M-61 I e. d prof., Zahid Fərrux Məmməd



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə48/98
tarix31.08.2018
ölçüsü2,11 Mb.
#65798
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   98

 
153
sistemlərinin  sabitliyini  və  inkişafını  təmin  etmək”.  Mərkəzi 
bankın  funksiyalarının  təsbit  edildiyi  maddə  5  –  də  Mərkəzi 
Banka  “ödəniş  sistemlərinin  fəaliyyətinin  müəyyənləşdirilməsi, 
ə
laqələndirilməsi və tənzimlənməsi” hüququ verilir. 44 – 45 – ci 
maddələrdə Mərkəzi Bankın ödəniş sistemləri ilə əlaqəli hüquqları 
daha ətraflı təsvir edilib.  
 
Maddə 44. Ödəniş sistemləri üzrə səlahiyyətlə
44.1.  Mərkəzi  Bank  ödəniş,  o  cümlədən  hesablaşma  və  klirinq 
(prosessinq)  sistemlərinin  sabit  işləməsini  təmin  etmək  məqsədi  ilə  onların 
fəaliyyətini təşkil edir, əlaqələndirir, tənzimləyir və onların fəaliyyətinə nəzarət 
edir.  
44.2.  Mərkəzi  Bank  normativ  xarakterli  aktları  ilə  müəyyən  edilmiş 
qaydada  klirinq  (prosessinq)  təşkilatlarının  fəaliyyətinə  icazələr  verir  və 
nəzarəti həyata keçirir.  
44.3.  Mərkəzi  Bank  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinə 
uyğun olaraq ölkədə nağdsız hesablaşmaların və kredit təşkilatları vasitəsilə pul 
köçürmələrinin aparılması qaydalarını  və şərtlərini, habelə ödəniş sənədlərinin 
forma və məzmununu müəyyən edir.  
44.4.  Mərkəzi  Bank  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinə 
və digər normativ hüquqi aktlara uyğun olaraq uyğun olaraq bank hesablarının 
növlərini, onların açılması, aparılması və bağlanması qaydalarını müəyyən edir.  
44.5.  Mərkəzi  Bank  kredit  təşkilatlarının  istifadə  etdikləri  elektron 
hesablaşma  və  pul  köçürmələri,  habelə  klirinq  (prosessinq)  sistemlərinin 
etibarlığının  və  təhlükəsizliyinin,  habelə  bank  informasiyasının  mühafizəsinin 
təmin edilməsinə aid minimum tələbləri müəyyən edə bilər.  
44.6.  Mərkəzi  Bank  qanunvericiliyə  müvafiq  olaraq  ödəniş 
sistemlərinin təşkili sahəsində digər səlahiyyətləri həyata keçirir.  
 
Mərkəzi Bank ölkə ərazisində fəaliyyət göstərən kredit təş-
kilatları  arasında  hesablaşmaları  Mərkəzi  Bankda  milli  valyutada 
(manatda) açdıqları müxbir hesabları vasitəsilə, yaxud beynəlxalq 
təcrübəyə  uyğun  olaraq  Mərkəzi  Bankın  müəyyən  etdiyi  digər 
üsullarla təşkil edir.  
Hal- hazırda Yeni manat ölkədə olan yeganə hüquqi ödəniş 
vasitəsidir.  AMB  tərəfindən  beynəlxalq  təcrübə  əsasında  beynəl-
xalq  maliyyə  qurumlarının  texniki  yardımı  və  maliyyə  köməyin-
dən  istifadə  edilməklə  son  on  il  ərzində  Milli  Ödəniş  Sisteminin 


 
154 
yaradılması və inkişafı istiqamətində geniş islahatlar aparılmışdır. 
1998-ci  ildə  Milli  Ödəniş  Şurasında  Milli  Ödəniş  Sisteminin 
yaradılmasının  konseptual  əsasları  və  strategiyası  hazırlanmışdır. 
2001-ci ilin əvvəllərində Milli Ödəniş Sisteminin arxitekturasının 
ə
sasını  təşkil  edən  Real  Vaxt  Rejimində  Banklararası 
Hesablaşmalar Sistemi (AZIPS) yaradılaraq istifadəyə verilmişdir. 
AZ PS sisteminin istismara verilməsi nəticəsində banklar arasında 
hesablaşmaların  real  vaxt  rejimində  (on-line)  həyata  keçirilməsi-
nə,  pul  dövriyyəsinin  sürətinin  nəzərəçarpacaq  dərəcədə  artması-
na, banklar tərəfindən likvidliyin daha çevik idarə olunmasına im-
kan yaranmışdır. 
2002-ci ilin sonlarından etibarən Milli Telekommunikasiya 
Şə
bəkəsinin  bazasında  Milli  Ödəniş  Sisteminin  arxitekturasının 
ikinci  mühüm  elementi  olan  Xırda  Ödənişlər  üzrə  Hesablaşma 
Klirinq Sistemi (XÖHKS) yaradılaraq istifadəyə verilmişdir. Belə-
liklə, kiçik həcmli, lakin daim təkrarlanan xırda ödənişlərin (əmək 
haqqı, sosial müdafiə ödənişləri, telefon, qaz, su, elektrik enerjisi 
üzrə kommunal ödənişlər və s.) elektron daşıyıcılar əsasında həya-
ta keçirilməsinə, eyni zamanda, xırda ödənişlərin əsas iştirakçıları 
olan kommunal xidməti müəssisələrinin, böyük sayda ödəniş əmə-
liyyatları (məs., vergi, gömrük və sosial müdafiə ödənişləri) apa-
ran hökumət qurumlarının Milli Ödəniş Sisteminin infrastrukturu-
na inteqrasiyası üçün əlverişli zəmin yaradıldı.   
XÖHKS  sistemi  Milli  Telekommunikasiya  Şəbəkəsi  üzə-
rində  qurulmuşdur,  məlumat  mübadiləsinin  yüksək  təhlükəsizlik 
səviyyəsini təmin edir və müasir standartlara tamamilə uyğundur. 
Respublikada  fəaliyyət  göstərən  bütün  banklar,  Baş  Dövlət  Xə-
zinədarlığı, Azərbaycan  poteka Fondu, Azərbaycan Respublikası 
Mərkəzi Bankının Naxçıvan Ərazi  darəsi sistemin üzvüdürlər.  
AZ PS və XÖHKS sistemlərinin fövqəladə hallarda etibar-
lıvə  davamlı  fəaliyyətini  təmin  etmək  məqsədilə  onların  Sumqa-
yıtEhtiyat  Mərkəzində  ehtiyat  surətləri  yaradılmışdır.  2007-ci  il 
ə
rzində sistemlərin əsas və ehtiyat mərkəzlərdə yerləşən serverləri 
arasında  real  vaxt  rejimində  informasiya  mübadiləsi  təşkil  edil-
mişdir.   


 
155
Ödəniş  sistemləri  sahəsində  aparılan  islahatların  əhatə 
dairəsinin  genişləndirilməsi  və  regionlara  istiqamətləndirilməsi, 
yaradılmış Milli Ödəniş Sisteminin imkanlarından daha aktiv isti-
fadə  olunması,  bütün  ölkə  üzrə  vahid  elektron  ödəniş  məkanının 
yaradılması, hüquqi və fiziki şəxslərin maliyyə xidmətlərinə çıxış 
imkanlarının  daha  da  artırılıması  zərurətini  nəzərə  alaraq, 
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 9 dekabr tarixli 
Fərmanı  ilə 
“Azərbaycan  Respublikasında  Milli  Ödəniş 
Sisteminin  nkişafı üzrə 2005-2007-ci illər üçün Dövlət Proqramı
” 
təsdiq  edilmişdir.  Dövlət  Proqramına  uyğun  olaraq  ölkədə  kart 
ödənişlərinin daha da inkişaf etdirilməsi və Milli Ödəniş Sistemi-
nin  arxitekturasının  tamamlanması  üçün  yeni  infrastrukturun–
MilliKart  Prosessinq  Mərkəzinin  yaradılması  üzrə  işlər  başa 
çatdırılmışdır. 
Azərbaycanda  iki  əsas  ödəmə  sistemi  mövcuddur:  Böyük 
və  yüksək  prioritetli  ödənişlər  üçün  Azərbaycan  Banklararası 
Ödəniş  Sistemi  (AZ PS)  və  az  miqdarda  olan  ödənişlər  üçün 
Xırda ödənişlərin hesablaşma Klirinq Sistemi (XÖHKS). Hər ikisi 
Mərkəzi bank tərəfindən idarə edilir və yalnız yeni manatla həyata 
keçirilir.  
R   MƏBLƏĞL   ÖDƏŞLƏR N  KÖÇÜRÜLMƏS  
S STEMLƏ  –  AZ PS.  AMB-nin  Azərbaycan  Banklararası 
Ödəniş Sistemi (AZ PS) respublikanın yeganə iri məbləğli ödəniş 
sistemidir.  AZ PS  real  vaxt  rejimində  işləyən  hesablaşma 
sistemidir  (RTGS).  Sistem  iştirakçıların  AMB-dəki  müxbir 
hesabları  vasitəsilə  ödənişləri  tam  elektron  şəkildə  emal  edir. 
Hesablaşmanın  qətiliyi  və  gerigötürülməzliyinə  nəzarət  tələbləri 
vasitəsilə nail olunmuşdur.  
Ə
gər ödəməni həyata keçirmək üçün lazımi qədər vəsait var-
sa  AZ PS  real  vaxt  əsasında  yeni  manatla  hesablaşmanı  təmin 
edir. Əgər lazımi qədər vəsait yoxdursa o zaman əməliyyat avto-
matik olaraq gözləmə növbəsinə göndərilir və orada ödəmə üçün 
lazım  olan  miqdarda  vəsait  daxil  olana  qədər  gözləyir.  Mərkəzi 
Bank qeyri - likvidliyi qənaətbəxş olan iştirakçıları günlük və ge-
cəlik  (overnayt)  pulsuz  güzəştli  kreditlərlə  təmin  edir.  Bu  proses 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə