M e h r ib a n Ə k b ə ro V a TƏSVİRİ SƏNƏt və onun təDRİSİ metodikasi (Dərslik)



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə29/58
tarix12.10.2018
ölçüsü4,37 Mb.
#73620
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   58

Təsvın sənət və onun tədrisi metodikası
çi  əsasən  əyani məlumat  və təkrarlama məşq üsullarından  istifa­
də  edir.  Çünki bu yaş  dövrünün uşaqları  lazımi bilik bacarıqlara 
yiyələnmədiklərindən  tərbiyəçi əyani  surətdə  nümunəni müşahi­
də  etdirməli  və  onu  uşaqların  gözü  qarşısında  izah  edərək yap­
malıdır.  həmçinin  bir  məşğələdə  qarşıya  qoyulan  məqsədə  nail 
olmadıqda.  mövzunun  adını  dəyişməklə  eyni  formanın  vapıl- 
masını  növbəti  məşğələdə  də  təkrarlatmalıdır.  Məsələn,  keçən 
məşğələdə  tərbiyəçi  uşağa  oyuncaq  gəlinyatmaz  yapdınbsa, 
növbəti məşğələdə onlar oyuncaq ayı və s. yapırlar.
Orta  qrupda  məşğələnin  müddəti  15-20  dəqiqə  olur,  məş­
ğələnin  sonuna  yaxın  tərbiyəçi  işi  tamamlamağı  təklif  edir. 
Uşaqlar (və  ya  tərbiyəçi)  işlərini  bitirdikcə  adları  qeyd  olunmuş 
xüsıısi  lövhələri  işlərinə  taxaraq  yapma  lövhəsində  onun  üçün 
ayrılmış  (hər  uşağa  ayrılmış  guşədə  meyvə  və  ya  tərəvəz  şəkli 
olur)  xüsusi  yerlikdə yerləşdirir.  Yekunda tərbiyəçi  uşağın  adını 
çəkmədən  müəyyən  göstərişlər  (işin  səhvlərini göstərməklə)  ve­
rir. yaxşı  işlərin  isə müəllifləri qeyd olunur və bir daha uşaqlara 
bu  günkü  məşğələdə  fəal  işlədikləri  üçün  təşəkkür  edərək,  hər 
məşğələdə belə fəal olmağı arzulayır.
Mövzudan  asılı  olaraq  tərbiyəçi  yekunu  müxtəlif variant­
larda bitirə bilər.  Məsələn, oyuncaqlara yapılmış tortları paylayır 
və ya yapdıqları  oyuncaq yapmaları  (təyyarə,  gəlinyatmaz və s.) 
guşədəki oyuncaqlara hədiyyə edə bilər.
§3.  Böyiik qrupda yapma fəaliyyəti
Yapmanın xüsusiyyəti, təlim məsələsi.
Həyatın  5-ci  ilində  artıq  yapma  işində  müəyyən  bilik  və 
bacarıqlar  əldə  edildiyindən  uşaqlar  daha  fəal  olurlar.  Uşaqlar 
əşyanın əlamətini  verməyə  çalışırlar ki.  nəticədə  yapmanın key­
fiyyəti yaxşılaşır.  Tərbiyəçinin izahını  daha da diqqətlə dinləyirlər. 
Lakin  hissə  münasibəti  düzgün  verilmir,  hissələr  keyfiyyətli  bir­
ləşdirilmir.  Səbəb  yapma  üsullarının  kifayət  qədər  mənimsənil- 
məməsi, əşya haqqında düşüncənin kifayət qədər olmamasıdır.
90


Təsvın sənət və onun tədrisi metodikası
Yapma  işinin  təlim  məsələsində  tərbiyəçinin  qarşısında 
duran əsas vəzifələr.
Yapma məşğələlərinə dözümlü maraq tərbiyə etmək,  sərbəst­
liyi, əl hərəkətlərinə nəzarəti artımıaq. düşüncə və təfəkkürü, fəallığı 
inkişaf etdinııək,  yaparkən  bütün  barmaqlarla  işləməyi  mənimsət­
mək, əşyaların forması, onun quruluşu, hissələri və onların düzülüşü 
haqqında düşüncəni inkişaf etdinııək, onu yapma işiııdo vermə baca­
rığına nail olmaq. Məs: oyuncağı yaparkən burada yerləşən göz, qaş, 
ağız və s.  vermə bacarığının mənimsədilməsi.  Bu yaş uşaqlarda for­
manın estetik  qavrayışı, hissə  münasibətinin,  simmetriyanın ritmin 
hissi  inkişaf edir.  Yaradıcı  qabiliyyəti  inkişaf etdinııək  məqsədi  ilə 
niyyət üzrə məşğələlər keçirir. Mövzu seçimində və işin planlaşdınl- 
masmda uşaqlara sərbəstlik verilir,  yapma texnikasına tələblər artır. 
Hər hansı bir əşyanı yaparkən formanın alınmasında barmaq ucların­
dan istifadə edilir, hissələri birləşdirərkən yaxma, hamarlama, sığal­
lama priyomlan mənimsədilir.
Proqramın tədrisi keçilən ıııövzular
I  rübdə:  Əldə edilmiş hilik və bacanqları möhkəmləndirmək 
məqsədi  ilə  təkrar  məşğələlər  keçirilir.  Lakin,  tərbiyəçi  formanın 
daha dəqiq alınmasına, xarakter cizgilərin verilməsinə, bunun üçün 
də yapma  zamanı  barmaqlarla işləməyə sövq  edir.  Kökün (konus­
vari  fonna) alınması çətin olsa da barmaqlarla işləməklə buna nail 
olmaq  olar.  “Qıncı  təyyarə",  “gəlin  yatmaz”,  “oyuncaq  pişik", 
“oyuncaq  ayı”,  “cücə”  və  s.  Beləliklə,  I  rübün  sonuna  kimi  tanış 
mövzuda, tanış əşyaları yaparkən yapma üsulları təkmilləşir, fonna 
və əşyaların əlamətləri dəqiqləşir və daha aydın olur.
II  rübdə:  Dekabr  ayından  başlayaraq  yaparkən  kombinə 
və  bütöv üsulla yapma  işi  keçirilir.  Məsələn,  Ördəyin baş  hissə­
sindən dimdiyinin  dartılaraq  alınması,  bədən hissələrindən quy­
ruğun  dartılaraq  plastik  üsulla  alınması,  oyuncaq  dovşanın  yan 
görünüşünün  qurama  üsulu  ilə  (böyük  və  kiçik ovallardan  ibarət 
baş və badən) yapılması,  öndən oval bədənli  “oyuncaq ayı”, üçü
91


Təsvın sənət və onun tədrisi metodikası
bir-birindən kiçik dairələrdən ibarət “qar adamı”, uzun paltarlı “qar 
qız” və  s.  mövzuda  yapma  işləri  mənimsədilir.  Lakin,  uşaqlar  gil 
parçasım hissələrə bölməkdə çətinlik çəkdiyindən tərbiyəçi nəzarəti 
və  istiqamətlondinnə  vacibdir.  Xırda  hissələri  yapmaqla  tərbiyəçi 
uşaqları gil çubuğundan istifadə etməyə, sövq edir.
III 
rübdə:  Barmaqlarla  iş  texnikası  təkmilləşir.  Uşaqlar 
hər lıaıısı  bir oyuncağı və s. yaparkən  xırda hissələri  almaq  üçün 
dartma, çimdikləmə. basma priyomlannı mənimsəyirlər.
Oyuncaq  balıq  plastik üsulla  yapılır.  Ön tərəfdən baş  bar­
maqlarla  yumrulanır,  quyruğu  dartmaqla,  bel  üzgəcləri  çiındik- 
ləməklə.  pulcuqlan, ağzı,  gözü  gil  çubuğu  vasitəsi  ilə  alınır.  Ar­
dınca oyuncaq cücə  bütöv üsulla yapılır.  Cücənin  başı  bütöv  gil 
parçasından  dartılır.  Dimdik  və  quyruq  çimdikləmə  vasitəsi  ilə 
alınır. Cücə yapılmış dayaq üzərinə qoyulur.
III  rübdə  uşaqlar  Novruz  bayramı  ilə  əlaqədar  yapmalar 
edirlər.  “Novruz  xonçası” üçün qoz,  fındıq,  yumurta,  paxlava və 
şəkərbura  və  s.  yapırlar.  Şəkərburanı  alınaq  üçün  dairə  -  disk 
forması  alınır  və  2  qat  qatlanaraq  qıraqları  çimdiklənir.  Gil  çu­
buğu  vasitəsilə  naxışlar  qoyulur.  Bu rübdə  uşaqlar  qablar  yapır­
lar.  Silindr  formasından  baş  barmaqla  basaraq  stəkan,  dairə  - 
disk formalarında,  nəlbəki,  şoraba  qabı  və  s.  yapırlar.  Yapılmış 
qablara  gil  çubuğu  vasitəsi  ilə  sadə  naxışlar  qoyulur,  (nöqtələr, 
qırıq və dalğavari xətlər,  qırıq  xətlərdən  ibarət qaz ayağı  naxışı). 
Nəticədə  uşaqlarda  ritnıin  simmetriyanın  hissi  inkişaf edir,  fəal­
lıq artır.  Uşaqlar işi gözəl etməyə, tamamlamağa çalışırlar.
IV  rübdə:  Yay  mövsümündə  mənimsənilmiş  bilik  və  ba­
carıqları  möhkəmləndirmək  imkanı  yaranır.  Uşaqlar  il  ərzində 
işlədikləri  mövzuları  böyük  həvəslə  yapırlar.  Tərbiyəçi  oxşar 
üsullu  digər əşyalar və  oyuncaqları yapmağı təklif edə  bilər.  Si­
çan. kirpi, qabda meyvələr, qab-qacaq mağazası və s.
Niyyət üzrə məşğələlərdə uşaqlar il ərzində mənimsədiklə­
ri  mövzuda  sərbəst  yapmalar  edə  bilirlər.  Nəticədə,  uşaqlarda 
yaradıcılıq qabiliyyəti və fantaziya inkişaf edir.
92


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə