M-61 I e. d prof., Zahid Fərrux Məmməd



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə61/98
tarix31.08.2018
ölçüsü2,11 Mb.
#65798
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   98

 
192 
ucuzluq,  bəzən  qanunvericilik  hesablaşmaların  nağdsız 
formasının  nüfuzunu  artırır.  Bu  əməliyyatlar  bankdan  kənarda 
mümkün olmadığıüçün vacib funksiya kimi inkişaf edir. 
Nağdiyyənin  idarə  edilməsiprosesindəbank  müəssisələrin 
ödənişlərinin  inkassasiyasını  və  məxrəcinin  aparılmasınıöz  üzəri-
nəgötürür.  Artıq  nağdiyyəni  isə  qısamüddətli  qiymətli  kağızlara 
qoyur.  Müştəriyə  nağdiyyə  lazım  olduqda  isəəks  əməliyyat 
keçirilir.  Son  vaxtlaradək  hüquqi  şəxslərin  nağdiyyəsi  idarə 
olunurdusa,  indi  fiziki  şəxslərlə  də  analoji  əməliyyatlar  aparılır. 
Banklar  öz  fəaliyyətinin  ilk  dövrlərindən  müştərilər  üçün 
hesablaşma  əməliyyatları  aparıb.  Bu  müştərilərə  verilən  çeklər 
üzrə vəsaitin toplanması, valyuta və pul kütləsinin bölgüsü, eləcə 
də vəsaitlərin şəbəkə vasitəsilə köçürülməsidir.  
Trast funksiyası. Banklar müəyyən komission qarşılğındafiziki 
şəxs (personal trast xidmətləri) və m
üəssisələrin maliyyə resurslarını 
idarə edir. 
Bank  investoru  və  ya  anderayter.  Anderaytinq    qiymətli 
kağızın emitentdən  alınması və  mənfəət  əldə  edilməsi məqsədilə 
başqasına  satılması  deməkdir.  Bu  əməliyyat  növüənənəvi  bank 
xidmətlərindən  risklidir.  Buna  görə  1933-ci  ildə  ABŞ  Konqresi 
banklara eyni vaxtda investisiya və kommersiya əməliyyatları ilə 
məşğul  olmağı qadağan etdi.  Sonralar isə  firmalar bank kredit-
ləşməsindənsə,  öz  qiymətli  kağızlarını  emissiya  edib  биржада 
yerləşdirməyi üstün tutdular.  
Broker  funksiyası.  Banklar  müştərilərinə  broker  xidmətini 
göstərərək  dilerlərə  müraciət  etmədən  səhm,  istiqraz  və  sair 
qiymətli  kağızları  almaq  imkanını  verir.  Banklar  daşınınaz 
əmlaka  broker  əməliyyatlar
ını  apararaq  yaşayış  və  kommersiya 
tikililərini satıb sonradan onları maliyyələşdirir. Banklar broker 
firmaları  ilə  müqavilə  bağlayaraq  öz  təşkilatlarında  broker 
büroları yaradır. Bununla brokerlər bank müştərilərinə, banklar 
isə brokerlərin biznes dairəsinə yaxınlaşır. Yaşayış yerini dəyişən 
insanlar  "öz  bankını"  tapmamış,  ev  və  kommersiya  tikilisi 
axtararaq  brokerə  müraciət  edir.  O  isəöz  növbəsində  müştərini 
banka  səmtləndirir.  Birbaşa  faiz  dərəcələri  iləəlaqədar  olmayan 


 
193
brokerlər bankların partnyoruna çevrilir. Eləcə də banklar artıq 
bu  əməliyyatlar  üzrə  ixtisaslaşmış  broker  firmalarını  alır. 
Bankların inkişafinda bu istiqamət dəəhəmiyyətli  sayılır. 
nvestisiya planlaşdırma funksiyası. Banklar müştəriləri üçün 
investisiya layihələrini planlaşdırır. Banklar daim iqtisadi cəmiy-
yətdə gedən prosesləri təhlil obyektində saxlamalı və güclü maliy-
yə-hüquqi  ekspertlər  ilə  müştərilərinə  professional  planlaşdırma 
xidməti göstərməlidirlər.  
Kredit  pullarının  emissiyası.  Bankları  digər  finans  institutla-
rından  fərqləndirən  spesifik  funksiyadır.  Banklar  depozit-kredit 
emissiyasını  həyata  keçirərək  dövriyyədəki  pul  kütləsini  artırır. 
Kredit  verərkən  pul  kütləsi  artır,  qayıdarkən  azalır.  Müştəriyə 
verilmiş kredit onun tələb edilənədək hesabа yazılaraq bankın öh-
dəliyini artırır. Hesabın sahibi vəsaiti nağdlaşdıraraq dövriyyədəki 
nağd pul kütləsini artıra bilər.  
Məsləhət  xidməti.  Ənənəvi  olaraq  müştərilər  banklara 
müraciət edərək kreditin, əmanətin, investisiyaların optimal isti-
fadəsini  onlarla  müzakirə  edir.  Banklar  vergi  deklarasiyalarını 
və biznes-planları tərtib etməkdən tutmuş daxili və xarici bazar-
larda  marketinq  araşdırmaları,  mal  və  xidmətlərin  bazarda  irə-
liləməsi barədə məsləhətlər verir. Banklar hesablaşma əməliyyatı, 
əmanət qoyanlar
ın, kredit götürmək istəyənlərin arasında vasitəçi 
olaraq  külli  miqdarda  informasiyanı  təhlil  edir.  Məhz  bu 
qabiliyyət göstərilən fimksiyanı daşımaqda bankları başqa uyğun 
subyektlərdən fərqləndirir. 
Qiymətlilərin saxlanması. Qədimdən bankların əsas xidmət 
növlərindən biri kimi qiymətlilərin saxlanması bu gün də aktual-
dır.  Zinət  əşyaları,  sənədlər  və  s.  şəxsi  ləvazimatlar  yanmayan 
seyflərdə  qorunur.  Bankın  mühafizəsi  müştərilərin  rahat  dincəl-
mə ehtimalını artırır. 
Valyuta  mübadiləsi.  Bu  xidmət  növü  də  bank 
təkamülündəəhəmiyyətli  rol  oynamışdır.  Bu  gün  dünya  maliyyə 
bazarının  riskli  olması  bu  əməliyyatların  geniş  mənada  iri 
banklar  tərəfindən  aparılmasına  gətirib  çıxarıb.  Buna  səbəb  və-
saitin likvidliyi problemi və zəngin təcrübənin vacibliyidir.  


 
194 
Lizinq xidməti. Banklar müştərilərinə avadanlıq almaq üçün 
kredit əvəzinə lizinq təklif edir. Yəni bank öz vəsaiti olaraq onu 
icarəyə verir. Lizinq ödənişləri tam ödənildikdən sonra avadanlıq 
ya bankın, ya da müştərinin sərəncamında qalır. 
Vençur  kapitalının  təklifi.  Banklar  getdikcə  riskli  sahələrin 
finansmanına  vəsait  ayırır.  Яsasən  yüksək  texnologiyalar 
siyahısma aid layihələrdir ki, ənənəvilikdən uzaq iflasa uğramaq 
ehtimalıçox olan, lakin yüksək gəlir də gətirə bilən biznes-planlar 
əsas
ında həyata keçirilir. 
Pensiya  təminatı.  Banklar  pensiya  fondlarının  maraq 
dairəsinə daxil olaraq vətəndaşların qocalığının təmini ilə məşğul 
olur.  Bu,  bilavasitəşəxslərlə,  ya  da  müəssisələrlə  bağlanan 
müqaviləəsasında  olur.  Daxil  olan  vəsait  akumulyasiya  edilərək 
investisiyalara yönəldilir. Vətəndaşlar təqaüd yaşına çatdıqda və 
ya onlar əmək qabiliyyətini itirdikdəödənişlər başlanır. Bu resurs-
lar  uzunmüddətli  vəsait  kimi  bankların  investisiya  fəaliyyətində 
mühüm rol oynayır.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə