M-61 I e. d prof., Zahid Fərrux Məmməd



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə65/98
tarix31.08.2018
ölçüsü2,11 Mb.
#65798
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   98

 
205
6.  Səhmdarların  yığıncağında  səsvermə  hüququna  malik 
olan  bütün  səhmdarlar  təmsil  olunmuşdursa,  yığıncaq  onun 
çağırılması  vaxtından  və  üsulundan  asılı  olmayaraq  səlahiyyətli 
sayılır.  Səsvermə  hüququna  malik  olan  səhmdarların  hamısı 
yekdilliklə razılıq verərsə, bu yığıncaq gündəliyə daxil edilməmiş 
məsələləri də müzakirə edə və onlara dair qərarlar qəbul edə bilər. 
şahidə Şurası( Maddə 25).  
 Bankın  Müşahidə  Şurasının  səlahiyyətlərinə  aşağıdakılar 
aiddir:  
1.1. bankın idarə edilməsinə və fəaliyyətinə nəzarəti həyata 
keçirmək, o cümlədən bankın  darə Heyətindən hesabat almaq;  
1.2.  səhmdarların  ümumi  yığıncağı  və  darə  Heyəti  üçün 
tövsiyələr vermək;  
1.3.  səhmdarların  ümumi  yığıncağının  hər  bir  iclasını 
bildirişlər  göndərmək  yolu  ilə  çağırmaq  və  səhmdarların,  habelə 
Audit  Komitəsinin  və  darə  Heyətinin  tələbi  ilə  və  onların 
gündəliyi  üzrə  keçirilən  növbədənkənar  iclaslar  istisna  olmaqla, 
hər bir iclasın gündəliyini qəbul etmək;  
1.4.  bank  tərəfindən  qüvvədə  olan  qanunvericiliyin  pozul-
ması faktını müəyyən etdikdə bu pozuntu barəsində səhmdarların 
ümumi  yığıncağını, Audit Komitəsini və  darə Heyətini xəbərdar 
etmək,  Mərkəzi  Bankııa  isə  bank  qanunvericiliyinin  pozulması 
faktları barədə bildiriş göndərmək;  
1.5.  bu  Qanuna  müvafiq  olaraq  darə  Heyəti  üzvlərini 
vəzifədən  kənarlaşdırmaq,  səhmdarların  ümumi  yığıncağında 
təsdiq  edilənədək  onları  müvəqqəti  olaraq  bu  Qanunun  10-cu 
maddəsinin tələblərinə cavab verən başqa şəxslərlə əvəz etmək;  
1.6. bank ilə  darə Heyətinin bir və ya bir neçə üzvü arasında 
mənafelər  toqquşması  olduğu  hallarda  bankı  idarə  və  təmsil 
etmək;  
1.7.  bankın  etibarlı  və  prudensial  idarə  olunmasını  təmin 
etmək  üçün  zəruri  olan  qaydaları  və  daxili  əsasnamələri  qəbul 
etmək;  
1.8.  bankın  kapital  ehtiyatları  yaradılması  haqqında  qərar 
qəbul etmək;  


 
206 
1.9.  bankın  nizamnamə  kapitalının  50  faizindən  artıq 
məbləğdə  və  bankın  nizamnaməsində  nəzərdə  tutulmuş  hallarda 
bank adından müvafiq əqdlərin bağlanmasına icazə vermək;  
1.10.  banka  aidiyyatı  şəxslər  və  aidiyyatı  şəxs  adından 
hərəkət edən şəxslər ilə əqdlər bağlanmasını təsdiq etmək;  
1.11.  bankın  fəaliyyətinin  kompleks  və  ya  ayrı-ayrı 
sahələrinin yoxlanması barədə qərar qəbul etmək;  
1.12.  kənar  və  daxili  auditorların,  habelə  Mərkəzi  Bankııın 
yoxlamalarının nəticələrini nəzərdən keçirmək və bu yoxlamaların 
yekunlarına dair tədbirlər görmək;  
1.13. bu Qanunla, bankın nizamnaməsi və Mərkəzi Bankııın 
normativ  xarakterli  aktları  ilə  nəzərdə  tutulmuş  digər 
səlahiyyətləri həyata keçirmək.  
Müşahidə Şurası bu Qanunun 25.1.6-cı maddəsində nəzərdə 
tutulan  səlahiyyəti  icra  etməzdən  əvvəl  Mərkəzi  Bankııa  əsasları 
göstərməklə  yazılı  bildiriş  göndərir  və  səhmdarların  ümumi 
yığıncağının  növbədənkənar  iclasını  çağırır.  Mərkəzi  Bankıı 
Müşahidə Şurasının qərarına dair öz münasıbətini bildirə bilər.  
Müşahidə Şurasının bu Qanunun 25.1.5, 25.1.6 və 25.1.8-ci 
maddələrinə  əsasən  qəbul  etdiyi  qərarlar  səhmdarların  ümumi 
yığıncağının  növbəti  iclasının  gündəliyinə  daxil  edilməli  və 
müzakirə olunmalıdır.  
2.  Bankın  Müşahidə  Şurası  3  nəfərdən  az  olmamaqla,  tək 
sayda  üzvlərdən  ibarətdir.  Şuranın  üzvləri  bankın  səhmdarlarının 
ümumi  yığıncağı  tərəfindən  səhmdarlardan  və/və  ya  kənar 
şə
xslərdən  4  ildən  çox  olmayan  müddətə  təyin  edilən  fiziki 
şə
xslərdir.  Şuranın  üzvləri  növbəti  müddətlərə  yenidən  seçilə 
bilərlər.  Səhmdarların  ümumi  yığıncağı  Müşahidə  Şurasının 
üzvləri  sırasından  Müşahidə  Şurasının  sədrini  təyin  edir. 
Müşahidə  Şurası  üzvlərinin  muzdu  bankın  bölüşdürülməmiş 
mənfəətinin  faizi  şəklində  və  ya  əmək  haqqı  formasında 
səhmdarların ümumi yığıncağında təyin edilə bilər.  
3. bu Qanunun 10-cu maddəsinin müvafiq tələblərinə uyğun 
gəlməyən  fiziki  şəxslər  bankın  Müşahidə  Şurasının  üzvü  ola 


 
207
bilməz  və  bank  səhmdarlarının  ümumi  yığıncağının  qərarı  ilə 
Müşahidə Şurasının üzvləri vəzifəsindən azad edilməlidirlər.  
4.  Müşahidə  Şurası  onun  iclasında  üzvlərinin  yarısından 
çoxu  iştirak  etdikdə  səlahiyyətlidir.  claslarının  keçirilməsi 
qaydası bankın nizamnaməsində və ya Müşahidə Şurası haqqında 
ə
sasnamədə müəyyən edilir.  
5.  Müşahidə  Şurasının  iclasları  ən  azı  üç  ayda  bir  dəfə 
keçirilir. 
clasların  nəticələrinə  dair  protokol  Azərbaycan 
Respublikasının Mülki Məcəlləsinə müvafiq qaydada tərtib edilir.  
6.  Müşahidə  Şurasının  qərarları  yığıncaqda  iştirak  edən 
üzvlərinin  sadə  səs  çoxluğu  ilə  qəbul  edilir.  Hər  bir  üzv  bir  səs 
hüququna  malikdir.  Üzvlərin  səsvermə  zamanı  bitərəf  qalmasına 
icazə  verilmir.  Səslər  bərabər  olduqda  Müşahidə  Şurası  sədrinin 
səsi həlledici sayılır.  
darə Heyəti( Maddə 26). 
. Bankın  darə Heyəti bankın idarə olunması və fəaliyyətinin 
həyata keçirilməsi üçün məsuliyyət daşıyır.  
26.2.  darə  Heyəti  3  nəfərdən  az  olmamaqla,  tək  sayda 
üzvlərdən  ibarətdir.  darə  Heyətinin  üzvləri  bank  səhmdarlarının 
ümumi  yığıncağı  tərəfindən  4  ildən  çox  olmayan  müddətə  təyin 
edilirlər.  Onlar  növbəti  müddətlərə  yenidən  seçilə  bilərlər. 
Səhmdarların ümumi yığıncağı  darə Heyətinin üzvlərindən birini 
darə  Heyətinin  sədri  təyin  edir. 
darə  Heyəti  sədrinin 
səlahiyyətləri  darə Heyətinin əsasnaməsində müəyyən edilir.  
26.3.  Bu  Qanunun  10-cu  maddəsinin  müvafiq  tələblərinə 
uyğun  gəlməyən  fiziki  şəxslər  bankın  darə  Heyətinin  üzvü  ola 
bilməz  və  səhmdarların  ümumi  yığıncağının  qərarı  ilə  darə 
Heyətinin üzvləri vəzifəsindən azad edilməlidirlər.  
26.4.  darə Heyəti onun iclasında üzvlərinin yarısından çoxu 
iştirak etdikdə səlahiyyətlidir.  
26.5.  darə  Heytəinin  qərarları  yığıncaqda  iştirak  edən 
üzvlərinin  sadə  səs  çoxluğu  ilə  qəbul  edilir.  Hər  bir  üzv  bir  səs 
hüququna  malikdir.  Üzvlərin  səsvermə  zamanı  bitərəf  qalmasına 
icazə  verilmir.  Səslər  bərabər  olduqda  darə  Heyətinin  sədrinin 
səsi həlledici sayılır.  


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə