M-61 I e. d prof., Zahid Fərrux Məmməd



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə44/98
tarix31.08.2018
ölçüsü2,11 Mb.
#65798
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   98

 
141
saxlamağa  çalışır.  Bu  isə  iqtisadi  sistemin  inkişafinın  qarşısını 
alır. 
Pul siyasətinin aralıq məqsədlərindən biri də faiz dərəcələri-
nin iqtisadi aktivliyi stimullaşdıracaq səviyyədə olmasını tənzim et-
məkdən ibarətdir. Pul siyasəti vasitəsi ilə Mərkəzi Banklar faiz də-
rəcələrinətəsir edir və onların müəyyən həddən artıq olmasın qarşı-
sını alır. Mərkəzi Bank birbaşa faiz dərəcəsinin səviyyəsini müəy-
yənləşdirmək imkanında deyildir. Dolayı metodlar vasitəsi ilə faiz 
dərəcəsini  tənzim  etmək  üçün  Mərkəzi  Bank  uçot  dərəcəsindən 
istifadə edir. Digər tərəfdən açıq bazarda əməliyyatların aparılma-
sı faiz dərəcəsinin səviyyəsinə təsir edə bilir. Faiz dərəcəsinin aşağı 
və ya yüksək olması iqtisadi fəallığa, investisiya mühitinəçox güclü 
təsir edir. 
Ümumiyyətlə, bütün ölkələrdə mərkəzi bankların əsas vəzi-
fəsi çevik pul-kredit siyasətinin aparılması və pul-kredit siyasəti-
nin əsas metodları ilə iqtisadiyyatda tənzimləyici funksiyasını ye-
rinə yetirməkdir. Pul-kredit siyasətinin başlıca istiqamətlərindəöl-
kənin makroiqtisadi və makromaliyyə vəziyyəti təhlil edilir, pul-
kredit siyasətinin və bank sisteminin inkişafının əsas istiqamətləri 
əks etdirilir.  
Mərkəzi  Bank  qarşıdakı  il  üçün  dövlətin  pul  siyasətinin 
əsas istiqamətlərini oktyabr ay
ının 1-dən gec olmayaraq, Azər-
baycan Respublikası Prezidentinə təqdim edir və dekabr ayının 
31-dək  kütləvi  informasiya  vasitələrində  ictimaiyyətə  açıqlayır. 
Pul siyasətinin əsas istiqamətlərini açıqlayarkən, Mərkəzi Bank 
cari  ildə  həyata  keçirilən  pul  siyasətinin  yekunlarını,  habelə 
qarşıdakı il üçün müəyyən etdiyi  pul siyasətinin məqsəd və və-
zifələrini, Mərkəzi Bankdan asılı olan və asılı olmayan amilləri 
dəəks etdirməklə onların həyata keçirilməsi yollarını göstərir. 
Mərkəzi  Bank  dövlətin  öhdəlikləri  üçün,  dövlət  isə  Mər-
kəzi Bankın öhdəlikləri üçün cavabdeh deyildir. Mərkəzi Bank 
Azərbaycan  dövlətinin  bankıdır.  Mərkəzi  Bank  Azərbaycan 
dövlətinin  maliyyə  agenti  kimi  çıxış  edə  bilər.  Mərkəzi  Bank 
bu  Qanunla  müəyyən  olunmuş  məqsədlərinə  uyğun  olaraq 


 
142 
dövlətin iqtisadi siyasətinin həyata keçirilməsinə səlahiyyətləri 
daxilində yardım edir.  
Mərkəzi Bank Azərbaycan Respublikasının dövlət büdcə-
si kəsirinin birbaşa maliyyələşdirilməsi üçün dövlətə kredit ver-
mir.    Dövlət  büdcəsində  qısamüddətli  vəsait  çatışmazlığı  ya-
randıqda,  Mərkəzi  Bank  müvafiq  icra  hakimiyyəti  orqanı  ilə 
bağlanmış müqaviləyəəsasən gəlir gətirən dövlət borc qiymətli 
kağızları ilətəmin edilməsi şərti ilə dövlətəən çoxu 6 ay müddə-
tinə  və  cari  ildəödənilmək  şərti  ilə  milli  valyutada  (manatla) 
kredit  verə  bilər.  Belə  kreditlərin  verilmiş  vəödənilməmiş 
hissəsinin  ümumi  məbləği  son  üç  il  ərzində  dövlət  büdcəsinin 
orta  gəlirlərinin  3  faizindən  çox  ola  bilməz.    Mərkəzi  Bank 
tərəfindən  Azərbaycan  dövlətinin  buraxdığı  borc  qiymətli 
kağızların alınması dövlətə kreditlərin verilməsi hesab olunur.  
Mərkəzi  Bank  müvafiq  icra  hakimiyyəti  orqanı  ilə  razı-
laşdırılmışşərtlərlə  dövlət  xəzinədarlıq  hesablarına  xidmət 
göstərir.    Pul  siyasətinin  həyata  keçirilməsi  iləəlaqədar  tələb 
olunduqda, Mərkəzi Bank müvafiq icra hakimiyyəti orqanı ilə 
razılaşdırılmışşərtlərlə dövlətdən müddətli depozitlər qəbul edə 
bilər.    Mərkəzi  Bank  Azərbaycan  Respublikasının  dövlət 
hakimiyyəti  orqanlarının,  habelə  dövlət  və  büdcədənkənar 
dövlət fondlarının bank hesablarına xidmət göstərə bilər.  
Mərkəzi Bank Azərbaycan Respublikasının müvafiq icra 
hakimiyyəti  orqanlarına  dövlətin  iqtisadi  siyasətinin  başlıca 
istiqamətlərinə, o cümlədən büdcə-vergi, qiymət-tarif tədbirlə-
rinə,  habelə  dövlətin  daxili  və  xarici  borcunun  həcminə  və 
idarə edilməsinə dair təkliflər verə bilər.  
Mərkəzi  Bank  bilavasitə  Mərkəzi  Bankın  funksiya  və 
səlahiyyətlərinə  aid  edilən  məsələlər  və  bank  məsələləri  üzrə 
sorğu  əsasında  qanunların  və  digər  normativ  hüquqi  aktların 
layihələrinə dair rəy verə bilər.  
Mərkəzi Bank dövlətin maliyyə agenti kimiMərkəzi Bank 
müvafiq  icra  hakimiyyəti  orqanı  ilə  razılaşdırılmışşərtlərlə 
dövlətin  maliyyə  agenti  funksiyalarını  həyata  keçirə  bilər. 
Maliyyə  agenti  olaraq,  Mərkəzi  Bank  dövlətin  borc  qiymətli 


 
143
kağızlarını  yerləşdirmək  və  onlarla  digər  əməliyyatlar  apar-
maqla  dövlət  borcuna  xidmət  göstərə,  habelə  qanunla  müəy-
yən edilmiş hallarda və qaydada başqa maliyyəəməliyyatlarını 
apara bilər. 
Pul siyasətini həyata keçirərkən Mərkəzi banklar iki istiqa-
mətdə hərəkət edə bilər: 
1. Birbaşa tənzimləyici gücündən istifadə edərək; 
2. Mərkəzi bank dolayı olaraq pul bazarına müdaxilə etmək 
şərti ilə. 
1.  Birbaşa  pul  siyasətinin  alətləri.    Birbaşa  pul  siyasətində 
Mərkəzi  Bank  məqsədlərini  həyata  keçirmək  üçün  bazar 
qaydalarıçərçivəsindən  deyil,  qanuni  qaydalar  yolundan  istifadə 
edir. 
1.1.  Faiz  dərəcələrinə  nəzarət.  MB-nin  birbaşa  alətləri 
içərisindəən çox istifadə ediləni - faiz dərəcələri üzərində nəzarət 
sistemidir.  Mərkəzi  Bank  kredit  qurumlarına  əmanət  və  kredit 
əməliyyatlar
ına  görə  faiz  dərəcələrinə  məhdudiyyət  qoya  bilər. 
Bu  тятбигат  çərçivəsində  müxtəlif  sektorlara  müxtəlif  faiz  də-
rəcələri  tətbiq  edilə  bilər,  və  bu  zaman  stimullaşdırılacaq 
sektorlara  açılacaq  kreditlərin  faiz  dərəcələri  aşağı  səviyyədə 
tutulur.  Burada  məqsəd  kredit  mənbələrin  dövlət  proqramına 
uyğun olaraq prioritet sahələrə verməkdir. 
1.2. Kredit limitləri. Mərkəzi Banklar kommersiya bankları-
nın iqtisadi fəaliyyətləəlaqədar olaraq sektorlara açacaqları kredit 
miqdarına məhdudiyyət qoya bilər. Açılacaq kreditlərə görə məh-
dudiyyət limitləri fərqləndirilir. Stimul edilmək istənilən sektorlara 
ayrılacaq  kredit  limitlərinin  miqdarı  yüksək  tutulur  və  burada 
məqsəd kreditlərin bu sektorlara yönəlməsini təmin etməkdir.  
1.3.  Fərqliləşdirilmiş  reeskont  kreditləri.  Bank  bazasında 
reeskont  kvotaları,  bankların  məqsədlərinə,  risk  vəziyyətinə  uy-
ğun olaraq, likvid ehtiyac
ı iləəlaqədar müəyyən edilir. Məqsəd bu 
kvotaların yardımı ilə yerli bankların reeskont pəncərəsindən da-
ha çox yararlana bilməsini, bununla da bəzi sektorların maliyyə 
baxımından  dəstəklənməsini  təmin  etməkdir.Məsələn,  kənd  tə-


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə