M-61 I e. d prof., Zahid Fərrux Məmməd



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə40/98
tarix31.08.2018
ölçüsü2,11 Mb.
#65798
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   98

 
129
üzrə  tələblərin  sərtləşdirilməsinin  məqsədi  girov  təminatıüzrə 
tələblərin sərtləşdirilməsi olmuşdur. 
Mümkün  kredit  itkilərinin  aradan  qaldınlmasıüçün 
ehtiyatlandırma normalarının artırılması həyata keçirilmişdir. 
1  yanvar  2009-cu  il  tarixinə  kreditlər  üzrə  mümkün  zərərlərin 
örtülməsi üçün vəsait kredit portfelinin 6,2%-ni təşkil etmişdir 
(1 yanvar 2008-ci il-5,7%). 
Qeyri-işlək  kreditlər  üzrə  yaradılmış  ehtiyatların  artım 
tempi bu növ kreditlərin artım tempini üstələmişdir. Banklarda 
formalaşdırılmış  ehtiyatların  qeyri-işlək  kreditlərə  nisbəti  isə 
74%-əçatmışdır.  Bu  da  bu  növ  kreditlərin  yaradılmış 
ehtiyatlarla  adekvat  örtülməsinə  imkan  yaradır.  Vaxtı  keçmiş 
kreditlərin  ümumi  kreditlərdə  xüsusi  çəkisi  01.01.2009-cu  il 
tarixinə cəmi 2,2% təşkil etmişdir. 
2008-ci  ildə  qlobal  maliyyə  bazarlarında  dərinləşməkdə 
olan  böhran  bütün  ölkələrdə  olduğu  kimi,  Azərbaycanda  da 
bank nəzarəti üçün yeni çağırışları aktuallaşdırmış və belə bir 
şəraitdəmaliyyə  sabitliyinin  qorunmas
ı,  çevik  və  effektiv  risk 
yönümlü bank nəzarətinin tətbiqi əsas hədəflərdən olmuşdur. 
AMB-nin  preventiv  tədbirləri  və  banklarla  intensiv  işi, 
həmçinin  bankların  öz  bazar  davranışlarınıçevik  korreksiya 
etmələri  hesabına  Azərbaycan  bankları  qlobal  böhranın 
mümkün təsirlərinə hazırlıqlı idilər. Bir sıra nüfuzlu beynəlxalq 
təşkilatlar  da  Azərbaycan  bank  sisteminin  qlobal  böhrana  ən 
hazırlıqlı  sistem  kimi  qiymətləndirmiş,  bankların  yüksək 
dayanıqlığını  və  bu  nailiyyətlərdə  AMB-nin  xüsusi  rolunu  öz 
rəylərində ifadə etmişlər. 
Ümumiyyətlə, 
AMB 
tərəfindən 
banklara 
daha 
düşünülmüş  və  təmkinli  biznes  strategiyası  2007-ci  ildən  bəri 
tövsiyə  edilmiş  və  bu  tövsiyəəsasında  tətbiq  olunan  «kontr-
tsiklik» siyasət mümkün risklərin təsirini minimallaşdırmışdır. 
Banklar likvidlik mövqelərini kifayət qədər «balans»lı və 
«komfort»lu,  xarici  maliyyə  mənbələrindən  asılılığı  isə  idarə 
olunabilən  səviyyədə  saxlamışdır.  Banklar  hesabat  ilində 
vaxtıçatmış xarici borclarını rahatlıqla icra etmişlər. 


 
130 
Bankların  2008-ci  il  üzrə  biznes  planlan  əvvəlcədən 
AMB-də  qiymətləndirilmiş,  institusional  baza  və  artım 
hədəfıfonunda müvafiq korreksiyalar edilərək banklarla razılaş-
dırılmışdır.  Bankların  artım  hədəfləri  nəzarətə  götürülmüş  və 
artım risklərinin və təhlükələrin təsir imkanları minimallaşdırıl-
mışdır. 
Bankların  kredit  riskləri  üzrə  mümkün  itkilərə  daha  da 
hazır  vəziyyətə  gətirilməsi  məqsədilə  ehtiyatlanmaya  dair 
tələblər ciddiləşdirilmişdir. Beynəlxalq maliyyə bazarlarındakı 
ipoteka böhranı və daşınmaz əmlak bazarında həssaslıq nəzərə 
alınaraq  daşınmaz  əmlakla  təmin  olunmuş  kreditlərə  dair 
təminat  tələbləri  və  verilmiş  ipoteka  kreditləri  üzrə  risklərin 
adekvat kapitalla tənzimlənməsinə dair tələblər artırılmışdır. 
Banklar  aktivlərin  keyfiyyətinə  daha  diqqətlə  yanaşmış, 
potensial  təhlükələri  qiymətləndirərək  daha  konservativ 
ehtiyatlarına  siyasəti  həyata  keçirmişlər.  Yeni  kreditlərin 
verilməsi  zamanı  isə  banklar  tərəfindən  «selektiv  davranış» 
nümayişetdirilmiş,  yüksək  mənfəətlilikdən  imtina  edilərək 
«risk iştahat»ları azaldılmışdır. 
Görülən  işlər  bank  nəzarətini  və  bütövlükdə  bank 
sistemini mümkün təhlükələrə qarşı hazır vəziyyətə gətirmişdir. 
Bankların  problemləri  vəçətinlikləri  müəyyən  etmək  və  idarə 
etmək potensialları artırlmışdır. 
Bankların institusional inkişafı və idarəetmə resurslarının 
biznes  davranışına  uyğunluğu  diqqət  mərkəzində  saxlanılmış-
dır.  Hər  bir  bank  üzrə  korporativ  idarəetmə  standartlarının 
tətbiqi səviyyəsi qiymətləndirilmiş, əksər banklarla görüşlər ke-
çirilmiş və bu istiqamətdəçatışmazlıqlarla bağlı tövsiyələr veril-
mişdir. 
Eyni zamanda, maliyyə bazarlarında baş verən hadisələr 
banklarda  risk  menecmentin  təkmilləşdirilməsini,  xüsusilə  də 
kredit və likvidlik risklərinin qabaqcıl yanaşmalardan istifadə 
edilərək idarəedilməsini zəruri etmişdir. 
2008-ci  ildə  də  bank  nəzarətinin  hüquqi-normativ  baza-
sının beynəlxalq standartlara uyğunlaşdırılması və təkmilləşdi-


 
131
rilməsi üzrə işlər və Bazel II Kapital Sazişinin tətbiqi üzrə in-
tensiv  məsləhətləşmələr  davam  etdirilmişdir.  Bazel  II  Kapital 
Sazişinin  II  və  III  sütunlarının  bəzi  elementlərinin  tətbiqinə 
başlamışdır.  Bu  məqsədlə,  banklarda  kapitalın  idarə  edilməsi 
və  kapital  siyasətinə  tələblərin  müəyyən  edilməsi  iləəlaqədar 
«Bank  kapitalı  və  onun  adekvatlığının  hesablanması» 
Qaydalarına müvafıq əlavə və dəyişikliklər edilmişdir. 
Eyni  zamanda,  banklarda  maliyyəşəffaflığının  və  bazar 
intizamının  artırılması,  məlumatların  açıqlanması  prosesinin 
effektiv  nəzarətləəhatə  olunması  məqsədilə  «Korporativ 
darəetmə Standartları»na «Məlumatların istifadəçilərə təqdim 
edilməsi»nə dair əlavələr edilmişdir. Bank nəzarəti çərçivəsində 
banklar  tərəfindən  açıqlanan  məlumatların  periodik  olaraq 
kəmiyyət və keyfıyyət qiymətləndirilməsi aparılmışdır. 
Bundan  əlavə,  «Aktivlərin  təsnifləşdirilməsi  və  mümkün 
zərərlərin  ödənilməsi  üçün  ehtiyatların  yaradılması»,  «Bir 
borcalan və ya bir-biri iləəlaqədar borcalanlar qrupu üzrə risk-
lərin  tənzimlənməsi  haqqında»,  «Azərbaycan  Respublikası 
müvəkkil banklarının açıq valyuta mövqeyi limitlərinin müəy-
yən edilməsi və tənzimlənməsi Qaydaları»na əlavələr olunmuş, 
''Banklarda kreditlərin verilməsi» Qaydaları isə tamamilə rest-
rukturizasiya edilmişdir. 
Görülən  bütün  bu  prudensial  tədbirlərin  nəticəsində 
2008-ci  ildə  bank  sisteminin  maliyyə  sağlamlığı  və  sabitliyi 
qorunub saxlanmışdır. 
Qanunvericilik  və  infrastruktur.  2008-ci  ildə  Milli  Bank 
bank  fəaliyyəti  sahəsində  qanunvericiliyin  inkişaf  etdirilməsi 
və möhkəmləndirilməsi istiqamətində məqsədyönlü fəaliyyətini 
davam etdirmişdir. Eyni zamanda qlobal maliyyə böhranışəra-
itində  makroiqtisadi  siyasət  və  bank  nəzarəti  sahəsində 
adekvat addımlara hazır olmaq üçün qanunvericilik təşəbbüs-
ləri üzərində işlər aparılmışdır. 
Ölkədə  maliyyə-bank  xidmətlərinəçıxış  imkanlarının 
genişləndirilməsi prioritetlərinə uyğun olaraq ödəniş sistemləri-
nin coğrafиəhatə dairəsinin genişləndirilməsi və regionlara isti-


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə