M-61 I e. d prof., Zahid Fərrux Məmməd



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə52/98
tarix31.08.2018
ölçüsü2,11 Mb.
#65798
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   98

 
165
valyuta, manat, ölkənin yeganəödəniş vasitəsidir. AMB ölkədə 
pul  çap  edən  yeganə  müəssisədir.  Nağd  pul  indiyədək 
Azərbaycanda  ən  əsas  ödəniş  vasitəsidir.  Banknotlar  M1-in 
təqribən 70%-nə bərabərdir. Bakıdan kənar bölgələrdə nağd pul 
yeganəödəniş vasitəsindən çox geniş istifadə edilir. 
 
1  yanvar  2006-cı  ildə  Azərbaycan  manatı  yenidən 
denominasiya etmişdir. Bunun nəticəsində, 1 yeni manat 5000 
köhnə  manata  bərabər  olmuşdur.  Yeni  banknotlar  aşağıdakı 
denominasiyada çap olunmuşdur: 1, 5, 10, 20, 50 və 100 yeni 
manat. 2006-cı ilin sonunadək yeni və köhnə manatlar birlikdə 
istifadə olunacaqdır. 2007-ci ilin 1 yanvar tarixindən etibarən 
isə köhnə küpürlər dövriyyədən çıxarıldı.  
Mərkəzi  Bank  haqqında  Azərbaycan  Respublikasının 
qanunun 37 və 38 maddəsində Mərkəzi Bankın Pul tədavülü-
nün  təşkili  üzərində  nəzarət  və  pul  nişanlarının  tədavülə 
buraxılması məsələləri  çox aydın təsbit edilib.  
2008-ci  ildə  Mərkəzi  Bank  tərəfindən  ölkə  iqtisadiy-
yatının  nağd  pula  olan  tələbatı  tam  həcmdə,  tələb  olunan 
strukturda  və  vaxtında  ödənilmiş,  nağd  pul  üzrə  müvafiq 
strateji  ehtiyatlar  yaradılmış  və  onlarm  yerləşdirilməsi  təmin 
edilmişdir. 
01.01.2009-cu il tarixinə nağd pul kütləsi əvvəlki ilin eyni 
dövrü  ilə  müqayisədə  53%  artaraq  (1,4  milyard  manat)  4,1 
milyard manata yüksəlmişdir. 
2008-ci ilin sonuna dövriyyədə olan nağd pul kütləsi ilin 
əvvəlinə nisbətən ədədlə 13,4% (33,4 mln. ədəd) artaraq, 282,2 
mln.  ədədəçatmışdır.  Dövriyyədə  olan  pul  nişanlarının 
məbləğcə 99,5%-ni əskinas, 0,5%-ni metal pul nişanları, ədədlə 
isə  53,3%-ni  əskinas,  46,7%-ni  isə  metal  pul  nişanları  təşkil 
etmişdir. 
Иnformasiya  texnologiyalarыnыn  inkişafы. 
Mərkəzi 
Bankda  informasiya  texnologiyalarının  inkişaf  etdirilməsi, 
mövcud informasiya sistemlərinin etibarlı və davamlı fəaliyyə-
tinin təmin edilməsi və avtomatlaşdırmadan kənar qalan sahə-


 
166 
lərin  avtomatlaşdırılması  hər  il  olduğu  kimi  2008-ci  ildə  də 
Mərkəzi Bankın mühüm strateji hədəflərindən olmuşdur.
 
Bu strateji hədəfə uyğun olaraq il ərzində Baş Mühasibat 
Sisteminin, Avtomatlaşdırılmış Bank Statistika Hesabatı Siste-
minin, Mərkəzləşdirilmiş Kredit Reyestri Sisteminin, Mərkəzi 
Bankın  intenet  səhifəsinin,  fayl  serverin,  daxili  yazışmalar  və 
lokal  şəbəkə  sistemlərinin  normativ-metodoloji  bazaya  mü-
vafıq surətdə sabit və davamlı istismarı təmin edilmiş və daim 
təkmilləşdirilməsi üzrə mühüm tədbirlər həyata keçirilmişdir. 
Baş  Mühasibat  Sisteminin  altı  ildən  artıq  bir  müddətdə 
istismarda  olan  modullarının  funksionallığının  artırılması  və 
inkişaf etdirilməsi, mühasibatlıq sahəsində analitik hesabatlılı-
ğ
ın və nağd pul dövriyyəsinin idarə edilməsi kimi əlavə sistem 
alətlərinin yaradılması, eyni zamanda sistemin mənəvi və fıziki 
cəhətdən köhnəlməsi iləəlaqədar olaraq onun beynəlxalq stan-
dartlara  cavab  verən  yeni  versiyasının  yaradılmasına  zərurət 
yaranmışdır. Bu sahədə həyata keçirilən işlərlə yanaşı Mərkəzi 
Bankın informasiya texnologiyaları sahəsində aparılan inkişaf 
yönümlü fəaliyyəti davam etdirilmiş və daim diqqət mərkəzin-
də  saxlanılmışdır.  Mərkəzi  Bankın  bütün  əməliyyat  və  uçot 
sahələrini  əhatə  edən  və  informasiya  texnologiyalarıüzrə  bey-
nəlxalq  standartlara  cavab  verən  Baş  Mühasibat  Sisteminin 
yeni  versiyasının  yaradılmasıüzrə  «Temenos»  şirkətinin  T-24 
proqram  kompleksinin  Mərkəzi  Bankda  tətbiqi  üzrə  işlər  da-
vam  etdirilmiş,  sistemin  texniki  təchizat  təminatı  yaradılmış, 
əsas modullar
ının tətbiqi həyata keçirilmiş və ilkin testləşdiril-
mə mərhələsinə başlanılmışdır. 
Mərkəzi  Bankda  informasiya  texnologiyaları  sahəsində 
aparılan  inovativ  tədbirlərdən  biri  olan,  habeləölkədə  həyata 
keçirilən  Elektron-hökumət  layihəsinə  inteqrasiyası  nəzərdə 
tutulan  Elektron  Kargüzarlıq  Sisteminin  -  Documentum 
proqram  kompleksinin  tətbiqi  üzrə  işlər  hesabat  ilində  də 
davam  etdirilmişdir.  Sistemin  Mərkəzi  Bankda  yaradılması 
həm Mərkəzi Bank daxilində bütün sənəd dövriyyəsinin kağız 
daşıyıcılardan  elektron  daşıyıcılara  keçirilməsinə,  habelə 


 
167
elektron-hökumət  platformasıçərçivəsində  digər  qurumlarla 
elektron yazışmaların aparılmasına imkan verəcəkdir. 
Mərkəzi Bankda valyuta ehtiyatlarının idarə edilməsi, bu 
zaman yaranan risklərin ölçülməsi və onlarm proqnozlaşdırıl-
ması  məqsədilə  Portfelin  darəetmə  Sisteminin  yaradılmasına 
başlanılmışdır. Bu məqsədlə hesabat dövründə Qanunvericiliyə 
uyğun  olaraq  tender  prosedurları  həyata  keçirilmiş  və  aparıl-
mış  detallı  araşdırma  işləri  nəticəsində  qalib  olaraq  Vol  Strit 
şirkətinin proqram kompleksi se
çilmişdir. 
Mərkəzi Bankda avtomatlaşmadan kənar qalan sahələrin 
müəyyən  edilməsi  və  onların  avtomatlaşmaya  cəlb  edilməsi 
istiqamətində  aparılan  işlərin  nəticəsi  olaraq  kommersiya 
banklarında bank nəzarəti üzrə həyata keçirilən fəaliyyətin sə-
mərəliliyinin artırılması və effektivliyinin yüksəldilməsi məqsə-
dilə Menecment  nformasiya Sisteminin (M S) və insan resurs-
larının idarə edilməsi, planlaşdırılması, işə qəbul, təhsil və inki-
şaf, baza əmək haqq
ı, qiymətləndirmə və motivasiya prosedur-
larının avtomatlaşdırılması məqsədilə nsan resurslarının idarə 
edilməsi  sisteminin  yaradılmasıüzrə  müvafıq  hazırlıq  işləri 
həyata keçirilmiş, beynəlxalq təcrübəyəəsaslanaraq sistemlərin 
texniki şərtlər toplusu işlənib hazırlanmışdır. 
Mərkəzi Bankda mövcud informasiya sistemlərinin vahid 
blokda  birləşdirilməsi,  habelə  statistik  bazanın  beynəlxalq 
standartlara  uyğun  yenidən  təşkili,  onun  informasiya  əhatəsi 
vəkeyfiyyətinin  yüksəldilməsi  məqsədilə  Mərkəzləşdirilmiş 
Elektron  Statistik  Məlumat  Bazasının  yaradılmasıüzrə  işlərə 
start verilmişdir. 
2001-ci  ildə  müasir  standartlara  cavab  verən  şəbəkə 
avadanlıqları  bazasında  yaradılmış  və  istismara  verilmiş 
Mərkəzi  Bankın  lokal  şəbəkə  sistemində  fəaliyyət  göstərən 
ödəniş  və  informasiya  sistemlərinin  etibarlı  və  təhlükəsiz 
fəaliyyətləri  2008-ci  ildə  də  təmin  edilmişdir.  Mərkəzi  Bankın 
lokal  şəbəkə  infrastrukturunun  inkişaf  etdirilməsi  məqsədilə 
lokal şəbəkədə yaranan nasazlıqların operativ olaraq müəyyən 
edilməsi  və  aradan  qaldırılması,  habelə  Mərkəzi  Bankın 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə