M-61 I e. d prof., Zahid Fərrux Məmməd



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə42/98
tarix31.08.2018
ölçüsü2,11 Mb.
#65798
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   98

 
135
sadələşdirilmiş,  kreditin  müddəti  və  məbləği  artırılmış,  ilkin 
ödənişə  olan  tələb  azaldılmış,  həyat  sığortasına  olan  məcburi 
tələb  götürülmüşdür.  Qeyd  olunan  Fərman  ilə  həmçinin 
«Azərbaycan  Respublikasında  güzəştli  ipoteka  kreditlərinin 
verilməsi Qaydaları» da təsdiq edilmişdir. 
«Azərbaycan  Respublikasının  Milli  Bankı  nəzdində 
Azərbaycan  poteka  Fondunun  yenidən  maliyyələşdirdiyi 
ipoteka  kreditlərinin  müvəkkil  kredit  təşkilatları  tərəfindən 
verilməsinə  dair  Standart  Tələblər»  ipoteka  kreditləşdirilməsi 
sistemində və qanunvericilikdə mövcud olan yeni dəyişikliklərə 
uyğunlaşdırılmış,  yaşayış  sahəsinin  alqı-satqısı  və  ipotekası 
müqaviləsinin  (Qarışıq  müqavilə)  nümunəvi  forması  təsdiq 
edilmişdir.  Nəticədə  verilmiş  ipoteka  kreditlərinin  böyük 
hissəsi üzrə qarışıq müqavilə modeli tətbiq edilmişdir. 
Hesabat  dövrüərzində  A F  tərəfindən  əvvəlki  ildə 
verilmiş  ipoteka  kreditlərinin  yenidən  maliyyələşdirilməsi 
davam  etdirilmişdir.  Belə  ki,  2008-ci  ilin  dövlət  büdcəsindən 
ipoteka kreditləşməsi üçün ayrılmış vəsaitlərdən 22,0 mln. Ma-
nat  A F-ə  köçürülmüşdür.  2008-ci  ildə  Fond  tərəfindən  451 
kredit  üzrə  16,9  mln.  manat  məbləğində  yenidən  maliyyələş-
dirmə  həyata  keçirilmişdir.  Ümumilikdə,  31  dekabr  2008-ci  il 
tarixinə A F tərəfindən ümumi məbləği 63,3 mln. manat olan 
ipoteka kreditləri yenidən maliyyələşdirilmişdir. 
 
 
 


 
136 
FƏS L 26.  MƏRKƏZ BANKIN FƏAL YYƏT  
 
Mərkəzi  Bankı  pul  təklifini  iqtisadiyyatın  pul  tələbinə, 
iqtisadi  və  sosial  siyasətin  hədəflərinə  görə  ayırmağa  çalışır; 
banklar  iqtisadiyyatda  gerçəkləşdirilən  borc  verə  bilir,  fondları 
ticarət,  sənaye  və  kənd  təsərrüfatına,  tikinti  və  s.  kimi  sektorlara 
kredit  formasında  dağıdaraq,  bir  qrup  iqtisad  vahidlərin  likvid 
çoxluğu ilə, digərlərinin likvid ehtiyaclarının ödənilməsinə yığım 
edilən  pulların  bazara  axmasını  saxlamaq  şərti  ilə  iqtisadi 
fəaliyyətlərin 
davamlılığına 
və 
genişlənməsinə 
xidmət 
edirlər.Mərkəzi  Bankı  banknot  ixrac  edən,  dövlətin  və  bankların 
kredit ehtiyaclarını ödəyən bir bankdır.   qtisadi  siyasətdə pul si-
yasətinin  yeri  və  rolu  zaman  içində  önəmli  dəyişikliklərə 
uğramışdır.  Pul  siyasətinin  iqtisadi  siyasətdəki  ağırlıq  payı 
artdıqca, pul siyasətini həyata keçirən qurumun da,  yəni Mərkəzi 
Bankın da iqtisadiyyatda gücü və önəmi artmaqdadır. 
Mərkəzi Bank dövlətin öhdəlikləri üçün, dövlət isə Mərkəzi 
Bankın  öhdəlikləri  üçün  cavabdeh  deyildir.  Mərkəzi  Bank 
Azərbaycan  dövlətinin  bankıdır.  Mərkəzi  Bank  Azərbaycan 
dövlətinin  maliyyə  agenti  kimi  çıxış  edə  bilər.  Mərkəzi  Bank 
Qanunla  müəyyən  olunmuş  məqsədlərinə  uyğun  olaraq  dövlətin 
iqtisadi  siyasətinin  həyata  keçirilməsinə  səlahiyyətləri  daxilində 
yardım edir. 
Mərkəzi  Bank  Azərbaycan  Respublikasının  dövlət  büdcəsi 
kəsirinin birbaşa maliyyələşdirilməsi üçün dövlətə kredit vermir. 
Dövlət  büdcəsində  qısamüddətli  vəsait  çatışmazlığı 
yarandıqda,  Mərkəzi  Bank  müvafiq  icra  hakimiyyəti  orqanı  ilə 
bağlanmış  müqaviləyə  əsasən  gəlir  gətirən  dövlət  borc  qiymətli 
kağızları  ilə  təmin  edilməsi  şərti  ilə  dövlətə  ən  çoxu  6  ay  müd-
dətinə  və  cari  ildə  ödənilmək  şərti  ilə  milli  valyutada  (manatla) 
kredit verə bilər. Belə kreditlərin verilmiş və ödənilməmiş hissəsi-
nin ümumi məbləği son üç il ərzində dövlət büdcəsinin orta gəlir-
lərinin 3 faizindən çox ola bilməz. Mərkəzi Bank tərəfindən Azər-
baycan  dövlətinin  buraxdığı  borc  qiymətli  kağızların  alınması 
dövlətə kreditlərin verilməsi hesab olunur. Belə əqdlər  Qanunun 


 
137
49-1.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqlayal-
nız təkrar bazarda bağlanıla bilər və onlara  Qanunun 16.2-ci mad-
dəsinin şərtləri şamil olunur. Pul siyasətinin həyata keçirilməsi ilə 
ə
laqədar tələb olunduğu halda,  Qanunun 16.2-ci maddəsinin şərt-
ləri  tətbiq  edilmir,  bu  şərtlə  ki,  dövlət  borc  qiymətli  kağızlarının 
alqı-satqısı təkrar bazarda həyata keçirilmiş olsun. 
Mərkəzi  Bank  müvafiq  icra  hakimiyyəti  orqanı  ilə 
razılaşdırılmış  şərtlərlə  dövlət  xəzinədarlıq  hesablarına  xidmət 
göstərir.  Pul  siyasətinin  həyata  keçirilməsi  ilə  əlaqədar  tələb 
olunduqda,  Mərkəzi  Bank  müvafiq  icra  hakimiyyəti  orqanı  ilə 
razılaşdırılmış  şərtlərlə  dövlətdən  müddətli  depozitlər  qəbul  edə 
bilər.  Mərkəzi  Bank  Azərbaycan  Respublikasının  dövlət 
hakimiyyəti  orqanlarının,  habelə  dövlət  və  büdcədənkənar  dövlət 
fondlarının bank hesablarına xidmət göstərə bilər. 
Mərkəzi Bank Azərbaycan Respublikasının müvafiq icra ha-
kimiyyəti  orqanlarına  dövlətin  iqtisadi  siyasətinin  başlıca  istiqa-
mətlərinə,  o  cümlədən  büdcə-vergi,  qiymət-tarif  tədbirlərinə,  ha-
belə dövlətin daxili və xarici borcunun həcminə və idarə edilməsi-
nə dair təkliflər verə bilər. Mərkəzi Bank bilavasitə Mərkəzi Ban-
kın funksiya və səlahiyyətlərinə aid edilən məsələlər və bank mə-
sələləri üzrə sorğu əsasında qanunların və digər  normativ hüquqi 
aktların layihələrinə dair rəy verə bilər. 
Mərkəzi Bank müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdı-
rılmış şərtlərlə dövlətin maliyyə agenti funksiyalarını həyata keçi-
rə  bilər.  Maliyyə  agenti  olaraq,  Mərkəzi  Bank  dövlətin  borc  qiy-
mətli kağızlarını yerləşdirmək və onlarla digər əməliyyatlar apar-
maqla  dövlət  borcuna  xidmət  göstərə,  habelə  qanunla  müəyyən 
edilmiş  hallarda  və  qaydada  başqa  maliyyə  əməliyyatlarını  apara 
bilər. 
Mərkəzi  banklar  pul  siyasətinin  həyata  keçirilməsi  istiqa-
mətində  müəyyən  etdikləri  hədəf  və  məqsədlərəçatmaq  üçün 
müxtəlif vasitələrdən istifadə edirlər. Ancaq bu vasitələrin təsirlə-
ri isəölkədən ölkəyə vəən əsası da ölkələrin iqtisadi səviyyələrinə 
və  struktur  özəlliklərinə  bağlı  olaraq  önəmli  fərqliliklər  göstər-
məkdədir. 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə