
54.1.3. qarantiyalar və zəmanətlər vermək;
54.1.4. bank hesabları, o cümlədən depozit hesabları açmaq;
54.1.5. hesablaşma, kassa, depozit əməliyyatları aparmaq, qiymətli
kağızların və başqa sərvətlərin saxlanması və idarə olunmasıüçün onları qəbul
etmək;
54.1.6. hər hansı valyutada çekləri və vekselləri ödənişə təqdim etmək;
54.1.7. Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan
hallarda beynəlxalq təcrübədə qəbul edilmiş digər bank əməliyyatlarını həyata
keçirmək.
54.2. Mərkəzi Bank bank əməliyyatlarının aparılmasıüçün haqq tutmaq
hüququna malikdir.
54.3. Mərkəzi Bank öz əməkdaşlarına, habelə qanunvericilikdə nəzərdə
tutulmuş hallarda fondlara bank xidmətləri göstərə bilər.
54.4. Hesablaşma və klirinq (prosessinq) əməliyyatlarının dəstəklənməsi
məqsədilə Mərkəzi Bank həmin əməliyyatları həyata keçirən təşkilatlara bank
hesabları aça bilər.
54.5. Mərkəzi Bank xarici dövlətlərin hökumətlərinə, mərkəzi banklarına
və pul siyasətini tənzimləyən orqanlarına, habelə Mərkəzi Bankın və ya
Azərbaycan Respublikasının üzv olduqları beynəlxalq təşkilatlara bank
xidmətləri göstərə bilər.
54.6. Mərkəzi Bank etibarlı emitentlər tərəfindən buraxılmış likvidli borc
qiymətli kağızlarını almaq hüququna malikdir.
54.7. Mərkəzi Bank qanunvericiliklə qadağan olunmayan mülki-hüquqi
əqdləri bağlaya bilər.
Maddə 55. Qadağan olunan fəaliyyət
55.0. Mərkəzi Bank aşağıdakı fəaliyyətləri həyata keçirə bilməz:
152
55.0.1. bu Qanunda nəzərdə tutulmuşşəxslərdən başqa, digər hüquqi və
fiziki şəxslərlə bank əməliyyatları aparmaq;
55.0.2 istehsal, ticarət, sığorta və bu Qanunda nəzərdə tutulmuş hallar
istisna olmaqla, digər kommersiya fəaliyyəti ilə məşğul olmaq.
FƏS L 27. ÖDƏNIŞ S STEM
Azərbaycan Mərkəzi Bankının məqsədlərindən biri də,
ödəniş sistemlərinin sabitliyini və inkişafını təmin etməkdir.
Azərbaycan Respublikasının Mərkəzi Bankın (AMB) ödəniş
sistemləri sahəsində fəaliyyəti onun struktur bölməsi olan Ödəniş sis-
temləri və hesablaşmalar departamenti tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu mad-
dəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan Respublikasının
pul vahidi manatdır. Azərbaycan Respublikası Konstitusiyasının
19-cu maddəsinin III hissəsinə müvafiq olaraq Azərbaycan
Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin
ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.
Azərbaycanda ödəniş sistemləri böyük miqdarda ödənişlər
üçün kredit köçürmələri və pərakəndə əməliyyatlar üçün nağd
pulun istifadəsi ilə xarakterizə edilir.
Azərbaycan Respublikasının ödəniş sisteminin hüquqi
çərçivəsi aşağıdakı sənədlərə əsaslanır: Mülkü Məcəllə, Banklar
haqqında Azərbaycan Respublikasının Qanunu, Mərkəzi Bank
haqqında Azərbaycan Respublikasının Qanunu. Bundan əlavə,
“Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul kö-
çürmələri haqqında Təlimatlar”, “Azərbaycanda fəaliyyət göstərən
banklar arasında hesablaşmaların aparılmasıQaydaları” kimi
AMB-nin digər normativ xarakterli aktlarından da istifadə olunur.
AMB həmçinin kommersiya banklarına təmin etdiyi xidmətlərlə
bağlı banklarla fərqli müqavilələr imzalamışdır.
Mərkəzi Bankın ödəniş sistemləri üzərində nəzarətdəki hü-
ququ çox aydındır. Mərkəzi Bank haqqında Azərbaycan Res-
publikasının qanunun 4.2 maddəsində Mərkəzi Bankın əsas
məqsədlərindən biri belə təsbit edilib: “…bank və ödəniş
Dostları ilə paylaş: |