156
avtomatlaşdırılmadığına görə iştirakçılar kreditin ayrılması üçün
Bazar əməliyyatları departamenti ilə əlaqə saxlamalıdırlar.
Mərkəzi Bankda olan nostro müxbir hesabın aylıq ortalama
qalığının məcburi ehtiyat norması üzrə məbləğdən aşağı olmamaq
şə
rtilə, Banklara ehtiyat tələbindən istifadəyə icazə verilir.
Hazırda, ehtiyat tələbi 02.03.2009-cu il tarixdən etibarən həm
manat, həm də xarici valyutalar üzrə müddətindən asılı olmayaraq
0,5% həcmində müəyyən edilmişdir.
Ə
qdlər SW FT şəbəkəsi vasitəsilə həyata keçirilir. AMB
yalnız banklarası hesablaşma üçün məqbul olan məlıumatları
(dəyər tarixi, məbləğ, göndərən bank, benefisiar bank və s.) əldə
edir. Əgər hesablaşma üçün lazımi vəsait mövcuddursa, sistem
vəsaiti göndərən bankın hesabından benefisiar bankın hesabına
köçürür və SW FT-ə hesablaşma üzrə təsdiqnaməni göndərir.
SWIFT daha sonra debit və kredit təsdiqnamələrini hazırlayır və
ödəniş detallarını benefisiar banka göndərir. Hər bir ödəniş
məcmu əsasda emal olunur və məlumat dərhal AMB-nin Baş
Mühasibat Kitabında qeydiyyata alınır.
ş
tirakçı olmaq üçün üzvün AMB-də cari hesabı açmalı və
SW FT-ə goşulmalıdır. Bu və digər üzvlük tələbləri AMB və hər
bir bank arasında imzalana ikitərəfli Kollektiv Əməkdaşlıq
Sazişlərində əks olunur. Əlavə üzvlük tələblərinə daxildir: 1)
proqram təminatının və avadanlığın quraşdırılması kimi texniki
tələblər, 2) təlim kursu keçmiş səriştəli əməkdaşların olması.
ş
tirakçıların AZ PS-dən çıxarılması qaydaları aydın deyildir.
Saat 10:00-da başlayan əməliyyat günündə AZ PS hesabında
ə
gər lazımi balans mövcuddursa, ödənişlər onlayn rejimdə emal
olunur. Əks halda, növbədə olan ödənişlər iştirakçıların müyyən
etdiyi ardıcıllıqla və F FO prinsipinə uyğun emal olunur. Sistemdə
99 prioritet kodları mövcuddur və iştirakçının prioritet kodunu
seçmək və likvidliyi idarəetmək üçün növbədə koda düzəliş etmək
hüququna malikdir. AZ PS-də olan həll mexanizminə əsasən
ə
lavə vəsait mövcud olan kimi sistem əqdi avtomatik növbəyə
daxil edir. Müştərinin ödənişləri 16:30-dək qəbul olunur. Növbəti
yarım saat ərzində iştirakçılar iştirakçılar banklararası ödənişləri
157
həyata keçirə bilər. Növbədə olan əqdlər günün sonunda
sistemdən çıxarılır.
Ə
məliyyat günü saat 17:20-də yekunlaşır. Əməliyyat
gününün yekunlaşmasından sonra iştirakçılara aşağıdakı hesabat-
lar göndərillir:
1. həyata keçirilmiş ödənişlər haqqında hesabat;
2. ləğv edilmiş ödənişlər haqqında hesabat,
3. faktura hesabatı.
Milli Ödəniş Sisteminin arxitekturasının birinci mühüm
elementi olan və 2001-ci ildən fəaliyyət göstərən Real Vaxt
Rejimində Banklararası Hesablaşmalar sistemi -AZ PS sistemində
2008-ci il üzrə ümumi həcmi 71425 mln. manat olmaqla 457 min
ə
dəd ödəniş sənədi emal olunmuşdur ki, bu da keçən illə
müqayisədə 84,4% (32698 mln. manat) və 5,8% (24 min ədəd)
çoxdur. Sistemdə orta günlük sənəd sayı 1870 ədəd, hər bir ödəniş
sənədinin məbləği orta hesabla 156 min manat təşkil etmişdir.
Hazırda AZ PS sisteminin 47 (kommersiya bankları - 44, AMB,
bank olmayan Aqrarkredit birliyi, Baş Dövlət Xəzinədarlığı)
iştirakçısı vardır.
Xırda ödənişlər üzrə hesablaşma klirinq sistemi.AMB-
nin BCSS (XÖHKS) sistemi elektron pərakəndə ödənişlər üçün
nəzərdə tutulmuşdur.Kiçik məbləğli vəsaitlərin köçürülməsi
AZ PS vasitəsilə də həyata keçirilə bilər. Belə ki, AZ PS-də
ödəniş mesajına üçüncü tərəf ödəniş detallarını əlavə etmək
imkanı mövcuddur və minimum məbləğ tələbi yoxdur.
XÖHKS 2002-ci ilin dekabr ayından istifadə olunur. Sistem
paket emala əsaslanır və özəl telekommunikasiya şəbəkəsi vasitə-
silə ilə fəaliyyət göstərir. Bir paket daxilində cəmi ödənişin sayı
və həmçinin bir ödəniş daxilində fərdi mesajların sayı məhdudsuz-
dur. Bir ödəniş mesajının maksimum məbləği təqribən 40.000 ma-
natdır. Hər bir ödənişdə eyni dəyər tarixli ödənişlər olmalıdır.
Sistem iştirakçıları arasındakı hesablaşma haqqında qeyd
etmək lazımdır ki, XÖHKS-da real vaxt ödəniş sisteminin bir sıra
xüsusiyyətləri var. Likvidlik (qalıqlar) iş günü başlanğıcı olan
158
9:30-da iştirakçıların AZ PS hesabından XÖHKS sub-hesabına
köçürülməlidir.
Ə
gər bütün paket üçün adekvat likvidlik mövcud deyilsə,
ödəniş gözləmə sırasına daxil olur. Sıradakı paketlər F FO (birinci
girən birinci çıxır) prinsipinə uyğun olaraq emal olunur. BCSS
sıradakı paketi və ya paketdəki hər hansı mesajı ləğv etmək
imkanı təmin edir.
Gün ərzində iki hesablaşma sessiyası olur. Birinci sessiyada
sistem saat 13:00-dək müştərilərin ödənişlərini qəbul edir və emal
edir. Saat 13:00-dən 13:10-dək müştərilər sıradakı paketlərin
emalı üçün əlavə likvidlik təmin edə bilər. Saat 13:10-dan 13:35-
dək BCSS paketləri emal edir. Yanlız yekun ikitərəfli qalıqlar baş
mühasibat kitabında uçota alınır, lakin hesablaşmanın təbiəti
ümumi olur. Əgər əlavə likvidlik mövcud olmazsa, sıradakı
paketlərsaat 13:40-dan 15:05-dək olan ikinci sessiyaya ötürülür.
15:05-dən 15:35-dək iştirakçılar sırdaakı ödənişlərin emal
olunması üçün əlavə likvidlik təmin edə bilər. Əgər 16:10-dək
likvidlik təmin olunmazsa, ödəniş ləğv olunur. Bu vaxt BCSS
iştirakçıların balansları AZ PS-ə geri köçürülür.
AMB gündəlik əsasda iştirakçıların qalıqları, əqdlərin
həcmi, məbləği və ya ləğv edilmiş əqdələri monitorinq edir.
AZ PS-də hesablaşma üzrə tarif ödəniş məbləğinin 0,043
faizdir. Minimum xidmət haqqı 0.1 AZN (yeni manat).
Maksimum tutulan məbləğ 43 AZN-dir. Mərkəzi Bank, XÖHKS
ilə həyata keçirilən hər bir ödənişdən 0,005 faiz tutur.
Ödəniş sisteminin arxitekturasının ikinci mühüm elementi
olan və 2002-ci ildən fəaliyyət göstərən Xırda Ödənişlər üzrə
Hesablaşma Klirinq Sistemi-XÖHKS sistemində 2008-ci ildə
ümumi həcmi 5364 mln. manat olmaqla 1943 min ədəd ödəniş
sənədi emal olunmuşdur ki, bu da keçən illə müqayisədə 150,7%
(3226 mln. manat) və 86,8% (903 min ədəd) çoxdur. Sistemdə
orta günlük sənəd sayı 7930 ədəd, hər bir ödəniş sənədinin
məbləği orta hesabla 2760 manat təşkil etmişdir. XÖHKS
sisteminin 50 (kommersiya bankları - 45, AMB, ARMB Naxçıvan
Ə
, poteka Fondu, Baş Dövlət Xəzinədarlığı, bank olmayan
Dostları ilə paylaş: |