M-61 I e. d prof., Zahid Fərrux Məmməd



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə59/98
tarix31.08.2018
ölçüsü2,11 Mb.
#65798
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   98

 
186 
əmanətlər 
üzrə  kompensasiya  ödənilməsi  qaydalarını  müəyyən 
edir. 
Əmanətlərin  s
ığortalanması  sisteminin  yaradılmasının 
məqsədi  banklar  və  xarici  bankların  yerli  filiallarıödəmə 
qabiliyyətini  itirdikdə,  fiziki  şəxslərdən  əmanətə  qəbul 
olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, ma-
liyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etmək-
dir.  
Sığortalanmışəmanət—qorunan  əmanətçinin  qorunan 
əmanətinin Fond tərəfindən kompensasiya 
ödənilən hissəsidir. 
Əmanət
çi—bankda əmanəti olan, habelə qanunvericiliyə və/və 
ya  müqaviləyəəsasən  əmanətə  sərəncam  vermək  hüququ  olan 
şəxsdir. 
Qorunan  əmanətçi—aşağıdakılar  istisna  olunmaqla, 
bankda  əmanəti  olan  fiziki  şəxsdir:    bankın  MüşahidəŞura-
sının,  Audit  Komitəsinin,  idarə  heyətinin  üzvləri  və  onların 
yaxın qohumları (ər/arvad, onların valideynləri vəövladları, o 
cümlədən  övladlığa  götürülənlər,  bacı  və  qardaşları);    bankın 
10 faiz və daha çox səsvermə hüququ verən səhmlərinə  malik 
olan  şəxslər  və  onların  yaxın  qohumları  (ər/arvad,  onların 
valideynləri  vəövladları,  o  cümlədən  övladlığa  götürülənlər, 
bacı  və  qardaşları);    kompensasiyaların  ödənilməsi  barədə 
elanın ilk dəfə dərc edildiyi tarixdən əvvəlki təqvim ili ərzində 
bankın auditini keçirmiş kənar auditorlar. 
ştirak
çı  bank—bu  qanunla  müəyyən  edilmişqaydada 
Fonda  sığorta  haqlarıödəməköhdəlikləri  daşıyan  bank  və  ya 
xarici bankın yerli filialıdır. 
Birgəəmanət hesabı—iki və ya daha çox fiziki şəxsin sahi-
bliyində olan və onlardan birinin və ya bir neçəsinin imzası ilə 
sərəncam  verilə  bilən  bank  hesabıdır.  Sığorta  haqları—bu 
qanunla  müəyyən  edilmiş  qaydada  iştirakçı  bankın  Fonda 
ödədiyi üzvlük, təqvim vəəlavə haqlardır. 
Sığorta  hadisəsi—iştirakçı  bankın  məcburi  ləğv  edilməsi 
və  ya  müflis  elan  olunması,  yaxud  qanunvericiliyə  müvafiq 
olaraq əmanətlər üzrəöhdəliklərin yerinə yetirilməsinə morato-


 
187
rium  tətbiq  edilməsi  barədə  məhkəmə  qərarının  qüvvəyə 
minməsi  vəbankın  əmanətçilər  qarşısında  öz  öhdəliklərini 
qanun və ya müqaviləşərtlərinə uyğun yerinə yetirə bilməməsi 
faktının Mərkəzi Bank tərəfindən təsdiq edilməsidir. 
Sığorta hadisəsinin baş verdiyi gün—bu qanuna müvafiq 
olaraq  Mərkəzi  Bankı  tərəfindən  Fonda  göndərilən  bildirişdə 
sığorta  hadisəsinin  baş  verməsi  günü  kimi  qeyd  olunan 
tarixdir. 
Kompensasiya—sığorta  hadisəsi  baş  verdikdə,  qorunan 
əmanət
çilərəödənilən pul vəsaitidir. 
Əmanətlərin  s
ığortalanması məqsədləri üçün bu qanunla 
Əmanətlərin  S
ığortalanması  Fondu  yaradılır.  Sığorta  qanun-
vericiliyinin  müddəaları  Fondun  fəaliyyətinəşamil  edilmir  və 
bu  fəaliyyət  üçün  xüsusi  razılıq  (lisenziya)  tələb  olunmur. 
         Fiziki  şəxslərin  əmanətlərinin  cəlb  edilməsi  üçün  bank 
lisenziyasına  malik  olan  bütün  banklar  və  xarici  bankların 
yerli  filialları  Fondun  məcburi  iştirakçılarıdır.  ştirakçı 
bankların Azərbaycan Respublikasıərazisindən kənarda yerlə-
şən  filiallar
ındakıəmanətlər  Fond  tərəfindən  sığorta  olunmur 
və onlar üzrə kompensasiya ödənilmir. 
 Xarici  bankın  öz  ölkəsindəki  əmanətlərin  (depozitlərin) 
sığorta  sistemi  onun  Azərbaycan  Respublikasında  fəaliyyət 
göstərən filialını (filiallarını) əhatə etdikdə, xarici bankın yerli 
filialındakıəmanətlər  Fond  tərəfindən  sığorta  olunmur,  bu 
şərtlə  ki,  həmin 
ölkədəəmanətlərin  sığortalanması  sisteminin 
qaydaları  bu  qanunla  müəyyən  olunmuşşərtlərdən  az  əlverişli 
olmasın. Əks təqdirdə xarici bankın yerli filialındakıəmanətlər 
bu qanunla müəyyən edilmiş qaydada əlavə sığortalanmalıdır. 
 Fond aşağıdakı funksiyaları həyata keçirir: 
1.  iştirakçı  bankların  reyestrini  tərtib  edir  və  onlara 
şəhadətnamələr verir; 
2. sığorta haqlarını yığır və onların uçotunu aparır; 
3. öz əmlakını idarə edir və ona dair sərəncam verir; 
4. sığorta hadisəsi baş verdikdə, əmanətçilərin tələblərin-
in uçotunu aparır və kompensasiya ödəyir; 


 
188 
5.Fondun funksiyalarının yerinə yetirilməsi üçün iştirakçı 
banklardan  bu  qanunla  müəyyən  edilmiş  lazımi  məlumatı  (o 
cümlədən, əmanət siyasəti haqqında) və hesabatları alır; 
6. bu qanuna müvafiq olaraq Fondun qaydalarını qəbul 
edir; 
         7.  öhdəliklərini  yerinə  yetirmək  üçün  vəsaiti  çatışmadıq-
da,  maliyyə  bazarlarından,  Mərkəzi  Bankdan  və  ya 
Azərbaycan hökumətindən borc vəsaitləri cəlb edir; 
8. öhdəlikləri üzrə kompensasiya ödədikdə, həmin məblə-
ği reqress qaydas
ında iştirakçı bankdan tələb edir; 
9.  iştirakçı  banklardan  sığorta  haqlarıüzrə  borcun  və 
hesablanmış  dəbbə  pulunun  ödənilməsini  tələb  edir  və  bu 
barədə Mərkəzi Banka məlumat verir; 
10.  əmanətlərin  sığortalanması  sisteminin  fəaliyyətini  tə-
min edən digər funksiyaları həyata keçirir. 
Fondun  sığorta  ehtiyatları  aşağıdakı  mənbələr  hesabına 
formalaşır: 
1. iştirakçı bankların üzvlük haqları; 
2. iştirakçı bankların təqvim haqları; 
3. iştirakçı bankların əlavə haqları; 
4. Fondun buraxdığı uzunmüddətli borc öhdəlikləri hesa-
bına cəlb olunan vəsait; 
5. iştirakçı banklar tərəfindən ödənilən dəbbə pulları; 
6. cari xərclər çıxılmaqla, Fondun vəsaitinin idarə olunm-
ası nəticəsindəəldə edilmiş gəlir; 
7. qrant, ianələr və ya qanunvericilikdə qadağan edilmə-
miş digər mənbələrdən daxil olan vəsaitlər; 
8. kompensasiyaların ödənilməsi üçün çatışmayan məblə-
ğdə al
ınmış borc vəsaitləri; 
9.  reqress  qaydasında  tələb  hüququ  ilə  bankdan  və  ya 
xarici bankın yerli filialından alınan vəsaitlər. 
ştirak
çı banklar Fondun reyestrinə daxil olduqdan sonra 
10  təqvim  günü  müddətində  Fondun  Mərkəzi  Bankda  olan 
hesabına  10  (on)  min  manat  məbləğində  birdəfəlik  üzvlük 
haqqıödəyirlər. 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə