M-61 I e. d prof., Zahid Fərrux Məmməd


ın maliyyə idarəetməsi və hesabatlı



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə63/98
tarix31.08.2018
ölçüsü2,11 Mb.
#65798
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   98

 
199
Bankın maliyyə idarəetməsi və hesabatlığı aşağıdakı tərkib 
hissələrdən ibarətdir: 
1.Uçotun idarə edilməsi prosedurları; 
2.Rəhbərliyə məlumat; 
3.Maliyyə nəzarəti. 
Maliyyə idarə etməsi və hesabatlığıüzrə vəzifələr aşağıda-
kı kimi bölüşdürülür: 
1.MüşahidəŞurası  bankın  maliyyə  idarəetməsinin  və 
hesabatlığının üsullarını və qaydalarını müəyyən edir, onların 
lazımi qaydada və vaxtında yerinə yetirilməsinə nəzarət edir; 
2. llik maliyyə hesabatları Səhmdarların Ümumi Yığınъa-
ğ
ı  tərəfindən  təsdiq  edilir.  MüşahidəŞurası  illik  maliyyə  hesa-
batlarının  əsas  istifadəçilərə  vaxtında  çatdırılmasını,  Audit 
Komitəsi isə onların mötəbərliyini və aydınlığını təmin edir; 
3. darə  Heyəti  MüşahidəŞurası  tərəfindən  təsdiq  edilmiş 
büdъə  və  maliyyə  planlaşdırılması  sistemini  yaradır  və  proq-
nozlaşdırılan mənfəətliyin vaxtaşırı təhlilini aparır; 
4.Baş maliyyə inzibatçısı bankın mühasibat, hesabatlıq və 
maliyyə nəzarəti funksiyalarının lazımi qaydada təşkil edilmə-
sini və onlara əməl edilməsini təmin edir; 
5.Baş maliyyə inzibatçısı mühasibat prosedurlarının idarə 
edilməsini  və  bütün  maliyyə  və  vergi  hesabatlarının  vaxtında 
hazırlanmasını və təqdim edilməsini təmin edir; 
6.Struktur  bölmələrinin  rəhbərləri  MüşahidəŞurası  tərə-
findən  təsdiq  edilmiş  daxili  qaydalara  uyğun  olaraq  maliyyə 
nəzarətini həyata keçirmək üçün məlumatın hazırlanmasını və 
təqdim edilməsini təmin edir. 
Bankın bütün struktur bölmələri və mühasibat xidmətinin 
əməkdaşlar
ı məhsul və xidmətlər haqqında ъari məlumat baza-
sını  yaradır.  MüşahidəŞurası,  darə  Heyəti  və  ya  bankın  hər 
bir  inzibatçısı  bu  məlumat  bazasında  saxlanan  məlumatlarla 
istənilən zaman tanış olmaq hüququna və imkanına malik ol-
malıdır. 
Filial  vəşöbələrin  əməliyyatları  bankın  mühasibat  kitab-
larında real vaxt recimində və mərkəzləşdirilmiş qayda əks et-


 
200 
dirildikdə həmin filial vəşöbəyə baş mühasibin təyin olunması 
məъбuri deyildir. 
Büdъənin  hazırlanması.  Büdъə  növbəti  təqvim  ili  üçün  il 
başlanmazdan əvvəl tərtib olunur. Büdъənin hazırlanması ilin 
əvvəlinə  bir  ay  qalm
ış başa çatdırılır. Büdъə baş maliyyə inzi-
batçısının rəhbərliyi altında hazırlanır.  darə Heyəti ilə razılaş-
dırılır  və  bankın  səlahiyyətli  idarəetmə  orqanı  tərəfindən  təs-
diq  edilir.  Büdъənin  iъrasına  məsul  olan  şəxslər  və  müddətlər 
müəyyən edilir. 
Maliyyə  açıqlaması  vəşəffaflıq.    Bank  bütün  mühüm 
məsələləri,  o  ъümlədən  maliyyə  vəziyyəti,  fəaliyyət  nətiъələri, 
mülkiyyəт  və  idarə  edilməüzrə  məlumatlarıəsas  istifadəçilərə 
vaxtında və dəqiq açıqlayır. Bank ilin sonunda maliyyə hesa-
batlarının Beynəlxalq Standartlarına uyğun olaraq konsolida-
siya  əsasında  hazırlanmış  və  kənar  auditor  tərəfindən  təsdiq 
edilmiş maliyyə hesabatlarını auditor rəyi ilə  birlikdəəsas isti-
fadəçilərə maliyyə ilinin qurtarmasından ən geъi beş ay sonra 
təqdim edir. Bank illik  maliyyə hesabatlarını kütləvi informa-
siya vasitələrində dərъ etdirir. 
Bank  öz  fəaliyyətinə  dair  aşağıdakı  rüblük  məlumatları 
kənar auditor tərəfindən təsdiq edilmədən açıqlaya bilər: 
1.Maliyyə  vəəməliyyat  nətiъələrini  əks  etdirən  balansı, 
mənfəət və zərərlər haqqında hesabatı; 
2.Maliyyə  məlumatlarının  açıqlanmasıüçün  bankın 
nternet səhifəsindən istifadə edilə bilər. 
Bankın  açıqlanan  maliyyə  hesabatları darə  Heyətinin 
sədri  və  baş  mühasib  (mühasibat  xidmətinin  rəhbəri)  tərəfin-
dən imzalanmalıdır. 
Bankların maliyyə və inzibati idarəetmə sistemlərinin tək-
milləşdirilməsi  2006-ъı  ildə  qarşıda  duran  digər  mühüm  bir 
vəzifə olmuşdur. Bu məqsədlə effektiv idarətemənin ən mühüm 
komponenti  olan  korporativ  idarəetmə  standartlarının 
tətbiqinin  təşviqi  davam  etdirilmişdir.  Korporativ  idarəetmə 
standartlarının banklarda tətbiqinin səmərəliliyinin artırılması 
2006-ъı  ildə  də  bank  sisteminin  sabit  inkişafının  mühüm  şərt-


 
201
lərindən  biri  olmuşdur.  Banklarda  korporativ  idarəetmənin 
təkmil standartlarına keçidin stimullaşdırılması və bu prosesin 
effektiv 
nəzarətdəəhatə 
olunmasıüçün 
tədbirlər 
planı 
hazırlanmış, standartların tətbiqi ilə bağlı hər bir banka müva-
fiq tövsiyələr verilmiş və il ərzində onların davamlı monitorin-
qi aparılmışdır. 
Həyata keçirilmiş tədbirlər nətiъəsində fokus qrupu olan 
20  bankda  korporativ  idarəetmə  standartlarının  tətbiqi 
məqbul səviyyəyəçatdırılmışdır. Korporativ idarəetmə, tətbiqi 
mürəkkəb və davamlı bir proses tələb edən yeni idarəetmə aləti 
olduğu  üçün  bu  standartların  tətbiqi  məqsədilə  kompleks 
tədbirlər  həyata  keçirilməlidir.  Bu  istiqamətdə  görülən  işlərin 
2007-ъi  ildə  dədavam  etdirilməsi,  prudensial  tənzimləmə  və 
nəzarət alətləri vasitəsilə korporativ idarəetmə standartlarının 
tətbiqinin nəzarətdə saxlanması təmin olunaъaqdır. 
Bankların fəaliyyətinin şəffaflığının təmin edilməsinin və 
korporativ idarətemə standartlarının tətbiqinin ən mühüm ele-
mentlərindən biri də maliyyə hesabatlığının Maliyyə Hesa-bat-
lığının  Beynəlxalq  Standartlarına  (MHBS)  uyğun  təşkil 
edilməsidir.  Hesabat  ilində  bankların  maliyyə  hesabatlarında 
MHBS-dən  kənarlaşmaların  tam  aradan  qaldırılması  ilə 
MHBS-yə keçid prosesləri tamamlanmışdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə