135
sadələşdirilmiş, kreditin müddəti və məbləği artırılmış, ilkin
ödənişə olan tələb azaldılmış, həyat sığortasına olan məcburi
tələb götürülmüşdür. Qeyd olunan Fərman ilə həmçinin
«Azərbaycan Respublikasında güzəştli ipoteka kreditlərinin
verilməsi Qaydaları» da təsdiq edilmişdir.
«Azərbaycan Respublikasının Milli Bankı nəzdində
Azərbaycan poteka Fondunun yenidən maliyyələşdirdiyi
ipoteka kreditlərinin müvəkkil kredit təşkilatları tərəfindən
verilməsinə dair Standart Tələblər» ipoteka kreditləşdirilməsi
sistemində və qanunvericilikdə mövcud olan yeni dəyişikliklərə
uyğunlaşdırılmış, yaşayış sahəsinin alqı-satqısı və ipotekası
müqaviləsinin (Qarışıq müqavilə) nümunəvi forması təsdiq
edilmişdir. Nəticədə verilmiş ipoteka kreditlərinin böyük
hissəsi üzrə qarışıq müqavilə modeli tətbiq edilmişdir.
Hesabat dövrüərzində A F tərəfindən əvvəlki ildə
verilmiş ipoteka kreditlərinin yenidən maliyyələşdirilməsi
davam etdirilmişdir. Belə ki, 2008-ci ilin dövlət büdcəsindən
ipoteka kreditləşməsi üçün ayrılmış vəsaitlərdən 22,0 mln. Ma-
nat A F-ə köçürülmüşdür. 2008-ci ildə Fond tərəfindən 451
kredit üzrə 16,9 mln. manat məbləğində yenidən maliyyələş-
dirmə həyata keçirilmişdir. Ümumilikdə, 31 dekabr 2008-ci il
tarixinə A F tərəfindən ümumi məbləği 63,3 mln. manat olan
ipoteka kreditləri yenidən maliyyələşdirilmişdir.
136
FƏS L 26. MƏRKƏZ BANKIN FƏAL YYƏT
Mərkəzi Bankı pul təklifini iqtisadiyyatın pul tələbinə,
iqtisadi və sosial siyasətin hədəflərinə görə ayırmağa çalışır;
banklar iqtisadiyyatda gerçəkləşdirilən borc verə bilir, fondları
ticarət, sənaye və kənd təsərrüfatına, tikinti və s. kimi sektorlara
kredit formasında dağıdaraq, bir qrup iqtisad vahidlərin likvid
çoxluğu ilə, digərlərinin likvid ehtiyaclarının ödənilməsinə yığım
edilən pulların bazara axmasını saxlamaq şərti ilə iqtisadi
fəaliyyətlərin
davamlılığına
və
genişlənməsinə
xidmət
edirlər.Mərkəzi Bankı banknot ixrac edən, dövlətin və bankların
kredit ehtiyaclarını ödəyən bir bankdır. qtisadi siyasətdə pul si-
yasətinin yeri və rolu zaman içində önəmli dəyişikliklərə
uğramışdır. Pul siyasətinin iqtisadi siyasətdəki ağırlıq payı
artdıqca, pul siyasətini həyata keçirən qurumun da, yəni Mərkəzi
Bankın da iqtisadiyyatda gücü və önəmi artmaqdadır.
Mərkəzi Bank dövlətin öhdəlikləri üçün, dövlət isə Mərkəzi
Bankın öhdəlikləri üçün cavabdeh deyildir. Mərkəzi Bank
Azərbaycan dövlətinin bankıdır. Mərkəzi Bank Azərbaycan
dövlətinin maliyyə agenti kimi çıxış edə bilər. Mərkəzi Bank
Qanunla müəyyən olunmuş məqsədlərinə uyğun olaraq dövlətin
iqtisadi siyasətinin həyata keçirilməsinə səlahiyyətləri daxilində
yardım edir.
Mərkəzi Bank Azərbaycan Respublikasının dövlət büdcəsi
kəsirinin birbaşa maliyyələşdirilməsi üçün dövlətə kredit vermir.
Dövlət büdcəsində qısamüddətli vəsait çatışmazlığı
yarandıqda, Mərkəzi Bank müvafiq icra hakimiyyəti orqanı ilə
bağlanmış müqaviləyə əsasən gəlir gətirən dövlət borc qiymətli
kağızları ilə təmin edilməsi şərti ilə dövlətə ən çoxu 6 ay müd-
dətinə və cari ildə ödənilmək şərti ilə milli valyutada (manatla)
kredit verə bilər. Belə kreditlərin verilmiş və ödənilməmiş hissəsi-
nin ümumi məbləği son üç il ərzində dövlət büdcəsinin orta gəlir-
lərinin 3 faizindən çox ola bilməz. Mərkəzi Bank tərəfindən Azər-
baycan dövlətinin buraxdığı borc qiymətli kağızların alınması
dövlətə kreditlərin verilməsi hesab olunur. Belə əqdlər Qanunun
137
49-1.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqlayal-
nız təkrar bazarda bağlanıla bilər və onlara Qanunun 16.2-ci mad-
dəsinin şərtləri şamil olunur. Pul siyasətinin həyata keçirilməsi ilə
ə
laqədar tələb olunduğu halda, Qanunun 16.2-ci maddəsinin şərt-
ləri tətbiq edilmir, bu şərtlə ki, dövlət borc qiymətli kağızlarının
alqı-satqısı təkrar bazarda həyata keçirilmiş olsun.
Mərkəzi Bank müvafiq icra hakimiyyəti orqanı ilə
razılaşdırılmış şərtlərlə dövlət xəzinədarlıq hesablarına xidmət
göstərir. Pul siyasətinin həyata keçirilməsi ilə əlaqədar tələb
olunduqda, Mərkəzi Bank müvafiq icra hakimiyyəti orqanı ilə
razılaşdırılmış şərtlərlə dövlətdən müddətli depozitlər qəbul edə
bilər. Mərkəzi Bank Azərbaycan Respublikasının dövlət
hakimiyyəti orqanlarının, habelə dövlət və büdcədənkənar dövlət
fondlarının bank hesablarına xidmət göstərə bilər.
Mərkəzi Bank Azərbaycan Respublikasının müvafiq icra ha-
kimiyyəti orqanlarına dövlətin iqtisadi siyasətinin başlıca istiqa-
mətlərinə, o cümlədən büdcə-vergi, qiymət-tarif tədbirlərinə, ha-
belə dövlətin daxili və xarici borcunun həcminə və idarə edilməsi-
nə dair təkliflər verə bilər. Mərkəzi Bank bilavasitə Mərkəzi Ban-
kın funksiya və səlahiyyətlərinə aid edilən məsələlər və bank mə-
sələləri üzrə sorğu əsasında qanunların və digər normativ hüquqi
aktların layihələrinə dair rəy verə bilər.
Mərkəzi Bank müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdı-
rılmış şərtlərlə dövlətin maliyyə agenti funksiyalarını həyata keçi-
rə bilər. Maliyyə agenti olaraq, Mərkəzi Bank dövlətin borc qiy-
mətli kağızlarını yerləşdirmək və onlarla digər əməliyyatlar apar-
maqla dövlət borcuna xidmət göstərə, habelə qanunla müəyyən
edilmiş hallarda və qaydada başqa maliyyə əməliyyatlarını apara
bilər.
Mərkəzi banklar pul siyasətinin həyata keçirilməsi istiqa-
mətində müəyyən etdikləri hədəf və məqsədlərəçatmaq üçün
müxtəlif vasitələrdən istifadə edirlər. Ancaq bu vasitələrin təsirlə-
ri isəölkədən ölkəyə vəən əsası da ölkələrin iqtisadi səviyyələrinə
və struktur özəlliklərinə bağlı olaraq önəmli fərqliliklər göstər-
məkdədir.
Dostları ilə paylaş: |