M-61 I e. d prof., Zahid Fərrux Məmməd



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə54/98
tarix31.08.2018
ölçüsü2,11 Mb.
#65798
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   98

 
171
 
 
 
 
 
ФЯСИЛ 28. BANK NƏZARƏT  BANK S STEM N N  
SAB TL K AM L  K M  
 
Dünyada  bank  sferasına  nəzarətə  və  bu  sferanın  tənzimlən-
məsinə ciddi ehtiyac ötən əsrin 20-30-cu illərində baş vermiş Bö-
yük depressiyadan sonra formalaşmağa başlamışdır.  kinci Dünya 
müharibəsindən sonra bank biznesinin beynəlmiləlləşdirilməsi və 
kapitallaşmanın sürətləndirilməsi beynəlxalq bank nəzarəti qayda 
və  normalarının  formalaşmasını  şərtləndirdi.  Bununla  belə,  bank 
sferasında  nəzarət  səlahiyyətləri  hər  bir  ölkədə  qanunvericiliklə 
müəyyən  olunmuş  institusional  formalarda  həyata  keçirilir.  Bu 
sistemlərin  müxtəlif  ölkələr  üzrə  fərqlərinə  baxmayaraq,  onların 
hamısı aşağıdakı əsas məqsədlərin həyata keçirilməsinə istiqamət-
lənib: 
1.  Pul və maliyyə sabitliyinin saxlanması. Bu da bankların 
iflasına  yol  verilməməsi  və  aktiv  və  passivlərin  səmərəli  idarə 
edilməsinə  yönəldilmiş  bank  tənzimlənməsi  ilə  bağlı  tədbirlərin 
görülməsi deməkdir. 
2.  Bank  sisteminin  səmərəliliyinin  təmin  olunması.  Bu  isə 
aktivlərin  keyfiyyətinin  artırılması  və  potensial  risklərin  azaldıl-
ması hesabına əldə olunur. Bank nəzarətinə həmçinin daxili bank 
ə
məliyyatlarının  və  maliyyə  vəziyyətinin  qiymətləndirilməsi 
daxildir ki, bu da bankların həyati əhəmiyyətli iqtisadi əməliyyat-
ları və institutları maliyyələşdirmək qabiliyyətini qiymətləndirmə-
yə imkan verir. 
3.  Əmanətçilərin maraqlarının müdafiəsi: əmanətçilər qarşı-
sında öz öhdəliklərini yerinə yetirə bilməyən bankların fəaliyyəti-
nə müvafiq orqanlarının  əmanətçilərə münasibətdə öz öhdəlikləri-


 
172 
ni  yerinə  yetirə bilməyən bankların  fəaliyyətinə nəzarəti güclən-
dirilməlidir. 
Ayrı-ayrı  ölkələrdə  bank  nəzarətini  həyata  keçirən 
orqanların  növləri  də  müxtəlifdir  ki,  bu  da  bir  sıra  institusional, 
mədəni və inzibati şərtlərlə, habelə iqtisadiyyatın inkişaf səviyyəsi 
və  kapital  bazarlarının  həcmi  ilə  izah  olunur.  Bəzi  ölkələrdə 
Mərkəzi  Banka  nəzarət  və  bu  bankların  tənzimlənməsi  vahid 
orqan  tərəfindən  həyata  keçirilir,  digər  ölkələrdə  bu  funksiyaları 
öz  aralarında  sıx  əməkdaşlıq  edən  xüsusi  nəzarət  orqanları  icra 
edir,  çünki  pul-kredit  siyasətinin  və  bank  nəzarətinin  işlənib 
hazırlanması funksiyaları kəsişir. 
Elə  ölkələr  var  ki,  burada  nəzarət  funksiyası  tamamilə 
Mərkəzi  Bankın  əlindədir.  Bu  ölkələrə  məsələn,  Rusiyanı  aid 
etmək  olar.  Bəzi  ölkələrdə  Mərkəzi  Bank  özünün  nəzarət  və 
tənzimləyici  funksiyalarından  qismən  məhrum  olunub  (Fransa, 
Almaniya,  Avstraliya,  Kanada,  sveçrə,  Türkiyə  və  s.).  Nəhayət, 
elə  ölkələr  də  vardır  ki,  onlarda  mərkəzi  banka  və  ya  oxşar 
funksiyalara malik orqana nəzarət və tənzimləyici səlahiyyətlərin 
bir  hissəsi  verilir.  Belə  orqanın  tipik  nümunəsi  kimi  ABŞ-ın 
Federal Ehtiyatlar Sistemini göstərmək olar.
 
Beləliklə, 
nəzarət 
oqanları 
arasında 
funksiyaların 
bölünməsinin bir neçə modelini fərqləndirmək olar: 
Model  1.  Bank  fəaliyyətinin  tənzimlənməsi  və  ona  nəzarət 
sferasında  müstəsna  səlahiyyətlərin  qanunvericiliklə  Mərkəzi 
Banklara həvalə olunmasına əsaslanır. Bank işi sahəsində nəzarət 
təcrübəsinin  yarandığı  vaxtdan  etibarən  məhz  bu  model,  yeganə 
olmasa  da,  tarixən  hakim  model  olub.  Bu  gün  bu  model  özünün 
hakim mövqelərini itirsə də, ona əvvəlki kimi həyati tələbat var.  
Model  2.  “Qarışıq”.  Nəzarət  və  yoxlama  funksiyaları 
ixtisaslaşdırılmış  orqanlar  tərəfindən  Mərkəzi  Bankın  və  maliyyə 
nazirliyinin  bilavasitə  iştirakı  ilə  yerinə  yetirilir.  Klassik  misal 
kimi ABŞ-ı göstərmək olar. Amerikanın kommersiya bankları və 
maliyyə institutları üzərində nəzarəti Federal Ehtiyatlar Sistemin-
dən  başqa,  banklarda  və  digər  kredit  institutlarında  əmanətlərin 
sığortalanması ilə məşğul olan Əmanətlərin Sığortalanması Fede-


 
173
ral  Korporasiyası  və  Pul  Dövriyyəsinə  Nəzarət  darəsi  (Maliyyə 
Nazirliyinin  bürosu)  tərəfindən  də  həyata  keçirilir.  Hər  üç  orqan 
ikiqat  işin  istisna  olunması  haqqında  razılığa  gəliblər.  “Qarışıq” 
modelə Fransa,  taliya və Niderland aiddirlər. 
Model 3. Bank fəaliyyətinə nəzarət Maliyyə Nazirliyi ilə sıx 
ə
məkdaşlıq  şəraitində,  Mərkəzi  Bankın  iştirakı  ilə  müstəqil  ixti-
saslaşdırılmış  orqanlar  tərəfindən  həyata  keçirilir.  Bu  model  Ka-
nadanın və qismən Avstriya və Almaniyanın bank sisteminə xas-
dır.  
Model  4.  Bu  model  maliyyə  xidmətləri  bazarında  meqatən-
zimləyicinin  yaradılması  haqqında  qanunverici  qərarlar  qəbul  et-
miş ölkələri birləşdirir. Bu ölkələrin demək olar ki, hamısında nə-
zarət funksiyaları Mərkəzi Banklardan ayrılıb. Burada yalnız me-
qatənzimləyici səlahiyyətlərinin Mərkəzi Banka aid olduğu Sinqa-
pur və müəyyən dərəcədə  rlandiya (burada meqatənzimləyici yer-
li Mərkəzi Bankın muxtar bölməsinin bazasında yaradılıb) istisna 
təşkil edir. Vahid maliyyə nəzarəti orqanları ilk dəfə 1986-cı ildə 
Norveç, 1988-ci ildə isə  slandiya və Danimarkada tətbiq olunub. 
Bu  gün  onlar  Estoniyada,  Latviyada,  Macarıstanda,  Maltada, 
Çində,  Yaponiyada,  Qazaxıstanda,  Cənubi  Koreyada  və  bir  sıra 
digər ölkələrdə fəaliyyət göstərir. 
Model 5.  Beynəlxalq və ya millidən yüksəkdə nəzarət mo-
deli.  Bu  modeli  mənzil-qərargahı  sveçrədə  yerləşən  Beynəlxalq 
hesablaşmalar  Bankı  (BHB)  və  üzv  dövlətlərin  maliyyə  bazar-
larına  əhəmiyyətli  təsir  göstərən  direktivlər  qəbul  edən  Avropa 
ttifaqı (A ) həyata keçirir.  
Bu gün Azərbaycanın bank sektorunda səmərəli bank nəza-
rəti və tənzimlənmənin daha böyük əhəmiyyət kəsb etdiyi yeni in-
kişaf  mərhələsi  başlayır.  Azərbaycanda  bank  nəzarətinin  və  tən-
zimlənməsinin əsas məqsədləri bank sistemində sabitliyin saxlan-
ması, əmanətçilərin və kreditorların maraqlarının müdafiəsidir.  
Azərbaycanda  bank  tənzimlənməsinin  qanunverici  əsasını 
“Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  haqqında  Qanun” 
təşkil edir. Həmin qanuna əsasən, Azərbaycanda kredit təşkilatla-


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə