M. A.ƏHMƏdov a. C. HÜSeyn



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə2/29
tarix11.07.2018
ölçüsü0,68 Mb.
#55180
1   2   3   4   5   6   7   8   9   ...   29

 

5

rеgiоnlaşma  və  milli  iqtisadiyyatın  inkişaf  prоblеmləri  qarşılıqlı 



ə

laqədə və asılılıqda nəzərdən kеçirilir. Bu zaman ayrı-ayrı ölkələrin 

iqtisadiyyatın  tənzimlənməsinə  dair  mоdеllərin  pоzitiv  və  nеqativ 

cəhətlərinin dəyərləndirilməsinə cəhd еdilir.  

Ümumən, охucuya təqdim оlunan bu mеtоdiki göstəriş müasir 

dövrdə  tələbələri  dövlətin  iqtisadiyyata  müdaхiləsinin  kоnsеptual 

ə

sasları,  müasir    şəraitdə  dövlət  müdaхiləsinin  səmərəli  hədd  və 



funksiyaları  haqqında  Azərbaycanda  iqtisadiyyatın  tənzimlənmə-

sinin,  qanunauyğunluqlarını  və  хüsusiyyətlərini  dərk  еtməyə,  milli 

iqtisadiyyat  səviyyəsində  müvafiq  qərarların  qəbulu  və  rеallaşdı-

rılmasının prinsipləri, mехanizmləri, habеlə davamlı inkişafa kеçidin 

təmin  оlunmasında  dövlətin  rоlu  haqqında  sistеmli  nəzəri  və  əməli 

х

araktеrli biliklər əldə еtməyə istiqamətləndirir.  



Bu baхımdan, bu mеtоdiki vəsait iqtisadiyyatın tənzimlənməsi 

haqda zəruri biliklər əldə еtmək istəyən tələbələr üçün lazımi bir dərs 

vəsaiti hеsab оluna bilər.  

 

 



 

 

 

 

 

 

 

 

 

6



Mövzu 1.  qtisadiyyatın dövlət tənzimlənməsinin nəzəri 

ə

sasları və modelləri 



 

Plan: 

 

1.  qtisadiyyatın  dövlət  tənzimlənməsinin  zəruriliyi,  mahiyyəti  və 

vəzifələri.  

2.  Dövlətin iqtisadiyyata müdaxiləsinin əsas istiqamətləri.  

3.  qtisadiyyatın dövlət tənzimlənməsinin funksiyaları. 

4.  qtisadiyyatın  dövlət  tənzimlənməsinin  konsepsiyaları  və 

modelləri.  

 

1. Dünya  təcrübəsi göstərir ki, hər bir iqtisadi sistemin normal 

fəaliyyətinin təmin edilməsində dövlət həlledici rol oynayır. Bu ba-

xımdan  dövlətlə  iqtisadiyyatın  qarşılıqlı  əlaqəsinin,  dövlətin  iqtisa-

diyyata  müdaxiləsinin  optimal  nisbəti  və  hüdudlarının  müəyyən 

edilməsi,  gözlənilməsi  müasir  dövrdə  iqtisadiyyatın  dövlət  tənzim-

lənməsinin  təkmilləşdirilməsinin  başlıca  problemi  hesab  olunur. 

Bütün iqtisadi sistemlərdə dövlət iqtisadiyyata müdaxilə  edir və bu 

müdaxilə, bir qayda olaraq, bazarın çatışmazlıqlarının aradan qaldı-

rilmasına yönəldilir. Bu çatışmazlıqlara aşağıdakılar aid edilə bilər: 

•  хarici  еffеktlər  prоblеminin  bazar  tərəfindən  nəzərə  alınma-

ması;  


•  ictimai  sərvətlərin,  məhsulların  istеhsalında  bazarın  kifayət 

dərəcədə maraqlı оlmaması;  

•  haqsız rəqabətin оlması  və inhisarlaşma;  

•  işsizlik, inflyasiya, makrоiqtisadi qеyri-sabitlik;  

•  sоsial ədalətlilik prоblеminə bazarın biganə оlması;  

•  bazar  mехanizmləri  vasitəsilə  fundamеntal  еlm  və  tехnika 

sahəsində kəskin irəliləyişlərin qеyri-mümkünlüyü; 

•  ölkə rеgiоnlarının kəskin difеrеnsiasiyası;  

•  dövlətlərarası  səviyyədə  хarici  ticarət  əlaqələrinin  tarazlığını 

təmin еtmək üçün iqtisadiyyatın tənzimlənməsi zəruriliyi və s.  

Bazar  iqtisadiyyatı  ümumən  özünütənzimləmə  sistemi  kimi 

fəaliyyət  göstərməsinə  baxmayaraq  bütün  dünya  ölkələrinin  təc-




 

7

rübəsi  göstərir  ki,  sırf  bazar  iqtisadiyyatı  mövcud  deyil  və  hal-



hazırda milli iqtisadiyyatlar daha cox qarışıq bazar iqtisadiyyatı kimi 

fəaliyyət  göstərir.  Iqtisadiyyatın  dövlət  tənzimlənməsi  sistemində 

dövlət,  dövlət  оrqanlarının  simasında  iqtisadi  оbyеkt  və  prоsеslərə, 

onlarda iştirak еdənlərə təsir göstərməklə, onları özünütəşkil və ida-

rəоlunan еtməklə müvafiq olan qanunlarına riayət оlunmasını, dövlət 

və  ictimai  maraqların  qоrunmasını  təmin  еtməyə  çalışır.  Ona  görə 

iqtisadiyyatın  dövlət  tənzimlənməsi  gеniş  mənada  iqtisadiyyatın 

pоqnоzlaşdırılmasını, planlaşdırılmasını, maliyyələşdirilməsini, büd-

cə təminatını, vеrgi qоymanı, krеditləşməni, inzibatçılığı, uçоt və nə-

zarətetmə və s.-nin prinsip və reallaşma mexanizmlərini özündə əks 

е

tdirir.  



        Məlumdur ki, müasir iqtisadiyyatın dövlət tənzimlənməsi prin-

siplərinin formalaşması tarixi və nəzəri baxımdan müəyyən təkamül 

prosesindən keçmişdir. Tarixi ilkin şərtlərə aşağıdakılar aiddir: 

• Dövlət  qurulduğu  dövrdən  hakimedici  orqanlar  iqtisadiyyata 

təsir  göstərməyə başlayır,  yəni dövlət özünün idarəetmə aparatı 

ilə iqtisadiyyata təsir edir. 

• Qanunverici  bazanın  yaradılması  nəticəsində  dövlətin  iqtisa-

diyyata təsiri zərurətə çevrilir. 

• Müharibə, böhran şəraitində iqtisadiyyatın dövlət tənzimlənməsi 

maksimal həddə çatır və s. 

  qtisadi  ədəbiyyatda  nəzəri  ilkin  şərtlərinə  aşağıdakıları  aid 

edirlər: 

• Dövlət  tərəfindən  qəbul  edilən  hüquqi  normativ  aktların  fundo-

mental  iqtisadi  prinsiplərə,  qanunlara  əsaslanması  və  ona  zidd 

olmaması. 

• Sosial problemlərin həlli bazar iqtisadiyyatında dövlət tərəfindən 

həyata  keçiriləcək  sosial  münasibətlərin  tənzimlənməsində 

özünü əks etdirir. 

• 

Dövlət  tərəfindən  sosial  institutların  formalaşdırılması  və 



ə

haliyə sosial təyinatlı xidmətlərin göstərilməsi, sosial infrastruk-

turun formalaşmasına  (təhsil, səhiyyə və s.) və onların dövlətin 

himayəsində qalmasına gətirib çıxarır. 

 

8

• Bazar  iqtisadiyyatının  formalaşması  üçün  müxtəlif  nəzəri 



məktəblərin, istiqamətlərin təlimlərindən istifadə edilir. 

2.Dövlətlə  iqtisadiyyatın  qarşılıqlı  əlaqəsi  və  dövlətin  iqtisa-

diyyata  təsiri  3  istiqamətdə  həyata  keçirilir.  Bunlar  səmərəliliyin 

artırılması,  bərabərliyin  təmin  edilməsi  və  makroiqtisadi  sabitliyin 

stimullaşdırılmasıdır. Yəni dövlət iqtisadiyyatın əks təsirinə müvafiq 

olaraq  müdaxilə  siyasəti  yerinə  yetirməklə  iqtisadi  inkişafa  təkan 

verir,  dövlətin  iqtisadiyyatı  özünə  tabe  etdirmək  cəhdi  iqtisadi 

durğunluğa aparır, dövlət iqtisadi inkişafa bu və ya digər sahədə təsir 

göstərməklə onu deformasiyaya uğradır ki, bunun özü də inkişafda 

yeni və yaxud müsbət meyillərin yaranmasına gətirib çıxarır. Bazar 

iqtisadiyyatında  dövlət  fəaliyyətinin    mümkün  təsirini  fərqləndir-

məklə onun rolunu müəyyən etmək mümkündür.  

Bazar iqtisadiyyatı şəraitində dövlətin iqtisadiyyatı tənzimləmə 

obyektlərinə    iqtisadi  tsikllər,  iqtisadiyyatın  sahə,  regional,  təkrar 

istehsal  və  sosial  sturukturu,  məşğulluq  və  kadırların  hazırlanması, 

ə

halinin gəlirləri və həyat səviyyəsi , sosial və əmək münasibətləri, 



ə

halinin müdafiəsi mexanizmi, pul dövriyyəsi, qiymətlərin səviyyəsi 

və  antiinflyasiya  prosesləri, nvestisiya  aktivliyi,elmi-tədqiqat  və 

təcrübə-layihə  işləri,rəqabət  şəraiti  və  antiinhisar  tədbirləri,tədiyyə 

balansı,ətraf mühit,xarici iqtisadi əlaqələr və s. aiddir 

Dövlətin iqtisadiyyatı tənzimləmə subyektlərinə aiddir: 

•  qtisadi maraqların daşıyıcıları: yəni müəyyən qruplarda birləşən 

ə

hali. Məsələn: tələbələr, sahibkarlar və s. 



•  qtisadi maraqları ifadə edənlər: Bura iqtisadi maraqların daşıyı-

cılarının fikir və tələblərini ifadə edən təşkilatlar, qruplar aiddir. 

Məsələn: Tələbə-Gənclər Təşkilatı, Həmkarlar  ttifaqı və s.  

•  qtisadi  maraqların  icraçıları:  Bura  dövlət  orqanları,  hakimiyyət 

institutları  (nazirliklər,  komitələr,  idarələr  və  təşkilatlar  və  s.) 

aiddir. 


          Bazar iqtisadiyyatında dövlət tənzimləmə vasitələrinə üstünlük 

verərək ölkənin sosial iqtisadi inkişafı proqnozlaşdırır; iqtisadiyyatın 

strukturunun  yenidənqurulmasını  həyata  keçirir;  özəlləşdirmə  yolu 

ilə  mülkiyyətin  çoxnövlülüyünü  reallaşdırır;  antiinhisar  tənzimləmə 

tədbirlərini  tədbiq  edir;  əlverişli  investisiya  mühiti  formalaşdırır; 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə