M-61 I e. d prof., Zahid Fərrux Məmməd



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə47/98
tarix31.08.2018
ölçüsü2,11 Mb.
#65798
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   98

 
150 
azaldılması  və  AMB  tərəfindən  bankların  daha  çox  yenidən 
maliyyələşdirilməsiləəlaqədardır. 
 
 
Maddə 30. Açıq bazarda əməliyyatlar  
30.1. Mərkəzi Bank açıq bazarda aşağıdakıəməliyyatları apara bilər: 
30.1.1.  bu  Qanunun  16-cı  maddəsinin  tələblərini  nəzərə  almaqla, 
dövlətin buraxdığı qiymətli kağızlarla alqı-satqı və digər əməliyyatlar;  
30.1.2.  özünün  buraxdığı  qiymətli  kağızlarla  alqı-satqı  və  digər 
əməliyyatlar;  
30.1.3. xarici valyuta ilə alqı-satqı və digər əməliyyatlar.  
30.2.  Pul  siyasətinin  həyata  keçirilməsi  məqsədi  ilə  buraxılan  Mərkəzi 
Bankın  borc  qiymətli  kağızlarının  buraxılışı  və  dövriyyəsi  qaydaları 
qanunvericiliklə müəyyən edilir.  
 
Maddə 31. Faiz dərəcələrinin müəyyənləşdirilməsi  
31.1.  Mərkəzi  Bank  uçot  dərəcəsini  vəöz  əməliyyatlarıüzrə  faiz 
dərəcələrini müəyyənləşdirir. 
 31.2. Mərkəzi Bank uçot dərəcəsini müəyyənləşdirərkən, ölkədəki möv-
cud makroiqtisadi durumu və maliyyə bazarının vəziyyətini nəzərə alır.  
31.3.  Mərkəzi  Bank  öz  əməliyyatlarıüzrə  faiz  dərəcələrini  pul  bazarının 
likvidlik vəziyyətini nəzərə alaraq özünün açıq bazar, yenidənmaliyyələşdirilmə 
və  depozit  əməliyyatlarıüzrə  faiz  dərəcələrini  təsbit  etməklə  və  ya  hərraclarda 
tələb və təklif əsasında müəyyənləşdirir.  
31.4.  Mərkəzi  Bank  müəyyən  etdiyi  uçot  dərəcəsini  vəöz  əməliyyatla-
rıüzrə faiz dərəcələrini dərc etdirir.  
Maddə 32. Məcburi ehtiyatların müəyyənləşdirilməsi  
32.1.  Mərkəzi  Bank  kredit  təşkilatlarına  məcburi  ehtiyatlar  saxlamaq 
barədə göstəriş verə bilər. Ehtiyatlar depozitlərin faizi nisbətində müəyyən edi-
lir  və  Mərkəzi  Bankda  saxlanılır.  Tələb  olunan  ehtiyatların  norması,  hesab-
lanması  və  saxlanması  qaydası  Mərkəzi  Bankın  darə  Heyəti  tərəfindən 
müəyyən edilir.  
32.2.  Məcburi  ehtiyatlar  təmin  edilmədikdə,  Mərkəzi  Bank  ehtiyatı 
təmin  etməyən  kredit  təşkilatına  və  onun  inzibatçılarına  qarşı  Azərbaycan 
Respublikasının  nzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati tənbeh 
tədbirlərini tətbiq edə bilər. 
Maddə 33. Kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi 
33.1.  Pul  siyasətinin  həyata  keçirilməsi  məqsədilə  Mərkəzi  Bank 
tərəfindən kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi həyata keçirilir. Bu 
zaman  verilən  kreditlər  dövlət  qiymətli  kağızları,  dövlətin  və  digər  etibarlı 
emitentlərin  qarantiyaları  və  zaminliyi,  xarici  valyuta,  qızıl,  müxtəlif  formada 
qiymətli metallar və digər aktivlərlə təmin olunmalıdır.  


 
151
33.2.  Yenidən  maliyyələşdirilmənin  forma,  qayda  vəşərtlərini  Mərkəzi 
Bankın  darə Heyəti müəyyən edir.  
33.3. Kreditlər  kredit təşkilatlarının baş idarələrinə verilir.  
Maddə  34.  Depozit  əməliyyatlarıMərkəzi  Bank  özünün  müəyyən  etdiyi 
şərtlərlə  və  qarş
ılıqlı razılaşma əsasında kredit təşkilatlarından depozitlər cəlb 
edəvə onlarda depozitlər yerləşdirəbilər. 
Maddə  35.  Bank  əməliyyatlarının  məhdudlaşdırılmasıPul  siyasətinin 
həyata  keçirilməsi  məqsədilə  istisna  hallarda,  qanunvericiliyə  müvafiq  olaraq, 
Mərkəzi  Bank  kredit  təşkilatları  tərəfindən  aparılan  ayrı-ayrıəməliyyatları 
müvəqqəti  məhdudlaşdıra,  o  cümlədən  onların  əməliyyatlarıüzrə  faiz 
dərəcələrinin aşağı və yuxarı hədlərini müəyyənləşdirə bilər. 
Maddə 54. Mərkəzi Bankın əqdləri vəəməliyyatları 
54.1.  Mərkəzi  Bank  öz  məqsədlərinə  nail  olmaq  üçün  yerli  və  xarici 
kredit təşkilatları ilə aşağıdakıəməliyyatları aparmaq hüququna malikdir:  
54.1.1.1.  çekləri,  vekselləri,  qiymətli  metalları  vəqiymətli  daşları,  habelə 
bunlardan hazırlanmış məmulatı almaq, satmaq və saxlamaq;  
54.1.2.  xarici  valyutanı,  habelə  xarici  valyutada  təqdim  etdikləri  ödəniş 
sənədlərini vəöhdəliklərini almaq və satmaq;  
54.1.3. qarantiyalar və zəmanətlər vermək;  
54.1.4. bank hesabları, o cümlədən depozit hesabları açmaq;  
54.1.5.  hesablaşma,  kassa,  depozit  əməliyyatları  aparmaq,  qiymətli 
kağızların və başqa sərvətlərin saxlanması və idarə olunmasıüçün onları qəbul 
etmək;  
54.1.6. hər hansı valyutada çekləri və vekselləri ödənişə təqdim etmək;  
54.1.7.  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  zidd  olmayan 
hallarda beynəlxalq təcrübədə qəbul edilmiş digər bank əməliyyatlarını həyata 
keçirmək.  
54.2. Mərkəzi Bank bank əməliyyatlarının aparılmasıüçün haqq tutmaq 
hüququna malikdir.  
54.3.  Mərkəzi  Bank  öz  əməkdaşlarına,  habelə  qanunvericilikdə  nəzərdə 
tutulmuş hallarda fondlara bank xidmətləri göstərə bilər.  
54.4. Hesablaşma və klirinq (prosessinq) əməliyyatlarının dəstəklənməsi 
məqsədilə Mərkəzi Bank həmin əməliyyatları həyata keçirən təşkilatlara bank 
hesabları aça bilər.  
54.5. Mərkəzi Bank xarici dövlətlərin hökumətlərinə, mərkəzi banklarına 
və  pul  siyasətini  tənzimləyən  orqanlarına,  habelə  Mərkəzi  Bankın  və  ya 
Azərbaycan  Respublikasının  üzv  olduqları  beynəlxalq  təşkilatlara  bank 
xidmətləri göstərə bilər.  
54.6. Mərkəzi Bank etibarlı emitentlər tərəfindən buraxılmış likvidli borc 
qiymətli kağızlarını almaq hüququna malikdir.  
54.7. Mərkəzi Bank qanunvericiliklə qadağan olunmayan mülki-hüquqi 
əqdləri bağlaya bilər.  
Maddə 55. Qadağan olunan fəaliyyət 
55.0. Mərkəzi Bank aşağıdakı fəaliyyətləri həyata keçirə bilməz:  


 
152 
55.0.1. bu Qanunda nəzərdə tutulmuşşəxslərdən başqa, digər hüquqi və 
fiziki şəxslərlə bank əməliyyatları aparmaq;  
55.0.2  istehsal,  ticarət,  sığorta  və  bu  Qanunda  nəzərdə  tutulmuş  hallar 
istisna olmaqla, digər kommersiya fəaliyyəti ilə məşğul olmaq.  
 
FƏS L 27. ÖDƏNIŞ S STEM  
 
Azərbaycan  Mərkəzi  Bankının  məqsədlərindən  biri  də
ödəniş  sistemlərinin  sabitliyini  və  inkişafını  təmin  etməkdir. 
Azərbaycan  Respublikasının  Mərkəzi  Bankın  (AMB)  ödəniş 
sistemləri sahəsində fəaliyyəti onun struktur bölməsi olan Ödəniş sis-
temləri və hesablaşmalar departamenti tərəfindən həyata keçirilir. 
Azərbaycan  Respublikasının  Konstitusiyasının  19-cu  mad-
dəsinin  I  hissəsinə  müvafiq  olaraq  Azərbaycan  Respublikasının 
pul  vahidi  manatdır.  Azərbaycan  Respublikası  Konstitusiyasının 
19-cu  maddəsinin  III  hissəsinə  müvafiq  olaraq  Azərbaycan 
Respublikasının  ərazisində  manatdan  başqa  pul  vahidlərinin 
ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.  
Azərbaycanda  ödəniş  sistemləri  böyük  miqdarda  ödənişlər 
üçün  kredit  köçürmələri  və  pərakəndə  əməliyyatlar  üçün  nağd 
pulun istifadəsi ilə xarakterizə edilir. 
Azərbaycan  Respublikasının  ödəniş  sisteminin  hüquqi 
çərçivəsi  aşağıdakı  sənədlərə  əsaslanır:  Mülkü  Məcəllə,  Banklar 
haqqında  Azərbaycan  Respublikasının  Qanunu,  Mərkəzi  Bank 
haqqında  Azərbaycan  Respublikasının  Qanunu.  Bundan  əlavə, 
“Azərbaycan  Respublikasında  nağdsız  hesablaşmalar  və  pul  kö-
çürmələri haqqında Təlimatlar”, “Azərbaycanda fəaliyyət göstərən 
banklar  arasında  hesablaşmaların  aparılmasıQaydaları”  kimi 
AMB-nin digər normativ xarakterli aktlarından da istifadə olunur. 
AMB  həmçinin  kommersiya  banklarına  təmin  etdiyi  xidmətlərlə 
bağlı banklarla fərqli müqavilələr imzalamışdır.  
Mərkəzi  Bankın  ödəniş  sistemləri  üzərində  nəzarətdəki  hü-
ququ  çox  aydındır.  Mərkəzi  Bank  haqqında  Azərbaycan  Res-
publikasının  qanunun  4.2  maddəsində  Mərkəzi  Bankın  əsas 
məqsədlərindən  biri  belə  təsbit  edilib:  “…bank  və  ödəniş 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə