M e h r ib a n Ə k b ə ro V a TƏSVİRİ SƏNƏt və onun təDRİSİ metodikasi (Dərslik)



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə30/58
tarix12.10.2018
ölçüsü4,37 Mb.
#73620
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   58

Təsvın sənət və onun tədrisi metodikası
Böyük qrupda yapma məşğələlərinin təşkili, 
keçirilmə metodikası
Həyatının  5-ci  ilində  uşağın psixi  inkişaf səviyyəsi  yüksə­
lir.  Bu yaş dövrü  uşaqları  ilə yapma məşğələləri  keçən tərbiyəçi 
əşyanın hissələrinin müşahidəsini təşkil edir.  Qəbul  olunmuş ar­
dıcıllığı  saxlayaraq  ilk  öncə  əşyanın  bütövlükdə  qavranılması, 
ardınca onun  ayrı-ayrılıqda hissələrinin  forma,  rəng və əlamətlə­
rinin  qavranılması.  sonda  əşyanın  bütövlükdə  qavranılması  təş­
kil  olunur.  Əyani  olaraq  əşyanın  (oyuncaq  və  s.)  müşahidəsi 
keçirilərkən  ona  toxunmaq  imkanı verməklə daha yüksək nəticə 
əldə  etmək  mümkündür.  Bu  məqsədlə  tərbiyəçi:  “Uşaqlar  gəlin 
oyuncaq  ördəyi  ovçumuza  götürək  və  onunla  yaxından  tanış 
olaq ki, bala ördəkləri ana ördəyə oxşar yapa biləsiniz”.
Bu  zaman oyun situasiyası yaratmaq daha məqsədəuyğun­
dur.  Məşğələyə  başlayarkən  "10  balaca  ördəklər"  mahnısını 
dinləmək (ördəyin hərəkətlərini təqlid etmək) daha məqsədə mü­
vafiqdir.
Əşyanın müşahidəsi zamanı tərbiyəçi təsvir üsulunu göstə­
rir.  Uşaqlarda  təqlid  etmə  arzusu  yüksək  olduğundan  bu  təlim 
üsullarının  tətbiqi  uyğun  və  münasibdir.  Lakin  bu  üsulun  daimi 
tətbiqi uşağı fəaliyyətsizliyə gətirə bilər.
Öyrədici  məşğələlərdən  sonra  "hissə  ilə  göstərmə"  daha 
məqsədəuyğundur.  Bu  uşağı  düşünməyə sövq  edir  və  uşaq  daha 
sərbəst  olur.  Əksər  hallarda  sual-cavab  vasitəsilə  tərbiyəçi  işin 
icrasını yada salır və istiqamətləndirir.
Müşahidə  ayrılmış vaxt çərçivəsində  aparılmalı,  uşaqlarda 
həvəs  sönməmiş  işə  başlamaq  məsləhətdir.  4-5  yaşlı  uşaqlarda 
yapma  keyfiyyəti  barmaq  əzələlərinin  inkişafından  asılıdır.  Bu­
nun  üçün  də  yapma  zamanı  oyun  çalışmaları  vermək 
məqsədəuyğundur.  Məsələn:  "Uşaqlar  gəlin  barmaqlanmızla 
göstərək  görək  qazlar  necə  edir?  Bəs  balaca  Toplan  (it) 
milçəkləri  necə  tutur?  İndi  gəlin  görək  bizim  əllərimiz  necə 
işləyir?  Barmaqlarımızı  yumuruq  və  əllərimizi  dövri  hərəkət 
93


Təsvın sənət və onun tədrisi metodikası
etdirərək  onların  necə müxtəlif istiqamətə  dönməyini  göstəririk. 
Boş  vaxtlarda  "Toxunduğun  nədir?"  oyununu  keçirmək  məslə­
hətdir.  Böyük  qruplarda  uşaqlarda  dairə  və  oval  formaları 
haqqında  biliklər  formalaşdığından  oval  bədənli  dovşan,  pişik, 
qoyun  və  s.  oyuncaqlar yapılır  və  bir süjet  xəttində  birləşdirilir. 
Məsələn:  "Ev  heyvanları  dostluq  edirlər”,  “Qoyunun  belində 
xoruz  oturmuşdur”,  “Balaca  Toplanla  Məstan  cücələrin  dalınca 
qaçırlar”  və  s.  Məşğələ  15-20  dəqiqə  müddətində  keçirilir. 
Yekunda  keçilənlər  analiz  edilir  və  ol  işləri  növbəti  yapma 
məşğələlərinə qədər qəbul otaqında yerləşdirilir.
§4.  Məktəbəhazırlıq  qrupıınıııı yapma fəaliyyəti
Yapmanın xüsusiyyəti və təlim məsələsi:
Bu yaş dövrünün uşaqları  (5-6) yapma işində müəyyən bi­
lik  və  bacarıqlar  əldə  etdiyindən  daha  sərbəst  işləyərək  səliqəli 
yapmağa  cəhd  edirlər.  Əl  əzələləri,  qığırdaqlar  inkişaf etdiyin­
dən  yapma  priyomlarından  daha  səmərəli  istifadə  edə  bilirlər. 
Psixoloji  dəyərlər  nəticəsində  yaddaş  inkişaf etmiş,  diqqət  daha 
davamlı  olmuşdur.  Artıq yapmazdan əvvəl  uşaq  ilk  öncə  forma­
nı  və  yapma  üsulunu  düşünür,  işini  planlaşdırdıqdan  sonra  yap­
mağa  başlayır.  Göz  nəzarəti  artdığından,  əl  hərəkəti  daha  dəqiq 
olur.  Buna  baxmayaraq  əşyaların  əlamətinin  və  xırda  hissələrin 
verilməsi uşaq  üçün hələ də çətin olaraq qalır. Təsəvvürün,  mü­
şahidənin  göz  nəzarətinin inkişafı  fantaziyanın, yaradıcı qabiliy­
yətin  inkişafına təsir edir və uşaq  öz əlavələrini  verir:  məsələn  it 
və pişik yapmaqla yanaşı  it üçün yemək qabı, pişik üçün yumaq 
yapırlar.  Bu  yaş  qrupunun  uşaqları  hərəkəti  verməyə  çalışır, 
lakin çox halda bu mexaniki olur.
Məşğələnin  xarakteri  öyrədici  (mövzu  ilk  dəfə  keçirilirsə 
və yaradıcı olur. Məşğələlər əsasən ovanı xarakterində keçirilir.
Təlini  məsələsində — Yapma işinin təlimində əsas məqsəd 
yapmada  xarakterik  əlamətlərin  və  hərəkətin  verilməsinə  nail 
olmaq,  əşyaların  forması,  quruluşu  və  hissə  münasibətlərinin 
94


Təsvın sənət və onun tədrisi metodikası
düzgün  verilməsinə  nəzarət  etməkdir.  Kombinə  üsulu  ilə  insan 
və  heyvanların  yapılması  (oyuncaq,  pişik,  it.  fil),  bütöv  üsulla 
quşların  (toyuq,  xoruz)  mənimsədilir.  Dekorativ  yapma  üzrə 
“gözəl  kasa",  “naxışlı  dolça” və  s.  üzərində  gil  çubuğu vasitəsi 
ilə  naxış  (nəbAti  və  milli)  tərtib  elmək  mənimsədilir.  Quş  və 
heyvanların  baş  və  bədən  hissələrini  yaparkən  xırda hissələri  və 
xarakterik  cizgiləri  almaq  üçün  (burun,  göz,  qaş  və  s.)  gil 
çubuğundan,  çimdikləmə.  dartma  və  hamarlama priyomlarından 
istifadə texnikası öyrədilir.
Praq ranı m tədrisi keçiləıı mövzular
I  Rübdə — İlk öncə sadə,  tanış olan əşyaların yapılması  ilə 
mənimsədilmiş  yapma  işləri  möhkəmləndirilir.  Uşaqlar  tanış 
mövzularda  işləyərkən  öz  əlavələrini  do  edirlər:  “quş”,  “balıq” 
mövzularında (bütöv üsulla) yaparkən dartma, sığallama, hamar­
lama, çimdikləmə priyomları mənimsənilir. Daha xırda hissələrin 
verilməsində (baş  hissədə göz, ağız və s.) gil çubuğundan  istifa­
də edilir.  Uşaq  öz  l'ərdi  imkan  və qabiliyyətini  göstərməyə çalı­
şır.  İnsan  və  heyvan  fiqurları  yaparaq  onları  müəyyən  vəziyyət­
lərdə  və  hərəkətdə  verməyə  səy  göstərirlər,  məsələn:  “ana  və 
uşaq məktəbə gedir”.
Göz yaddaşına görə məşğələlər keçirilir.  Tərbiyəçi əvvəlcə 
naturam  (“Vazda meyvələr”  və  s).  müşahidə  etdirir,  forma və  s 
təhlil  edilir.  Sonra  götürülərək  göz yaddaşına  görə yapmağı  tək­
lif edir.
II  Rübdə -  Qış mövsümü ilə əlaqədar süjet üzrə yapmalar 
edirlər.  Əşyaların  uzun-qısa,  qalın-nazik  əlamətlərini  verməyi 
öyrənirlər.  Birləşən  hissələri  davamlı  etməkdən  ötrü  sığallama, 
hamarlama  priyomlanm  mənimsəyirlər.  İnsan  fiquru  yaparkən 
ayaqlarını  qalın  və  möhkəm  yapmaq  mənimsədilir.  Uşaqlar  öz 
fantaziyalarına  uyğun  əlavələr  edirlər.  "Xizək  yaparaq  uşaqlar 
xizəkdə sürüşürlər", "Uşaqlar qar adamı düzəldirlər" və s.
95


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə