M e h r ib a n Ə k b ə ro V a TƏSVİRİ SƏNƏt və onun təDRİSİ metodikasi (Dərslik)



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə31/58
tarix12.10.2018
ölçüsü4,37 Mb.
#73620
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   58

Təsvın sənət və onun tədrisi metodikası
II  rilhdə heyvanların kombinə  üsulu  ilə  yapılması  mənim- 
sədilir.  "Sevimli  toplanım",  "Məstan  pişik”,  yaparkən  formanın 
daha  dəqiq  alınmasına,  işin  keyfiyyətinə  nəzarət  edilir.  Yeni 
üsulla yapma heç  də məcburi  deyil.  Hər uşağa özü üçün məqbul 
olan üsulla yapmaq imkanı verilir.  Hər hansı bir əşyanı yaparkən 
xırda  hissələr  uşaqlar  tərəfindən  icra  olunur.  Məsələn:  Xoruz 
yaparkən quyruq hissədə uzunsov zolaqlardan rəngarəng lələklər 
qoyulur. (Tərbiyəçinin köməyi  ilə bu halda məqbul  sayılır.)
Bu  rübdə  milli  qablar,  kasa,  dolça  və  s.  yapılaraq  milli 
(qoç buynuzu, buta) və nəbati (varpqlar güllər) naxış elementləri 
gil  çubuğu  vasitəsilə  qoyulur.  Uşaqlar  meyvə  vazı  yapırlar. 
Halqalardan  “gözəl  fincan,  naxışlı  qənd  qabı  yapılır  və  üzəri 
naxışlanır.
III  Rübdə — Yaz  mövsümü  ilə  əlaqədar mövzularda yap­
ma  işləri  (“Novruz  xonçası”,  “Səməni”,  “Bahar  qızı”)  keçirilir. 
Nağıl  üzrə  ("Tıq-qıq  xanım".  “Tülkü  və  qarğa”,  "Tülkü  və  dur­
na". "İki  acgöz ayı balası",  "Qoğal"  və s.) personojlar yapılır və 
səhnəcik hazırlanır.
Dekorativ  yapma  üzrə  "Nənəmin  qabları",  "Qab-qacaq 
mağazası" mövzusunda məşğələlər keçilir.
IV Rübdə -  İl ərzində mənimsənilmiş mövzularda yapma­
lar  edirlər.  Qrup  halında  işləyərkən  hər  uşaq  öz  yapacağı  əşya 
haqqında  fikrini  söyləyir.  Məsələn.  "Heyvanxana",  "Quşçuluq 
ferması",  "Futbol meydançası",  "Sevimli  oyuncağım",  "Ev  hey­
vanları.
Məktəbə hazırlıq qrupunda yapma məşğələlərinin 
təşkili və keçirilməsi  metodikası
Bu  qrup  uşaqları  yaradıcı  xarakterli  tapşırıqları  icra  et­
məyə  həvəsli  olduğundan  onlara  süjet  xətti  düşünmək üçün sər­
bəst  seçim  verilməlidir.  Təsvirçilik  sənətinin  ifadəli  əsası  güc­
ləndikcə  uşaqların  təlimi  daha  cəld  və  effektli  inkişaf edir.  Bu 
məqsədlə musiqi  dinləmək, şifahi  xalq ədəbiyyatı  nümunələri  ilə 
96


Təsvın sənət və onun tədrisi metodikası
tanışlıq,  təbiət  qoynuna  gəzinti  təşkil  etməklə  s.  uşaqlarda  zən­
gin təəssürat oyatmaq mümkündür.  Mövzu ilə əlaqədar müxtəlif 
illüstrasiyaların,  oyuncaqların,  nağıl  personajlarının  baxılması 
əşyanın qavranılmasında olduqca əhəmiyyətlidir.
Təsvir texnikası, yapma ardıcıllığı  haqqında məlumat  veri­
lir.  Uşaqda  təsəvvür  inkişaf  edir.  Uşaq  kitabdakı  illüstrasiyaya 
baxaraq  ona maraqlı  olan  suallara cavab tapır.  (Kirpinin  burnun 
necə olması,  onun  qulaqlarının harda yerləşməsi,  iynələrinin ne­
cə  yerləşməsi,  almanı  necə  saxlaması,  ayaqlarının  necə  olması 
və s.).
Aparılan məqsədli təhlil nəticəsində uşağın təsvir etdiyi və 
ya yapdığı əşya dəqiqliyi və keyfiyyəti  ilə seçilir.
Baxılan  əşya kiçik  qruplarda oyuncaqlar  (əsasən)  olsa  da. 
yuxan  qruplarda  tərbiyəçi  mütləq  kiçik  heykəltəraş  nümunələ­
rindən  istifadə  etməlidir.  Uşaqlar  gözəlliyin,  ifadəlilivin  qavra- 
nılması  nəticəsində  fonııa  dəqiqliyi  və  estetik  keyfiyyətlər  əldə 
edirlər.  Mövzudan asılı  olaraq  tərbiyəçi  əşyanın baxılmasını  gə­
zintidə  və  ya  oyun  zamanı  az  da  olsa  vaxt  sərf etməklə  keçirə 
bilər.
Uşaqları  daha  aydııı  təəssüratla  zənginləşdimıək,  obrazı 
"canlandırmaq"  məqsədi  ilə  malım, şer  və ya tapmacadan  istifa­
də  etməklə  dalıa  yüksək  nəticə  əldə  etmək  olar.  Məsələn:  "Gə­
linciyin qonaqları" mahnısını dinlədikdə:
Yığışdı bizim evə,
Dovşan,  keçi.  qaz.  dələ 
Qızıl xoruz çaldı saz,
Mahnı oxudu naz-naz...
Bu  mahnıda  təsvir  olunan  personajların  mahnıya  uyğun 
ifadəsini  tapmaq  üçün  ilk  öncə  7  personaj  müşahidə  etdirilir və 
mahnıya uyğun ifadəli  vəziyyət alır.  Hətta şəkərbura,  paxlava da 
yapılır.  Məşğələlərin  sonunda  bir  daha  musiqi  sədaları  altında
97


Təsvın sənət və onun tədrisi metodikası
uşaqlar mahnıya uyğun  pantoıniına hərəkətlər  (personajlar vasi­
təsilə) ifadə edilirlər.
Digər  halda  “Məstan  pişik  balaları  ilə  oynayır”  mövzusu 
zamanı uşağın gözü qarşısında oyuncaq pişik vasitəsilə müxtəlif 
vəziyyətlər  müşahidə  etdirilir  və  yapılma  texnologiyası  izah 
edilir:  Əvvəlcə  gil  yumşaldılıb  böyük-kiçik  hissələrə  ayrılır  və 
böyük hissədən uzunsov silindr forması  (bədən və ayaqlar üçün) 
yapılır,  ön  və  arxa  tərəfdən  gil  çubuğu  ilə  bölünüb  ayrılır.  Baş 
(qulaqlar çimdiklənir) və quyruq avrı yapılaraq birləşdirilir.
Məktəbə hazırlıq qrupunun uşaqlarında ətrafa maraq artdı­
ğından tərbiyəçi gəzintidə müntəzəm olaraq mövzu üzrə müşahi­
dələr aparır.  Suallarla müraciət  zamanı tərbiyəçi  uşaqların  diqq­
ətini  yapılacaq əşyanın forması, quruluşu və hissələrin bir-birinə 
nisbətini  dəqiqləşdirilir.  Mümkün qədər  məşğələdən  əvvəl  səhər 
fəaliyyətində  hazırlıq  aparılır.  Bu  zaman  mövzudan  asılı  olaraq 
oyuncaq  və  təsvir  nümunələrindən  istifadə  edilir.  Qavrama  qa­
biliyyəti  və  göz  nəzarəti  artırdığından  göz yaddaşına əsasən na­
turadan  yapma  verilir.  Tərbiyəçi məşğələnin əvvəlində  uşaqların 
gözü qarşısında əşyaların baxılmasını  təşkil edir.  Müşahidələr və 
təhlil  aparılaraq  əşya  əvvəlcə  bütövlükdə,  daha  sonra  hissələrlə 
qavranılır.  İşin  icra  ardıcıllığı  dəqiqləşdirilir.  Xarakterik 
cəhətləri  qeyd edilir. Təsvirə toxunmaq, əlini onun üzərində gəz­
dirmək  imkanı  verilir.  Əşya  tam  qavranıldıqdan  sonra  nümunə 
uşağın gözü qarşısından götürülür və uşaqlar göz yaddaşına görə 
işi  icra  etməyə  başlayırlar.  5-6  yaşlı  uşaqlar  üçün  bu  proses  bir 
qədər  çətin  olduğundan  tərbiyəçi  işin  gedişinə  nəzarət etməli  və 
lazını  olduqda  fərdi  yanaşmalı,  lazımı  uşağa  yardım  göstərməli­
dir.  Bunun üçün yalnız öz vəsaitlərindən  istifadə etməlidir.
Uşaqlarda  yaradıcı  qabiliyyəti,  fantaziyanı  artırmaq  üçün 
tərbiyəçi  hekayə  və nağıllar oxumalı  və onlara aid illüstrasiyala­
ra.  təsvirlərə  baxmağı təşkil  etməlidir.  Məsələn:  Tərbiyəçi  "Qo­
ğal"  nağılını  oxuyarkən  diqqəti  cəmləşdirərək.  -   Uşaqlar,  indi 
mən  sizə  "Qoğal"  nağılını  oxuyacağam  və  siz.  bu  nağılı  yadda 
saxlamalısınız.  Qoğal  evdəıı  qaçanda hansı  heyvanla  qarşılaşdı?
98


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə