M-61 I e. d prof., Zahid Fərrux Məmməd



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə55/98
tarix31.08.2018
ölçüsü2,11 Mb.
#65798
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   98

 
174 
rına  nəzarəti  Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  həyata 
keçirir. 
Qanunvericiliklə  Mərkəzi  Banka  bank  əməliyyatlarının 
keçirilmə qaydalarının təyin olunması, kredit təşkilatlarının dövlət 
qeydiyyatı,  onların  fəaliyyətlərinin  lisenziyalaşdırılması,  kredit 
təşkilatlarının  (bank  və  qeyri-bank)  fəaliyyətinə  nəzarətin  həyata 
keçirilməsi  üzrə  funksiyaların  həvalə  olunması  ilə  əlaqədar 
Mərkəzi Bank tərəfindən normativ aktlar işlənib hazırlanır.  
Azərbaycan Respublikasının bank sisteminin sabit işləməsi-
ni təmin etmək, bank kreditorlarının və əmanətçilərin maraqlarını 
müdafiə  etmək  məqsədilə  Mərkəzi  Bank  qüvvədə  olan  qanuna, 
“Banklar haqqında” və ”Kredit ittifaqları haqqında” AR qanunla-
rına, Mərkəzi Bankın normativ aktlarına və səmərəli bank nəzarəti 
üzrə  beynəlxalq  təcrübəyə  müvafiq  olaraq,  bank  fəaliyyətinin  li-
senziyalaşdırılması, tənzimlənməsi və bank fəaliyyəti üzərində nə-
zarət funksiyalarını həyata keçirir. 
Bank  nəzarətinin  və  tənzimlənməsinin  təşkilinin  konkret 
üsulunun seçilməsi bir sıra amillərin məcmusu ilə təyin olunur ki, 
bu  amillərin  də  özünəməxsus  müxtəlifliyi  onların  hər  birinə 
təkrarolunmaz  milli  səciyyə  qazandırır.  Bir  mübahisəsiz    faktı 
qeyd  etmək  lazımdır  ki,  maliyyə  bazarlarının  bütün  seqmentləri-
nin  artan  inteqrasiyası  şəraitində  nəzarət  funksiyalarının  meqatə-
nzimləyicinin əlində cəmlənməsi tendensiyası özünü daha dolğun 
şə
kildə büruzə verir. 
Vaxtilə bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr 
maliyyə bazarının meqatənzimləyicisini yaratmaqla maliyyə baza-
rının  dövlət  tənzimlənməsi  sistemində  islahatların  aparılması  yo-
lunu seçmişdilər. Onların sırasına Norveç (1986), Kanada (1987), 
Danimarka  (1988),  sveç  (1991),  Böyük  Britaniya  (1997),  Yapo-
niya(1998), Koreyan (1998), Avstraliya (1998),  slandiya (1999), 
Cənubi Afrika (1990), Macarıstan (1996),və Sinqapuru aid etmək 
olar. Meqatənzimləyici, mahiyyətcə,  sveçrədə də yaradılıb.  
Maliyyə bazarının bütün bölmələri üzərində nəzarətin və yox-
lamanın birləşdirilməsi nadir hadisə deyil. Britaniyada təxminən 10 il 
ə
vvəl  yaradılmış  Maliyyə  Xidmətləri  darəsi  (FSA)  ilk  vaxtlardan 


 
175
həm  investisiya  xidmətləri  sektorunu  tənzimləyir,  həm  də  banklara 
nəzarət edirdi (bank sistemi üzərində nəzarət ona  ngiltərə Bankından 
keçmişdi).  Sonralar  ipoteka  kreditləşməsi  sektoruna,  2005-ci  ildən 
isə sığorta sektoruna nəzarət də bu quruma verildi.  
Beləliklə, etiraf etmək olar ki, bir çox xarici ölkələrdə meqatən-
zimləyicilərin  yaradılması  və  ya  ən  azı  maliyyə  bazarlarında  fə-
aliyyət  göstərən  bir  neçə  tənzimləyici  orqanın  funksiyalarının  bir-
ləşdirilməsi  tendensiyası  kifayət  qədər  diqqətlə  izlənir.  Lakin 
müxtəlif  ölkələrdə  maliyyə  bazarlarının  meqatənzimləyicilərinin 
yaradılması  prinsipləri  bir-birindən  fərqlənir.  Meqatənzimləyicilərin 
formalaşma prinsipləri hətta Avropa Ittifaqı çərçivəsində də fərqlənir. 
Məsələn,  tam  inteqrasiya  olunmuş  meqatənzimləyicilər  üç  ölkədə 
mövcuddur,  iki  dövlətdə  tənzimlənmə  əsasən  bir  institutda 
mərkəzləşib,  bir  ölkədə  konfederal  sistem,  altı  ölkədə  üç  idarədən 
ibarət tənzimlənmə strukturu mövcuddur, daha ikisində isə mövcud 
sistem dəyişiklik prosesindədir. Mərkəzi bankların iştirakına gəlincə, 
yeddi  dövlətdə  bank  nəzarəti  mərkəzi  bankın  daxilindədir  və  ya 
onunla sıx əlaqədədir, beş ölkədə banklara nəzarət orqanının mərkəzi 
bankdan  heç  bir  asılılığı  yoxdur,  ikisində  əsasən  müstəqildir,  bir 
dövlətdə isə sistem yenidən nəzərdən keçirilməkdədir.  
Bununla yanaşı, qeyd etmək lazımdır ki, inkişaf etmiş ölkələ-
rin heç də hamısı öz maliyyə  bazarlarının meqatənzimləyicilərinin 
yaradılması  yolu  ilə  getməyiblər.  Məsələn,  ABŞ-da  maliyyə  sek-
torunun  seqmentlərinə  nəzarəti  müxtəlif  təşkilatlar  həyata  keçirir. 
Onlardan heç biri hökumət strukturuna daxil deyil, sığorta sahəsinin 
isə,  ümumiyyətlə,  federal  tənzimləyicisi  yoxdur.  Maliyyə  bazarı 
dünyanın  ən  çox  inkişaf  etmiş  bazarlarından  olan  ABŞ  maliyyə 
bazarının tənzimlənməsi istiqamətində islahatların gedişində (1999-
cu  ilin  ikinci  yarısında  qəbul  edilmiş  maliyyə  qanunvericiliyinin 
modernizasiyası  haqqında  qanun)  meqatənzimləyicinin  yaradılma-
sından imtina edib.  ABŞ funksional tənzimləmə prinsipinin inkişaf 
etdirilməsi  yolu  ilə  getmiş  və  maliyyə  bazarlarının  bir  neçə  idarə-
etmə orqanını qoruyub saxlamışdır. Sözügedən qanuna görə, ABŞ-
ın qiymətli kağızlar bazarında fəaliyyət göstərən kredit təşkilatları-
nın lisenziyalaşdırılması və nəzarəti SEC tərəfindən həyata keçirilir. 


 
176 
Qəbul olunmuş bir faktdır ki, bank işi etimada əsaslanır. Biz 
artıq müştərilərin bir çox hallarda ayrı-ayrı bankların və bütövlük-
də  bank  sisteminin  əmanətləri  qorumaq  qabililyyətinə  etimadını 
itirdiyinin şahidi olmuşuq. Sərt və ciddi bank nəzarəti özlüyündə 
maliyyə  sabitliyinin  təmin  olunması  üçün  kifayət  deyil.  Maliyyə 
qeyri-sabitliyinin  bank  sektorundan  kənarda  çox  sayda  digər  po-
tensial  mənbələri  var,  odur  ki,  nəzarətin  məqsədləri  böhranın 
qarşısının alınması üçün daha irəli getməlidirlər.  
Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  haqqında 
Azərbaycan  Respublikasının  Qanunu  (17  aprel  2007-ci  il,  9 
oktyabr  2007-ci  il,  6  noyabr  2007-ci  il,  26  may  2009-cu  il,  19 
iyun  2009-cu  il  və  30  iyun  2009-cu  il  tarixli  qanunlarla  qəbul 
edilmiş dəyişikliklər və əlavələr) 
 
Maddə 48. Tənzimləmə və nəzarət  
48.1.  Kredit  təşkilatlarının  və  poçt  rabitəsinin  milli 
operatorunun 
fəaliyyətinin  tənzimlənməsi  və  nəzarəti  üzrə 
Mərkəzi Bank aşağıdakıları həyata keçirir:  
48.1.1. bank fəaliyyəti üzrə normativ xarakterli aktları qəbul 
edir;  
48.1.2.  prudensial  normativləri,  habelə  onların  hesablama 
metodlarını və tətbiqi qaydalarını müəyyən edir;  
48.1.3. kreditlər və digər aktivlər üzrə ehtimal olunan zərər-
lərin  ödənilməsi  üçün  banklar,  xarici  bankların  yerli  filialları  və 
bank  olmayan  kredit  təşkilatları  tərəfindən  yaradılan  xüsusi  ehti-
yat  fondunun  hesablanması  və  formalaşdırılması  qaydasını 
müəyyən edir;  
48.1.4. hesabat və  yoxlamalar əsasında kredit təşkilatlarının 
maliyyə  vəziyyətini  qiymətləndirir  və  bunun  əsasında  maliyyə 
hesabatlarında  müvafiq  düzəlişlərin  edilməsi  barədə  kredit 
təşkilatlarına icrası məcburi olan göstərişlər verir;  
48.1.5.  banklarda  və  xarici  bankların  yerli  filiallarında 
korporativ  idarəetmə  standartlarını  müəyyən  edir  və  tətbiqinə 
nəzarət edir;  


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə