M-61 I e. d prof., Zahid Fərrux Məmməd



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə41/98
tarix31.08.2018
ölçüsü2,11 Mb.
#65798
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   98

 
132 
qamətləndirilməsi, təsərrüfat subyektlərinin və ev təsərrüfatla-
rının  maliyyə  xidmətlərinəəlyetərliyinin  artırılması  məqsədilə 
«Poçt  rabitəsi  haqqında»  Azərbaycan  Respublikasının  Qa-
nununa 2008-ci il 02 oktyabr tarixində müvafıq əlavə və dəyi-
şikliklər  qəbul  edilmişdir.  Bununla  da  geniş  f
ılial  şəbəkəsinə 
malik  olan  və  maliyyəəməliyyatlarının  aparılmasında  böyük 
təcrübəsi  olan  Milli  poçt  rabitəsi  operatoru  tərəfindən  bank-
maliyyə xidmətlərinin göstərilməsi üçün hüquqi əsaslar yaradıl-
mışdır.  Milli  poçt  operatoruna  poçt  hesablarının  açılması  və 
aparılması,  ödəniş  sistemləri  vasitəsilə  pul  köçürmələrinin  hə-
yata  keçirilməsi,  poçt  əmanətlərinin  qəbul  edilməsi,  valyuta 
mübadiləəməliyyatlarının  aparılması  kimi  yeni  maliyyə  xid-
mətlərinin  həyata  keçirilməsinə  qanuni  əsas  təmin  edilmişdir. 
Bununla  da  ölkəərazisinin  bank  şəbəkəsi  olmayan  ucqar  re-
gionlarda  əhalinin  maliyyə  xidmətlərindən  istifadə  imkanlan 
artırılacaqdır. 
Mərkəzləşdirilmiş  kredit  reyestri.Milli  Bankın  təşəbbüsü 
ilə yaradılaraq 2005-ci ildən istismara verilmiş Mərkəzləşdiril-
miş  Kredit  Reyestrinin  (MKR)  fəaliyyəti  nəticəsində  2008-ci 
ildəölkənin bank sektorunda kredit öhdəliyi olan fıziki və hü-
quqi şəxslərin reyestrinin aparılması təmin edilmiş və banklara 
mərkəzləşdirilmiş məlumatlar bazasından kredit üçün müraciət 
etmişşəxslər  haqqında  ətraflı  məlumatların  əldə  edilməsi,  ha-
belə borcalanların öz kredit tarixçələri haqqında MKR-ə sorğu 
etmək imkanları yaradılmışdır. 
MKR 
yaradılarkən 
sistemin 
tam 
olaraq 
hədəfəçatmasıüçün 3 faza nəzərdə tutulmuşdur. Birinci fazada 
kommersiya  bankları  ilə  məlumat  mübadiləsi  və  zəruri 
infrastrukturun  yaradılması,  ikinci  fazada  genişləndirilmiş 
kredit  məlumatlarının  reyestrə  alınması  və  bank  olmayan 
kredit təşkilatlarının MKR-ə qoşulması, 3-cü fazada isə digər 
təşkilatlarla,  habelə  mümkün  məlumat  bazaları  ilə 
interfeyslərin qurulmasının həyata keçirilməsi qarşıya məqsəd 
qoyulmuşdur. 


 
133
nkişaf  strategiyasının  uğurla  və  məqsədyönlüşəkildə 
həyata  keçirilməsi,  habelə  reyestrin  institusionallaşması 
məqsədilə  3  mart  2008-ci  il  tarixindən  Milli  Bankın  yeni 
struktur vahidi - MKR xidməti formalaşdırılmışdır. 
Hesabat  ilində  nəzərdə  tutulan  inkişaf  strategiyasının 
ikinci  fazasıüzrə  işlər  davam  etdirilmiş,  borcalanlan  daha 
dəqiq  eyniləşdirməyə  vəətraflı  kredit  məlumatları  iləəhatə 
etməyə imkan verən MKR-in genişləndirilmiş formatı sistemə 
tətbiq  olunmuş,  məlumatların  bankların  mərkəzi  sistemindən 
birbaşa olaraq hazırlanması rejiminin icrasına başlanılmışdır. 
Dövr  ərzində  banklar  tərəfindən  bütün  sorğuların  elek-
tron (online) formada real vaxt rejimində həyata keçirilməsinə 
imkan verən və sorğu axtanşlarının monitorinqini təmin edən 
yeni  iki  modul  hazırlanmış  və  sistemə  tətbiq  olunmuşdur. 
Banklar  tərəfindən  MKR-in  məlumat  bazasına  daxil  edilən 
kreditlərin aşağı hədləri ilə bağlı tələblərin 2007-ci ilin sentyabr 
ayından  aradan  qaldırılması  iləəlaqədar  hesabat  dövründə 
bankların  kredit  portfelləri  haqqında  məlumatların  MKR-də 
toplanması  tam  olaraq  təmin  edilmişdir.  Bu  da  istehlak 
kreditləri  bazarında  fəaliyyət  göstərən  banklar  üçün  kredit 
qərarlarının  verilməsi  prosesində  daha  etibarlı  qərarların 
qəbuluna imkan yaratmışdır. 
MKR-də həyata keçirilmiş təkmilləşdirmələr, o cümlədən 
kredit  məlumatlarının  mübadiləsinin  real  vaxt  rejimində 
(onlayn)  apanlması,  MKR-in  iş  proseduralarının  sadələşdiril-
məsi, borcalanlar haqqında daha ətraflı kredit məlumatlarının 
toplanması,  habelə  nisbətən  kiçik  məbləğli  kreditlərin  də 
reyestr  vasitəsilə  mübadiləsinin  təmin  olunması  nəticəsində 
haqqında məlumat toplanan fıziki və hüquqi şəxslərin sayıəhə-
miyyətli dərəcədə artmışdır. 
Bütün  bunlar  Dünya  Bankı  və  Beynəlxalq  Maliyyə 
Korporasiyasının  hər  il  ölkələr  üzrə  dərc  etdiyi  «Biznesin 
aparılması  -  2009»  (Doing  Business)  adlı  hesabatında  kredit 
məlumatlan  indeksinin  4-dən  5-ə  (maksimum  göstərici  6-dır), 
reyestrin  əhatə  dairəsi  indeksinin  isə  1.4-dən  3.1-ə  qədər 


 
134 
yüksəlməsi  üə  nəticələnmişdir.  Bu  və  kredit  münasibətlərinin 
digər  hüquqi  aspektlərini  əks  etdirən  müvafıq  göstəricilər 
əsas
ında  Azərbaycan  «Kreditin  əldə  olunması»  indeksi 
üzrəötən  ilki  hesabatla  müqayisədə  13  pillə  irəliləyərək,  181 
ölkə arasında 12-ci yerə layiq görülmüşdıir. 
Hesabat dövründə reyestrin fəaliyyəti «MKR haqqında» 
Qaydaların tələblərinə uyğun olaraq etibarlışəkildə təmin edil-
miş,  banklardan  daxil  olan  13160  sayda  sorğu  cavablandırıl-
mışdır  ki,  bunun  da  4040-ı  yeni  modullar  vasitəsilə  real  vaxt 
rejimində həyata keçirilmişdir. 
lin sonunda MKR-də haqqmda məlumat olan borcalan-
ların  sayı  462120,  kredit  məlumatlarının  sayı  isə  770000-ə 
qədər  yüksəlmişdir  ki,  bu  da  ötən  ilki  göstəricidən  uyğun 
olaraq 2.5 və 3 dəfəçoxdur. 
poteka  kreditləşməsi  mexanizmi. 
2008-ci  il  ərzində 
AIF  öz  fəahyyətinin  sabitliyini  və  likvidliyini  təmin  etmək 
istiqamətində məqsədyönlü tədbirlər həyata keçirmiş, qabaqcıl 
dünya  təcrübəsi  öyrənilmiş,  ipoteka  kreditləşməsi  sisteminin 
daha  da  genişləndirilməsi  məqsədilə  beynəlxalq  təşkilatlarla, 
maliyyə  qurumları  iləəməkdaşlıq  əlaqələri  qurulmuş,  bir  sıra 
istiqamətlərdəəhəmiyyətli  texniki  yardımlar  cəlb  edilmisdir. 
poteka  kreditləri  sisteminin  səmərəli  fəaliyyətinin  təşkili 
məqsədilə  standartlaşdırılmış  metodologiyanın  yaradılması, 
bazar infrastrukturunun cəlb edilməsi və göstərilən xidmətlərin 
keyfıyyətinin  artırılması  sahəsində  mütəmadi  tədbirlər  həyata 
keçirilmişdir.  Ümumilikdə  2008-ci  ilin  sonuna  bankların  öz 
ipoteka  kreditləşməsi  proqramları  da  daxil  olmaqla  260,0 
milyon  manat  ipoteka  krediti  verilmiş  və  təxminən  8  min 
ailəöz 
mənzil 
şəraitini 
ipoteka 
krediti 
vasitəsilə 
yaxşılaşdırmışdır.
 
Ölkədə ipoteka kreditləşməsi ilə bağlışərtlərin yumşaldıl-
ması  və  sadələşdirilməsi  məqsədilə  «Azərbaycan  Respub-
likasında  ipoteka  kreditlərinin  verilməsi  mexanizminin 
təkmilləşdirilməsi  haqqında»  Azərbaycan  Respubhkası  Prezi-
dentinin  Fərmanı  ilə  ipoteka  kreditlərinin  verilməsi  şərtləri 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə