M-61 I e. d prof., Zahid Fərrux Məmməd



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə58/98
tarix31.08.2018
ölçüsü2,11 Mb.
#65798
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   98

 
183
fiəsini deyil, həmçinin banklarda ödəniş sisteminin işləyisini də 
məqsəd olaraq qarşısına qoymalıdır. 
ABŞ və Fransada hər bir əmanət üçünmaksimum ödəniş 
məbləği  nəzərdə  tutulmuşdur  (müvafiq  olaraq,  100  min  ABŞ 
dolları və 20 min Avro həъmində). Kanada və Yaponiyada isə 
hər bir  əmanətçi üçün  maksimal ödəniş həъmi müəyyən olun-
muşdur  (müvafiq  olaraq,  60  min  Kanada  dolları  və  10  min 
ien).  AFR-də  bir  əmanətçi  üçün  sığorta  kompensasiyasının 
miqdarı  bankın  özünə  məxsus  kapitalının  30%-i  həъmində 
məhdudlaşır.  Bu  ölkələrdəəmanətçilərin  limitdən  artıq  itkiləri 
tamamilə  kompensasiya  olurur.  Böyük  Britaniyada  sığorta 
şərtləri  əmanət
çilərin  itirilmiş  depozitlərinin  5%-inə  aid  edilir, 
depozitlərin həъmi 7500 fund sterlinqdən çox olmamaq şərtilə. 
Bütün  bunlarla  yanaşı,  bankın  maliyyə  vəziyyəti  ъiddi 
təhlükə  qarşısında  qaldıqda,  sığortaçı  (ƏSF)  həmin  banka 
qarşı müəyyən profilaktik tədbirlər də görə bilər. Bu baxımdan 
ən  bariz  n
ümunə  olaraq  ABŞ-da  Federal  Depozitləri  Sığorta 
Korporasiyasının təъrübəsi çıxış edir. 
ƏSS  bir  tərəfdən  y
ığımların  bank  sisteminə  axınını 
sürətləndirir, digər tərəfdən ölkədə bank sektorunda müəyyən 
bir sabitliyi də saxlamış olur.Əmanət sığorta sisteminin tətbiqi 
heç  bir  zaman  zəif  idarəedilən  iqtisadi  prinsip  və  qurumlara 
uyğun  calışmayan  bankların  risklərini  üzərinə  almamalıdır. 
Lakin belə bir uyqulama, zəif idarə edilən bankları uduşlu du-
ruma gətirir. 
Bu  səbəbləəmanət  sığorta  sisteminинтятбигиндя  sağlam 
idarəedilən  bankların  reytinqlərini  təsbit  edəcək  bir  sistemin 
təşkil edilməsi məcburidir. 
Dünya  təcrübəsindəən  böyük  bank  böhranı  1930-cu 
illərdə  olub.Bu  illərdə  ABŞ-da  iflasa  uğrayan  bankların  20%, 
geri  ödənməyən  əmanətlərin  5%  qədər  olmuşdur.  Əmanət 
sığorta  sisteminin  tətbiqatı  1930-cı  illərdə  ABŞ-da  bank 
iflaslarına  cavab  olaraq  qanuni  çərçivəyə  minmişdir.  1930-
1933-cü illər arasında yüzlərlə bank iflas etmişdir. Əmanətləri 
qorumaq haqqında qanun qəbul edilməsi böyük bankların və 


 
184 
prezident Franklin Rouseveltin qəbul etmədə istəksiz davran-
masına rəğmən konqress kiçik və təcrubəsiz investorları bank 
iflasından  qorumaq  məqsədi  ilə  qəbul  etmişdir.  Əmanət 
sığorta  sisteminin  təməlləri  1933-cü  ildə  FD C  (Federal 
Deposit  nsuranse Commite) qurulması ilə başlanmışdır. ABŞ-
da  bank  əmanətlərinə  təminatı  Federal  Deposit  nsuranse 
Corporatin  (FD C)  adlı  qurum  həyata  keçirir.  FD C  1934-cü 
ildə bank sistemi içərisindəəmanət sahiblərinə güvən saxlamaq 
məqsədi  ilə  qurulmuşdur.  FD C,  üzvlərinin  maksimum 
100.000$-a  qədər  olan  əmanətlərini  güvən  altına  almaqdadır. 
FD C-ın  fəalliyyəti  üç  nəfərdən  təşkil  edilən  idarə  heyəti 
tərəfindən  aparılmaqdadır.  FD C-in  idarə  heyətinin  üzvləri 
prezident  tərəfindən  təyin  edilir    və  senat  tərəfindən  təsdiq 
edilməkdədir. FD C-ın bir üzvü Federal Nəzarət Dairəsindən-
dir  (Comptroller  of  the  Currency).  FD C-in  fəaliyyəti  üzvlük 
tərəfidən ödənən illik sığorta haqqı ilə finanse edilməkdədir. 
 FD C-nın  fəaliyyətini  sırası  ilə  aşağıdakışəkildə  göstərə 
bilərək: 
1.  Mövcud  bank  dəyərini  qoruyur.  Banklara  yeni  şöbə 
açma və birləşmə təklifləri verir; 
2.  FD C  bank  qeydiyyatlarının  incələnməsi  və  idari 
fəaliyyətin nəzarətini də həyata keçirir; 
3.  Pul  çəkilməsinə  yönəlik  əmanət  nisbətləri  vəşərtləri 
iləəlaqədar tənzimləmə; 
4.  zəif  və  problemli  banklara  yönəlik  üç  strateji  tətbiq 
etməkdədir: 
4.1. əmanət sahiblərinin sığorta çərçivəsində alacaqlarını 
tamamən ödəyərək bankı ləğv edir; 
4.2.  finans  yükümlüklərini  qarşılaya  bilməyən  banklara 
uyğun bir birləşmə imkanı aramaq  və ya bankın varlıqlarının 
bir  hissəsini  ya  da  tamamının  bir  banka  satılması  iləəmanət 
sahiblərini qorumaq; 
4.3.  finans  yükümlülüklərini  qarşılamaq  duruma  gələn 
bankın fəaliyyətini yenidən qurmaqdır. 


 
185
FD C  başlangıcda  2500$-ə  qədər  əmanəti  sığorta 
edərkən,  bu  gün  isə  100000$  qədər  olan  əmanətləri  sığorta 
çərçivəsinə  almaqdadır.  Son  zamanlarda  əmanət  sahibləri 
FD C-in 100000$ limitini aşmaq üçün “brokered deposits” de-
yilən  yola  başvurmaqdadır.Məsələn,  10  milyon  $  -lıq  əmanət 
sahibi  10  milyon  $  -  100000$  100  parçaya  ayıraraq  brokerə 
getməkdə  və  100000$-lik    100  dəyiyişik  bankdan  əmanət 
sertifikatı  almaqdadır.  Beləliklə  hər  bankdakı  100000$  -lik 
əmanət  FD C-in  əmanət  sahibləri  i
çində  yer  almaqda  və 
beləlikləçeşidli  banklarda  10  milyon  $  olan  əmanət  sahibi 
sığorta  şərçivəsində  yer  alır.  FD C  “brokred  deposits”  üçün 
sığortaya  limit  gətirməyə  təşəbbüs  etməkdədir.  Çünki,  bu 
durum zəif bankların  batması durumunda FD C- i çox böyük 
itkilərə məruz qoya bilər.  
FD C-in  tətbiq  etdiyi  iki  təməl  metodu  var:    bunlardan 
birincisi,  ödəmə  metodudur.  Bu  metodda  FD C,  daha  öncə 
FD C  sığortası  olan  banklar    tərəfindən  ödənən  sıgorta 
ödəmələrindən  təşkil  olunan  fonddan  100000$-a  qədər  olan 
əmanətləri 
ödəyir  və  bankı  ləğv  edər.  Daha  sonra  isə  FD C 
bankın    digər  alacaqlılarını  (kreditorların)  sıraya  alaraq  ləğv 
edilən aktivlərdən paylarına düşən ödəməyi yapar.  
kinci  metod  isə,  birləşdirmə  metodudur.  Bu  metodla  
FD C  zəif    bankı  sağlam  bankla  birləşdirməəməliyyatını 
həyata keçirəcəkdir. Bu metodda əmanət sahiblərinin bir itkisi 
olmayacaqdır. FD C bu birləşmə sırasında yardımda bulunur. 
Bu  metodun  bir  özəlliyi  FD C-in  yalnızca  100000$-in  altında 
olan  əmanətləri  deyil,  bütün  əmanətləri  sıgorta  cərcıvəsinə 
almasıdır.  Bu  metod  olduqca  yayğın  və  geniş  bir  şəkildə 
istifadə edilməkdədir. 
Ə
manətlərin  sığortalanması  haqqında  Azərbaycan  Res-
publikasının  Qanunu  11  fevral  2007-ci  il,  №  30  qüvvəyə  min-
mişdir. Bu qanun Azərbaycan Respublikasında fəaliyyət göstə-
rən  banklarda  fiziki  şəxslərin  əmanətlərinin  kollektiv  icbari  sı-
ğortalanmas
ısisteminin  yaradılması  və  fəaliyyəti,  o  cümlədən 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə