M-61 I e. d prof., Zahid Fərrux Məmməd



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə66/98
tarix31.08.2018
ölçüsü2,11 Mb.
#65798
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   98

 
208 
Maddə 27. Audit Komitəsi və daxili audit 
27.1. Hər bir bankda müstəqil Audit Komitəsi və daxili audit 
bölməsi (departament, şöbə və s.) fəaliyyət göstərir.  
27.2. Audit Komitəsinin səlahiyyətlərinə aşağıdakılar aiddir  
27.2.1.  bankın  audit  siyasətini  və  strategiyasını  müəyyən 
etmək;  
27.2.2.  daxili  audit  planlarını  təsdiq  etmək  və  audit 
bölməsinin fəaliyyətinə nəzarəti həyata keçirmək;  
27.2.3.  kənar  auditin  təyin  edilməsi  ilə  əlaqədar  bankın 
səlahiyyətli idarəetmə orqanlarına təkliflər vermək;  
27.2.4. kənar auditlə birgə işi təşkil etmək, auditin nəticə və 
tövsiyyələrinin həyata keçirilməsinə yardım emək;  
27.2.5.  bankın  idarəetmə  orqanları  ilə  kənar  auditorlar, 
habelə nəzarət orqanları arasında əlaqələr qurmaq;  
27.2.6. daxili nəzarət sistemlərinin təkmilləşdirilməsinə dair 
Səhmdarların Ümumi Yığıncağına və Müşahidə Şurasına təkliflər 
vermək.  
27.2.7.  Mərkəzi  Bankııın  normativ  xarakterli  aktları  ilə 
nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək.  
27.3. Bankın Audit Komitəsi üç nəfərdən az olmamaqla tək 
sayda  üzvlərdən  ibarətdir.  Komitənin  üzvləri  Səhmdarların 
Ümumi Yığıncağı tərəfindən 4 ildən çox olmayan müddətə təyin 
edilir.  Komitənin  üzvləri  növbəti  müddətə  yenidən  seçilə  bilər. 
Səhmdarların  Ümumi  Yığıncağı  Komitənin  üzvlərindən  birini 
Komitənin  sədri  təyin  edir.  Audit  Komitəsinin  üzvlərinin  əmək 
haqqı  formasında  muzdu  Səhmdarların  Ümumi  Yığıncağı 
tərəfindən təyin edilir.  
27.4.  Bu  Qanunun  10-cu  maddəsinin  müvafiq  tələblərinə 
uyğun gəlməyən fiziki şəxslər bankın Audit Komitəsinin üzvü ola 
bilməz  və  Səhmdarların  Ümumi  Yığıncağının  qərarı  ilə  Audit 
Komitəsinin üzvləri vəzifəsindən azad edilməlidirlər.  
27.5.  Audit  Komitəsi  onun  iclasında  üzvlərinin  yarısından 
coxu iştirak etdikdə səlahiyyətlidir.  clasların keçirilməsi qaydası 
Audit  Komitəsi  haqqında  təsdiq  edilmiş  əsasnamədə  müəyyən 
edilir.  


 
209
27.6.  Audit  Komitəsinin  qərarları  yığıncaqda  iştirak  edən 
üzvlərinin  sadə  səs  çoxluğu  ilə  qəbul  edilir.  Hər  bir  üzv  bir  səs 
hüququna  malikdir,  üzvlərin  səsvermə  zamanı  bitərəf  qalmasına 
icazə  verilmir.  Səslər  bərabər  olduqda  Audit  Komitəsi  sədrinin 
səsi həlledici sayılır.  
27.7.  Daxili  audit  bölməsi  (departament,  şöbə  və  s.)  Audit 
Komitəsinin  nəzarəti  altında  fəaliyyət  göstərir  və  bankın  icra 
orqanı ilə qarşılıqlı surətdə bankda daxili nəzarət və risklərin idarə 
edilməsi  sistemlərinin  fəaliyyətinin  səmərəliliyinə  fasiləsiz 
nəzarəti həyata keçirir;  
27.8.  Daxili  audit  bölməsinin  rəhbəri  və  əməkdaşları  Audit 
Komitəsinin  təqdimatı  ilə  bankın  Müşahidə  Şurası  tərəfindən 
vəzifəyə təyin edilir və vəzifədən azad olunur.  
27.9.  Bankda  Audit  Komitəsinin  və  daxili  audit  bölməsinin 
fəaliyyətinin  standart  və  qaydalarını  Mərkəzi  Bankıı  müəyyən 
edir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
210 
 
 
 
FƏS L 33.BANKЛАРДА МЯЪМУ КАПИТАЛЫНЫН 
СТРУКРУРУ 
 
Banklarda  Məcmu  kapitalın  strukturuna  birinci  (I)  dərəcəli 
və  ikinci  (II)  dərəcəli  kapital  daxildir.  I  dərəcəli  kapital  bankın 
ə
sas kapitalı hesab olunur və onun məbləği (aparılan "tutulmalar-
dan" sonra) bankın hesablanmış məcmu kapitalında 50 faizdən az 
olmamalıdır.  
I dərəcəli kapitala aşağıdakı komponentlər daxil edilir: döv-
riyyəyə  buraxılıb  tam  ödənilmiş  adi  səhmlər  (bankın  geri  aldığı 
adi səhmlər çıxılmaqla); dövriyyəyəburaxılıb tam ödənilmiş qeyri-
kumulyativ  müddətsiz  imtiyazlı  səhmlər;  səhmlərin  emissiyasın-
dan əmələ gələn əlavə vəsait (kapital artıqlığı); keçmiş illərin bö-
lüşdürülməmiş  xalis  mənfəəti;  bankın  konsolidasiya  olunmuştö-
rəmə  cəmiyyətlərində  azlıq  təşkil  edən  səhmdarların  (payçıların) 
kapitalı.  Keçmiş  illərin  bölüşdürülməmiş  xalis  mənfəətinə  aşağı-
dakılar daxil edilir: cari ilin zərəri çıxılmaqla bütün əvvəlki illərin 
yığılıb  bölüşdürülməmiş  mənfəəti  və  kapital  ehtiyatları,  yəni  əv-
vəlki illərin bölüşdürülməmiş mənfəəti hesabına yaradılmış fond-
lar.  
II dərəcəli kapital əlavə kapitaldır. Bankın hesablanmış məc-
mu  kapitalında  II  dərəcəli  kapitalın  məbləği  I  dərəcəli  kapitalın 
məbləğindən  (aparılan  "tutulmalardan"  sonra)  çox  olmamalıdır. 
Bundan artıq olan hissə məcmu kapitalın hesablanması zamanı nə-
zərə alınmır. II dərəcəli kapitala aşağıdakı komponentlər daxil edi-
lir: cari ilin bu tarixə olan mənfəəti; ümumi ehtiyatlar (balans ak-
tivlərinin və balansdankənar öhdəliklərin risk dərəcəsi üzrə ölçül-
müş məbləğinin (aparılan "tutulmalar"dan sonra) 1,25 faizinədək, 
lakin "adi" ehtiyatların məbləğindən çox olmayan hissəsi); kapita-
lın digər komponentləri: kumulyativ müddətsiz imtiyazlı səhmlər; 
ə
n  azı  5  il  müddətinə  buraxılmış  subordinasiya  borc  öhdəlikləri 


 
211
(ödənişinə qalan son 5 ildə II dərəcəli kapitala daxil edilmək üçün 
onların  məbləği  hər  il  20  faiz  azaldılır).  II  dərəcəli  kapitalın 
hesablanmasında  nəzərə  alınan  subordinasiya  borc  öhdəliklərinin 
məbləği I dərəcəli kapitalın (aparılan "tutulmalar"dan sonra) 50%-
dən çox olmamalıdır. 
2007-ci  ildə  bankların  məjmu  nizamnamə  kapitalı  689,5 
mln. manatdan yuxarı idi. II-ci dərəcəli kapital 2007-ci il ərzində 
165,5 mln. manat (və ya 118,3%) artaraq 305,4 mln. manat təşkil 
etmişdir.  Bankın  kapitalının  idarə  edilməsi  üçün  aşağıdakılar 
təmin etməlidir: 
1.  Likvidlik  və  kapital  tələblərini  nəzərə  alaraq,  kapital 
gəlirliyi dərəcələrinin müəyyənləşdirilməsini; 
2. Kapitalın biznes bölmələri və göstərilən xidmətər arasında 
"bölüşdürülməsi"ni; 
3. Bankın əlavə kapitala cəlb edilməsi (məbləğinə və növünə 
görə)  ilə  əlaqədar  tövsiyələrin  verilməsini  (məsələn,  səhmlərin 
buraxılışı və ya subordinasiya borclar vasitəsilə). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə