159
Aqrarkredit birliyi) iştirakçısı vardır. XÖHKS sisteminin
funksional imkanlarından istifadə edilməklə ƏDV-nin mədaxili,
uçotu və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatların
aparılması imkanı yaradılmışdır.
Beynəlxalq ödənişlər və hesablaşma sistemləri.
Beynəlxalq ödəniş tapşırıqları normal olaraq SWIFT vasitəsilə
qəbul olunur və göndərilir. Hesablaşma xarici müxbir banklar
vasitəsilə təmin olunur. Hazırda ölkənin 40 kommersiya bankı və
maliyyə institutları SW FT sisteminin üzvüdür.
Təqribən yerli bazardakı xarici valyuta əməliyyatların 40%-
birja vasitəsilə həyata keçirilir. Qalan 60% isə vasitəçilərsiz
həyata keçirilir.
1993-cü ildə yaradılan Bakı Banklararası Valyuta Birjası
(BBVB) ticarət və hesablaşma sisteminin formal sahibidir.
BBVB-nin səhmdarların yığıncağında 4 kommersiya bankı təmsil
olunur. Hər bir bank bərabər həcmdə səhmlərə malikdir. BBVB-
da iştirak etmək üçün bankların xarici valyuta əməliyyatları ilə
məşğul olmaq üçün xüsusi lisenziyası olmalıdır. Hazırda sistemin
40 üzvü vardır.
BBVB-də əməliyyat görən valyutalara ABŞ dolları, Rus
Rublu, Avro daxildir. ABŞ dolları ilə əməliyyatların cəmi əməliy-
yatlardakı çəkisi 80%-dir. Ticarət səsli hərraclar və Birja Elektron
Ticarət Sistemi (BEST) vasitəsilə həyata keçirilir: Valyuta
ə
məliyyatları eyni gün emal olunur. Alıcı və satıcılar üçün ticarət
limitləri mövcuddur. ştirakçılar hesablaşma hesablarına ilkin
mədaxil etmədən manat və xarici valyutada müəyyən limitədək
ticarət apara bilərlər. Əgər əməliyyatın məbləği limitdən yuxarı
olarsa, aradakı fərq əvvəlcədən mədaxil edilməlidir.
Birjada iki ticarət sessiyası olur. Birinci sessiya saat 10:00-
dan 12:00-dək davam edir. Daha aktiv olan ikinci sessiya saat
2.15-dən 4:15-dək davam edir. Hər sessiyanı sonunda BBVB hər
bir valyutada xalis mövqeləri hesabladıqdan sonra hesablaşma baş
verir. Tərəflər öhdəliklərini 5:30-dək icra etməlidirlər. Manat
ə
məliyyatları AMB vasitəsilə emal olunur. Xarici valyuta əqdləri
isə xaricdəki müxbir hesab vasitəsilə emal olunur. BBVB-nin 3
160
xarici bankda müxbir hesabı var. Əməliyyatların həcmi baxımın-
dan ən aktiv müxbir hesab Deutsche Bank-ın Nyu-York filialıdır.
BBVB hesablaşma prosesinin ortasında müdaxilə edərək
digər valyutada vəsait qəbul edərsə, müvafiq məbləği digər
valyutadakı hesaba köçürür. BBVB AMB-ni manatda emal
olunacaq mövqelər haqqında məlumatlandırır. Əksər hallarda
AMB köçürməni eyni gündə edir. Xarici valyuta əməliyyatları
üçün, BBVB Deutsche Bank-ın Nyu York filialının təqdim etdiyi
xüsusi proqram təminatı vasitəsilə hesabını onlayn rejimdə
monitorinq edir.
Ə
gər iştirakçı hesablaşma öhdəliyini yerinə yetirə bilmirsə,
BBVB hesablşamnı ləğv edə bilər və ya tapşırığı aldığı tərəfə geri
qaytarır. Öhdəliyini icra edə bilməyən tərəf əks tərəfə cərimə
ödəməlidir. BBVB bu iştirakçının limitini sıfıra azaldır. BBVB
ə
sas əks tərəf kimi çıxış etmədiyindən öhdəliyin icra etməyən
tərəfin yaratdığı itkilərə görə öhdəlik daşımır.
Xarici valyuta alıcıları və satıcıları üçün BBVB məbləğin
0,03 faizi və ya maksimum 500 ABŞ dolları tutur.
Bazardakı digər əməliyyatlar vasitəçilərsiz həyata keçirilir.
Bu zaman adi müxbir bank köçürmələrindən istifadə olunur. Bu
ə
qdlərin hesablaşması qarşılıqlı razılaşmalara əsaslanır.
Dövr ərzində idxal-ixrac əməliyyatlarının artması və bank
sistemində artan xarici borclanmaya xidmət olunması ilə əlaqədar
maliyyə sektorunun xarici valyutaya tələbi artmışdır. Bundan
ə
lavə valyuta bazarının əsas iştirakçılarının bazara etdiyi təklifin
həcmində də əhəmiyyətli artım müşahidə olunmuşdur. Həm tələb,
həm də təklifdə müşahidə olunan artım özünü daxili valyuta
bazarının həcminin artmasında büruzə vermişdir.
Ə
vvəlki illərdə olduğu kimi 2008-ci ildə də daxih valyuta
bazarında əməliyyatların 70%-dən çoxu bankdaxili əməliyyatların
payına düşmüşdür.
2008-ci ildə Mərkəzi Bankın valyuta bazarına xalis
müdaxilə alışyönlü olmuşdur. Belə ki, hesabat dövründə Mərkəzi
Bankın valyuta bazarına müdaxiləsi 243,5 mln. $ olmuşdur.
161
Mərkəzi Bankın alışyönlü müdaxilələri manatın məzənnəsi-
nin kəskin möhkəmlənməsinin qarşısını almışdır.
Dövr ərzində manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi
0,0443 manat, yəni 5,24% güclənərək dövrün sonuna 0,8010
manat təşkil etmişdir. Bivalyuta mexanizminin tətbiqi ilə əlaqədar
olaraq manatın ABŞ dollarına nəzərən məzənnəsinin gündəlik
volatilliyi ötən illərdəki ilə müqayisədə əhəmiyyətli dərəcədə
artmışdır. Bu onunla əlaqədardır ki, avro-dollar məzənnəsinin
dəyişimindəki volatillik qismən dollar-manat məzənnəsinin
dinamikasında əks etdirilmişdir.
Ödəniş xidmətləri göstərən təşkilatlar.
Bank sistemi
rəsmi olaraq Mərkəzi bank və kredit təşkilatlarından ibarətdir.
Kredit təşkilatları Mərkəzi Bankın lisenziyası əsasında mənfəət
ə
ldə etmək məqsədilə bank əməliyyatları həyata keçirən
korporativ təşkilatları təmsil edir. Banklar bütün bank
ə
məliyyatlarını həyata keçirməklə bağlı müstəsna hüququ olan
kredit təşkilatlarıdırlar. Bank olmayan kredit təşkilatlarının
məhdud sayda bank əməliyyatlarını həyata keçirmək üçün
lisenziyaları vardır.
Mərkəzi Bankın funksiyalarının təsbit edildiyi maddə 5 – də
Mərkəzi Banka “ödəniş sistemlərinin fəaliyyətinin müəyyənləş-
dirilməsi, əlaqələndirilməsi və tənzimlənməsi” hüququ verilir. 44
– 45 – ci maddələrdə Mərkəzi bankın Ödəniş sistemləri ilə əlaqəli
hüquqları daha ətraflı təsvir edilib.
AzərPoçt.2004-ъü ildə «Poçt rabitəsi haqqında» AR
Qanunu qüvvəyə mindikdən sonra, həmin qanuna uyğun
olaraq 07 oktyabr 2004-ъü il tarixdən «Azərpoçt» DM
universal poçt xidmətlərini göstərən Rabitə və nformasiya
Texnologiyaları Nazirliyinin milli poçt operatoru sayılır.
Müəssisənin strukturunda 62 poçtamt, 4 törəmə müəssisə, 10
rabitə qovşağı mövъuddur. Respublikanın bütün yaşayış
məntəqələrini əhatə etməklə struktur tərkibdə 1273 poçt
ş
öbəsi, o ъümlədən 101 ədəd Bakışəhərində, 1172 ədədi isə
kənd yerlərində fəaliyyət göstərir. 2004-ъü ildə 27 yeni poçt
ş
öbəsi açılmışdır ki, bu da 2003-cü illə müqayisədə 3
Dostları ilə paylaş: |