M-61 I e. d prof., Zahid Fərrux Məmməd



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə43/98
tarix31.08.2018
ölçüsü2,11 Mb.
#65798
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   98

 
138 
Son  illər  finans  bazarlarına  doğrudan  müdaxilə  edən  pul 
siyasəti  alətləri  əvəzinə,  dolayı  olaraq  müdaxiləyə  izin  verən 
alətlərin də daxil olduğu müşahidə edilməkdədir. 
Pul  siyasəti  iqtisadi  siyasətin  əsas  elementlərindən  biridir. 
Onun strateji  məqsədi dövlət orqanları tərəfindən müəyyənləşdi-
rilir.  Pul  siyasəti  element  kimi  ümumi  məqsəd  əldə  olunınasına 
şərait  yarad
ır,  lakin  o,  lazımi  məqsədəçatmaq  imkanında  deyil. 
Monetar  orqanlar  ancaq  müəyyən  məqsədlərə  nail  ola  bилярляr. 
Onlar  da  digər  sahələrdə  məqsədə  nail  olmaga  kömək  edir  və 
dövlətə  iqtisadi  siyasətin  reallaşdırılmasıüçün  şərait  yaradırlar. 
Monetar orqanlar heç də həmişə pul tədavülünü səmərəli inkışaf 
etdirməni təmin edə bilmirlər. Bu müvəffəqiyyətsizlik çox zaman 
dəqiq  müəyyənləşmiş  strategiyanın  olmaması  iləəlaqədar  olur. 
Əgər pul siyasəti pui tədav
ülünün stabilliyinə gətirib çıxartmırsa, 
bu  o  demək  deyil  ki,  pul  siyasəti  gücsüzdür.  Bu  ona  görədir  ki, 
onun  qarşısında  pul  siyasətinin  müvəffəqiyyətini  təmin  edən 
məqsədlər qoyulmamışdır. 
Pul siyasəti strategiyasının hazırlanması iki mərhələdən iba-
rətdir:  onun  son  məqsədinin  müəyyən  edilməsi;  cari  məqsədin 
müəyyən edilməsi. Bütün bu məqsədlərin hamısı monetar orqan-
lar tərəfindən həyata keçirilir.  
Pul  siyasətinin  son  məqsədi  öz  səlahiyyətləri  daxilində 
qiymətlərin sabitliyininin təmin edilməsidir. Hər bir ölkənin iq-
tisadi  siyasətinin  əsasında  inflyasiya  səviyyəsinin  aşağı  salın-
ması vəÜDM-in artımı durur. Bildiyimiz kimi, dövlət orqanla-
rının əsas məqsədi müəyyənləşmiş siyasi iqtisadi tədbirlərin hə-
yata keçirilməsi yolu ilə stabilliyin əldə olunması və bu stabilli-
yin  uzun  müddət  qorunmasıdır.  Ümumi  iqtisadi  stabillik  hər 
şeydən  əvvəl  əsas  makroiqtisadi  g
östəricilərin  müəyyən  vəziy-
yətini  nəzərdə  tutur.  Bunlara  əsasən  istehsalın  stabil  artımı, 
stabil qiymətlər, işçi qüvvəsinin tam məşğulluğu,  tədiyə balan-
sının  strukturunda    müsbət  saldoya  nail  olmaqdır.  Ancaq  bu 
kimi  sadalanan nəticələrə nail olmaq üçün monetaristlər belə 
hesab  edirlər  ki,  bütün  bunlara  nail  olmaq    üçün    bazar  ele-
mentləri  sərbəst  fəaliyyət  göstərməlidirlər.  nhisarçı  meyllərin 


 
139
həm  dövlət,  həm  də  xüsusi  sektorda  inkişafı  rəqabətin  öz 
rolunu yerinə yetirməsinə imkan vermir.  
Pul  orqanlarıöz  səlahiyyətlərini  yerinə  yetirmək  üçün  iki 
aspekti dəqiq müəyyənləşdirməlidirlər: 
1) 
pul 
orqanlarının 
səlahiyyətlərinin 
müəyyənləşdirilməsi.Belə  bir  praktika  mövcuddur  ki,  Mərkəzi 
Banklar  bütün  əldə  olunmuş  nailiyyətləri  öz  adlarına  çıxır, 
uğursuzluqlara görə isəçətinliklərə qarşı duracaq səlahiyyətlərinin 
olmadıqlarını bəhanə gətirirlər. 
2) Pul sisteminin stabilliyi. Həyata keçirilən pul siyasətinin 
stabilliyi  iqtisadi  sistemin  stabilliyindən  xəbər  verir.  Məsələn, 
qiymət  səviyyəsi  stabil  olmazsa,  həm  istehsalçıların  və  həm  də 
istehlakçıların давранышында dəyişikliklər olacaqdır. Ona görə də 
M. Fridmen Mərkəzi Bankın həm pul kütləsini və ya uçot dərə-
cələrini tez-tez kəskin şəkildə dəyişdirməsinin əleyhinəçıxırdı. 
Daxili və xarici, taktiki və aralıq məqsədlərin fərqləndirilməsi 
mütləq bir- birinə qarşı duran kimi qəbul edilir. Əsl həqiqətdə daxili 
və  xarici,  taktiki  və  aralıq  məqsədlərin  fərqləndirilməsi  mütləq 
deyildir. Əslində onlar arasında sıx əlaqə olduğuna görə pul siyasəti 
vardır. Bizim təsnifatda taktiki və aralıq məqsədlərin araşdırılması 
monetаr orqanların səlahiyyət dairəsinin müəyyənləşdirilməsi zəru-
rətindəndir.  Beləşəraitdə  nəzarət  sadələşir,  müvəffəqiyyət  və 
müvəffəqiyyətsizliyə  görə  bir  orqan  məsuliyyət  daşıyır.  Pul-kredit 
tədbirlərinin  reallaşdırılması  prosesi  iqtisadçı  alimlər  tərəfindən 
müxtəlif cür pul-kredit tədbirlərinin azad olaraq həyata keçirilməsi-
nin əleyhinə olaraq bəzi monetarçılar onun "Pul konstitusiyası" va-
sitəsi ilə reallaşdırılmasını irəli sürürlər. "Pul konstitusiyası" dedik-
də, əvvəlcədən müəyyənləşdirilmiş tədbirlər paketi nəzərdə tutulur 
və bu qaydaların çox nadir hallarda dəyişdirilməsi qeyd edilir. Bu 
qayda  və  qanunların  iqtisadi  proqnozlar  əsasında  hazırlanmasını 
nəzərdə tuturlar.  
Bunun əksinə olaraq son illər pul sisteminin liberallaşdırıl-
ması  ideyaları  geniş  yayılmışdır.  Bütün  bu  nəzəriyyələrin  əsas 
məqsədi  pul  siyasətinin  iqtisadi  proseslərə  təsirinin  optimallaş-
dırılması  istiqamətidir.    Pul  siyasətinin  müxtəlif  ölkələrdə  məq-


 
140 
sədlərinin  fərqlənməsi  monetar  orqanların  taktikasının  seçilmə-
sindən asılıdır.  
Pul  siyasətinin  strategiyası  kimi  məqsədləri  də  aşağıdakı 
kimi  təsnifləşdirilir:  fəaliyyət  sərhədlərinə  görə;  pul  siyasətini 
daxili və xarici olaraq iki istiqamətə bölmək olar. Fəaliyyət vaxtı-
na görə(taktiki və aralıq) də pul siyasətinin müəyyənləşdirilməsi 
mühüm əhəmiyyət kəsb edir.  
Taktiki  məqsəd  dedikdə,  pul  orqanlarının  açıq  bazarda 
ardıcıl  əməliyyatlar  aparması  vəzifələri  nəzərdə  tutulur.  Aralıq 
məqsəd  isə,  müəyyən  vaxt  intervalında  iqtisadi  dəyişiklərin  tən-
zim  edilməsi  vəzifələrini  ifadə  edir.  Aralıq  məqsədlərə  istehsalın 
nominal həcmi, faiz dərəcəsi, pul kütləsinin artım tempi, qiymət 
səviyyəsi aiddir. 
Pul  siyasətinin  aralıq  məqsədlərindən  biri  də  pul  kütləsinin 
artırılmasıdır. Pul kütləsinin dəyişdirilməsi istehsalın hecminə təsir 
edir. Lakin bu təsirin hansı səviyyədə olması iqtisadçılar arasında 
mübahisələrə səbəb olur. Pul kütləsinin artırılması nominal istehsal 
həcmini artırır. Faiz dərəcəsi ilə pul dövriyyə sürəti arasında asılılıq 
olduğuna  görə  Mərkəzi  bank  daim  tədavüldə  olan  pul  kütləsini 
korrektə  etməlidir.  Müasir  pul  nəzəriyyələri  pulun  dövriyyə 
sürətinə stabil deyil, dəyişkən səviyyə kimi baxır.  
Ümumiyyətlə, pulun dövriyyə sürətinə iki amil  faiz norması 
və inflyasiya səviyyəsi təsir göstərir. Pul siyasətinin aralıq məqsəd-
lərindən  biri  də  qiymət  səviyyəsinin  nəzarətdə  saxlanılmasıdır. 
Qiymət səviyyəsinin qaxması bütün iqtisadi proseslərə təsir edir. 
Ona  görə  də  dövlət  orqanlarının  həyata  keçirdikləri  iqtisadi 
siyasətdə  bu  göstərici  əhəmiyyətli  yer  tutur.  Qiymət  səviyyəsi 
müəyyən  nöqtədən  aşağı  düşdükdə  Mərkəzi  Bank  bank 
sisteminəəlavə  ehtiyatlar  verməklə  məcmu  tələbi  artırır.  Qiymət 
səviyyəsi  müəyyən  edilmiş  nöqtədən  yuxarı  qalxdıqda  əksinə 
tədbirlər  həyata  keçirilir.  Pul  siyasətinin  daimi  eyni  səviyyədə 
saxlanılmasının  çatışmayan  tərəfləri  vardır.  Bu  onunla  əlaqə-
dardır  ki,  bu  prosesdə  təklifdə  ola  biləcək  şokların  nəticələri 
iqtisadi sistemə mənfi təsir edir. Təklifdə ola biləcək şok zamanı 
Mərkəzi  Bank  pul  kütləsini  sıxmaqla  qiymət  səviyyəsini  eyni 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə