M e h r ib a n Ə k b ə ro V a TƏSVİRİ SƏNƏt və onun təDRİSİ metodikasi (Dərslik)



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə21/58
tarix12.10.2018
ölçüsü4,37 Mb.
#73620
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   58

Təsvın sənət və onun tədrisi metodikası
çalışmaq (“portağal  və  limon”,  “top və yumurta”).  Əşya haqqın­
da  biliyi  genişləndirməklə  əşyanın  quruluşunu,  əsas  hissələrini, 
onların  hansı  formada  olmasını,  hissələrin  bir-birinə  nisbətən 
böyüklüyünü  vermə  mənimsədilir.  Məsələn:  uşaqlar  mənimsə­
yirlər  ki,  gəlinciyin  bədənin  başa  nisbətən  böyük  oldıığu  üçün 
ilk öncə onun  bədənini  (böyük  oval),  daha  sonra  onun  üzərində 
yerləşən  başını  (balaca  dairə)  çəkmək  lazımdır.  Kvadrat,  üçbu­
caq  və  düzbucaq  formasının  fərqini  anlatmaqla  bu formaya uy­
ğun  əşyaların  daha  dəqiq  təsviri  mənimsədilir.  Məsələn:  ipdən 
asılmış  yaylıqlar  və  dəsmallar  “ev”,  “quş  yuvası”,  “araba” ver­
mək mənimsədilir.  Təsvirin aydın və dəqiq alınmasında  rənglər­
dən  düzgün  istifadə  vacibdir.  Artıq hu  yaşda  uşaqlar rəngi  əşya­
nın  əlaməti  kimi  verməyi  mənimsəmiş  olurlar.  Məsələn:  porta­
ğalı narıncı, limonu san rəngdə təsvir edirlər.
Rəng  anlayışında 
böyük qrup uşaqları  qırmızı,  narıncı, 
yaşıl,  san,  göy  və  bənövşəyi,  ağ,  boz  və  qara(neytral  rənglər) 
fərqləndirməyi və adlandırmağı bacarırlar.
Dekorativ  təsvirdə -  məhdud sahə daxilində  (ilk öncə zo­
laq  daxilində,  daha sonra  kvadrat,  düzbucaq,  üçbucaq  daxilində) 
naxış tərtibatı  vermək mənimsədilir.  Naxış tərtibatında müəyyən 
bilik  və  bacarıq  əldə  etdikdən  sonra  sadə  naxış  elementlərini 
“künclərdə”,  ortada,  kənarda  və  s.  yerləşdirməyi  mənimsəyirlər. 
Hazır kəsilmiş fomıalar və siluetlər “üzərində” (önlük, papaq və s.) 
yapmalar  qırıq  və  dalğavari  xətlərdən  ibarət  naxış,  nəbati  naxış 
(yapmalar, güllər) həndəsi naxış və s. elementlər mənimsədilir.
Təsvirin  rabitəli  məzmunda  verilməsində  — daha  geniş 
bilik  və  bacarıqlar  mənimsədilir.  Uşaqlar  bir  neçə  əşyanı  eyni 
mövzuda birləşdirərək süjetli təsvirə nail  olurlar.  İlk  öncə uşaqlar 
əşyaları  yalnız  ön  planda,  ardıcıllıqla  yerləşdirməyi  mənimsəyir­
lər.  Fəza münasibətlərini mənimsəməklə təsviri bütün kağız boyu 
(solda, sağda, aşağıda, yuxanda) yerləşdirirlər.  Kağızın aşağısında 
“çəmənlik”,  “otlar”,  “güllər”,  yuxarı  hissədə  “buludlar”,  “ondan 
yağan yağış”, “uçan quşlar” (bilik və bacanqlanndan asılı olaraq) 
təsvir olunur. Fəsil  üzrə təsvirlər maraqlı və məzmunlu alınır.
66


Təsvın sənət və onun tədrisi metodikası
Təsvirin  ifadəli  alınmasında  rəngin  rolu  bövilkdür.  Bu 
məqsədlə  uşaqları  rənglərdən  düzgün  istifadə  etməyə  istiqamət­
ləndirmək  lazımdır.  Böyük  qrup  uşaqları  rəng  uyğunluğunun 
düzgün  verilməsini  (açıq,  tünd  və  s.) mənimsəməklə keyfiyyətli 
təsvirə nail ola bilərlər.
Texnki  bilik,  bacarıq  və  vərdişlərin  əldə  edilməsində 
düzgün  oturuş  və  vəsaitlərdən  düzgün  istifadəyə  nail  olmaq  va­
cib  və  əhəmiyyətlidir.  Fırça  ilə  iş texnikası  daha  da  təkmilləşir. 
Fırçanın  istiqamətini  dəyişmə  və  fırçanın  xovuna  müxtəlif təz­
yiqlər etməklə nazik və qalın xətlər: nöqtələr və yaxma element­
lərini  mənimsəməklə  dekorativ  təsvirin  daha  səliqəli  icrası  mə­
nimsənilir.  Əl  hərəkətlərində  çeviklik,  fırça  və  qələmlə  iş texni­
kasında  ritmiklik  əldə  edilir:  Çərçivədən  çıxmamaq  şərti  ilə 
rəngləmə texnikası təkmilləşir.
Proqramın tədrisi keçilən ıııöv/.ular
Aşağı  qruplarda  olduğu  kimi  ilin  əvvəlində  əldə  edilmiş 
biliklər  möhkəmləndirilir,  qrupa  yeni  gəlmiş  uşaqların  bilik  və 
bacarıq  səviyyəsini  üzə  çıxarmaq  məqsədilə  təkrar  mövzular 
keçirilir.  Qələm  və  fırça  ilə  iş  texnikası  daha  da  təkmilləşir: 
qələmlə,  rəngləmə  işində  əl  bərəkətlərində  ritmiklik  və  axıcılıq 
formalaşır.  Fırça  ilə  iş  prosesi  bir  qədər  mürəkkəbləşir.  Fırçanı 
müxtəlif istiqamətlərə çevirməklə yaxma texnikası  mənimsədilir 
(güllərin ləçəkləri,  yarpaqlar).  Dövrü  xətli təsvirlərlə yanaşı düz 
və maili  təsvirlər  üzərində  də təkrar məşğələlər keçirilir.  Düzbu­
caqlı  əşyaların  təsviri  zamanı  şaquli  xəttin  çəkiliş  texnikası  çox 
hallarda  yuxandan  aşağı  istiqamətdə  üfüqi  xətti  təsvir  edərkən 
əli  çox  hallarda  soldan  sağa  aparmaq  mənimsədilir.  Bu  vaxt 
çəkilən  düz  xətt  göründüyündən  onu  aparma  istiqaməti  da  daha 
aydııı və dəqiq olur.
Birinci  rübdə  -  kəsişən  düz  və  maili  xətli  təsvirlər  daha 
da  təkimilləşir  (ipdən  asılmış  yaylıqlar  və  dəsmallar,  quş  damı 
və ev.)  Bu məqsədlə yüksək səviyyəyə nail olmaq üçün eyni for- 
67


Təsvın sənət və onun tədrisi metodikası
ıııalı  aşvalar  digər  məşğələ  növlərində:  yapma  applikasiya  və 
quraşdırma  məşğələlərilə  eyni  vaxtda(kompleks təlim)  keçirilir. 
Böyük qrup uşaqları artıq naturadan  rəsm fəaliyyəti zamanı əş­
yaların  rəngini  onun  əlaməti  kimi  verməyi  mənimsəyirlər.  Bir 
neçə öyrədici məşğələlərdən sonra süjet və  niyyət üzrə məşğələ­
lər keçirilir.  Süjet  üzrə  rəsm  məşğələlərində  bir neçə  müxtəlif 
(dairə, oval kvadrat və düzbucaq) formalı əşyaları  bir məzmunda 
birləşdirmək  məqsədi  ilə  nağıl  üzrə  illüstrasiyalar.  Otraf aləmi 
əhatə  edən mövzularda  (fəsildə  baş verən təbiət  hadisələri  və s.) 
rəsm məşğələləri keçirilir.
Müasir məşğələlər kompleks  məşğələ  xarakterində  aparı­
larsa  mənimsəmə  və  nəticə  dalıa  effektli  olar.  Məşğələnin  daha 
fəal keçməsi üçün mövzu  uşaqların arzu və  istəyinə  əsasən,  niy­
yət üzrə seçilir, bu zaman  tərbiyəçi  yalnız  uşaqları  istiqamətlən­
dirə bilər.
Oval  formasının  mənimsədilməsi  uşaqlara  təsvir  texnika­
sında  daha  çox  nailiyyətlər  əldə  etmək  imkanı  verir.  Artıq  quş. 
heyvan  və s.  oyuncaqların təsviri zamanı bədən oval  formasında 
verilir.
İkinci  rüb  -   rübün  əvvəlində  ilk  öncə  öyrədici  məşğələ­
lərdə  əldə  edilən  bilik  və  bacarıqları  təkmilləşdirmək  məqsədi 
ilə  süjet  üzrə  rəsm  məşğələləri  keçirilir.  Uşaqlara  bir  mövzuda 
eyni  formalı  bir  neçə təsvir  təklif edilir.  Məsələn:  «Oyuncaqlar 
gəzməyə çıxıb»,  «Ördək balaları  ilə  göldə üzür»  və s.  bədii zöv­
qü  inkişaf etdirən  bu  növ  məşğələlər  prosesində  uşaqlar  təsv iri 
yerlik üzərində yerləşdirmək bacarığını mənimsəyirlər.
Böyük qrup uşaqları  fəza münasibətlərini anladıqca təsvir­
ləri  daha  aydın  və  dərkedici  olur.  Bədii  zövq  inkişaf  edir,  qış 
fəsli  ilə  əlaqədar nağıl üzrə  illüstrasiyalar mövzusunda məşğələ­
lər  keçirilir.  Hər  uşaq  öz  sevdiyi  qəhrəmanını  və  öz  arzuladığı 
təəssüratı təsvir etməyə çalışır.
Niyyət üzrə  rəsnı məşğələlərində tərbiyəçi yalnız yönəldi­
ci  suallarla  uşaqların  fikrini,  düşüncələrini  üzə  çıxararaq  onları 
istiqamətləndirir.
68


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə