M-61 I e. d prof., Zahid Fərrux Məmməd



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə35/98
tarix31.08.2018
ölçüsü2,11 Mb.
#65798
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   98

 
114 
qəbul  etdiyi  normativ  xarakterli  aktlara  uyğun  olaraq  bank 
fəaliyyətini  lisenziyalaşdırır  və  tənzimləyir,  qanunla  müəyyən 
edilmiş qaydada bank fəaliyyətinə nəzarəti həyata keçirir;  
8.  ödəniş 
sistemlərinin 
fəaliyyətini 
təşkil 
edir, 
əlaqələndirir,  tənzimləyir  və  onlar
ın  üzərində  nəzarəti  qanuna 
uyğun olaraq həyata keçirir;  
9.  bu  Qanunla  və  digər  qanunlarдa  nəzərdə  tutulmuş 
başqa funksiyaları həyata keçirir. 
Mərkəzi  Bankın  fəaliyyətinin  əsas  məqsədi  öz  səlahiy-
yətləri  daxilində  qiymətlərin  sabitliyininin  təmin  edilməsi  və   
bank  vəödəniş  sistemlərinin  sabitliyini  və  inkişafını  təmin  et-
məkdir.  Mərkəzi  Bankın  kapitalı  onun  nizamnamə  kapitalın-
dan  və  kapital  ehtiyatlarından  ibarətdir  və    Mərkəzi  Bankın 
nizamnamə kapitalı 50 milyard manatdır.  Mərkəzi Bankın ka-
pital  ehtiyatları  tədavülə  buraxılmış  nağd  milli  valyutanın  15 
faizi miqdarında müəyyən edilir və hesabat ilinin mənfəətindən 
ayırmalar hesabına formalaşdırılır.  
 Mərkəzi  Bank  Azərbaycan  Respublikasının  bank  siste-
minin sabit işini təmin etmək, bank kreditorlarının vəəmanət-
çilərinin  maraqlarını  qorumaq  məqsədilə  bank  fəaliyyəti  üzə-
rində  lisenziyalaşdırma,  tənzimləmə  və  nəzarət  funksiyalarını 
bu Qanuna, "Banklar haqqında" və "Kredit  ttifaqları haqqın-
da"  Azərbaycan  Respublikası  qanunlarına,  Mərkəzi  Bankın 
normativ  xarakterli  aktlarına  və  səmərəli  bank  nəzarəti  üzrə 
beynəlxalq  təcrübəyə  uyğun  olaraq  həyata  keçirir.  Mərkəzi 
Bank qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, kredit 
təşkilatlarının cari fəaliyyətinə qarışmır.  Mərkəzi Bankıı kre-
dit təşkilatlarının öhdəlikləri üçün, kredit  təşkilatları isə Mər-
kəzi Bankın öhdəlikləri üçün cavabdeh deyildir.  
 Mərkəzi Bank banklar üçün sonuncu instansiya kredito-
ru kimi çıxış edə bilər.  Öz funksiya və səlahiyyətlərini həyata 
keçirərkən  Mərkəzi  Bank  kredit  təşkilatlarının  ona  məlum 
olan fəaliyyəti haqqında məlumatı yalnız qanunvericilikdə nə-
zərdə tutulmuş hallarda açıqlaya bilər.  


 
115
Mərkəzi  Bank  Azərbaycan  Respublikasında  bank  fəaliy-
yətinin  həyata  keçirilməsi  üçün  kredit  təşkilatlarına  xüsusi 
icazələrin  (lisenziyaların),  onların  filial  vəşöbələrinə,  habelə 
nümayəndəlik  fəaliyyətinin  həyata  keçirilməsi  üçün  yerli  və 
xarici  bankların  nümayəndəliklərinə  icazələrin  verilməsində  və 
onların  ləğv  edilməsində  müstəsna  səlahiyyətə  malikdir.    Bank 
fəaliyyətinin  həyata  keçirilməsi  üçün  verilən  lisenziyaların  və 
icazələrin forma və məzmununu Mərkəzi Bank müəyyənləşdirir.  
Kredit  təşkilatlarıüчün  prudensial  normativləri  müəyyən 
edərkən Mərkəzi Bank kredit təşkilatlarının növləri üzrə fərqli 
normativləri və onların hesablanması metodlarını müəyyənləş-
dirə bilər.  
Bank kreditorlarının vəəmanətçilərin maraqları baxımın-
dan Mərkəzi Banközünün müəyyən etdiyi qayda vəşərtlər da-
xilində  qısamüddətli  likvidlik  problemi  iləüzləşmiş  kredit  təş-
kilatlarına  tam  təminatlı  kreditlər  verə  bilər.  Belə  kreditlər  6 
aydan  çox  olmayan  müddətə  verilir  və  zəruri  hallarda  6  aya-
dək müddətə uzadıla bilər.  
Kredit  təşkilatları  ilə  qarşılıqlı  fəaliyyət  məqsədilə  Mər-
kəzi  Bank  kredit  təşkilatlarının,  onların  ictimai  birliklərinin 
(assosiasiyalarının)  nümayəndələrini  cəlb  etməklə  bank  işinin 
mühüm  məsələləri  barəsində  məsləhətləşmələr  apara,  əməli 
təkliflər  hazırlamaq  üçün  ictimai  əsaslarla  fəaliyyət  göstərən 
şuralar, iş
çi qruplar yarada bilər.  
 Kredit təşkilatlarıüzərində lisenziyalaşdırma, tənzimləmə 
və  nəzarət  funksiyalarının  effektiv  surətdə  həyata  keçirilməsi 
məqsədilə  Mərkəzi  Bank  xarici  ölkələrin  bank  tənzimi  və 
nəzarəti orqanları ilə bank nəzarəti sahəsində qanunvericiliklə 
müəyyən  edilmiş  qaydada  sazişlər  bağlaya  vəəməkdaşlıq  edə 
bilər.  Bu cür əməkdaşlıq Mərkəzi Bankиля xarici ölkənin bank 
tənzimi  və  nəzarəti  orqanı  arasında  fəaliyyət  göstərən  və  ya 
fəaliyyətə  başlamaq  istəyən  subyektlər  haqqında  informasiya 
mübadiləsini,  birgə  nəzarətin  həyata  keçirilməsini  əhatə  edə 
bilər,  bu  şərtlə  ki,  həmin  orqan  aldığı  informasiyanın 


 
116 
məxfiliyini  qoruyacaq  və  yalnız  bank  nəzarəti  məqsədləri  ilə 
istifadə edəcəkdir.  
Mərkəzi  Bank  maliyyə  sektorunun  digər  seqmentlərində 
tənzimləmə  və  nəzarət  funksiyalarını  həyata  keçirən  dövlət 
orqanları  ilə  qarşılıqlıəməkdaşlıq  əsasında  tənzimləmə  və 
nəzarət obyektləri haqqında qanunvericiliklə müəyyən edilmiş 
qaydada məlumat mübadiləsi apara bilər, bu şərtlə ki, tərəflər 
aldığı  informasiyanın  məxfiliyini  qoruyacaq  və  yalnız  nəzarət 
məqsədləri üçün istifadə edəcəklər.  
Mərkəzi Bankın lisenziyalaşdırma, tənzimləmə və nəzarət 
funksiyalarının icrası iləəlaqədar qəbul etdiyi qərarlar barəsin-
də  mübahisələrə  məhkəmə  qaydasında  baxılır.  Şikayətin 
verilməsi həmin qərarın icrasını dayandırmır.  
Mərkəzi  Bank  aşağıdakı  fəaliyyətləri  həyata  keçirə 
bilməz:  
1.  bu  Qanunda  nəzərdə  tutulmuşşəxslərdən  başqa,  digər 
hüquqi və fiziki şəxslərlə bank əməliyyatları aparmaq;  
2  istehsal,  ticarət,  sığorta  və  bu  Qanunda  nəzərdə 
tutulmuş  hallar  istisna  olmaqla,  digər  kommersiya  fəaliyyəti 
ilə məşqul olmaq;  
3.  Mərkəzi  Bank  fəaliyyətini,  Mərkəzi  Bank  qarşısında 
olan öhdəliklərin icrasını, habelə Mərkəzi Bankın əməkdaşları-
nın sosial ehtiyaclarını təmin etmək üçün zəruri olan hallar is-
tisna olmaqla, daşınmaz əmlak üzərində tam və ya qismən əşya 
hüquqlarını almaq, satmaq və ya başqa tərzdəəldə etmək.  
 
“Banklar  haqqında  Azərbaycan  Respublikasinin  qanunu” 
(16  yanvar  2004-cü    il  il,  ən  son  əlavə  və  dəyişikliklərlə 
26.05.2009.)  Azərbaycanda  bank  sisteminin  hüquqi  bazasının 
beynəlxalq standartlara tam uyğunlaşdırılması, iqtisadiyyatda 
bank  xidmətlərinin  rolunun  artırılması,  bank  əmanətçilərinin 
və  kreditorlarının  müdafiəsinin  gücləndirilməsi  və  bütövlükdə 
bank sisteminin stabil və təhlükəsiz fəaliyyətinin təmin edilmə-
si  məqsədilə  bankların  təşkili,  daxili  idarəedilməsi,  fəaliyyəti-


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə