M-61 I e. d prof., Zahid Fərrux Məmməd



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə36/98
tarix31.08.2018
ölçüsü2,11 Mb.
#65798
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   98

 
117
nin tənzimlənməsi və ləğv edilməsi prinsiplərini, qaydalarını və 
normalarını müəyyən edir. 
Azərbaycan Respublikasının bank sistemində xarici bank 
kapitalının  iştirak  limiti  Mərkəzi  Bank  tərəfindən  müəyyən 
edilir.    Xarici  bank  və  ya  xarici  bank  holdinq  şirkəti  istisna 
olmaqla, əcnəbilərin və xarici hüquqi şəxslərin yerli banklarda 
iştirakına Mərkəzi Bank tərəfindən limit müəyyən edilir.  
Mərkəzi Bank xarici bankların və xarici bank holdinq şir-
kətlərinin yerli törəmə banklarının, filiallarının və nümayəndə-
liklərinin,  habelə  yerli  bankların  xarici  filiallarının  və 
nümayəndəliklərinin  fəaliyyətinin  tənzimlənməsini  və  onlara 
nəzarəti  həyata  keçirdikdə  müvafiq  xarici  bank  tənzimləməsi 
və  nəzarəti  orqanları  ilə  qarşılıqlılıq  əsasında  və  Azərbaycan 
Respublikasının  qanunvericiliyinə  zidd  olmayaraq  (o  cüm-
lədən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq 
müqavilələrə müvafiq olaraq) öz nəzarət funksiyalarının yerinə 
yetirilməsi üçün zəruri olan məlumatı ala bilər. Mərkəzi Bank 
xarici  bank  tənzimlənməsi  və  nəzarəti  orqanları  ilə  məlumat 
mübadiləsini  bu  məlumatın  məxfiliyini  təmin  etməklə  həyata 
keçirə bilər. Bu məqsədlə Mərkəzi  Bank xarici bank tənzimlə-
məsi  və  nəzarəti  orqanları  iləəməkdaşlıq  haqqında  sazişlər 
bağlaya bilər.  
 Xarici banklar və xarici bank holdinq şirkətləri də daxil 
olmaqla,  siyahısı  Mərkəzi  Bank  tərəfindən  müəyyənləşdirilən 
offşor  zonalarda  qeydə  alınmışəcnəbilər  və  xarici  hüquqi 
şəxslər yerli banklar
ın təsisçiləri və ya səhmdarları ola bilməz, 
habelə yerli törəmə banklar təsis edə bilməz, yerli filiallar və ya 
nümayəndəliklər aça bilməzlər. 
Cari  bank  fəaliyyəti  ilə  bağlı  qərarları  qəbul  edərkən 
kredit  təşkilatları  dövlət  hakimiyyəti  və  bələdiyyə  orqanların-
dan  asılı  deyildir  və  onlar  kredit  təşkilatlarının  fəaliyyətinə 
qarışa  bilməz.  Kredit  təşkilatları  qanunla  onların  fəaliyyət 
növlərinə  aid  edilməyən  fəaliyyəti  həyata  keчirməyə  məcbur 
edilə bilməz. Kredit təşkilatlarının və dövlətin müvafiq öhdəlik 
götürdüyü  hallardan  başqa  bütün  digər  hallarda  kredit 


 
118 
təşkilatları dövlətin, dövlət isə kredit təşkilatlarının öhdəlikləri 
üçün məsuliyyət daşımır.  
 Azərbaycan Respublikasının ərazisində banklar və bank 
olmayan  kredit  təşkilatları  bank  fəaliyyətinı  Mərkəzi  Bankın 
verdiyi xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilə bilər. 
vədepozit  əməliyyatları  yalnız  banklar  tərəfindən  həyata 
keçirilə bilər.  Bankın onun nizamnaməsi ilə müəyyən edilmiş 
firma  adında  mütləq  qaydada  "bank"  sözü  olmalıdır.  Heç  bir 
bank  istənilən  sənəddə,  elanlarda  və  ya  reklamda  özünün  ni-
zamnaməsində göstərilən addan fərqli adla adlandırıla bilməz. 
Bank" sözünün işlədildiyi mətndən bu sözün bank fəaliyyətinə 
aid edilmədiyi tam aydın olduğu hallardan başqa bank fəaliy-
yəti ilə məşğul olmayan hüquqi şəxsin adında "bank" sözünün 
("bank" sözü olan söz birləşməsinin) istifadəsi qadağandır.  
 Bankın  törəmə  banklarının  adında  əsas  bankın  adı 
göstərilməlidir.  Bankların  filiallarının,  söbələrinin  və  ya 
nümayəndəlıklərinin  adında  bank  sözü  hüquqi  bağlılıq  və 
mənsubiyyət mənasında göstərilməlıdır.  
 Bank  lisenziyası  ləğv  olunmuş  bankların  adına  "ləğv 
prosesində olan" sözləri əlavə edilir. Bankın adında "Azərbay-
can Respublikası", "dövlət", "milli" sözlərindən istifadə edilm-
əsinə  yaln
ız  qanunvericilikdə  nəzərdə  tutulduğu  hallarda  yol 
verilir  və banklar eyni addan istifadə edə bilməz. 
Banklar, Mərkəz   Bankından aldığı bank lisenziyasında 
qadağan edilməmişdirsə, aşağıdakı fəaliyyət növləri ilə məşğul 
ola bilərlər:  
1.  tələbli  və  müddətli  depozitlərin  (əmanətlərin)  və  digər 
qaytarılan vəsaitlərin cəlb edilməsi;  
2.  kreditlərin  (təminatlı  və/və  ya  təminatsız)  verilməsi,  o 
cümlədən istehlak və ipoteka kreditləşdirilməsi, reqres hüququ 
ilə  və  ya  belə  hüquq  olmadan  faktorinq,  forfeytinq,  lizinq 
xidmətləri və digər kreditləşdirmə növləri;  
3.  fiziki  və  hüquqi  şəxslərin  hesablarının,  o  cümlədən 
bankların müxbir hesablarının açılması və aparılması;  


 
119
4.  klirinq,  hesablaşma-kassa  xidmətləri,  pul  vəsaitinin, 
qiymətli  kağızların  vəödəniş  vasitələrinin  köçürülməsi  üzrə 
xidmətlər göstərilməsi;  
5.  ödəniş  vasitələrinin  (o  cümlədən  kredit  və  debet 
kartları, yol çekləri və bank köçürmə vekselləri) buraxılması;  
6.  öz  hesabına  və  ya  müştərilərin  hesabına  maliyyə 
vasitələrinin (o cümlədən çeklərin, köçürmə veksellərinin, borc 
öhdəliklərinin  və  depozit  sertifikatlarının),  xarici  valyutanın, 
qiymətli  metalların  və  daş-qaşların,  valyuta  və  faiz 
vasitələrinin,  səhmlərin  və  digər  qiymətli  kağızların,  habelə 
forvard  kontraktlarının,  svoplara  dair  sazişlərin,  fyuçerslərin, 
opsionların  və  valyutalara,  səhmlərə,  istiqrazlara,  qiymətli 
metallara  və  ya  faiz  dərəcələrinə  aid  digər  törəmə  vasitələrin 
satın alınması və satılması;  
7.  qiymətli  metalların  əmanətə  cəlb  edilməsi  və 
yerləşdirilməsi;  
8.  öhdəliklərin  icrasına  təminatların,  o  cümlədən 
qarantiyaların  verilməsi  vəöz  hesabına  və  ya  müştərilərin 
hesabına akkreditivlərin açılması;  
9. qiymətli kağızlar bazarında peşəkar fəaliyyət;  
10.  maliyyə  müşaviri,  maliyyə  agenti  və  ya  məsləhətçisi 
xidmətlərinin göstərilməsi;  
11. kreditlərə və kredit qabiliyyətinin yoxlanılmasına dair 
informasiya verilməsi və xidmətlər göstərilməsi;  
12.  sənədləri  və  qiymətliləri,  o  cümlədən  pul  vəsaitlərini 
saxlanca qəbul etmək (xüsusi otaqlarda və ya seyf qutularında 
saxlamaq);  
13.  qiymətlilərin,  o  cümlədən  banknotların  və  sikkələrin 
inkasasiya edilməsi və göndərilməsi;  
Bank Qanunun 32-ci maddəsində icazə verilmiş fəaliyyət 
növləri  istisna  olmaqla,  heç  bir  bank  topdansatış  və  ya 
pərakəndə  ticarət,  istehsal,  nəqliyyat,  kənd  təsərrüfatı,  yataq-
ların  işlənilməsi,  tikinti  və  sığorta  fəaliyyəti  ilə  məşğul  ola  və 
ya  sığorta  təşkilatları  istisna  olmaqla  tərəfdaş,  şərik  və  ya 
payçı kimi bunlarda iştirak edə bilməz.  


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə