M-61 I e. d prof., Zahid Fərrux Məmməd



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə53/98
tarix31.08.2018
ölçüsü2,11 Mb.
#65798
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   98

 
168 
mövcud  lokal  şəbəkə  sisteminin  təhlükəsizliyini  və  Microsoft 
proqram  təminatı  məhsuллarının  on-line  rejimində  yenilənmə-
sini  və  inzibatçılığını  təmin  etmək  məqsədilə  Mərkəzi  Bankın 
lokal şəbəkəsində servis funksionallıqları yaradılmışdır. 
Mərkəzi  Bankda  mövcud  informasiya  sistemlərində  mə-
lumat  axınının  təhlükəsizliyinin  təmin  edilməsi  daim  prioritet 
hədəflərdən olmuşdur. Bu sahədə aparılan işlərin davamı ola-
raq  Mərkəzi  Bankda  elektron  imzanın  yaradılması  məqsədilə 
Sertifıkatlaşdırma Mərkəzinin təşkilinə başlanılmışdır. 
Qanunvericiliyə  müvafıq  olaraq  Mərkəzi  Bankın  əsas 
məqsədlərindən  biri  ödəniş  sistemlərinin  sabit  fəaliyyətinin  və 
inkişafının  təmin  edilməsidir.  Azərbaycan  Respublikasında 
ödəniş sistemlərinin daha da inkişaf etdirilməsini, iqtisadi fəa-
liyyət  göstərən  şəxslərin  vəəhalinin  elektron  ödəniş  sistemləri-
nin imkanlarından daha fəal istifadə olunmasını təmin etmək 
məqsədilə  Azərbaycan  Respublikası  Prezidenti  tərəfindən  22 
noyabr 2005-ci il tarixli «Azərbaycan Respublikasında ödəniş 
sistemlərinin  təkmilləşdirilməsi  sahəsindəəlavə  tədbirlər  haq-
qında» Sərəncamın icrasıçərçivəsində görülmüş işlər nəticəsin-
də  2008-ci  il  üzrəölkəərazisində  bank  filiallarında,  pərakəndə 
ticarət və xidmət müəssisələrində quraşdırılmış POS-terminal-
ların  sayı  2007-  ci  illə  müqayisədə  65%  (2829  ədəd)  artaraq 
8138  ədəd  təşkil  etmişdir  ki,  onlardan  da  7397  ədədi 
Bakışəhərində, 741 ədədi regionlarda quraşdırılmışdır. 
Kommunal sektorda aparılan islahatlara dəstək verilmə-
si,  vahid  elektron  ödəniş  sistemi  məkanından  istifadə  etməklə 
kommunal  xidməti  haqlarının  yığım  səviyyəsinin  vəşəffaflığın 
daha da artırılması, bu sahədə maliyyə dövriyyəsinin bank sis-
teminə cəlb edilməsi məqsədilə «Azərbaycan Respublikasında 
Milli  Ödəniş  Sisteminin  nkişafıüzrə  2005-2007-ci  ihər  üçün 
Dövlət Proqramı» çərçivəsində Azərbaycan Mərkəzi Bankı tə-
rəfindən  Kütləvi  Ödənişlər  üzrə  Mərkəzləşdirilmiş nformasiya 
Sistemi  (KÖM S)  yaradılaraq  11  iyul  2008-ci  il  tarixində  real 
rejimdə istismara verilmişdir. 


 
169
KÖM S-də  bütün  kommunal  xidməti  və  kütləvi  xidmət 
operatorlarıüzrə  abonentlərin  vahid  qeydiyyat  nömrəsinəəsas-
lanan  müştəri  bazası  yaradılır.  Müştəri  bazasında  baş  verən 
dəyişikliklər  onların  daxili  informasiya  sistemlərinin  inkişaf 
səviyyəsindən  asılı  olaraq  razılaşdırılmış  reqlamentəəsasən, 
yaxud  da  real  vaxt  rejimində  mərkəzləşdirilmiş  bazaya  daxil 
edilir.  Hər  bir  kommunal  xidməti  müəssisəsi  sistem  vasitəsilə 
müştərilərin apardığıödənişlər haqqında real rejimdə məlumat 
almaq imkanına malikdir. 
KÖM S-də  iştirakçılarla  sistem  arasında  informasiya  mü-
badiləsi yüksək səviyyədə təhlükəsizlik prinsipləri əsasında qurul-
muşdur.  Sistem  əhaliyə  istənilən  maliyyə  nöqtəsində  kommunal 
xidmətləri  üzrə  borcları  haqda  məlumat  almaq  vəən  müasir 
ödəniş alətləri vasitəsiləödəniş aparmaq imkanı yaratmışdır. 
Fövqəladə  hallarda  KÖM S  sisteminin  fasiləsiz  fəaliy-
yətini  təmin  etmək  məqsədilə  Sumqayıt  Ehtiyat  Mərkəzində 
yerləşdirilmiş  ehtiyat  serveri  ilə  «online»  rejimli  informasiya 
mübadiləsi qurulmuşdur. 
KÖM S  istifadəçiləri  fəaliyyət  göstərən  bütün  kommer-
siya bankları, poçt operatoru, kommunal xidməti müəssisələri, 
digər  kütləvi  xidmət  operatorları  (mobil  telefon  operatorları, 
kabel  televiziyası,  internet  xidməti  provayderləri  və  s.),  kart 
prosessinq  mərkəzləri  və  nəhayət  kommunal  xidmətlərinin 
istehlakçısı olan fıziki və hüquqi şəxslər ola bilərlər. 
Hazırda «Azəriqaz» QSC, «Azərsu» ASC və «Bakıelektrik-
şəbəkə»  ASC 
üzrə  Bakışəhərini  əhatə  edən  elektron  abonent 
bazası  sistemə  daxil  edilmişdir.  17  kommersiya  bankının  və 
«Azərpoçt» DM-nin «AzDataCom» telekommunikasiya şəbəkə-
si  üzərindən  81  poçt  şöbəsi  daxil  olmaqla,  ümumilikdə  300-ə 
yaxın ödəniş məntəqəsi real rejimdə KÖM S-ə qoşulmuşdur. 
KÖM S-ə  qoşulmuş  kommunal  xidməti  müəssisələri 
üzrəödənişləri  nağd,  «MilliKart»  MMC-də  xidmət  olunan 
banklara  məxsus  POS-terminal  və  bankomatlarda  ödəniş 
kartları vasitəsilə həyata keçirmək mümkündür. Eyni zamanda 
«MilliKart»  MMC-də  xidmət  olunan  bankların  müştəriləri 


 
170 
ödəniş kartları vasitəsilə KÖM S-in « nternet Service» xidmə-
tindən  istifadə  etməkləödənişlərini  «on-line»  rejimində  həyata 
keçirmək imkanına malikdirlər. 
Ödəniş  sistemlərinin  coğrafi  əhatə  dairəsinin  genişləndi-
rilməsi, regionlara istiqamətləndirilməsi, eyni zamanda təsərrü-
fat 
subyektlərinin 
və 
ev 
təsərrüfatlarının 
maliyyə 
xidmətlərinəçıxış  imkanlarının  daha  da  artırılması  məqsədilə 
Azərbaycan 
Respublikasının 
Rabitə 
və nformasiya 
Texnologiyaları  Nazirliyi  ilə  birlikdə  «Azərpoçt»  layihəsinin 
reallaşdırılması  istiqamətində  işlər  2008-ci  ildə  də  davam 
etdirilmişdir.  «Azərpoçt»  DM  tərəfindən  poçt-maliyyə 
xidmətlərinin  göstərilə  bilməsi  üçün  bu  haqda  «Poçt  rabitəsi 
haqqında»  Azərbaycan  Respublikasının  Qanununa  müvafiq 
əlavə  və  dəyişikliklər  edilmiş  və  2  oktyabr  2008-ci  il 
tarixindəölkə 
prezidenti 
tərəfindən 
təsdiq 
edilmişdir. 
«Azərpoçt» DM-nin bazar yönümlü yeni strukturunun layihəsi 
hazırlanmış və struktur dəyişikliyi həyata keçirilmişdir. Layihə 
tam  başa  çatdıqdan  sonra  «Azərpoçt»  DM-in  1200-dən  çox 
poçt şöbələri vasitəsi iləəhaliyəənənəvi poçt xidmətləri ilə yanaşı 
maliyyə 
xidmətlərinin 
(ödənişlərin 
həyata 
keçirilməsi, 
kommunal xidməti haqlarının toplanması, əhalidən depozitlərin 
cəlb edilməsi və plastik kartlarla xırda kreditləşdirmənin həyata 
keçirilməsi və s.) də göstərilməsi reallaşacaqdır. 
2008–ci  ildə    POS-terminallar  vasitəsiləümumi  həcmi 
290.23 mln. manat olan 788 min əməliyyat aparılmışdır ki, bun-
lardan da 66.2 mln. manatı nağdsız ödənişlərin payma düşür. 
2008-ci  il  üzrəölkəərazisində  bankomatların  sayı  keçən 
illə müqayisədə 15% (202 ədəd) artaraq 1518 ədəd, bankomat-
lar  vasitəsilə  aparılan  əməliyyatların  sayı  26.4%  (7672  min) 
artaraq 36772 min ədəd, əməliyyatların həcmi isə 58.9% (1330 
mln. manat) artaraq 3592 mln. manat təşkil etmişdir. 
2008-ci ildə kart sahiblərinin sayı 3.5 mln. nəfərəçatmışdır. 
lin sonuna kartların sayı 3.6 mln. ədəd təşkil etmişdir ki, onlar-
dan da 3.5 mln. ədədi debet və 0.1 mln. ədədi kredit kartlarıdır. 
 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə