M e h r ib a n Ə k b ə ro V a TƏSVİRİ SƏNƏt və onun təDRİSİ metodikasi (Dərslik)



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə36/58
tarix12.10.2018
ölçüsü4,37 Mb.
#73620
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   58

Təsvın sənət və onun tədrisi metodikası
  Müxtəlif növ  materialların  tətbiqi  nəticəsində  işin  məz­
munu zənginləşir.  Məktəbəhazırlıq qrupunda applikasiya 
məşğələləri  keçərkən  tərbiyəçinin  qarşısında  aşağıdakı 
ümumi məsələlər durur.
•  Müxtəlif  həndəsi  formaları  kağız,  karton,  parça  və  s. 
yerlik üzərində yerləşdirmək:
•  Ayrı-ayn hissələrdən əşya təsviri qurmaqla süjet təsvir etmək;
•  Applikasiya işi  üçün  müxtəlif iş üsulu  ilə hissələr almaq 
və onu yerlik üzərində yerləşdirmək;
•  Rəngin  hissini  formalaşdırmaq  əsas  rəngləri  və  onların 
çalarlanni tanımaq:
•  Forma,  hissə münasibəti  və  kompozisiya duyumunu  for­
malaşdırmağı  inkişaf etdirmək;
•  Bu yaş qrupu üçün ayrılmış pedaqoji tələblər:
•  Sadə  əl  işlərinin  hazırlanmasında  emosional  fəaliyyət 
göstərmək;
•  Kağızla işə, əl əməyinə maraq tərbiyə etmək;
•  Estetik hiss və qavrayışı  inkişaf etdirmək,  alınmış təsviri 
tanımaq, sevinmək, işindən ləzzət almaq.
Məktəbəhazırlıq  qrupunun  uşaqları  kəsmə  işinin  daha  mü­
rəkkəb üsullarını  simmetrik,  siluet,  çoxqatlı  kəsmələr,  “Cırma” və 
tutumlu  applikasiya  işini  mənimsəmiş  olurlar.  İşin  icrası  üçün  bir 
neçə vəsait növü: kağız, təbiət materialları və s. tətbiq edilir.
Uşaqlar hissələrin bərkidilməsində tikmə işindən  istifadəni 
mənimsəyirlər. Bu halda təsvir daha ifadəli olur.
Bu yaş dövründə applikasiya işinin məzmunu genişlənir.  De­
korativ applikasiya işində  tətbiq edilən naxış elementləri  zənginlə­
şir.  Məzmunla bərabər tətbiq edilən vəsaitlər də müxtəlif olur.  Ka­
ğızla  bərabər  parça,  quru  yarpaq  və  gül  ləçəklərindən  do  istifadə 
edilir.  Keyfiyyətli  nəticə  əldə  etmək  üçün  applikasiya  işində  ardı­
cıllığa  ciddi  riavəl  edilməlidir:  Hissələrin yerləşdirilməsi  və yapış­
dırma ilk öncə ümumi fon (torpaq, dəııiz, səma) alınır.  Ardınca ar­
xa, orta, ön planın təsvirləri (əşya və hissələr) yerləşdirilir.
112


Təsvın sənət və onun tədrisi metodikası
Applikasiya məşğələlərində tətbiq edilən təbiət materialla­
rı  ilə  işləyərkən  uşaqlar assosiativ düşüncəni  inkişaf etdirir.  Ox­
şarlığı  görmək üçün kömək məqsədilə tərbiyəçi tutuşdurma apa­
rır. (şəkil, maket və s.)
Müxtəlif məzmunlu applikasiya məşğələlərinin ardıcıl ola­
raq  keçirilməsi  uşaqlarda  sərbəst  yaradıcı  fəaliyyətin  inkişafına 
əsas  verir.  Yəni  ıııəktəbəba/ııiıq qrupunun  uşaqları  applikasiya- 
nııı  bütün  növləri  üzrə  və  işin məzmunundan  asılı  olaraq  kağız, 
parça,  təbiətin  digər  vəsaitlərindən  sərbəst  istifadə  bacarığını 
mənimsəyirlər.  İşin icrası üçün müxtəlif iş üsulu tətbiq edilir.
Proqmınııı tədrisi keçiləli  mövzular
Applikasiya  məşğələləri  öncədən  tərtib  olunmuş  proqram 
əsasında  keçirilir.  İlk öncə  böyük qrupun zəngin mövzuları (əla­
vələr etməklə) təkrarlanır. “Payız yarpaqları”, “meyvələr”, “tərə­
vəzlər”,  “göbələklər”,  “güllər,” “quşlar”  və  s.  (süjet  üzrə  appli- 
kasiya  işi  edilir).  Yeni  iş  üsulu  mənimsədilərkən  öyrədici  məş­
ğələlərdə daha çox əşya üzrə applikasiya işi (“maşın”, “təyyarə”, 
“avtobus”,  “gəmi”:  “ayı  balası”,  “cırtdan” və  s.  mövzuda)  işlə­
yərkən uşaqlar köməkçi xətt üzrə siluet aplckasiya işləri edirlər.
Süjet üzrə applikasiya məşğələlərində dalğavari qatlama üsulu 
ilə kəsmə “hündür-alçaq ağaclar”, “məzəli oyuncaqlar” və s. keçilir.
Dekorativ  applikasiya  məşğələləri  üçün  lazımi  naxışlar 
alarkən qatlama ilə kosmo priyomu tətbiq edilir.  Şərfin, süfrənin, 
xalçanın  naxışları  üçün  naxış  elementlərini  sərbəst  seçərək, 
məhdud sahə daxilində sərbəst kompozisiya qurmaq təklif edilir.
Tutumlu  applikasiya  məşğələlərində  “çəmənlikdə  güllər”, 
“çəmənlikdə  kəpənəklər”,  “güldanda  güllər”və  s.  mövzularda 
applikasiya  işi  mənimsədilir.  Bu  qrupda cırma üsulu  ilə  (qayçı- 
sız  kəsmə)  "Dağlara  qar  yağıbdır".  "Çılpaq  ağac"  və  s.  mövzu­
larda applikasiya işi aparılır.
Simmetrik  kəsmədə  daha mürəkkəb  formalar,  “meyvə  va­
zı”,  “kəpənək”,  “şam  ağacı”,  “mənim  kuklam”,  "gəlinciyin  pal- 
113


Təsvın sənət və onun tədrisi metodikası
tarlan"  və s.kəsmə  bacarıqları  mənimsədilir.  Süjet  üzrə  applika- 
siya  məşğələlərində  “Dovşanın  qoğalla  rastlaşması”,  “budaqda 
sərçə”,  (siluet  kəsmə)  “hündür  və  alçaq  ağaclar” (dalğavari  qat­
lama üsulu ilə. köməkçi  xətt  üzrə) və s.  mövzuda applikasiya  işi 
edilir.  Niyyət  üzrə  məşğələlərdə  uşaqlar  öz  arzu  və  istəklərinə 
görə işləyirlər.  Kollektiv məşğələlərdə  "balıqlar üzür",  "maşınlar 
yol ilə gedir", "oyuncaqlar sərgidə" və s. mövzular keçirilir.
Məşğələlərin təşkili və keçirilmə metodikası
Tərbiyəçi bu qrupda müşahidəyə geniş yer verir.  Xalq yaradı­
cılığı  üzrə əşyaların, təsvirlərin müşahidəsi və təhlili aparılır.  Bu za­
man  milli  omamentlər,  xarakter rənglər və onların uyğunluğu təhlil 
edilir və  icra  variaııtlan  dəqiqləşdirilir.  Məsələn:  "Mən  gözəl  kəpə­
nək  görürəm".  Tərbiyəçi kəpənəyin təsvir və  ya fotoşəklinin baxıl­
masını  təşkil  edir.  Kəpənəyin  quruluşu,  gövdəsi,  başı,  qanadlarına 
diqqət yönəldilir, hər hissənin ayn-aynlıqda forması müəyyənləşdiri­
lir.  5-6 yaşlı uşaqlara tərbiyəçi əşyanın naturadan müşahidəsini təşkil 
edir.  Əşyanın  ümumilikdə forması və  ayn-aynlıqda hissələri  analiz 
edilir. Digər əşyalann müşahidə və təhlili də bu ardıcıllıqda apanlır.
Əşyanın naturadan baxılmasını təşkil edərkən aşağıdakı tə­
lim məsələləri yerinə yetirilir.
^   Əşyaların, ümumi təsvir üsulunu müəyyənləşdirmək;
'k'  Hansı  materialdan  hazırlanmasını,  xüsusiyyətlərini  ay­
dınlaşdırmaq;
^   Ayrı-ayrılıqda  hissələrin  və  ümumilikdə  nümunənin 
hazırlanmasını üzə çıxarmaq;
^   Əşyaların  və  hissələrin  əsasən  yerləşdirilməsi  texnika­
sını dəqiqləşdirmək;
r '  Hissələrin  yapışqanlanması  və  əsas  fon  üzərində  yer­
ləşdirilməsi texnikasını mənimsətmək;
İşin  icra  prosesinə  tərbiyəçinin  nəzarəti  vacibdir.  Çətinlik 
çəkən  uşağa tərbiyəçi  "Sən  bilmədin",  "Sən  səhv  edirsən"  və  s. 
dedikdə o, həvəsdən düşərək işi yarımçıq qoya bilər.
114


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə