Təsvın sənət və onun tədrisi metodikası
II rilhdə heyvanların kombinə üsulu ilə yapılması mənim-
sədilir. "Sevimli toplanım", "Məstan pişik”, yaparkən formanın
daha dəqiq alınmasına, işin keyfiyyətinə nəzarət edilir. Yeni
üsulla yapma heç də məcburi deyil. Hər uşağa özü üçün məqbul
olan üsulla yapmaq imkanı verilir. Hər hansı bir əşyanı yaparkən
xırda hissələr uşaqlar tərəfindən icra olunur. Məsələn: Xoruz
yaparkən quyruq hissədə uzunsov zolaqlardan rəngarəng lələklər
qoyulur. (Tərbiyəçinin köməyi ilə bu halda məqbul sayılır.)
Bu rübdə milli qablar, kasa, dolça və s. yapılaraq milli
(qoç buynuzu, buta) və nəbati (varpqlar güllər) naxış elementləri
gil çubuğu vasitəsilə qoyulur. Uşaqlar meyvə vazı yapırlar.
Halqalardan “gözəl fincan, naxışlı qənd qabı yapılır və üzəri
naxışlanır.
III Rübdə — Yaz mövsümü ilə əlaqədar mövzularda yap
ma işləri (“Novruz xonçası”, “Səməni”, “Bahar qızı”) keçirilir.
Nağıl üzrə ("Tıq-qıq xanım". “Tülkü və qarğa”, "Tülkü və dur
na". "İki acgöz ayı balası", "Qoğal" və s.) personojlar yapılır və
səhnəcik hazırlanır.
Dekorativ yapma üzrə "Nənəmin qabları", "Qab-qacaq
mağazası" mövzusunda məşğələlər keçilir.
IV Rübdə - İl ərzində mənimsənilmiş mövzularda yapma
lar edirlər. Qrup halında işləyərkən hər uşaq öz yapacağı əşya
haqqında fikrini söyləyir. Məsələn. "Heyvanxana", "Quşçuluq
ferması", "Futbol meydançası", "Sevimli oyuncağım", "Ev hey
vanları.
Məktəbə hazırlıq qrupunda yapma məşğələlərinin
təşkili və keçirilməsi metodikası
Bu qrup uşaqları yaradıcı xarakterli tapşırıqları icra et
məyə həvəsli olduğundan onlara süjet xətti düşünmək üçün sər
bəst seçim verilməlidir. Təsvirçilik sənətinin ifadəli əsası güc
ləndikcə uşaqların təlimi daha cəld və effektli inkişaf edir. Bu
məqsədlə musiqi dinləmək, şifahi xalq ədəbiyyatı nümunələri ilə
96
Təsvın sənət və onun tədrisi metodikası
tanışlıq, təbiət qoynuna gəzinti təşkil etməklə s. uşaqlarda zən
gin təəssürat oyatmaq mümkündür. Mövzu ilə əlaqədar müxtəlif
illüstrasiyaların, oyuncaqların, nağıl personajlarının baxılması
əşyanın qavranılmasında olduqca əhəmiyyətlidir.
Təsvir texnikası, yapma ardıcıllığı haqqında məlumat veri
lir. Uşaqda təsəvvür inkişaf edir. Uşaq kitabdakı illüstrasiyaya
baxaraq ona maraqlı olan suallara cavab tapır. (Kirpinin burnun
necə olması, onun qulaqlarının harda yerləşməsi, iynələrinin ne
cə yerləşməsi, almanı necə saxlaması, ayaqlarının necə olması
və s.).
Aparılan məqsədli təhlil nəticəsində uşağın təsvir etdiyi və
ya yapdığı əşya dəqiqliyi və keyfiyyəti ilə seçilir.
Baxılan əşya kiçik qruplarda oyuncaqlar (əsasən) olsa da.
yuxan qruplarda tərbiyəçi mütləq kiçik heykəltəraş nümunələ
rindən istifadə etməlidir. Uşaqlar gözəlliyin, ifadəlilivin qavra-
nılması nəticəsində fonııa dəqiqliyi və estetik keyfiyyətlər əldə
edirlər. Mövzudan asılı olaraq tərbiyəçi əşyanın baxılmasını gə
zintidə və ya oyun zamanı az da olsa vaxt sərf etməklə keçirə
bilər.
Uşaqları daha aydııı təəssüratla zənginləşdimıək, obrazı
"canlandırmaq" məqsədi ilə malım, şer və ya tapmacadan istifa
də etməklə dalıa yüksək nəticə əldə etmək olar. Məsələn: "Gə
linciyin qonaqları" mahnısını dinlədikdə:
Yığışdı bizim evə,
Dovşan, keçi. qaz. dələ
Qızıl xoruz çaldı saz,
Mahnı oxudu naz-naz...
Bu mahnıda təsvir olunan personajların mahnıya uyğun
ifadəsini tapmaq üçün ilk öncə 7 personaj müşahidə etdirilir və
mahnıya uyğun ifadəli vəziyyət alır. Hətta şəkərbura, paxlava da
yapılır. Məşğələlərin sonunda bir daha musiqi sədaları altında
97
Təsvın sənət və onun tədrisi metodikası
uşaqlar mahnıya uyğun pantoıniına hərəkətlər (personajlar vasi
təsilə) ifadə edilirlər.
Digər halda “Məstan pişik balaları ilə oynayır” mövzusu
zamanı uşağın gözü qarşısında oyuncaq pişik vasitəsilə müxtəlif
vəziyyətlər müşahidə etdirilir və yapılma texnologiyası izah
edilir: Əvvəlcə gil yumşaldılıb böyük-kiçik hissələrə ayrılır və
böyük hissədən uzunsov silindr forması (bədən və ayaqlar üçün)
yapılır, ön və arxa tərəfdən gil çubuğu ilə bölünüb ayrılır. Baş
(qulaqlar çimdiklənir) və quyruq avrı yapılaraq birləşdirilir.
Məktəbə hazırlıq qrupunun uşaqlarında ətrafa maraq artdı
ğından tərbiyəçi gəzintidə müntəzəm olaraq mövzu üzrə müşahi
dələr aparır. Suallarla müraciət zamanı tərbiyəçi uşaqların diqq
ətini yapılacaq əşyanın forması, quruluşu və hissələrin bir-birinə
nisbətini dəqiqləşdirilir. Mümkün qədər məşğələdən əvvəl səhər
fəaliyyətində hazırlıq aparılır. Bu zaman mövzudan asılı olaraq
oyuncaq və təsvir nümunələrindən istifadə edilir. Qavrama qa
biliyyəti və göz nəzarəti artırdığından göz yaddaşına əsasən na
turadan yapma verilir. Tərbiyəçi məşğələnin əvvəlində uşaqların
gözü qarşısında əşyaların baxılmasını təşkil edir. Müşahidələr və
təhlil aparılaraq əşya əvvəlcə bütövlükdə, daha sonra hissələrlə
qavranılır. İşin icra ardıcıllığı dəqiqləşdirilir. Xarakterik
cəhətləri qeyd edilir. Təsvirə toxunmaq, əlini onun üzərində gəz
dirmək imkanı verilir. Əşya tam qavranıldıqdan sonra nümunə
uşağın gözü qarşısından götürülür və uşaqlar göz yaddaşına görə
işi icra etməyə başlayırlar. 5-6 yaşlı uşaqlar üçün bu proses bir
qədər çətin olduğundan tərbiyəçi işin gedişinə nəzarət etməli və
lazını olduqda fərdi yanaşmalı, lazımı uşağa yardım göstərməli
dir. Bunun üçün yalnız öz vəsaitlərindən istifadə etməlidir.
Uşaqlarda yaradıcı qabiliyyəti, fantaziyanı artırmaq üçün
tərbiyəçi hekayə və nağıllar oxumalı və onlara aid illüstrasiyala
ra. təsvirlərə baxmağı təşkil etməlidir. Məsələn: Tərbiyəçi "Qo
ğal" nağılını oxuyarkən diqqəti cəmləşdirərək. - Uşaqlar, indi
mən sizə "Qoğal" nağılını oxuyacağam və siz. bu nağılı yadda
saxlamalısınız. Qoğal evdəıı qaçanda hansı heyvanla qarşılaşdı?
98
Dostları ilə paylaş: |