M-61 I e. d prof., Zahid Fərrux Məmməd



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə60/98
tarix31.08.2018
ölçüsü2,11 Mb.
#65798
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   98

 
189
Üzvlük  haqqınıödəmiş  iştirakçı  banklar  birləşmə  və  ya 
qoşulma  şəklində  yenidən  təşkil  olunduqda,  yaxud  fiziki 
şəxslərdən  əmanətlərin  cəlb  edilməsi  h
üququ  Mərkəzi  Bankı 
tərəfindən  bərpa  edildikdə,  üzvlük  haqqıödəmədən  iştirakçı 
bankların bu qanunla müəyyən olunmuş hüquq və vəzifələrini 
əldə edir. 
Fondun  sığorta  ehtiyatları  aşağıdakı  məqsədlərə  istifadə 
edilə bilər: 
1. kompensasiyaların ödənilməsinə; 
2.  illik  büdcəçərçivəsində  Fondun  idarə  edilməsinə 
vəəmlakının alınmasına; 
3. borc öhdəliklərinin ödənilməsinə. 
Fond risklərin bölüşdürülməsi (diversifikasiyası) məqsədi 
ilə,  habelə  aktivlərin  təhlükəsizliyini,  yetərli  likvidliyini  və 
ağlabatan gəlirliyini  təmin etmək üçün sərbəst pul vəsaitlərini 
yalnız aşağıdakı maliyyə alətlərində yerləşdirir: 
1. dövlət qiymətli kağızlarında; 
2. mərkəzi bankların qiymətli kağızlarında; 
3. mərkəzi banklarda və yüksək reytinqli digər banklarda 
depozitlərdə,  habelə  yüksək  reytinqli  başqa  maliyyə 
alətlərində. 
Əmanət
çilərin  aşağıdakı  hüquqları  vardır:  Fondun 
iştirakçısı 
olması, 
əmanətlərin 
sığortalanmasışərtləri, 
kompensasiya ödənilməsinin şərtləri və qaydaları barədə yazılı 
vəşifahi  sorğu  ilə  banka  müraciət  etmək  və  ondan  yazılı 
məlumat almaq. 
2008 –ci ilin qlobal maliyyə böhranı Avropa Birliyi ölkə-
ləri arasında  əmanət sığorta sistemi haqqında qəbul etdikləri 
qərarların  deklaritiv  olduğunu  ortaya  qoydu.  Məsələn,  rlan-
diya və Yunanıstan  hökümətləri tək tərəfli olaraq bank  əma-
nətlərinə ( həcmindən asılı olmayaraq)  100 % zəmanət verdi. 
Böyuk Britaniya höküməti  rlandiya hökümətinin bu qərarına 
təpki olaraq əmanətlərin tam kompensasiya olunan həcmini 35 
min funt sterlinqdən 50 min funt sterlinqədək artırdı. Bütün bu 
kimi addımlar AB üzv ölkələrində “iqtisadi  millətçilik” siyasə-


 
190 
tinin  bank sektorunda “moral hazard” təhlükəsinə yol verəcə-
yini ortaya qoydu. 
2008-ci  ilin  sentyabrında  Rusiya  əmanətlərin  tam 
kompensasiya olunan həcmini 100 min rubldan 200 min rubla, 
ödənişlərin  maksimal  məbləğini  isə  400  min  rubldan  700  min 
rubla qaldırmaqla əmanətlərə tətbiq olunan dövlət təminatının 
artırılmasını elan etdi.  
Azərbaycanda  «Əmanətlərin  Sığortalanması  haqqında» 
Azərbaycan  Respublikasının  Qanunu  11  fevral  2007-ci  ildə 
dərc  edilməklə  qüvvəyə  minmişdir.  Bu  qanun  Azərbayъan 
Respublikasında  fəaliyyət  göstərən  banklarda  fiziki  şəxslərin 
əmanətlərinin  kollektiv  iъbari  s
ığortalanması  sisteminin 
yaradılması  və  fəaliyyəti,  o  ъümlədən  əmanətlər  üzrə 
kompensasiya  ödənilməsi  qaydalarını  müəyyən  edir.  Fond 
tərəfindən sığortalanan əmanətlər üzrə kompensasiya məbləği 
4000 manatdan 6000 manata qaldırılmışdır. 
Azərbaycan Respublikasının Milli Məclisi 08  may 2009-
cu il tarixdə “Əmanətlərin sığortalanması haqqında” Azərbay-
can  Respublikasının  Qanununda  əlavə  və  dəyişikliklərin  edil-
məsi  haqqında  Azərbaycan  Respublikası  Qanununu  qəbul 
etmişdir.  
Qanuna edilmiş dəyişikliklə qorunan əmanətlər üzrə illik 
faiz  dərəcəsinin  yuxarı  həddinin  müəyyən  edilməsinin  Azər-
baycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsindən 
asılılığı aradan qaldırıldı. Qəbul olunmuş Qanuna əsasən illik 
faiz dərəcəsinin yuxarı həddini Azərbaycan Respublikası Mər-
kəzi  Bankı  ilə  razılaşdırmaqla  Əmanətlərin  Sığortalanması 
Fondunun Himayəçilik Şurası müəyyən edir. 10 iyun 2009-cu 
il tarixdə keçirilmiş növbədənkənar iclasda Əmanətlərin Sığor-
talanması  Fondunun  Himayəçilik  Şurası  qorunan  əmanətlər 
üzrə illik faiz dərəcəsinin yuxarı həddini Azərbaycan Respubli-
kası Mərkəzi Bankı ilə razılaşdırmaqla 15 faiz müəyyən etdi. 
 
 
 


 
191
 
 
 
 
 
 
 
 
FƏS L 30.  KOMMERS YA  BANKLARININ  
FUNKS YALARI 
 
Banklar  kredit,  əmanət  vəödənişlərə  aid  geniş  xidmətlər 
spektrini təklif edən və iqtisadiващидляря чешидли малиййя xidmətlə-
rini тяклиф едян кредит тяшкилатлардыр. 
Əmanət  funksiyas
ı.  Hər  bir  bank  aktiv  əməliyyatları  (kredit 
qoyuluşu  qiymətli  kağızlar  alqısı  və  s.)  həyata  keçirmək  üçün  öz 
kapitalı  ilə  yanaşı  (nizamnamə,  ehtiyat  fondu,  bölüşdürülməmiş 
mənfəət) passivlərinin öhdəliklərininadətən əsas hissəsini təşkil edən 
əmanət  cəlbi  ilə  də  məşğul  olur.  Geniş  mənada  əmanətlərə 
müştərilərin  banka  müəyyən  müddətə  daha  yüksək  faizlə 
qoyduqları pul vəsaitləri ilə yanaşı fiziki və hüquqi şəxsləriı cari 
hesablarında  olan  resurslar  da  aiddir.  Müxtəlif  subyektlər 
gələcəkdə dövrün xərcləri üçün qazancları akumulyasiya edir və 
bu da bankın əmanət yığma imkanlarını artırır.  
Kredit  funksiyası.  Banklar  yığdıqları  vəsaitə  görə  müəyyən 
haqq  verir  və  ya  məsrəfləri  ödəyir.  Bu  xərcləri  üstələmək  və 
mənfəət qazanınaq üçün banklar istehsal, ticarət sahələrinə kredit 
verir. Yəni yaranan dəyərin bir hissəsi sonunculara, bir hissəsi isə 
banka  faiz  şəklində  daxil  olur.  Əmanət  və  kredit  funksiyası  ilə 
banklar  iqtisadiyyatda  vasitəçi  rolunu  oynayaraq  qənaətli 
təsərrüfatdan defisitli təsərrüfata pulu öz zəmanəti iləötürür. 
Köçürmə  və  hesablaşmalar  funksiyası.  Hər  bir  müəssisənin 
bank hesabı var. Onun vasitəsilə o, ödənişlərini aparır və başqa 
subyektlərdən  ödənişləri  qəbul  edir.  Təhlükəsizlik,  operativlik, 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə