192
ucuzluq, bəzən qanunvericilik hesablaşmaların nağdsız
formasının nüfuzunu artırır. Bu əməliyyatlar bankdan kənarda
mümkün olmadığıüçün vacib funksiya kimi inkişaf edir.
Nağdiyyənin idarə edilməsiprosesindəbank müəssisələrin
ödənişlərinin inkassasiyasını və məxrəcinin aparılmasınıöz üzəri-
nəgötürür. Artıq nağdiyyəni isə qısamüddətli qiymətli kağızlara
qoyur. Müştəriyə nağdiyyə lazım olduqda isəəks əməliyyat
keçirilir. Son vaxtlaradək hüquqi şəxslərin nağdiyyəsi idarə
olunurdusa, indi fiziki şəxslərlə də analoji əməliyyatlar aparılır.
Banklar öz fəaliyyətinin ilk dövrlərindən müştərilər üçün
hesablaşma əməliyyatları aparıb. Bu müştərilərə verilən çeklər
üzrə vəsaitin toplanması, valyuta və pul kütləsinin bölgüsü, eləcə
də vəsaitlərin şəbəkə vasitəsilə köçürülməsidir.
Trast funksiyası. Banklar müəyyən komission qarşılğındafiziki
şəxs (personal trast xidmətləri) və m
üəssisələrin maliyyə resurslarını
idarə edir.
Bank investoru və ya anderayter. Anderaytinq qiymətli
kağızın emitentdən alınması və mənfəət əldə edilməsi məqsədilə
başqasına satılması deməkdir. Bu əməliyyat növüənənəvi bank
xidmətlərindən risklidir. Buna görə 1933-ci ildə ABŞ Konqresi
banklara eyni vaxtda investisiya və kommersiya əməliyyatları ilə
məşğul olmağı qadağan etdi. Sonralar isə firmalar bank kredit-
ləşməsindənsə, öz qiymətli kağızlarını emissiya edib биржада
yerləşdirməyi üstün tutdular.
Broker funksiyası. Banklar müştərilərinə broker xidmətini
göstərərək dilerlərə müraciət etmədən səhm, istiqraz və sair
qiymətli kağızları almaq imkanını verir. Banklar daşınınaz
əmlaka broker əməliyyatlar
ını apararaq yaşayış və kommersiya
tikililərini satıb sonradan onları maliyyələşdirir. Banklar broker
firmaları ilə müqavilə bağlayaraq öz təşkilatlarında broker
büroları yaradır. Bununla brokerlər bank müştərilərinə, banklar
isə brokerlərin biznes dairəsinə yaxınlaşır. Yaşayış yerini dəyişən
insanlar "öz bankını" tapmamış, ev və kommersiya tikilisi
axtararaq brokerə müraciət edir. O isəöz növbəsində müştərini
banka səmtləndirir. Birbaşa faiz dərəcələri iləəlaqədar olmayan
193
brokerlər bankların partnyoruna çevrilir. Eləcə də banklar artıq
bu əməliyyatlar üzrə ixtisaslaşmış broker firmalarını alır.
Bankların inkişafinda bu istiqamət dəəhəmiyyətli sayılır.
nvestisiya planlaşdırma funksiyası. Banklar müştəriləri üçün
investisiya layihələrini planlaşdırır. Banklar daim iqtisadi cəmiy-
yətdə gedən prosesləri təhlil obyektində saxlamalı və güclü maliy-
yə-hüquqi ekspertlər ilə müştərilərinə professional planlaşdırma
xidməti göstərməlidirlər.
Kredit pullarının emissiyası. Bankları digər finans institutla-
rından fərqləndirən spesifik funksiyadır. Banklar depozit-kredit
emissiyasını həyata keçirərək dövriyyədəki pul kütləsini artırır.
Kredit verərkən pul kütləsi artır, qayıdarkən azalır. Müştəriyə
verilmiş kredit onun tələb edilənədək hesabа yazılaraq bankın öh-
dəliyini artırır. Hesabın sahibi vəsaiti nağdlaşdıraraq dövriyyədəki
nağd pul kütləsini artıra bilər.
Məsləhət xidməti. Ənənəvi olaraq müştərilər banklara
müraciət edərək kreditin, əmanətin, investisiyaların optimal isti-
fadəsini onlarla müzakirə edir. Banklar vergi deklarasiyalarını
və biznes-planları tərtib etməkdən tutmuş daxili və xarici bazar-
larda marketinq araşdırmaları, mal və xidmətlərin bazarda irə-
liləməsi barədə məsləhətlər verir. Banklar hesablaşma əməliyyatı,
əmanət qoyanlar
ın, kredit götürmək istəyənlərin arasında vasitəçi
olaraq külli miqdarda informasiyanı təhlil edir. Məhz bu
qabiliyyət göstərilən fimksiyanı daşımaqda bankları başqa uyğun
subyektlərdən fərqləndirir.
Qiymətlilərin saxlanması. Qədimdən bankların əsas xidmət
növlərindən biri kimi qiymətlilərin saxlanması bu gün də aktual-
dır. Zinət əşyaları, sənədlər və s. şəxsi ləvazimatlar yanmayan
seyflərdə qorunur. Bankın mühafizəsi müştərilərin rahat dincəl-
mə ehtimalını artırır.
Valyuta mübadiləsi. Bu xidmət növü də bank
təkamülündəəhəmiyyətli rol oynamışdır. Bu gün dünya maliyyə
bazarının riskli olması bu əməliyyatların geniş mənada iri
banklar tərəfindən aparılmasına gətirib çıxarıb. Buna səbəb və-
saitin likvidliyi problemi və zəngin təcrübənin vacibliyidir.
194
Lizinq xidməti. Banklar müştərilərinə avadanlıq almaq üçün
kredit əvəzinə lizinq təklif edir. Yəni bank öz vəsaiti olaraq onu
icarəyə verir. Lizinq ödənişləri tam ödənildikdən sonra avadanlıq
ya bankın, ya da müştərinin sərəncamında qalır.
Vençur kapitalının təklifi. Banklar getdikcə riskli sahələrin
finansmanına vəsait ayırır. Яsasən yüksək texnologiyalar
siyahısma aid layihələrdir ki, ənənəvilikdən uzaq iflasa uğramaq
ehtimalıçox olan, lakin yüksək gəlir də gətirə bilən biznes-planlar
əsas
ında həyata keçirilir.
Pensiya təminatı. Banklar pensiya fondlarının maraq
dairəsinə daxil olaraq vətəndaşların qocalığının təmini ilə məşğul
olur. Bu, bilavasitəşəxslərlə, ya da müəssisələrlə bağlanan
müqaviləəsasında olur. Daxil olan vəsait akumulyasiya edilərək
investisiyalara yönəldilir. Vətəndaşlar təqaüd yaşına çatdıqda və
ya onlar əmək qabiliyyətini itirdikdəödənişlər başlanır. Bu resurs-
lar uzunmüddətli vəsait kimi bankların investisiya fəaliyyətində
mühüm rol oynayır.
Dostları ilə paylaş: |