M e h r ib a n Ə k b ə ro V a TƏSVİRİ SƏNƏt və onun təDRİSİ metodikasi (Dərslik)



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə45/58
tarix12.10.2018
ölçüsü4,37 Mb.
#73620
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   58

Təsvın sənət və onun tədrisi metodikası
oval  formalar  yerləşdirilmiş,  şöbələri  olan,  alçaq  qutular:  dairə 
və ovallar eyni ölçüdədir.
Hər oyunçu şəkilli yığımın üzərindən  bir  vərəq götürür və 
qarşısına qoyur (təsvir görünmək şərti ilə).
Tərbiyəçi  oyunun gedişini  izah edir:  “Qarşınızdaki  vərəqlər­
də  sizə tanış  təsvirlər vardır.  Gördüyünüz  kimi  müəyyən  hissələri 
rənglənməmişdir.  Siz,  qarşınızdaki  qutudan  rənglənməmiş hissəyə 
uyğun  böyüldükdə  formalar  seçib,  əşyaların  həmin  hissəsinə 
qoymalısınız.  Tələsməyin  ki.  səhv  etməyəsiniz,  lazımi  fonııanı 
düzgün  seçməlisiniz  çünki,  formanı  yalnız  bircə  dəfə  seçmək 
imkanınız  var.  Tapşırığı  düzgün  yerinə  yetirən  uşaq  əlindəki 
oyuncaqla  mükafatlandırılır və  oyunu  davam  etdirə  bilir (nəzərdə 
tutulan  vaxt  müddətində).  Şəkil  yığımından  və  ya  yoldaşının 
qurduğu  şəkildən  istifadə  edərək  uşaqlar  oyunu  öz  arzularına 
əsasən davam edirlər.  Qalib uşaq “kinder  sürpriz” oyuncağı və s 
qazanır. Sonda hər uşaq qazandığı oyuncaqların sayını söyləyir.
MƏŞĞƏLƏ  11
Kəsnı. «Tapmaca şəklin cavabını çək».
Məqsəd:  Uşaqlarda  təfəkkür  və  fantaziyanı  inkişaf etdirmək; 
verilmiş  oval  və  dairə  formalarım  tanış  əşyalarda  -   quş  və  heyvan 
oyuncaqlarında  görməyi  tapmağı,  onları  tutuşdurmağı  öyrətmək; 
rəsmdə çatmayan hissələri  (pəncə,  quyruq,  qulaq.) çəkməklə tamam­
lanmış təsvirlər almaq; konturdan çıxmamaqla (kağızdan qələmi ayır­
madan) qələmlə «ora-bura» istiqamətində rəngləməyi məşq etdirmək.
Vəsait:  Tərbiyəçidə  oyuncaq  ayı, mel.  Uşaqlar üçün  açıq­
ca  böytlklükdə  zərf  və  içərisində  müxtəlif vəziyyətlərdə  rəsm 
edilmiş dairə və ovallar: rəngli qələmlər.
Məşğələnin  gedişi:
Məşğələ oyuıı xarakterində keçilir.  Masanın üzərində otur­
muş oyuncaq ayı  qəmlidir: qarşısında məktub vardır.
144


Təsvın sənət və onun tədrisi metodikası
Tərbiyəçi: -  «Ayıcıq,  niyə qəmginsən?»
Oyuncaq  ayı:  -   «  Mən  məktub  aldım  açanda  vərəqlərdə 
oval  və  dairə  formalı  rəsmlər gördüm,  məktubda  isə  yazılmışdır 
ki.  bunlar tapmacadır,  dairə və  ovallara  əlavələr çəksən 
rəsmi 
tamamlasan,  tapmacanın cavabım  tapacaqsan.  Mən düşündüm  - 
düşündüm,  heç  ııə  tapa  bilmədim  və  sizin  yanınıza  gəldim. 
Güman  edirəm  ki,  uşaqlar  mənə  kömək  etsələr  bu  tapmacanın 
cavabını taparlar.»
Tərbiyəçi:  -  «Ayıcıq,  qoy mən  şəklə baxım,  balka cavabı­
nı  tapdım,  (şəkli  lövhəyə  bərkidir).  Bax  burda əyilmiş vəziyyət­
də böyük oval və üstündə kiçik dairə görürük.  Bəlkə bu bir hey­
vandır?  Mən bura bir quyruq,  bura  ayaqlar və başında isə qulaq­
lar çəkirəm.  Bu bir dələ oldu əlavələri  vemıək).»
Oyuncaq  ayı:  -   «Mən  isa  belə  düşünürəm  ki,  bu  quşdur 
mənim  üçün  də  belə  ovallar çəksən  mən  ona  quyruq,  dimdik və 
qanadlar çəkərəm»
145


Təsvın sənət və onun tədrisi metodikası
Tərbiyəçi  (oyüncaq  ayı  əvəzinə)  əlavə  hissələri  çəkir  və 
doğurdan  da  quş  olduğunu  tapır.  Uşaqlara  müraciətlə: 
«Bəlkə
sizin cavab başqa oldu.»
Tərbiyəçi iki oval çəkir (böyük  kiçik) və uşaqlardan biri­
ni  lövhvə  dəvət edir.  Uşaq  çatmayan hissəni  öz düşüncəsinə gö­
rə (ördək, dovşan və s.) çəkir.
Tərbiyəçi  lövhədən təsvirləri  silir  və:  «Ayıcıq,  gəl  bu  tap­
macaları uşaqlara paylayaq onlar cavabı tapsınlar.»
Tərbiyəçi  kvadratları  uşaqlara  paylayır  və  lazımi  uşaqdan 
nə  cavab  verəcəklərini  soruşur,  onları  istiqamətləndirir:))  Ogər 
dairə  və  oval  şaquli  vəziyyətdə  yerləşirsə,  demək  duruş  və  ya 
qaçış  vəziyyətini  bildirir,  əgər  maili  yerləşirsə,  demək  heyvan 
oturmuş quş isə uçuş və ya gəzişən vəziyyətlərdə ola bilər».
Hazır cavabları  rəngli  qələmlə  rəngləmək təklif edilir.  La- 
zım gələrsə tərbiyəçi məsləhət verir.  Məşğələnin sonunda, uşaq­
lar tapmacanın  cavabını  ayıya  (tərbiyəçiyə)  göstərərək  lövhəyə 
qoyurlar.  Oyuncaq  ayı  hamını  tərifləyir  və  maraqlı  cavabların 
üzərində  duraraq  bir  daha  cavabları  düzgün  tapdıqlarını  qeyd 
edir.
Yekunda,  oyuncaq ayı ən yaxşı təsvirləri  seçərək zərfə qo­
yur.  uşaqlara  minnətdarlığını  bildirir  və  şəkilləri  öz  dostuna 
aparacağını söyləyir.
Tərbiyəçi  ayıdan  xahiş  edir  ki.  axşam tapmacaları  gətirsin 
ki,  uşaqlar cavabları  öz valideynlərinə göstərə bilsinlər.
146


II QRUP
AĞACLAR
MƏŞĞƏLƏLƏRİN QRUPLAŞMASI
1.  Uşaq baxçasının sahəsində ağacların baxılması.
2.  Didaktik tapşırıq «Payız budaqların.
3.  Rəsm.  « Payız ağacının saralmış yarpaqların.
4.  Rəsm.  «Rongarong yarpaqlı payız ağacın.
5.  Rəsm.  «Payız ağacı və küknar ağacın.
6.  Payız mənzərəli  illüstrasiyaların baxılması  və tapşırıq­
lar. «Harda yaydır, harda payızn.
7.  Rəsm.  «Payız meşəsində çoxlu göbələklər var».
8.  Rəsm.  «Yarpaqlar tökülüm.
9.  Rəsm.  «Ağaclardan sonuncu yarpaqlar tökülüm.
10.  Payız haqqında istədiyini çək.
Bu qrupda:
7 məşğələ rəsm üzrə,
1 məşğələ  təbiətin müşahidəsi.
1  məşğələ — kitab  illüstrasiyalarının baxılması,
1 didaktik tapşırıqlar.
147


Təsvın sənət və onun tədrisi metodikası
MƏŞĞƏLƏ  1
Lşaq  bağçasının həyətində ağacların  baxılınası.
Məqsəd:  Ağacların quruluşu, onun hissələrinin adı. forması, 
böyüklüyü, yerləşdirilməsi haqqında bilik mənimsətmək, ağacların 
oxşarlığı  və  ümümiliyini  görmək,  ağac  haqqında  ümumiləşmiş 
təssəvür formalaşdırmaq, ağaclardakı oxşarlığı, gözəlliyi görmək.
Məşğələ  uşaq  bağçasının  sahəsində  keçirilir.  Tərbiyəçi, 
uşaqlara cavan,  düz  gövdəli  ağaca yaxınlaşdırır və  ağacı  bütöv­
lükdə müşahidə edə bilmək üçün üşaqlar müəyyən məsafədə qa­
lırlar.  Ağacın qövdəsinin üzərində  tərbiyəçi  əlini  gəzdirərək  so­
ruşur: — «Uşaqlar, bu ağacın nəyidir? Gövdəni necə görürsünüz? 
(hündürdür  və  düzqamətlidir).  Bəs  bu  nədir?  (əli  ilə  ağacın 
budağılannı  göstərir)  Ağacın  budaqları  çoxdur,  yoxsa  azdır?  O 
necə böyüyür? Uşaqlar, təsəvvür edin ki. Siz ağacsız əlləriniz isə 
budaq.  Göstərin görək, budaq gövdədən hansı  istiqamətdə gedir? 
Külək  əsərsə,  ağacın  gövdəsini  tərpədər,  yoxsa  budaqları? 
Göstərin görək, külək əsəndə budaqları  necə yellədir?»
Tərbiyəçi  izah  edir  ki.  külək  güclü  əsəndə,  cavan  ağacların 
gövdəsi  də əyilir.  Getdikcə ağac böyüyür, gövdə də böyüyür və qa­
lınlaşır onun üzərində yeni budaqlar əıııolə gəlir.  Gövdənin üzərin­
də  yaranan  budaqlar,  getdikcə  hündürlüyə  doğru  qısalır.  Ardınca 
uşaqların diqqətini budaqlardan birinə  yönəldir və əli ilə budaqlar­
dan çıxan budaqcıqları göstərərək soruşur: -  «Bilirsiniz bu nədir?»
.Ardınca izah edir ki. hər budağın üzərində beləcə, nazik və 
qısa  budaqcıqlar  olur.  Bu  qısa  bııdaqcıqların  üzərindəki  tumur- 
cuqlardan  yarpaqlar  əmələ  gəlir  (əli  ilə  göstərərək).  Tərbiyəçi 
uşaqlardan yayda yarpaqların hansı rəngdə olduğunu payızda isə 
hansı rəngə düşdüyünü soruşur.
Uşaqları sahənin digər ağacları  ilə tanış edərək onlara gövdə 
və budaqların müxtəlifliyini göstərərək gövdələri iki əlli qucaqlayır 
(əvvəlcə  birini,  daha  sonra  digərini).  Gövdənin  hamarhğıııı  və  ya 
qabarlığını hiss etmək üçün əlini  gəzdirir.  Ən hündür ağacı tapmaq 
üçün onu bağçanın binası hündürlüyü ilə tutuşdurur.
148


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə