M e h r ib a n Ə k b ə ro V a TƏSVİRİ SƏNƏt və onun təDRİSİ metodikasi (Dərslik)



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə37/58
tarix12.10.2018
ölçüsü4,37 Mb.
#73620
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   58

Təsvın sənət və onun tədrisi metodikası
Tərbiyəçi öz vəsaitlərindən istifadə edərək  icra üsulunu fərdi 
izah  edərək  göstərir.  Məktobohazırlıq  qrupunun  uşaqlarına  öz 
işlərinə nəzarət mənimsədi lir. Tərbiyəçi nəzarət zamanı işin müsbət 
gedişini alqışlamalıdır. Bu zaman uşaqlar işin icrasına məsuliyyətlə 
yanaşır,  nəticədə  özünə  nəzarət  inkişaf edir.  İşin  gedişindən  asılı 
olaraq tərbiyəçi lazım gəldikdə fərdi və ya ümumi  qrup uşaqlarının 
işinə  müdaxilə  edərək  müəyyən  düzəliş,  məsləhət  və  göstərişlər 
verir.  Eyni  zamanda  alııan  müsbət  nəticəni  də  uşaqların  diqqətinə 
çatdırır:  "Əlisən Cəmil, son necə də düzgün kəsərək səliqəli yapış­
dırmışam  "Bu kimi  müraciətlər icra prosesinə diqqəti  artırır.  Uşaq 
daha  səliqəli  işləməyə  çalışır və  nəticə  keyfiyyətli  olur.  Yekunda, 
uşaq gəldiyi  nəticəyə sevinir  və  öz işindən  böyük həzz  alır.  Uşaq­
larda sərbəst fəaliyyət inkişaf edir.
Qiymətləndirmə  zamanı  tərbiyəçi  aşağıdakı  tələblərə  diq­
qət yetirir.
Uşağın  yalnız  öz  səyi  ilə  alınmış  nəticə  tərbiyəçi tərə­
findən təhlil olunur.
♦♦♦  Bir  uşağın  işi  ilə  digər  uşaqların  işlərini  tutuşdurmaq 
olmaz.
♦♦♦  Qiymətləndirmə emosional keçirilir ki,  uşaqlarda nəti­
cəyə maraq artsın, onu fəallaşdırsın və  o öz fikrini  sər­
bəst ifadə edə bilsin.
Təlim prosesində ovunun tətbiqi
Uşaq bağçalarında əksər məşğələlər oyun  xarakterində  keçi­
rilməlidir.  Məşğələyə  giriş,  məşğələlərin  mövzularının  qoyulması 
(motivasiya).  işin  icra prosesində uşaqlara edilən  müraciətlər,  işlə­
rin baxılması (analiz) və qiymətləndirmədə oyundan istifadə edilər­
sə. yüksək nəticələr əldə etmək olar.  Nəticədə  öyrədici və yaradıcı 
məsələlər həll edilmiş olur.  Süjetli oyun situasiyası prosesində uşaq 
fəaliyyətin mənasım və fəaliyyət üsulunu dərk edir.  Məsələn:  Tər­
biyəçi stolüstü dəstlərdən ev maketini ortaya qoyur.
115


Təsvın sənət və onun tədrisi metodikası
Kiçik  qrup uşaqları  üçün məşğələ  keçərkən tərbiyəçi  səlıər 
fəaliyyətində  oxunmuş  "Pişik,  xoruz  və  tülkü"  nağılını  yada 
salır. Tülkünün dili ilə;
"Xoruzum ay xoruzum,
Gözü mərcan xoruzum.
Pəncərədən boylansan,
Çoxluca dən toplarsan."
Xoruz boylanır: (tərbiyəçi  xoruzun dili  ilə)
-  Hanı dən?
Tərbiyəçi:  "Ay gözü mərcan  , yaxşı  ki. səni  uşaqlar çağır­
dı.  Tülkü olsa idi, səni qapıb qaçırardı meşəyə.  İndi biz sənə don 
verəcəyik.  Sən  gözlə,  pəııeorodən  boylanma.  Don  hazır  olan  ki­
mi biz səni  çağıracağıq. Tərbiyəçi uşaqlara dən hazırlamaq  üçün 
kağız təklif edir.  Kağızdan bir qırıq qoparıb uşaqlara  paylayır və 
ovcunun arasında əzərək:
-   Uşaqlar,  dəni  çox  balaca  hazırlamaq  lazımdır  ki,  Xoru­
zun boğazında qalmasın (kağızı  gil ilə əvəz etmək olar).
Təlimdə oyun təsviri sənətin bütün növlərində və quraşdır­
ma  məşğələlərində  tətbiq  edilir.  Məsələn:  Müxtəlif ölçülü  2  qat 
qatlanmış kağızdan  alınmış  (köməkçi  xətt  üzrə  kəsmək) hündür, 
alçaq Şam ağacı  meşəsində yaşayan heyvanlar da kağızdan 2 qat 
bükülmə üsulu ilə kəsilə bilər (köməkçi xətt üzrə).
Rollu  oyunlar  (dərzi,  bənna)  tətbiq  edilən  məşğələlər  za­
manı  uşaqlar  daha  fəal  və  yaradıcı  olurlar.  2  qat  bükülmüş  ka­
ğızdan müxtəlif evlər kəsilir.
Məşğələdə oyun situasiyasının yaranması  uşaqları hər han­
sı  bir süjet  xəttinin iştirakçısına çevirir  və  yüksək nəticələr  əldə 
etmək  olur.  İşlərinə  məsuliyyətlə  yanaşaraq  işin  gedişində  səhv­
lərini düzəltməyə çalışırlar.
116


MƏKTƏBƏQƏDƏR TƏSVİRİ SƏNƏTİN TƏDRİSİ 
ÜZRƏ DİDAKTİK OYUNLAR,  ÖYRƏDİCİ, 
YARADICI VƏ KOMPLEKS MƏŞĞƏLƏLƏR
Böyük və məktəbə hazırlıq qrupu
PROQRAM
Ümumi pedaqoji tələblər
1.  Böyük  və  məktobohazırlıq  qruplarında  təsviri  fəaliyyət 
məşğələləri prosesində  uşaqlarda yaradıcı xüsusiyyəti  inkişaf et­
dirmək.  Bu məqsədlə:
Uşaqlarda sensor (hissi) bacarıq  və xüsusiyyətlərin for­
malaşması.
❖   Təsvir ediləcək əşya və hadisələrin məqsədyönlü anali­
tik-təhlil qavrayışının formalaşması.
❖   Eyni tip əşyalar və onların oxşar təsvir üsullarına ümu­
miləşmiş təsvir üsullarının formalaşması.
ö   Təsvirçilik  fəaliyyətinin  müxtəlif  növləri  üzrə  təsvir 
üsullarının  mənimsənilməsində  texniki  bilik,  bacarıq 
və vərdişlərin mənimsənilməsi.
2.  Dərketmə fəaliyyətini  inkişaf etdirmək.  Bu məqsədlə:
❖   Qarşıya  qoyulmuş  məqsədə  nail  olmaq  üçün  iradi  səy 
göstərmək,  fəaliyyət  üsullarının  mənimsənilməsinə 
cəhd etməyi, təşəbbüs  göstərməyi tərbiyə etmək.
❖   Ətraf aləmlə  tanışlıq  məqsədi  ilə təsviri  fəaliyyət  məş­
ğələləri arasındakı əlaqə və bağlılığı göstərmək.
❖   Təsviri  fəaliyyət  məşğələlərinə  hazırlıqda  aparılan 
müşahidələrlə  yanaşı,  uşaqları  dekorativ  tədbiqi  sənəd 
əsərləri  ilə.  kiçik  həcmli  heykəllərlə,  şəkil  və  kitab 
illüstrasiyaları ilə tanış  etmək, didaktik oyunların tətbi­
qini daxil etmək.
3.  Əməkdaşlıq  bacarığının  formalaşması,  fəaliyyət  mədə­
niyyətinin tərbiyə  edilməsi.  Bunun üçün:
117


Təsvın sənət və onun tədrisi metodikası
❖   Qrupda xoş emosional mühitin yaradılması.
❖   1 lor uşaqla  ünsiyyətdə  olmaq və  ona  yanaşmaq  imkanı 
əldə  etmək  üçün  yarım  qruplarla  təlim  prosesinin 
təşkili.
❖   Uşaqları, qarşıda gələn məşğələlərin məzmununun mü­
zakirəsinə aktiv qoşulmasını təmin etmək.  Hazır işlərin 
gündəlik həyatda istifadə imkanlarını əldə elmək.
❖   Birgə (kollektiv) təsvirçilik fəaliyyəti üçün şəraitin ya­
radılması, əlaqələrin  yaranması  üçün ünsiyyət üsulları­
nın. qanunların mənimsənilməsi.
•I'  Uşaqlarda  bir-birinin  təsvirçilik  fəaliyyətinə  marağını 
artırmaq,  yaşıdının  çətinliyini  görmək  və  ona  kömək 
göstərmə bacarığını tərbiyə etmək.
118


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə