189
Üzvlük haqqınıödəmiş iştirakçı banklar birləşmə və ya
qoşulma şəklində yenidən təşkil olunduqda, yaxud fiziki
şəxslərdən əmanətlərin cəlb edilməsi h
üququ Mərkəzi Bankı
tərəfindən bərpa edildikdə, üzvlük haqqıödəmədən iştirakçı
bankların bu qanunla müəyyən olunmuş hüquq və vəzifələrini
əldə edir.
Fondun sığorta ehtiyatları aşağıdakı məqsədlərə istifadə
edilə bilər:
1. kompensasiyaların ödənilməsinə;
2. illik büdcəçərçivəsində Fondun idarə edilməsinə
vəəmlakının alınmasına;
3. borc öhdəliklərinin ödənilməsinə.
Fond risklərin bölüşdürülməsi (diversifikasiyası) məqsədi
ilə, habelə aktivlərin təhlükəsizliyini, yetərli likvidliyini və
ağlabatan gəlirliyini təmin etmək üçün sərbəst pul vəsaitlərini
yalnız aşağıdakı maliyyə alətlərində yerləşdirir:
1. dövlət qiymətli kağızlarında;
2. mərkəzi bankların qiymətli kağızlarında;
3. mərkəzi banklarda və yüksək reytinqli digər banklarda
depozitlərdə, habelə yüksək reytinqli başqa maliyyə
alətlərində.
Əmanət
çilərin aşağıdakı hüquqları vardır: Fondun
iştirakçısı
olması,
əmanətlərin
sığortalanmasışərtləri,
kompensasiya ödənilməsinin şərtləri və qaydaları barədə yazılı
vəşifahi sorğu ilə banka müraciət etmək və ondan yazılı
məlumat almaq.
2008 –ci ilin qlobal maliyyə böhranı Avropa Birliyi ölkə-
ləri arasında əmanət sığorta sistemi haqqında qəbul etdikləri
qərarların deklaritiv olduğunu ortaya qoydu. Məsələn, rlan-
diya və Yunanıstan hökümətləri tək tərəfli olaraq bank əma-
nətlərinə ( həcmindən asılı olmayaraq) 100 % zəmanət verdi.
Böyuk Britaniya höküməti rlandiya hökümətinin bu qərarına
təpki olaraq əmanətlərin tam kompensasiya olunan həcmini 35
min funt sterlinqdən 50 min funt sterlinqədək artırdı. Bütün bu
kimi addımlar AB üzv ölkələrində “iqtisadi millətçilik” siyasə-
190
tinin bank sektorunda “moral hazard” təhlükəsinə yol verəcə-
yini ortaya qoydu.
2008-ci ilin sentyabrında Rusiya əmanətlərin tam
kompensasiya olunan həcmini 100 min rubldan 200 min rubla,
ödənişlərin maksimal məbləğini isə 400 min rubldan 700 min
rubla qaldırmaqla əmanətlərə tətbiq olunan dövlət təminatının
artırılmasını elan etdi.
Azərbaycanda «Əmanətlərin Sığortalanması haqqında»
Azərbaycan Respublikasının Qanunu 11 fevral 2007-ci ildə
dərc edilməklə qüvvəyə minmişdir. Bu qanun Azərbayъan
Respublikasında fəaliyyət göstərən banklarda fiziki şəxslərin
əmanətlərinin kollektiv iъbari s
ığortalanması sisteminin
yaradılması və fəaliyyəti, o ъümlədən əmanətlər üzrə
kompensasiya ödənilməsi qaydalarını müəyyən edir. Fond
tərəfindən sığortalanan əmanətlər üzrə kompensasiya məbləği
4000 manatdan 6000 manata qaldırılmışdır.
Azərbaycan Respublikasının Milli Məclisi 08 may 2009-
cu il tarixdə “Əmanətlərin sığortalanması haqqında” Azərbay-
can Respublikasının Qanununda əlavə və dəyişikliklərin edil-
məsi haqqında Azərbaycan Respublikası Qanununu qəbul
etmişdir.
Qanuna edilmiş dəyişikliklə qorunan əmanətlər üzrə illik
faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsinin Azər-
baycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsindən
asılılığı aradan qaldırıldı. Qəbul olunmuş Qanuna əsasən illik
faiz dərəcəsinin yuxarı həddini Azərbaycan Respublikası Mər-
kəzi Bankı ilə razılaşdırmaqla Əmanətlərin Sığortalanması
Fondunun Himayəçilik Şurası müəyyən edir. 10 iyun 2009-cu
il tarixdə keçirilmiş növbədənkənar iclasda Əmanətlərin Sığor-
talanması Fondunun Himayəçilik Şurası qorunan əmanətlər
üzrə illik faiz dərəcəsinin yuxarı həddini Azərbaycan Respubli-
kası Mərkəzi Bankı ilə razılaşdırmaqla 15 faiz müəyyən etdi.
191
FƏS L 30. KOMMERS YA BANKLARININ
FUNKS YALARI
Banklar kredit, əmanət vəödənişlərə aid geniş xidmətlər
spektrini təklif edən və iqtisadiващидляря чешидли малиййя xidmətlə-
rini тяклиф едян кредит тяшкилатлардыр.
Əmanət funksiyas
ı. Hər bir bank aktiv əməliyyatları (kredit
qoyuluşu qiymətli kağızlar alqısı və s.) həyata keçirmək üçün öz
kapitalı ilə yanaşı (nizamnamə, ehtiyat fondu, bölüşdürülməmiş
mənfəət) passivlərinin öhdəliklərininadətən əsas hissəsini təşkil edən
əmanət cəlbi ilə də məşğul olur. Geniş mənada əmanətlərə
müştərilərin banka müəyyən müddətə daha yüksək faizlə
qoyduqları pul vəsaitləri ilə yanaşı fiziki və hüquqi şəxsləriı cari
hesablarında olan resurslar da aiddir. Müxtəlif subyektlər
gələcəkdə dövrün xərcləri üçün qazancları akumulyasiya edir və
bu da bankın əmanət yığma imkanlarını artırır.
Kredit funksiyası. Banklar yığdıqları vəsaitə görə müəyyən
haqq verir və ya məsrəfləri ödəyir. Bu xərcləri üstələmək və
mənfəət qazanınaq üçün banklar istehsal, ticarət sahələrinə kredit
verir. Yəni yaranan dəyərin bir hissəsi sonunculara, bir hissəsi isə
banka faiz şəklində daxil olur. Əmanət və kredit funksiyası ilə
banklar iqtisadiyyatda vasitəçi rolunu oynayaraq qənaətli
təsərrüfatdan defisitli təsərrüfata pulu öz zəmanəti iləötürür.
Köçürmə və hesablaşmalar funksiyası. Hər bir müəssisənin
bank hesabı var. Onun vasitəsilə o, ödənişlərini aparır və başqa
subyektlərdən ödənişləri qəbul edir. Təhlükəsizlik, operativlik,
Dostları ilə paylaş: |