M-61 I e. d prof., Zahid Fərrux Məmməd



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə39/98
tarix31.08.2018
ölçüsü2,11 Mb.
#65798
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   98

 
126 
Bank sektorunun kapitalı. Bank sektorunun kapitallaşma 
prosesi hesabat dövründə də davam etmişdir.  l ərzində bank-
ların  kapitalı  482,6  mln.  manat  və  ya      47,8%  artaraq  1491.7 
mln.  manata  çatmıшdır  (2007-ci  ildə  müvafıq  olaraq  485  mln. 
manat, 92,6%) və 1009,1 mln. manat). 
Bankların  məcmu  kapitalının  artımı  I  dərəcəli  kapitalın 
yüksəlməsi  hesabına  baş  vermişdir.  Belə  ki,  I  dərəcəli  kapital 
336,5  mln.  manat  (44,6%)  artaraq  1091.8  mln.  manat  təşkil 
etmişdir ki, bu da məcmu kapitalm 69,7% artımını təşkil edir. 
2008-ci ildə bankların  məcmu  nizamnamə kapitalı 949,7 mln. 
manatıüstələmiş və ya 37,7%) artmışdır. 
 
 
01.01.2008 
01.01.2009 
 
mln. 
manat 
xüsusi 
çəkisi, 
%-lə 
mln. 
manat 
xüsusi 
çəkisi, 
%-lə 
I dərəcəli кapital 
755,3 
74,8 
1091,8 
73,2 
Nizamnamə kapitalı 
689,5 
68,3 
949,7 
63,7 
Səhmlərin 
emissiyasından əmələ 
gələn əlavə vəsait 
20,3 
2,0 
32,3 
2,2 
Bölüşdürülməmiş xalis 
mənfəət 
59,6 
5,9 
125,2 
8,4 
II dərəcəli kapital 
305,4 
30,1 
449,0 
30,1 
Cari ilin mənfəətи 
132,8 
13,1 
192,1 
12,9 
Ümumi ehtiyatlar 
63 
6,2 
93,9 
6,3 
Kapitalın digər 
vəsaitbri 
159,3 
15,8 
169,7 
11,4 
Məcmu kapitaldan 
tutulmalar 
49,4 
4,9 
48,7 
3,3 
Tutulmalardan sonra 
məcmu kapital 
1009,1 
100,0 
1491,7 
100,0 
 


 
127
II dərəcəli kapital 2008-ci il ərzində 143,6 mln. manat (və 
ya  47%)  artaraq  449  mln.  manat  təskil  etmişdir.  II  dərəcəli 
kapitalın  strukturunda  azalma  (15,8%)-dən  11,4%-ə)  banklar 
tərəfindən  götürülmüş  borclar  üzrəödənişlərin  həyata 
keçirilməsi ilə bağlı olmuşdur. Milli Bank tərəfindən aktivlərin 
təsnifləşdirilməsi  üzrə  ehtiyat  normalarının  artırılması 
tədbirləri ümumi ehtiyatların artımınışərtləndirmişdir. 
2008-ci  ildə  bank  sektorunun  kapital  bazasının  artımına 
iri  banklar  mühüm  töhfə  vermişlər.  Aktivlər  üzrəən  iri  10 
bankın  kapitalı  2008-ci  il  ərzində  70%-dən  artıq  artaraq  454 
mln. manat təşkil etmişdir. 
Bankların kapitallaşması prosesinin daha da sürətləndir-
mək  məqsədi  ilə  2009-cu  ildən  başlayaraq  qanunvericiliyə 
bankların  kapitallaşmaya  yönəlik  mənfəətin  vergitutmadan 
azad olunmasına dair müvafıq dəyişiklik edilmişdir. 
Bank  sektorunun  fəalliyyətinin  maliyyə  nəticələri.  2008-ci 
ildə  bankların  əldə  etdikləri  mənfəət  (vergi  ödənilənədək)  246 
mln.  manat  təşkil  etmişdir  ki,  bu  da  2007-ci  ildəəldə  olunan 
mənfəətlə  müqayisədə  42,9%  çoxdur.  Müvafıq  olaraq  vergi 
ödənildikdən  sonra  xalis  mənfəət  184,7  mln.  manat  (və  ya 
43%) artmışdır. 
Bankların 82,2%-i 192,1 mln. manatlıq mənfəətlə, 17,8% 
isə  7,4  mln.  manatlıq  zərərlə  2008-ci  ili  başa  vurmuşlar. 
01.01.2009-cu  il  tarixə  zərərlə  işləyən  bankların  ümumi  bank 
sisteminin aktivlərində xüsusi çəkisi 2,6% təşkil etmişdir. 
Bankların  kredit  əməliyyatlarının  həcminin  artması  və 
faiz  dərəcələrində  bəzi  dəyişikliklər  il  ərzindəəldə  olunan  faiz 
gəlirlərinin  artmasınışərtləndirmişdir.  Nəticədə  2008-ci  ildə 
faiz  gəlirlərinin  orta  aktivlərdə  xüsusi  çəkisi  11,4% 
(müqayisəüçün  2007-ci  ildə  -10,9%)  olmuşdur.  2007-ci  ildə 
bütün faiz gəlirlərinin ümumi gəlirlərdə xüsusi çəkisi 72% təşkil 
etdiyi halda 2008-ci ildə bu göstərici 77%-ə yüksəlmişdir. 
Faiz  xərclərinin  strukturunda  banklararası  resurslar  və 
digər  maliyyə  təşkilatlarının  vəsaitləri  üzrəödənilən  faizlərin 
payı artmışdır (37,2%-dən 43,9%-dək). Eyni zamanda, fıziki və 


 
128 
hüquqi  şəxslərin  depozitləri  üzrəödənilən  faizlərin  payı 
azalmışdır  (58,8%-dən  53,2%-dək).  2007-ci  ildə  bütün  faiz 
xərclərinin  ümumi  xərclərdə  xüsusi  çəkisi  50%  təşkil  etdiyi 
halda, 2008-ci ildə bu göstərici 55,3%-ə yüksəlmişdir. 
2007-ci  illə  müqayisədə  2008-ci  ildə  xalis  faiz  mənfəəti 
72% artaraq 532,7 mln. manat təşkil etmişdir. 
Valyuta  məzənnəsinin  volatilliyi  bankları  xarici  valyuta-
da aparılan əməliyyatların sayını artırmağa sövq etmişdir. Nə-
ticədə  müvafıq  əməliyyatlar  üzrə  gəlirlərin  artması  müşahidə 
olunmuşdur.  2008-ci  il  ərzində  bankların  xarici  valyuta  ilə 
apardığıəməliyyatların həcmi 53,4% artaraq 106,2 mln. manat 
təşkil etmişdir. Bununla belə xarici valyuta ilə aparılan əməliy-
yatlardan əldə olunmuş gəlirlərin ümumi gəlirlərdə xüsusi çəki-
si bir qədər azalmış və 8,2% təşkil etmişdir. 
Aktivlər üzrə mümkün zərər üzrə ehtiyatların yaradılma-
sına  ayırmaların  həcminin  orta  aktivlərə  nisbəti  2008-ci  il  ər-
zində l,9%-dən 2,5%-dək yüksəlmişdir. Bu əsasən qlobal maliy-
yəböhranının  təsirini  azaltmaq  üçün  kreditlərin  təsnifləşdiril-
məsi və ehtiyat normativləri üzrə sərtləşdirmə tədbirlərinin hə-
yata keçirilməsiləəlaqədardır. 
Bank  sektorunun  aktivlərinin  gəlirliliyi  (vergi  ödənilənə-
dək  xalis  mənfəətin  orta  aktivlərə  nisbəti  kimi  hesablanmış) 
2008-ci ildə 2,9% (2007-ci ildə 3,5%), kapitalın gəlirliliyi (vergi 
ödənilənədək xalis mənfəətin orta kapitala nisbəti kimi hesab-
lanmış) 22,6% (2007-ci il üçün 23,5%) təşkil etmişdir. 
Kreditlərin  keyfıyyəti  və  kredit  riski.  2008-ci  ildə  Milli 
Bank tərəfindən yürüdülmüş siyasət beynəlxalq maliyyə bazar-
larındakı disbalansın bank sisteminin aktivlərinə mənfi təsirin-
dən qorunmağa imkan vermişdir. Hesabat dövrüərzində bank-
ların kredit portfelinin həcminin artması ilə yanaşı onun key-
fиyyət  göstəricilərinin  yaxşılaşması  tendensiyası  davam  etmiş-
dir. 
Aktivlərin  təsnifləşdirilməsinə  dair  prosedurların  sərtləş-
dirilməsi  kreditlərin  keyfиyyət  göstəricisinin  yüksəlməsinə 
gətirib  çıxarmışdır.  Ümumilikdə,  aktivlərin  təsnifləşdirilməsi 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə