M-61 I e. d prof., Zahid Fərrux Məmməd



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə45/98
tarix31.08.2018
ölçüsü2,11 Mb.
#65798
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   98

 
144 
sərrüfatı  sektoruna  daha  çox  qaynaq  transfer  edən  banklarda 
Mərkəzi bank tərəfindən reeskont kvotaları yüksək tutulur. 
1.4. Disponibilitə tətbiqi. Mərkəzi Bank, kommersiya bankla-
рın aktivlərindəki mənbələrin müəyyən bir nisbətini dövlət istiqraz 
kağızlarını  satın  almağa  və  ya  bankların  активляринин  müəyyən 
faizini kassalarında nağd olaraq tutmağa məcbur edə bilər. 
1.5.  Portfeldə  finans  aktivlərinin  yenidən  nizamlanması.  
Mərkəzi  Bank,  kommersiya  banklarının  portfellərində  tutacaq-
ları maliyyə aktivlərinin nisbətini təsbit edə bilər. Məsələn, satın 
alınan səhm və iqtiqrazların hansı fəaliyyət sahəsinə aid olmasını, 
bunların nisbətinin vəyamiqdarının nə qədər olacağını müəyyən-
ləşdirə  bilir.  Beləliklə,  finans  qurumlarının  əllərində  olan  fond-
ların  iqtisadi  sektorlara  transfer  edilməsini  təmin  etmək  müm-
kündür. 
1.6. Reklam və ya rəsmi olmayan göstərişlər. Mərkəzi Ban-
kın ölkədə həyata keçiriləcək pul siyasətinin məqsədləri haqqında 
media  qurumları  vasitəsilə  ictimaiyyətə  açıqlamaları  və  ya 
iqtisadi islahatlar haqqında tövsiyə və təklifləri, şirkət vəşəxslərin 
gələcək investisiya qərarlarında dəyişikliyə təsir edə bilər. 
2. DOLAYI PUL S YASƏT . Dolayı pul siyasətinin həya-
ta  keçirilməsi  istiqamətində  Mərkəzi  Bank  pul  bazarında  bütün 
iştirakçılar kimi eyni statusda iştirak edir və bazarda gedən dəyi-
şikliklərin təşəbb
üskarı birbaşa Mərkəzi Bank deyil, bazardır. 
Pul  siyasətinin  dolayı  alətlərinin  üç  növü  mövcuddur:  Rees-
kont siyasəti; Məcburi ehtiyat normaları; açıq базар ямялиййаты. 
2.1. Reeskont siyasəti. Mərkəzi Bank reeskont əməliyyatla-
rını aparmaqla, likvid keyfiyyəti yüksək olan finans varlıqlarının 
diskont  edilməsi  formasında  həyata  keçirir.  Bu  yolla  Mərkəzi 
Bank  bankların  kredit  həcmlərinə  təsir  edə  bilər.  Reeskont 
krediti likvidə ehtiyacı olan bankların ən son likvid mənbəyi olan 
MB bu açığın bağlana bilməsi məqsədi ilə kredit təmin edilməsini 
qoruyan bir pul-kredit siyasəti alətidir.  
2.2.  Məcburi  ehtiyat  normaları.  Mərkəzi  Bank  bu  siyasəti 
həyata keçirməklə, kommersiya banklarına portfellərinin müəyyən 
bir  hissəsini  rezerv  pul  olaraq  saxlamaqla  (nağd  və  ya  MB-da 


 
145
əmanət  formas
ında)  qarşılarına  öhdəçilik  qoymaqdadır.  Başqa 
sözlə, məcburi ehtiyat normaları bankların passivlərində yer alan 
bəzi  öhdəliklərinin  müəyyən  bir  hissəsinin  nağd  və  faizsiz  olaraq 
MB  tərəfindən  bron  edilməsidir.  MEN  tətbiqi,  bankların 
əmanətlərinə  ani  və  vaxtaş
ırıçəkilişlərə  qarşı  bir  yandan  əmanət 
sahiblərinin  sistemə  olan  inamını  artırmaqla  bərabər,  digər 
tərəfdən pul miqdarına nəzarətdəönəmli bir alət olmuşdur. (Gizli 
vergi 
təsiri 
uyьulamaya 
görə 
faiz 
ödəmələrindən 
topladıqlarıəmanətin  bir  hissəsini  faizsiz  olaraq  MB  depo 
etdiyindən,  banklar  bu  hissədən  əldə  edəcəyi  gəlirdən  məhrum 
olur).  
2.3.    Açıq  bazar  əməliyyatı  (ABƏ).  Açıq  bazar  əməliyyatı, 
finans  aktivlərinin  MB  tərəfindən  birinci  və  ikinci  bazarda 
birbaşa və ya tərs depo  əməliyyatlarında istifadə edilən  maliyyə 
aktivləri  içərisində  başlıca  yeri  cari  xəzinə  borcları  və  dövlət 
istiqraz sənədləri tutur. Açıq bazar əməliyyatı MB-nin tədavüldə-
ki  pul  kütləsini  azaltmaq  və  ya  çoxaltmaq  üçün  xəzinə  bono 
vəистигразлар, özəl sektora aid bəzi истиграз və sənədləri ilə konkret 
və ya keçici bir müddət üçün alqı-satqıəməliyyatıdır. 
Açıq  bazar  əməliyyatları,  bankların  likvidlərindəki  və 
bazardakı  pul  miqdarında  dəyişikliyə  yol  açır.  Bankların 
likvidində  meydana  gələn  dəyişmələr  kredit  aça  bilir  və  fond 
həcminə və kredit siyasətinə təsir edə bilir. Bundan başqa, açıq 
bazar  əməliyyatları  bazardakı  faiz  dərəcəsinə  təsir  edir.  MB 
qiymətli  kağızları  satın  alarkən  bazara  likvid  çıxdığından  faiz 
dərəcələri  aşağı  düşəcək,  qiymətli  kağızın  qiyməti  artacaqdır. 
Digər  tərəfdən  MB  bazara  qiymətli  kağız  satarkən,  bazardakı 
likvid  azalacaq,  faiz  dərəcələri  yüksələcək,  qiymətli  kağızların 
qiyməti aşağı düşəcəkdir.  
Pul  siyasətinin  həyata  keçirilməsi  məqsədi  ilə  buraxılan 
Mərkəzi  Bankın  borc  qiymətli  kağızlarının  buraxılışı  və  döv-
riyyəsi qaydaları qanunvericiliklə müəyyən edilir.  
 Mərkəzi  Bankı  uçot  dərəcəsini  vəöz  əməliyyatlarıüzrə 
faiz dərəcələrini müəyyənləşdirir. Mərkəzi Bankı uçot dərəcəsi-
ni  müəyyənləşdirərkən  ölkədəki  mövcud  makroiqtisadi  duru-


 
146 
mu  və  maliyyə  bazarının  vəziyyətini  nəzərə  alır.    Mərkəzi 
Bankıöz  əməliyyatlarıüzrə  faiz  dərəcələrini  pul  bazarının 
likvidlik vəziyyətini nəzərə alaraq özünün açıq bazar, yenidən-
maliyyələşdirilmə və depozit əməliyyatlarıüzrə faiz dərəcələrini 
təsbit etməklə və ya hərraclarda tələb və təklif əsasında müəy-
yənləşdirir.  Mərkəzi Bank müəyyən etdiyi uçot dərəcəsini vəöz 
əməliyyatlar
ıüzrə  faiz  dərəcələrini  dərc  etdirir.  Mərkəzi  Bank 
kredit  təşkilatlarına  məcburi  ehtiyatlar  saxlamaq  barədə 
göstəriş  verə  bilər.  Ehtiyatlar  depozitlərin  faizi  nisbətində 
müəyyən edilir və Mərkəzi Bankda saxlanılır. Tələb olunan eh-
tiyatların  norması,  hesablanması  və  saxlanması  qaydası  Mər-
kəzi  Bankın  darə  Heyəti  tərəfindən  müəyyən  edilir.  Məcburi 
ehtiyatlar  təmin  edilmədikdə  Mərkəzi  Bank  ehtiyatı  təmin 
etməyən kredit təşkilatına və onun inzibatçılarına qarşı Azər-
baycan Respublikasının  nzibati Xətalar Məcəlləsində nəzərdə 
tutulmuş inzibati tənbeh tədbirlərini tətbiq edə bilər.  
Pul  siyasətinin  həyata  keçirilməsi  məqsədilə  Mərkəzi 
Bank  tərəfindən  kredit  təşkilatlarının  yenidən  maliyyələşdiril-
məsi  həyata  keçirilir.  Bu  zaman  verilən  kreditlər  dövlət 
qiymətli kağızları, dövlətin və digər etibarlı emitentlərin qaran-
tiyaları  və  zaminliyi,  xarici  valyuta,  qızıl,  müxtəlif  formada 
qiymətli  metallar  və  digər  aktivlərlə  təmin  olunmalıdır.  Belə 
kreditlər 6 aydan çox olmayan müddətə verilir və həmin müd-
dətə uzadıla bilər.  Yenidən maliyyələşdirilmənin forma, qayda 
vəşərtlərini  Mərkəzi  Bankın  darə  Heyəti  müəyyən  edir.  Kre-
ditlər yalnız milli valyutada (manatla) kredit təşkilatlarının baş 
idarələrinə verilir.  
Mərkəzi Banközünün müəyyən etdiyi şərtlərlə və qarşılıq-
lı razılaşma əsasında kredit təşkilatlarından depozitlər cəlb edə 
bilər.  Pul  siyasətinin  həyata  keçirilməsi  məqsədilə  istisna  hal-
larda  qanunvericiliyə  müvafiq  olaraq  Mərkəzi  Bankı  kredit 
təşkilatları  tərəfindən  aparılan  ayrı-ayrıəməliyyatları  müvəq-
qəti məhdudlaşdıra, o cümlədən onların əməliyyatlarıüzrə faiz 
dərəcələrinin aşağı və yuxarı hədlərini müəyyənləşdirə bilər.  


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə