M-61 I e. d prof., Zahid Fərrux Məmməd



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə49/98
tarix31.08.2018
ölçüsü2,11 Mb.
#65798
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   98

 
156 
avtomatlaşdırılmadığına  görə  iştirakçılar  kreditin  ayrılması  üçün 
Bazar əməliyyatları departamenti ilə əlaqə saxlamalıdırlar.  
Mərkəzi Bankda olan nostro müxbir hesabın aylıq ortalama 
qalığının məcburi ehtiyat norması üzrə məbləğdən aşağı olmamaq 
şə
rtilə,  Banklara  ehtiyat  tələbindən  istifadəyə  icazə  verilir. 
Hazırda,  ehtiyat  tələbi  02.03.2009-cu  il  tarixdən  etibarən  həm 
manat, həm də xarici valyutalar üzrə müddətindən asılı olmayaraq 
0,5% həcmində müəyyən edilmişdir. 
Ə
qdlər  SW FT  şəbəkəsi  vasitəsilə  həyata  keçirilir.  AMB 
yalnız  banklarası  hesablaşma  üçün  məqbul  olan  məlıumatları 
(dəyər  tarixi,  məbləğ,  göndərən  bank,  benefisiar  bank  və  s.)  əldə 
edir.  Əgər  hesablaşma  üçün  lazımi  vəsait  mövcuddursa,  sistem 
vəsaiti  göndərən  bankın  hesabından  benefisiar  bankın  hesabına 
köçürür  və  SW FT-ə  hesablaşma  üzrə  təsdiqnaməni  göndərir. 
SWIFT  daha  sonra  debit  və  kredit  təsdiqnamələrini  hazırlayır  və 
ödəniş  detallarını  benefisiar  banka  göndərir.  Hər  bir  ödəniş 
məcmu  əsasda  emal  olunur  və  məlumat  dərhal  AMB-nin  Baş 
Mühasibat Kitabında qeydiyyata alınır.  
ş
tirakçı  olmaq  üçün  üzvün  AMB-də  cari  hesabı  açmalı  və 
SW FT-ə goşulmalıdır. Bu və digər üzvlük tələbləri AMB və hər 
bir  bank  arasında  imzalana  ikitərəfli  Kollektiv  Əməkdaşlıq 
Sazişlərində  əks  olunur.  Əlavə  üzvlük  tələblərinə  daxildir:  1) 
proqram  təminatının  və  avadanlığın  quraşdırılması  kimi  texniki 
tələblər,  2)  təlim  kursu  keçmiş  səriştəli  əməkdaşların  olması. 
ş
tirakçıların AZ PS-dən çıxarılması qaydaları aydın deyildir.  
Saat 10:00-da başlayan əməliyyat günündə AZ PS hesabında 
ə
gər  lazımi  balans  mövcuddursa,  ödənişlər  onlayn  rejimdə  emal 
olunur.  Əks  halda,  növbədə  olan  ödənişlər  iştirakçıların  müyyən 
etdiyi ardıcıllıqla və F FO prinsipinə uyğun emal olunur. Sistemdə 
99  prioritet  kodları  mövcuddur  və  iştirakçının  prioritet  kodunu 
seçmək və likvidliyi idarəetmək üçün növbədə koda düzəliş etmək 
hüququna  malikdir.  AZ PS-də  olan  həll  mexanizminə  əsasən 
ə
lavə  vəsait  mövcud  olan  kimi  sistem  əqdi  avtomatik  növbəyə 
daxil edir. Müştərinin ödənişləri 16:30-dək qəbul olunur. Növbəti 
yarım  saat  ərzində  iştirakçılar  iştirakçılar  banklararası  ödənişləri 


 
157
həyata  keçirə  bilər.  Növbədə  olan  əqdlər  günün  sonunda 
sistemdən çıxarılır.  
Ə
məliyyat  günü  saat  17:20-də  yekunlaşır.  Əməliyyat 
gününün  yekunlaşmasından  sonra  iştirakçılara  aşağıdakı  hesabat-
lar göndərillir: 
1.  həyata keçirilmiş ödənişlər haqqında hesabat;  
2.   ləğv edilmiş ödənişlər haqqında hesabat,  
3.   faktura hesabatı.  
Milli  Ödəniş  Sisteminin  arxitekturasının  birinci  mühüm 
elementi  olan  və  2001-ci  ildən  fəaliyyət  göstərən  Real  Vaxt 
Rejimində Banklararası Hesablaşmalar sistemi -AZ PS sistemində 
2008-ci il üzrə ümumi həcmi 71425 mln. manat olmaqla 457 min 
ə
dəd  ödəniş  sənədi  emal  olunmuşdur  ki,  bu  da  keçən  illə 
müqayisədə  84,4%  (32698  mln.  manat)  və  5,8%  (24  min  ədəd) 
çoxdur. Sistemdə orta günlük sənəd sayı 1870 ədəd, hər bir ödəniş 
sənədinin  məbləği  orta  hesabla  156  min  manat  təşkil  etmişdir. 
Hazırda  AZ PS  sisteminin  47  (kommersiya  bankları  -  44,  AMB, 
bank  olmayan  Aqrarkredit  birliyi,  Baş  Dövlət  Xəzinədarlığı) 
iştirakçısı vardır. 
Xırda  ödənişlər  üzrə  hesablaşma  klirinq  sistemi.AMB-
nin  BCSS  (XÖHKS)  sistemi  elektron  pərakəndə  ödənişlər  üçün 
nəzərdə  tutulmuşdur.Kiçik  məbləğli  vəsaitlərin  köçürülməsi 
AZ PS  vasitəsilə  də  həyata  keçirilə  bilər.  Belə  ki,  AZ PS-də 
ödəniş  mesajına  üçüncü  tərəf  ödəniş  detallarını  əlavə  etmək 
imkanı mövcuddur və minimum məbləğ tələbi yoxdur. 
 
XÖHKS 2002-ci ilin dekabr ayından istifadə olunur. Sistem 
paket emala əsaslanır və özəl telekommunikasiya şəbəkəsi vasitə-
silə  ilə  fəaliyyət  göstərir.  Bir  paket  daxilində  cəmi  ödənişin  sayı 
və həmçinin bir ödəniş daxilində fərdi mesajların sayı məhdudsuz-
dur. Bir ödəniş mesajının maksimum məbləği təqribən 40.000 ma-
natdır. Hər bir ödənişdə eyni dəyər tarixli ödənişlər olmalıdır.  
Sistem  iştirakçıları  arasındakı  hesablaşma  haqqında  qeyd 
etmək lazımdır ki, XÖHKS-da real vaxt ödəniş sisteminin bir sıra 
xüsusiyyətləri  var.  Likvidlik  (qalıqlar)  iş  günü  başlanğıcı  olan 


 
158 
9:30-da  iştirakçıların  AZ PS  hesabından  XÖHKS  sub-hesabına 
köçürülməlidir.  
Ə
gər  bütün  paket  üçün  adekvat  likvidlik  mövcud  deyilsə, 
ödəniş gözləmə sırasına daxil olur. Sıradakı paketlər F FO (birinci 
girən  birinci  çıxır)  prinsipinə  uyğun  olaraq  emal  olunur.  BCSS 
sıradakı  paketi  və  ya  paketdəki  hər  hansı  mesajı  ləğv  etmək 
imkanı təmin edir.  
Gün ərzində iki hesablaşma sessiyası olur. Birinci sessiyada 
sistem saat 13:00-dək müştərilərin ödənişlərini qəbul edir və emal 
edir.  Saat  13:00-dən  13:10-dək  müştərilər  sıradakı  paketlərin 
emalı üçün əlavə likvidlik təmin edə bilər. Saat 13:10-dan 13:35-
dək BCSS paketləri emal edir. Yanlız yekun ikitərəfli qalıqlar baş 
mühasibat  kitabında  uçota  alınır,  lakin  hesablaşmanın  təbiəti 
ümumi  olur.  Əgər  əlavə  likvidlik  mövcud  olmazsa,  sıradakı 
paketlərsaat  13:40-dan  15:05-dək  olan  ikinci  sessiyaya  ötürülür. 
15:05-dən  15:35-dək  iştirakçılar  sırdaakı  ödənişlərin  emal 
olunması  üçün  əlavə  likvidlik  təmin  edə  bilər.  Əgər  16:10-dək 
likvidlik  təmin  olunmazsa,  ödəniş  ləğv  olunur.  Bu  vaxt  BCSS 
iştirakçıların balansları AZ PS-ə geri köçürülür.  
AMB  gündəlik  əsasda  iştirakçıların  qalıqları,  əqdlərin 
həcmi, məbləği və ya ləğv edilmiş əqdələri monitorinq edir.  
AZ PS-də  hesablaşma  üzrə  tarif  ödəniş  məbləğinin  0,043 
faizdir.  Minimum  xidmət  haqqı  0.1  AZN  (yeni  manat). 
Maksimum  tutulan  məbləğ  43  AZN-dir.  Mərkəzi  Bank,  XÖHKS 
ilə həyata keçirilən hər bir ödənişdən 0,005 faiz tutur. 
Ödəniş  sisteminin  arxitekturasının  ikinci  mühüm  elementi 
olan  və  2002-ci  ildən  fəaliyyət  göstərən  Xırda  Ödənişlər  üzrə 
Hesablaşma  Klirinq  Sistemi-XÖHKS  sistemində  2008-ci  ildə 
ümumi  həcmi  5364  mln.  manat  olmaqla  1943  min  ədəd  ödəniş 
sənədi emal olunmuşdur ki, bu da keçən illə müqayisədə 150,7% 
(3226  mln.  manat)  və  86,8%  (903  min  ədəd)  çoxdur.  Sistemdə 
orta  günlük  sənəd  sayı  7930  ədəd,  hər  bir  ödəniş  sənədinin 
məbləği  orta  hesabla  2760  manat  təşkil  etmişdir.  XÖHKS 
sisteminin 50 (kommersiya bankları - 45, AMB, ARMB Naxçıvan 
Ə
,  poteka  Fondu,  Baş  Dövlət  Xəzinədarlığı,  bank  olmayan 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə