M. A.ƏHMƏdov a. C. HÜSeyn



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə4/29
tarix11.07.2018
ölçüsü0,68 Mb.
#55180
1   2   3   4   5   6   7   8   9   ...   29

 

13

təsir  göstərə  bilir.  Bu  zaman  qəti  tədbirlər  həyata  keçirilərək  qısa-



müddətli  dövrdə  iqtisadiyyatda  mövcud  olan  problemləri  aradan 

qaldırır. Birbaşa metodlara aşağıdakıları aid edirlər: 

     1)Dövlət  proqnozlarının,  proqramlarının  və  planlarının  işlənib 

hazırlanması və tətbiqi. 

     2)Dövlət sahibkarlığının inkişaf etdirilməsi və tətbiqi. 

     3)Dövlət sifarişləri və kontrakt sistemləri. 

 

Sхе 1. Dövlətin iqtisadiyyatı idarəetmə və təsir vasitələri 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Prоqnоzlar 

2) Fərdi prоqramlar  

3) Kоmplеks prоqnоzlar 

4) Prоqramlar 

5) Məqsədli prоqramlar 

6) Kоmplеks prоqramlar  

7) Maliyyə planı  

 (Dövlət büdcəsi) 

8) Rеspublika büdcəsi 

9) Yеrli büdcələr və 

Bələdiyyə büdcələri 

10)  ndiqativ planlar 

11) Dövlət səviyyəli  

13) Rеgiоnal səviyyəli  

12)  Sahə səviyyəli  

 

14



Dövlətin  həyata  keçirdiyi  bu  idarəetmə  vasitələri  çox  vaxt 

birbaşa  tənzimləmə  aləti  kimi  çıxış  edir.  Bazar  iqtisadiyyatına  ke-

çidlə əlaqədar olaraq dövlət gələcəkdə sosial iqtisadi inkişafın vəziy-

yətini əks etdirən proqnozlar işləyib hazırlayır ki, onların çoxlu va-

riantlarda  hazırlanmasının  müsbət  cəhəti  ondan  ibarətdir  ki, 

müəyyən  vəziyyətdə  optimal  olunan  seçilsin.  Proqnozlar  əsasında 

dövlət siyasəti yalnız inkişaf prespektivlərini deyil, həmçinin müəs-

sisələrə,  firmalara  dövlətin  gələcəkdə  həyata  keçirəcəyi  tədbirləri 

göstərməyə imkan verir.  

 

 



Dövlət  proqramları  son  nəticəni  əldə  etmək  üçün  ehtiyatların 

konsentrasiya olunmasına imkan verir. Bu zaman dövlət əsas prob-

lemləri  müəyyənləşdirməklə  proqramlar  vasitəsilə  müəyyən  dövr 

ə

rzində  onların  aradan  qaldırılmasına  nail  olur.  Dövlət  planlar 



vasitəsilə  həyata  keçirilən  tədbirləri  təyin  etməklə  iqtisadiyyata 

məqsədyönlü təsir göstərir. Bu zaman dövlət tərəfindən qəbul olunan 

planlar  iqtisadi  və  sosial  fəaliyyətin  müəyyən  sahələrini  əhatə  edə 

bilər. Planlar vasitəsilə dövlət proporsional inkişafa nail olur. Bazar 

iqtisadiyyatında  dövlət  sahibkarlığının  rolu  kəskin  artır.  Müxtəlif 

dövlətlərdə  dövlət  sahibkarlığının  həcminin  müxtəlif  olmasına 

baxmayaraq  onun  vasitəsilə  dövlət  iqtisadiyyatında  mövcud  olan 

problemləri həll etməyə çalışır. 

Dövlət sahibkarlığı dövlət müəssisələrinin fəaliyyəti nəticəsin-

də  həyata  keçirilməklə  ölkədə  zəruri  olan,  strateji  əhəmiyyət  kəsb 

edən  və  əhalinin  tələbatını  ödəyən  məhsulların  istehsal  olunmasına 

da  şərait  yaradır.  Bəzən  iqtisadiyyatda  dövlət  əhəmiyyəti  olan  və 

ölkənin iqtisadi təhlükəsizliyi üçün vacib sayılan müəssisələr fəaliy-

yət  göstərir  ki,  onlar  rəqabət  qabiliyyətli  olmur.  Bu  müəssisələrin 

fəaliyyət  göstərməsini  təmin  etmək  üçün  dövlət  sifarişlər  siste-

mindən istifadə edir. Eyni zamanda dövlət sifarişləri ölkə üçün zəruri 

olan, lakin sahibkarlar tərəfindən istehsal edilməsi əlverişli olmayan 

məhsulların istehsal edilməsi üçün tətbiq edir. Bazar iqtisadiyyatında 

dövlətin tənzimlənməsi, eyni zamanda genişmiqyaslı satınalmalar və 

sifarişlər vasitəsilə həyata keçirilir. Bu zaman dövlət sifarişləri baza-

rında iqtisadi müqavilə münasibətləri formalaşır. Bu mürəkkəb əla-

qələr  mexanizminin  əsasını  kontrakt  sistemi  və  dövlətin  satınal-




 

15

maları təşkil edir. Hökumət, dövlət sifarişlərini əsas alət kimi istifadə 



etməklə özünün sosial-iqtisadi məsələlərini həll edir. Məsələn: məc-

mu  tələbi  artırır,  xalq  təsərrüfatının  bu  və  ya  digər  sahələrinin 

inkişafına  nail  olur,  rəqabət  qabiliyyəti  olmayan  ancaq  ölkə  iq-

tisadiyyatı  üçün  əhəmiyyətli  olan  müəssisələrin  fəaliyyətini  davam 

etdirməyə imkan verir. Dövlət sifarişçiləri vasitəsilə o ən iri istehlak-

çı  simasında  çıxış  edir  və  bazar  iqtisadiyyatının  inkişaf  edilməsi 

üçün  dövlət  tələbini  mühüm  amilinə  çevrilir.  Eyni  zamanda  dövlət 

sifarişləri indeqativ planın göstəricilərinin yerinə yetirilməsində alət 

rolunu  oynayır.  Dövlət  satınalmaları  əmtəə  və  xidmətlər  bazarında 

birbaşa satın alınması formasında və qabaqcadan sifariş formasında 

həyata  keçirilir.  Birbaşa  satınalma  vasitəsilə  bazarda  mövcud  olan 

ə

mtəələrin  alınması,  qabaqcadan  sifariş  vasitəsilə  isə  unikal  əmtəə-



lərin  (xüsusilə  hərbi)  alınması  həyata  keçirilir.  Dövlət  sifarişləri 

müxtəlif  səviyyəli  bazarlarda  həyata  keçirilə  bilir.  Dövlət  sifarişlə-

rinin  formalaşması  zamanı  aşağıdakı  əsas  prinsiplərə  əməl  edilmə-

lidir:  rəqabətqabiliyyətlilik,  qənaətlilik,  səmərəlilik,  tender  zamanı 

hesabatların olması. 

  Çox  vaxt  tender  zamanı  dövlət  öz  sifarişini  açıq  rəqabət 

prinsipi əsasında qurur ki, bu da informasiya və reklamın geniş ya-

yılmasına  səbəb  olur.  Bəzən  dövlət  sifariş  zamanı  həvəsləndirmə 

tədbirlərindən  də  istifadə  edir.  Bu  həvəsləndirmə  tədbirlərinə  aşa-

ğ

ıdakıları  misal  göstərmək  olar:  müəssisələrə  maliyyə  köməyinin 



edilməsi,  enerji  daşıyıcılarının  qiymətlərində  güzəştlərin  tətbiqi, 

vergi güzəştləri və vergidən azad edilmə və s. 

Dövlət  sifarişlərini  həyata  keçirərkən  aşağıdakı  məqsədlər 

müəyyən  edilir:  dövlətin  maddi  ehtiyyatlarının  yaradılması  və  sax-

lanması, ölkənin təhlükəsizliyinin və müdafiə qabiliyyətliyinin təmin 

edilməsi,  ölkənin  beynəlxalq  aləmdə  öhdəliklərinin  yerinə  yetiril-

məsi üçün məhsulların ixracını təmin etmək, məqsədli dövlət proq-

ramlarını reallaşdırmaq. 

Bazar  iqtisadiyyatında  hal-hazırda  dövlət  sifarişlərinin  aşağı-

dakı  növləri  var:  müdafiə  ilə  əlaqədar  hərbi  sifarişlər,  elmi-təd-

qiqatlara olan sifarişlər, dövlətin maddi ehtiyat fondu üçün məhsulun 

təchizatı sifarişləri, ərzaq təhlükəsizliyini təmin etmək üçün dövlətin 

 

16

və  regionların  kənd  təsərrüfatı  məhsulları  fonduna  sifarişlər,  tikinti 



podrat işlərə sifarişlər. 

Dövlət  sifarişləri  əsasında  kontraktlar  (müqavilələr)  bağlanır. 

Müqavilələrin  bağlanması  zamanı  ikili  qiymət  üsulundan  istifadə 

olunur. 


Birincisi,  sabit  qiymətlər:  Bu  zaman  müəssisə  sifariş  olunan 

ə

mtəənin  sabit  qiymətini  göstərir  və  dövlət  orqanları  müəssisənin 



xərc və mənfəətindən məlumatsız olur. 

kincisi,  istehsal  xərcləri  +  :  bu  zaman  müəssisənin  istehsal 

xərcləri  yüksək  olduğundan  o,  dövlət  orqanlarına  öz  istehsal  xərc-

lərinin  qədərini  göstərir.  Dövlət  orqanları  özləri  müəssisəyə  ve-

riləcək mənfəətin həcmini müəyyən edir.  

            Bu  metodlardan  başqa  dövlət  səviyyəsində  tətbiq  olunan 

aşağıdakı birbaşa metodlar da mövcuddur: 

     1)  qtisadiyyatın inkişaf məqsədlərinin təyin edilməsi. 

     2)  Ölkə  ərazisində  istifadə  olunan  texnologiyalara  və  istehsal 

edilən məhsullara keyfiyyət sertifikatlarının tətbiqi. 

     3)  Müəyyən  məhsul  növlərinin  istehsalına  hüquqi  və  inzibati 

məhdudiyyətlərin, qadağaların qoyulması. 

     4) Əmtəələrin idxal və ixracına məhdudiyyətlərin qoyulması. 

nzibati  (birbaşa)  mеtоdlar  fəaliyyət  sərbəstliyinin  dairəsini 

kiçildir.  Оnlar  dövlətin  iqtisadiyyata  aşağıdakı  birbaşa  təsiri  ilə 

səciyyələnir: inhisar bazarın tənzim оlunması, ətraf mühitin qоrunub 

saхlanması prоblеmləri, standartların hazırlanması və оnlar üzərində 

nəzarət, əhalinin yaşayışının minimum paramеtrlərinin qоrunub saх-

lanılması,  iхracın  lisеnziyalaşdırılması,  хarici  invеstisiyaların  üzə-

rində dövlət nəzarəti. 

qtisadiyyatın dövlət tənzimlənməsinin  inzibati  vasitə və  alət-

ləri  əlavə  maddi  stimulla,  maliyyə  təminatı  ilə  əlaqədar  dеyildir. 

О

nlar dövlət hakimiyyətinin gücünə əsaslanırlar - qabağagеtmə, ica-



zəvеrmə,  məcburеtmə  səlahiyyətlərini  əhatə  еdirlər.  Bazar  iqtisa-

diyyatında  dövlət  tənzimlənməsinin  dolayı  metodları  bazarda  oyun 

qaydalarını  müəyyən  etməklə  təsərrüfat  fəaliyyəti  ilə  məşğul  olan 

subyektlərin maraqlarına təsir göstərir. Dolayı (iqtisadi) tənzimləmə 

metodlarına aşağıdakıları aid edirlər: 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə