M-61 I e. d prof., Zahid Fərrux Məmməd



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə50/98
tarix31.08.2018
ölçüsü2,11 Mb.
#65798
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   98

 
159
Aqrarkredit  birliyi)  iştirakçısı  vardır.  XÖHKS  sisteminin 
funksional  imkanlarından  istifadə  edilməklə  ƏDV-nin  mədaxili, 
uçotu  və  dövlət  büdcəsinə  məxarici  ilə  bağlı  əməliyyatların 
aparılması imkanı yaradılmışdır. 
Beynəlxalq  ödənişlər  və  hesablaşma  sistemləri. 
Beynəlxalq  ödəniş  tapşırıqları  normal  olaraq  SWIFT  vasitəsilə 
qəbul  olunur  və  göndərilir.  Hesablaşma  xarici  müxbir  banklar 
vasitəsilə təmin olunur. Hazırda ölkənin 40 kommersiya bankı və 
maliyyə institutları SW FT sisteminin üzvüdür. 
 
Təqribən yerli bazardakı xarici valyuta əməliyyatların 40%- 
birja  vasitəsilə  həyata  keçirilir.  Qalan  60%  isə  vasitəçilərsiz 
həyata keçirilir.  
1993-cü  ildə  yaradılan  Bakı  Banklararası  Valyuta  Birjası 
(BBVB)  ticarət  və  hesablaşma  sisteminin  formal  sahibidir. 
BBVB-nin səhmdarların yığıncağında 4 kommersiya bankı təmsil 
olunur.  Hər  bir  bank  bərabər  həcmdə  səhmlərə  malikdir.  BBVB-
da  iştirak  etmək  üçün  bankların  xarici  valyuta  əməliyyatları  ilə 
məşğul olmaq üçün xüsusi lisenziyası olmalıdır. Hazırda sistemin 
40 üzvü vardır.  
BBVB-də  əməliyyat  görən  valyutalara  ABŞ  dolları,  Rus 
Rublu, Avro daxildir. ABŞ dolları ilə əməliyyatların cəmi əməliy-
yatlardakı çəkisi 80%-dir. Ticarət səsli hərraclar və Birja Elektron 
Ticarət  Sistemi  (BEST)  vasitəsilə  həyata  keçirilir:  Valyuta 
ə
məliyyatları eyni gün emal olunur. Alıcı və satıcılar üçün ticarət 
limitləri  mövcuddur.  ştirakçılar  hesablaşma  hesablarına  ilkin 
mədaxil  etmədən  manat  və  xarici  valyutada  müəyyən  limitədək 
ticarət  apara  bilərlər.  Əgər  əməliyyatın  məbləği  limitdən  yuxarı 
olarsa, aradakı fərq əvvəlcədən mədaxil edilməlidir.  
Birjada iki ticarət sessiyası olur. Birinci sessiya  saat 10:00-
dan  12:00-dək  davam  edir.  Daha  aktiv  olan  ikinci  sessiya  saat 
2.15-dən 4:15-dək davam edir. Hər sessiyanı sonunda BBVB hər 
bir valyutada xalis mövqeləri hesabladıqdan sonra hesablaşma baş 
verir.  Tərəflər  öhdəliklərini  5:30-dək  icra  etməlidirlər.  Manat 
ə
məliyyatları AMB vasitəsilə emal olunur. Xarici valyuta əqdləri 
isə  xaricdəki  müxbir  hesab  vasitəsilə  emal  olunur.  BBVB-nin  3 


 
160 
xarici bankda müxbir hesabı var. Əməliyyatların həcmi baxımın-
dan ən aktiv müxbir hesab Deutsche Bank-ın Nyu-York filialıdır.  
BBVB  hesablaşma  prosesinin  ortasında  müdaxilə  edərək 
digər  valyutada  vəsait  qəbul  edərsə,  müvafiq  məbləği  digər 
valyutadakı  hesaba  köçürür.  BBVB  AMB-ni  manatda  emal 
olunacaq  mövqelər  haqqında  məlumatlandırır.  Əksər  hallarda 
AMB  köçürməni  eyni  gündə  edir.  Xarici  valyuta  əməliyyatları 
üçün, BBVB Deutsche Bank-ın Nyu York filialının təqdim etdiyi 
xüsusi  proqram  təminatı  vasitəsilə  hesabını  onlayn  rejimdə 
monitorinq edir.  
Ə
gər  iştirakçı  hesablaşma  öhdəliyini  yerinə  yetirə  bilmirsə, 
BBVB hesablşamnı ləğv edə bilər və ya tapşırığı aldığı tərəfə geri 
qaytarır.  Öhdəliyini  icra  edə  bilməyən  tərəf  əks  tərəfə  cərimə 
ödəməlidir.  BBVB  bu  iştirakçının  limitini  sıfıra  azaldır.  BBVB 
ə
sas  əks  tərəf  kimi  çıxış  etmədiyindən  öhdəliyin  icra  etməyən 
tərəfin yaratdığı itkilərə görə öhdəlik daşımır.  
Xarici  valyuta  alıcıları  və  satıcıları  üçün  BBVB  məbləğin 
0,03 faizi və ya maksimum 500 ABŞ dolları tutur. 
Bazardakı  digər  əməliyyatlar  vasitəçilərsiz  həyata  keçirilir. 
Bu  zaman  adi  müxbir  bank  köçürmələrindən  istifadə  olunur.  Bu 
ə
qdlərin hesablaşması qarşılıqlı razılaşmalara əsaslanır.  
Dövr  ərzində  idxal-ixrac  əməliyyatlarının  artması  və  bank 
sistemində artan xarici borclanmaya xidmət olunması ilə əlaqədar 
maliyyə  sektorunun  xarici  valyutaya  tələbi  artmışdır.  Bundan 
ə
lavə  valyuta  bazarının  əsas  iştirakçılarının  bazara  etdiyi  təklifin 
həcmində də əhəmiyyətli artım müşahidə olunmuşdur. Həm tələb, 
həm  də  təklifdə  müşahidə  olunan  artım  özünü  daxili  valyuta 
bazarının həcminin artmasında büruzə vermişdir. 
Ə
vvəlki  illərdə  olduğu  kimi  2008-ci  ildə  də  daxih  valyuta 
bazarında əməliyyatların 70%-dən çoxu bankdaxili əməliyyatların 
payına düşmüşdür.  
2008-ci  ildə  Mərkəzi  Bankın  valyuta  bazarına  xalis 
müdaxilə alışyönlü olmuşdur. Belə ki, hesabat dövründə Mərkəzi 
Bankın valyuta bazarına müdaxiləsi 243,5 mln. $ olmuşdur. 


 
161
Mərkəzi Bankın alışyönlü müdaxilələri manatın məzənnəsi-
nin kəskin möhkəmlənməsinin qarşısını almışdır. 
Dövr ərzində manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi 
0,0443  manat,  yəni  5,24%  güclənərək  dövrün  sonuna  0,8010 
manat təşkil etmişdir. Bivalyuta mexanizminin tətbiqi ilə əlaqədar 
olaraq  manatın  ABŞ  dollarına  nəzərən  məzənnəsinin  gündəlik 
volatilliyi  ötən  illərdəki  ilə  müqayisədə  əhəmiyyətli  dərəcədə 
artmışdır.  Bu  onunla  əlaqədardır  ki,  avro-dollar  məzənnəsinin 
dəyişimindəki  volatillik  qismən  dollar-manat  məzənnəsinin 
dinamikasında əks etdirilmişdir. 
Ödəniş  xidmətləri  göstərən  təşkilatlar. 
Bank  sistemi 
rəsmi  olaraq  Mərkəzi  bank  və  kredit  təşkilatlarından  ibarətdir. 
Kredit  təşkilatları  Mərkəzi  Bankın  lisenziyası  əsasında  mənfəət 
ə
ldə  etmək  məqsədilə  bank  əməliyyatları  həyata  keçirən 
korporativ  təşkilatları  təmsil  edir.  Banklar  bütün  bank 
ə
məliyyatlarını  həyata  keçirməklə  bağlı  müstəsna  hüququ  olan 
kredit  təşkilatlarıdırlar.  Bank  olmayan  kredit  təşkilatlarının 
məhdud  sayda  bank  əməliyyatlarını  həyata  keçirmək  üçün 
lisenziyaları vardır. 
 
Mərkəzi Bankın funksiyalarının təsbit edildiyi maddə 5 – də 
Mərkəzi  Banka  “ödəniş  sistemlərinin  fəaliyyətinin  müəyyənləş-
dirilməsi, əlaqələndirilməsi və tənzimlənməsi” hüququ verilir. 44 
– 45 – ci maddələrdə Mərkəzi bankın Ödəniş sistemləri ilə əlaqəli 
hüquqları daha ətraflı təsvir edilib. 
AzərPoçt.2004-ъü  ildə  «Poçt  rabitəsi  haqqında»  AR 
Qanunu  qüvvəyə  mindikdən  sonra,  həmin  qanuna  uyğun 
olaraq  07  oktyabr  2004-ъü  il  tarixdən  «Azərpoçt»  DM 
universal  poçt  xidmətlərini  göstərən  Rabitə  və nformasiya 
Texnologiyaları  Nazirliyinin  milli  poçt  operatoru  sayılır. 
Müəssisənin  strukturunda  62  poçtamt,  4  törəmə  müəssisə,  10 
rabitə  qovşağı  mövъuddur.  Respublikanın  bütün  yaşayış 
məntəqələrini  əhatə  etməklə  struktur  tərkibdə  1273  poçt 
ş
öbəsi,  o  ъümlədən  101  ədəd  Bakışəhərində,  1172  ədədi  isə 
kənd  yerlərində  fəaliyyət  göstərir.  2004-ъü  ildə  27  yeni  poçt 
ş
öbəsi  açılmışdır  ki,  bu  da  2003-cü  illə  müqayisədə  3 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə