M e h r ib a n Ə k b ə ro V a TƏSVİRİ SƏNƏt və onun təDRİSİ metodikasi (Dərslik)



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə33/58
tarix12.10.2018
ölçüsü4,37 Mb.
#73620
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   58

Təsvın sənət və onun tədrisi metodikası
uşaqlar da bu  fəaliyyət növüııə maraq oyatmaq əsas məsələ kimi 
qarşıda durur:
1)  Uşaqları  kağızla,  onun  xüsusiyyətləri  ilə  (nazik,  qalın, 
cırılan, kəsilən, əzilən və s.) tanış etmək;
2)  Applikasiya  işlərini  yerinə  yetirmək  üçün  lazım  olan 
yapışqan, fırça və qayçı ilə tanışlıq;
3)  Sadə applikasiya işlərinə  cəlb  elməklə  tapşırığı  icra et­
məyə həvəs və emosional hal oyatmaq;
4)  Görülən  işləri anlamaq;
5)  Estetik hisslər oyatmaq  məqsədilə  applikasiya  işlərinin 
baxılması və təhlili;
Uşaq  bağçalarında  applikasiya  məşğələləri  orla  qrupdan 
başlasa  da,  uşaqlar  il  ərzində  yalnız verilmiş  hazır formaları  uy­
ğun fon üzərinə  düzməklə  yapışqanlama və  yapışdırma texnika­
sını  mənimsəyirlər.  Əl əzələlərinə nəzarət zəif olduğundan qayçı 
verilmir.  Applikasiya  məşğələlərində  uşaqlar  sadə  həndəsi  for­
malarla  (dairə,  üçbucaq,  kvadrat)  tanış  olur  və  onları  adlandır­
mağı  və  bir-birindən  fərqləndirməyi  mənimsəyirlər.  Müxtəlif 
böyüklilklü  eyni  formanı  mənimsəyərək  "gəlin  yatmaz"m  bədə­
ninin böyük dairə,  başının nisbətən  kiçik  dairədən  ibarət  olduğu 
və  s.  oxşar mövzular keçməklə  bu  forma haqqında  dolğun  bilik 
və  bacarıqlar  mənimsənilir.  Nəticədə  “gəlin  yatmaz”  və  onun 
dostları oyuncaq “dovşan”, “ayı”, “pişik” haqqında onların oxşar 
və  fərqli  əlamətləri  haqqında  məlumat əldə  edilir.  Müxtəlif tap­
şırıqların  icrası  zamanı  uşaqlar  fəza  münasibətlərini  mənimsə­
dikcə  verilmiş formaları  məhdud  sahə  daxilində  (zolaq,  kvadrat 
və s.) ortada, künclərdə, aşağıda və s. yerləşdirməyə nail olurlar.
Proqramın tədrisi, keçilən mövzular
Bu  qrupda  keçirilən  applikasiya  məşğələlərində  ilk  öncə 
hazır verilmiş dövri  formalı təsvirlər:  "Əlvan topum",  "Hava  şar­
ları''  və  s.  təsvirli  mövzular keçilir.  Rəngli  fon  üzərində  verləş- 
103


Təsvın sənət və onun tədrisi metodikası
dirməklə  bu  işləri  çərçivədə yerləşdirib qrupda  və  ya  qəbul  ota­
ğında qoyduqda və ya evə apardıqda uşaq çox sevinir və növbəti 
applikasiya məşğələlərini həvəslə gözləyir.
İlk  applikasiya  məşğələlərində  tərbiyəçi  ilə  uşağın  birgə  işi 
aparılır. Müəyyən olunmuş dolğun məhsulun alınmasına yönəldilmiş 
məşğələ  növünün  keçirilməsində  məqsəd  bir tərəfdən  uşaqları  app­
likasiya  məşğələlərinə  cəlb  etmək,  həvəsləndirməkdirsə,  digər  tə­
rəfdən uşaqlarda özünə inam hissi oyatmaqdır.  İşi tamamlayan uşağa 
elə  gəlir ki.  bütün bu proses əvvəldən sona kimi yalnız onun  məh­
suludur. Nəticədə uşaq daha məsuliyyətlə çalışmaq arzusunda olur.
Rüblərə  bölünmüş  proqram  üzrə  həllədə  1  dəfə  applikasiya 
məşğələləri  keçirilir.  Bəzi  hallarda  (öyrədici  məşğələlər  keçiri­
lərkən) məşğələ  günaşırı keçirilə bilər.  Mövzular müxtəlif olsa da 
eyni  proqramın  tələblərinin  öyrənilməsinə  yönəldilməlidir.  Əv­
vəlcə  dairə  formasını  yapışdırmaq  moııimsodilir.  Çünki,  tərəfləri 
olmadığından yapışdınlması daha asan olur.  .Ardınca kvadrat, düz­
bucaqlı  və  s.  formalar  yapışdırılır.  Rəngin  monimsodilmosi  üçün 
daha kəskin rənglərdən istifadə olunur: qırmızı, yaşıl, göy və s.
Öncə  sadə  2-3  hissəli  əşyaları  yapışdırmaq  mənimsədilir, 
tədricən tapşırıq mürəkkəhlaşdirilir.
İlk öncə əşya üzrə applikasiya məşğələləri:
Rəfdə  toplar,  hava  şarları,  ardınca  bayraq,  ipdən  asılmış 
yaylıqlar  və  s.  keçirilir.  Tədricən  məşğələlər  mürəkkəbləşir. 
Uşaqlar  göbələk,  gül,  gəlin  yatmaz,  ev,  cücə,  ardınca  müxtəlif 
həndəsi formalar,  araba, yelkənli qayıq və s. yapışdırırlar.
Dekorativ  applikasiya  məşğələlərində sadə tapşırıqlar ve­
rilir;  zolaq  daxilində  dairə  və  kvadratdan  ibarət  gözəl  əlfəcin. 
kuklanın  şərfi  mövzusunda,  ardınca  daha  mürəkkəb  gözəl  yay­
lıq,  gözəl  süfrə,  xalça  və  s.  mövzularda  applikasiya  işi  edilir. 
Naxış  elementleri:  dairə,  kvadrat  və  s.  həndəsi  formalar;  nəbati 
naxışlar:  güllər,  yarpaqlar  və  s.  yerlik  (verilmiş  formalar)  üzə­
rində tərtib etmək təklif edilir.
Süjet  üzrə  applikasiya  məşğələlərində tərbiyəçi  ilə  uşaq­
ların birgə işi  xarakterli  məşğələlər keçirilir.  Məsələn:  “Pişik yu- 
104


Təsvın sənət və onun tədrisi metodikası
maqla  oynayır”.  “Küçük  üçün  ev”  “oyuncaqlar  şənliyə  tələsir” 
“akvariumda  balıqlar”  “çəmənlikdə  kəpənəklər  uçur” və  s.  “çə­
mənlikdə göbələklər”.
Kollektiv  məşğələlər:  xüsusən, yay aylarında uşaqları  da­
ha çox cəlb  edir.  Bu zaman  fəza münasibətlərini daha  vaxşı mə­
nimsəyirlər və işdəki  ifadəlilik onları  cəlb edir. “Yarpaqlar tökü­
lür”,  "Toyuq cücələrlə çəmənlikdə” mövzusunu işləyərkən cücə­
lərin  müxtəlif vəziyyətini  böyük  həvəslə  izah  edirlər.  Ardınca 
“Oyuncaqlar,  gəzməyə  çıxır”.  “Gül  bayramı  pəncərələrdə  nə 
görsonir.” Uşaqları fəallaşdırmaq məqsədilə hazırladıqları otağın 
oyuncaq guşəsinin bəzədilməsində istifadə edilir.
Məşğələlərin təşkili və keçirilmə metodikası
İlk  applikasiva məşğələləri tərbiyəçi  ilə  uşağın  birgə  işi fo­
nunda  aparılır.  Müəyyən  olunmuş  dolğun  məhsulun  alınmasına 
yönəldilmiş belə xarakterli məşğələləri keçməkdə məqsəd uşaqla­
rı bir tərəfdən  applikasiva məşğələlərinə cəlb etmək (həvəslətıdir- 
məkdirsə). digər tərəfdən uşaqda özünə inam hissi oyatmaqdır.
Orta  qrupda  applikasiva  məşğələləri  əsasən  öyrədici  xa­
rakter daşıyır.
Öyrədici məşğələdə tərbiyəçi əyani məlumat və təkrarlama 
məşq üsulu tətbiq  edir.  Məşğələyə  qədər  əşyanın  baxılması  təş­
kil  edilməli,  təhlil  nəticəsində  əşyanın  qavranılması.  işin  icra 
üsulları  aydınlaşdırılmalıdır.  Əşya qavranılarkən  onun quruluşu, 
hissələrinin  forması,  rəngi  və  işin  icrası  müəyyənləşdirilməlidir: 
cücə sarı  rəngdədir.  Başı  kiçik  dairə,  bədəni  isə  böyük  dairədən 
ibarətdir.  Balaca  quyruğu  üçbucaq  formasında  və  s.ardıcıllıqda 
verilir.  İşi  icra edərkən  əvvəlcə  bədəni,  ardınca  başı  üzərinə  qo­
yulur. yeri müəyyənləşir, rəngli kağızın arxa tərəfi yapışqanlana- 
raq  yerlik üzərinə  yapışdırıldıqdan  sonra  qurulamr.  Təhlilin  fla- 
neleoqraf üzərində  aparılması  daha  məqsədəuyğundur.  Belə  ki, 
könüllü olaraq lövhədə işin icrasını göstərərkən uşağın buraxdığı 
səhvi tərbiyəçi  asanca düzəldə bilir və uşaq daha sərbəst olur.
105


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə